Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Karnavalizm

baş redaktordan


İbrahim  İlyaslı


Əsəd Cahangir
Yaxşı gəncliyin nağıl
Çağdaş nəsrdə yenilikçilik və eksperimentçilik meylləri haqqında


Nadir Hüseynzadə
Çağdaş ədəbi reallıqlar və oxucu həqiqətləri


Ramin Allahverdiyev
Müasir poeziyamızda predmet və detallar


Əsəd Cahangir
Banu Çiçək sən deyilmisən?


Əsəd Cahangir
Tale başın üstə səma kimidir...
Kənan Hacının gələcək kitabına ön söz


Əsəd Cahangir
«Gənclik» jurnalı


İqor Şaytanov
Tənqidçi peşəsi


«Hər kimin ağı qara isə, utansın!»
çağdaş tənqidimiz: problemlər, mülahizələr…


Bəsti Əlibəyli
Çağdaş tənqid və ədəbi proses:
2004-2007-ci illər


Bu, Vaqif Yusiflidir...
60 yaşını qeyd etməyə hazırlaşan tənqidçi Vaqif Yusifli “Körpü”nün qonağıdır...


İslam Sadıq
Elmi təfəkkür olmayanda ümid qalır saman çöpünə


Güllü  Yoloğlu
Şirin erməni qızıdırmı?!
Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsinə dair


Sərvaz Hüseynoğlu
"Bir uzaq səfərə gəmim çıxıbdı..."
Aran ədəbi mühiti haqqında düşüncələr


Leslay Vinz
Sevgi və daxili narahatlıq şairi


Camille  Adams Helminiski
(Amerika)
Qadın və Sufizm


Fəridə Hacıyeva


Muxtar Qul Məhəmməd
(Qazaxıstan)
Dünyanı söz idarə edir


Güllü  Yoloğlu
Böyük insanın böyük məhəbbəti


Yuri  Sapojkov (Belorus)

«Ürəyin böyüdülmüş portreti»
2005-ci il belorus poeziyası haqqında qeydlər


Firudin Qurbansoy
Mikayıl Müşfiqin təncim portreti


Əhməd Qəşəmoğlu
İnsanın mahiyyəti və missiyası haqda


Vitali Popov
Yəhuda İskaryot - İsa Peyğəmbərin seçimi


Fayaz Çaqani
Postmodernizm


Sevil Gültən
Misə çevrilmiş qızıl
Paulo Kuelyonun «Kimyagər» romanının dilimizə tərcüməsi haqqında


Vaqif Əliyev
“Leyli və Məcnun” operası – 100
Səhnəmizin ilk Leylisi


Əsəd Cahangir
Mən kiməm...
Rejissor Elşən Zeynallının Xalq Şairi Fikrət Qocaya həsr olunmuş «Mən kiməm» sənədli-bədii filmi haqqında qeydlər


Etimad Başkeçid
Məşhurluq alın yazısıdır...


Fikrət Sadıq
Üçüncü kərə «qarşı» sözünə qarşı» və başqa dərdlər

II Yazı


Kamil Əfsəroğlu
Litva Yazıçılar
İttifaqında




Mahirə  Abdulla
Çəhrayı rəngin nağılı
Sona Vəliyevanın “Çəhrayı rəngli dünyam” şeirlər kitabı haqqında


Əsəd Cahangir
Ana bilgiyə varanlar
Mahirə Abdullanın «Qatmaqarışıq nizam» kitabı haqqında


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Şəfəq Əlibəyli
Leksikoqrafiyamiza yeni töhfə


Aydın Arpaçaylı
«İki damla göz yaşı»


Qəşəm Nəcəfzadə


Şəfəq Sahibli


Həyat Şəmi


Bəhram Fərmanzadə


Əzizə Ağahüseynqızı


Elmar Vüqarlı


Elsevər Məsim


Elmin Əfqan


Dayandur Sevgin


Fəzail İsmayılın


ANONS!


Əsəd Cahangir
Drama + tryuk



 

İqor Şaytanov
Tənqidçi peşəsi


 

Tənqidçi peşəsi


Əvvəlcə baxaq görək, bizdə tənqid mümkündürmü:
Əgər şer kitabının optimal tirajı 500 nüsxədirsə, onu neçə adam oxuyacaq və neçə tənqidçi öz fikrini bildirəcək?
Verilən məsələni riyazi yolla həll eləmək mümkün deyil. Qərb bazarı daha mürəkkəb hesablama modellərini artıq çoxdan müəyyən eləyibdi.
Oradakı poeziya oxucularının sayı bizdəkindən çox deyil, amma poetik icmal abunəçilərinin sayı onminlərlə olmasa da minlərlədir.
İqtisadiyyat, siyasət, hətta mədəniyyətə dair xüsusi ədəbiyyat oxuyanların sayı elə də çox deyil, amma həmin sahələr üzrə qəzet məqaləsini oxumaq istəyənlər çoxdur. Poeziya və "əsl" ədəbiyyat da bu gün yüksək dərəcədə ixtisaslaşmış sahələrə çevriliblər.
Bu şəraitdə tənqidin əsas rolu informasiyadır. Kimsə deyə bilər ki, (və tez-tez deyirlər də), dezinformasiyadır, ona görə ki, qəzet tənqidinə çoxlu iradlar var. Əgər bir anlığa onun tonunu, sarılığını unutsalar da, heç olmasa faktlarısa düzgün sadalayaydılar. Sadalamırlar.
Nəticədə isə tez-tez belə söhbətlər eşitmək olar: bizdə tənqid yoxdur (Puşkindən sitat kimi, bunu dırnaq arasında da vermək olar, çünki o, həqiqətən də, belə deyib), əgər varsa da, elədir ki, olmasa ondan yaxşıdır. – Bu sözləri hamının gözü qarşısında olan və tələb olunan qəzet tənqidi barədə deyirlər.
Əvvəllər tənqidin məskəni "qalın" jurnal idi. İndi isə qəzetdir. Yerdəyişmə nəticəsində danışıq tərzi, daha doğrusu, janr və üslub da dəyişir. Əlbəttə, qalın jur-nallara "hansı diaqnoz qoyurlar qoysunlar", onların tez bir zamanda yox olacaqları barədə nə danışsalar da, hələ ki onlar ayaq üstədilər, tənqidi yazılar da çap eləyirlər. Jurnal tənqidi tam peşəkar tənqiddi, və əks-sədası da tamam başqadır. O tənqid ancaq öz yaxın ətrafı üçün səslənir və əhatə dairəsi də bu və ya digər səbəbdən ədəbiyyata peşəkar münasibət bəsləyən adamların sayı qədər dardır.
İndi tənqid (o şey ki göz qabağındadır, o şey ki qəzetdə çap olunur) o materialı çap eləyən mətbuat orqanının funksiyasıdır. Aydın məsələdir ki, şəxsi çalar, "ad" çalarıyla, amma tənqidçi mətbu orqanı tərk eləyəndən bir gün sonra ad unudulur və əgər onu yada salırlarsa, o da bir qayda olaraq keçmiş iş yeriyle, mətbu orqanın adıyla bağlı yad eləyirlər.
Məşhur tənqidçi adları son uğur dövründən – altmışıncı illərdən qalıb. Uğurun uzun əyləc dövrü var. Bir vaxtlar stadionlar dolu dinləyici toplayan şair, deyəsən, artıq çoxdandı ki, poeziyadan kənardadı, "ədəbiyyat faktı" deyil, amma onun kitabını alır, ona tərəf gedirlər.
Əgər tənqidçi çap olunursa, başqa sözlə desək, formal mövcudluq faktıyla öz adını təsdiq eləyirsə, eyni sözləri onun barəsində də demək olar. Bəs əgər onunla razılaşmırlarsa, onu sıxışdırır, köhnə fikirlərin daşıyıcısı adlandırırlarsa… Əsas odur ki, unutmasınlar.
Beləliklə, Lev Anninski, Stanislav Rassadin, Vadim Kojinov kimi tənqidçilərin adları 60-cı illərdə qaldı… Bu siyahıya on ad da əlavə eləmək o qədər çətin iş deyil. Amma növbəti nəsildə sadalama sırası çətin irəliləyəcək: Natalya İvanova və s. Ədəbi mühitdən kənarda olan oxucu üçün istənilən başqa adın etibarlılıq dərəcəsi get-gedə azalır. Əlbəttə, bir-neçə “yenidənqurma prorabı”nın da adı eşidildi, amma tezliklə də unuduldu. O, təmiz publisistika idi, əsl tənqidçi adı isə tənqidçi peşəsinin üç əsas tərkib hissəsinin – publisistliyin, filolojiliyin və informasiyalılığın zəruri kəsişmə nöqtəsində meydana gəlir.
Bu tərkib hissələrini istənilən qaydada sıralamaq olar. Sıralama qaydasını həm birincinin, həm ikincinin, həm də üçüncünün vacib olduğu peşə yox, haqqında danışılan tənqidçinin şəxsiyyəti  diktə eləyəcək.
Heç kim anadangəlmə tənqidçi olmur. Tənqidə ilkin peşənin – jurnalist və yazıçılıq vərdişlərini saxlamaqla gəlirlər.
Belə çıxır ki, tənqidçi yazıçıdır, eləmi?
Gəlin tənrqidi janrın ədəbi mötəbərliliyindən danışaq.
Şeir və nəsr yazanlar çox vaxt belə hesab eləmirlər (etiraf eləməliyəm ki, “tənqidçi yazıçı deyil” deyən istənilən ədəbiyyatçının peşəkarlığı məndə şübhə doğurur). Tənqidçinin yazıçılıq hüququnu inkar etməklə tənqidi fikirdən müdafiə axtarırlar: axı bunu yazıçı deməyib. Amma əfsuslar olsun ki, əksər hallarda məsələ elə bu cürdü, çünki tənqidi fikir söyləmək hüququnu qeyri-yazıçılar az qala hər yerdə mənimsəyiblər.
Bir vaxtlar çox məmnuniyyətlə deyərdilər ki, roman poeziya deyil. Klassik  nöqteyi-nəzərdən roman, həqiqətən də, poeziya deyil. Amma indi sözünmüasir mənasında demək olar ki, roman ədəbiyyatdır. Həm də az qala ədəbiyyatın əsas janrıdır. Tənqidə gəlincə, əlbəttə, o da ədəbiyyatdır, çünki “ədəbiyyat” bu gün əvvəllər heç vaxt olmadığı qədər ancaq “bədii ədəbiyyat” deyil.
Bəs tənqidçi necə, yazıçıdırmı?
Yazarların hansı yazıçıdır, hansı yazıçı deyil? sualının cavabı janrla və yaxud hansı yaradıcı qrupa mənsubiyyətlə müəyyən olunmur. Bəs nə ilə? Mən nə gələcəyi göstərməyəcəm, nə də başımı qaldırıb göyə baxmayacam. Teatr tənqidçisi dramaturq olmalıdırmı? – sualına Bernard Şounun cavabı düşür yadıma: işə ziyanı yoxdur, əksinə, köməyi dəyir. Amma tənqidçi, hər şeydən əvvəl tənqidçi olmalıdır. Başqa sözlə desək, tənqid sadəcə olaraq ayrıca və həm də kifayət qədər nadir ədəbiyyat peşəsidir.
Son zamanlar tənqid üç dayaq üzərində bərqərar olmuşdu: publisistika, filologiya, informatika. Dayaqlardan birinin sıradan çıxması fəlakətə səbəb olacaq əyinti kimi qiymətləndirilirdi. Bir ədəbiyyat işi olmaqla, peşənini sirri də elə bu üçlüyün tarazlığındaydı.
Sovet hakimiyyəti illərində tənqid əsasən öz publisistliyiylə təşəkkül tapırdı (bu xüsusi vurğulamanı ondan gözləyir və tələb eləyirdilər). İndi isə publisistlik tənqidçi üçün (həm də bütövlükdə ədəbiyyat üçün) məcburi deyil, çünki peşəkar publisistika var. İctimai məsələlər və siyasət barədə fikir söyləmək üçün onların ədəbiyyat güzgüsündə dolayı yolla əks olunmasını gözləmək heç də vacib deyil. Birbaşa da danışmaq olar. Beləliklə, ədəbiyyat "bizim hər şeyimiz" – həm parlament, həm tribuna, həm də istehsalat müşavirəsi deyil artıq.
Əvvəllər tənqidə "yazıçılar" (bədii əsərlərin müəllifləri) gəlirdilər. İndi isə elə bil əks istiqamətdə – tənqiddən bədii janrlara axın başlayıb. Peşəkarlıq baxımından bu, təhlükəli addımdır. Yazıçılığı barədə özününkü yox, özgənin janrı kimi danışan tənqidçi çox asanlıqla qrafomaniya yoluna düşür. Hardasa buna bənzər bir hadisə ağıllı (hazırcavab) tənqidçi Vladimir Novikovun başına roman yazmağa (bütün ailəsiylə birlikdə) girişəndə gəlibdi.
Başqa misallar da gətirmək olar. Bunlar nəyə işarədir? Şübhəsiz və ən öncə, tənqidi janrın  böhranına. Jurnaldan qəzetə keçərkən tənqidin statusu aşağı düşüb.  Hələ ki bu, zahiri əlamətdir. Daxilən isə tənqidi fikrin özündə nə isə baş veribdi. Belə görünür ki, tərkib hissələrinin peşəkar harmoniyası və ucalığını tələb eləyən Ədəbiyyat işi hissiyatını tənqidçilər, deyəsən, itiriblər.
Tənqidin artıq ədəbiyyat janrı olmadığını hiss eləyib, tənqiddən "ədəbiyyata" keçirlər. Əgər indi publisistikaya meyl yoxsa da, filologiya və informasiyaya aludəçilik göz qabağındadır.
Tənqid (onun müəyyən hissəsi) filoloji slenqi (jarqon – R.A.) mənimsəyib. Tənqid diskursiv olub, intertekstual olub və sairə və ilaxır. Tənqidi filologizmi öz mətnlərinin oxunaqsızlığı, qəzet və jurnal səhifələrində çeynənilib çürüdülənəcən az-çox nəsə bir mənası olan terminlərin tam devalvasiyası təhlükəsi gözləyir. Belə filolojiləşdirmənin əleyhdarları da var və onlar çox böyük ruh yüksəkliyiylə mübahisəyə elə girişirlər ki, bəziləri üçün bu, kəskin diletantizm ağrıtutmalarına səbəb oldu. Tənqid filoloji cəhətdən əsaslı olmalıdır, amma heç də hər tənqidçi filoloq deyil. Çünki bu özü də ayrı bir peşədir.
Nə müasir filoloji diskursun dilinə aludəçilik, nə də ona birbaşa hücum tənqidə uğurlar qazandırmadı, müvəffəqiyyətə aparan yol olmadı. Müvəffəqiyyətə aparan yol biliyin dərinliyindədir ki, o da nə az, nə çox, tənqidi mətnin özündə hiss olunmalıdır və bununla da müəllifə inam yaradır, həm də ona görə yox ki, müəllif dəbdə olan (yaxud son dövrdə dəbdə olmuş) terminləri hara gəldi səpələyir. Ona görə ki, o, idrak aparatını xüsusi hal üçün saxlayıb, öz biliyinin verdiyi üstünlüklərdən istifadə etməyi bacarır və onu anlayış kimi biruzə verə bilir.
İrina Rodnyanskayanı misal çəkmək olar. Son vaxtlar onun işıq üzü görmüş ikicildliyi tənqidi adın necə yaranmasını (antonim – "düzəldilmək") və tənqidin ədəbiyyata necə çevrilməsini göstərən nümunə ola bilər. İkicildliyin ümumi adı "Ədəbiyyatın hərəkəti"dir (M.: Slavyan mədəniyyətinin dili, 2006). Məqalələrin çoxu rus ədəbiyyatının hərəkətini dərk edərək aydınlaşdırdığına və onu müşayət elədiyinə görə yaddaqalandır. Bu ədəbiyyat adıdır, bu, ədəbiyyat kimi tənqiddir. Tirajı da şeir kitabı üçün tamamilə müvafiqdir – 600 nüsxə.
Bəs informasiyalılıq? Müasir tənqid bu funksiyaya və öz janrının tərkib hissəsinə nə dərəcədə cavab verə bilir?
İnformasiya əldə eləmək dövrün tələbidir və onun cəlbediciliyi tənqidi şerin lap yuxarılarında özünü biruzə verir. Biblioqrafiya jurnalda baş redaktorun imtiyazına çevrilib. Əvvəlcə "Novıy mir" jurnalının biblioqrafiya şöbəsində Andrey Vasilevski kök saldı. Sonra da məlumat ədəbiyyatının kitab variantını "Znamə"nın baş redaktoru Sergey Çuprinin mənimsədi. Çox lazımlı işdi. Bizdə məlumat kitablarının (deməli, özünürefleksiya və mədəni yaddaşın) vəziyyəti pisdir. İstənilən məlumat kitabına nə qədər inamla yanaşırıqsa, səhvlər də yaddaşa daha möhkəm və uzun müddətə həkk olunur.
Çuprininin ədəbiyyata və ədəbiyyatda öz sahəsi olan tənqidə münasibətini həmişə mükəmməllik və çalışqanlıq fərqləndiribdi. Ona görə də onun "Ensklopedik lüğət - məlumat kitabı" "Yeni Rusiya: Ədəbiyyat dünyası"(Vaqrius,2003) - işıq üzü görəndə elə də böyük bir sürpriz olmadı. Yalnız əhatə dairəsinin genişliyi təəccüb doğurdu - yazan və çap olunan iyirmi min adam adı. Səhvlərin çoxluğu da təəccüb doğurdu. Fikirləşirsən ki, bu boyda işin öhdəsindən tək adam çətin ki gələ bilsin.
Çuprinin isə miqyası azaldaraq işini davam elədi, amma məlumat kitabı - bələdçiyə personallar, mükafatlar və yaradıcı təşkilatları ehtiva edən "Anlayışlar üzrə həyat" kitabını - müasir ədəbiyyat həyatının əsəs anlayışları lüğətini əlavə elədi. Dilogiya "Rus ədəbiyyatı bu gün" [Vremə,2007] ümumi adı altında çıxdı.
Gözəl ideyadır. Ədəbiyyat üzrə də bələdçi lazımdı. Tənqidçi Sergey Çuprinin ədəbi situasiyanın tələbatlarına olan özünəməxsus duyma qabiliyyətiylə əsas ideyanı tuta bilib, amma onun həyata keçirilməsi tənqidin hüdudlarından (onu da əlavə edək ki, bir adamın imkanlarından) kənardadı. Məzmunu, necə deyərlər, içəridən sənə məlum olan hər hansı bir məqaləni gözdən keçirmək kifayətdir ki, dərhal səhvlərlə, qeyri-dəqiqliklə və nələrinsə yaddan çıxması faktıyla üzləşəsən.
"Dövrü mətbuat" bölməsinə baxırıq. Bu bölmə "Arion" jurnalıyla açılır:"Poeziya jurnalı 1944-cü ildə yaranıb..."
Bunu "əlamətdar hadisələr" bölməsindəki informasiya ilə tutuşduraq. Bölmə 1986-cı ildən başlayıb, 2006-cı ildə qurtarır. Hər ili həmin dövrdə yaranmış nəşrlərin siyahısı - "Yeni nəşrlər" tamamlayır. 1944-cü ilin  siyahısı uzundur: "Barnaul" və "Desna" jurnalları Bryanskda, "Otçiy kray" Volqoqradda...Bundan əlavə  , haralardasa çox-çox nələr. Amma on ildən artıqdı  ki, poeziyanın vəziyyətini əks etdirən və Rusiyada yeganə poeziya jurnalı olan "Arion" siyahıda yoxdur. Bəlkə, 1993-cü yaxud 1995-ci ilin siyahısındadır? Orda da yoxdur.
Sonra səhvlərə və qəribəliklərə ilişə-ilişə, elə-belə vərəqləyirəm: Voloqdada nəşr olunan "V mire Ruvçova"-nın baş redaktoru Belkin deyil, Belkovdur [səh.37]; "Dialoq. Karnaval. Xronotop" jurnalının baş redaktoru Pankin deyil, Pankovdur.
Mən, ümumiyyətlə, rəy yazmıram, əvvəl olduğu kimi,  yeni janr axtarışına çıxmış tənqidin və tənqidçilərin taleyindən danışıram. Indiki halda isə söhbət sahilsiz informasiya dənizindən gedir.
Tənqid üçün digər informasiya janrları, məsələn, icmal daha ənənəvidir. İcmalı yazmaq olar, təzə çapdan çıxan kitablar haqda  cari fikirlərdən də icmal hazırlanıla bilər. Andrey Nemzerin tənqidi "səlnamələri" məhz belə yaranıbdı.
Bu ad tənqid məkanına birbaşa daxil olmağa məcbur eləyir.
Amma "ad"mı? Mən artıq qeyd eləmişəm ki, tənqidçi adları 60-cı illərdə qaldı. Sonra isə onlara nadir hallarda rast gəlmək mümkün olurdu. Zaman etibarilə Nemzer sonuncu tənqidçi adıdır. Müəyyən mənada bu ad təkdir və adlıq haldadır: Nemzer = tənqidçi, tənqidçi = Nemzer. Nemzer janrı müşayiət eləyən bütün müvafiq reaksiyalarla birlikdə onun uğuru və ədasının mücəssəməsidir: "Əlisilahlı adamdan" necə qorxurlarsa, ondan da elə qorxurlar, əlində hakimiyyət olan adam kimi onunla fəxr eləyirlər, ədəbiyyat manipulyatoru kimi ona nifrət eləyirlər... amma ən əsası odur ki, onu tanıyır və oxuyurlar.
Nemzer tənqidə filologiyadan gəlib. O vaxtkı sakit, işgüzar və darıxdırıcı filoloqdan bu cür qeyzli bir tənqidçi törəyəcəyiri kim deyə bilərdi? Bu tarixi anologiyanı nəinki tənqidçinin temperamenti, həm də onun yaradıcılığının magistral sujeti olan "gözəl onillik" özü də pıçıldayır. Metafora P.Annenkovun 1840-cı illər haqda olan memuarının adından götürülüb.
Nemzer gələndə tənqidçilərin çoxusu yır-yığış eləyib getməyə hazırlaşırdılar, çünki "ədəbiyyat qurtarmışdı". Nemzer gəldi və dedi: Ədəbiyyat elə indicə başlayıb. Olmayan "gözəl onilliyi" də o elan elədi. İndi isə aydındır ki, "gözəl onillik" 90-cı illərdə olubdu. Bu onilliyin ən diqqətəlayiq cəhəti onu necə eləmək  istəyindəydi və onun "gözəl" olduğunu elan eləyəndə tələsdilər. Bununla da ədəbiyyat "həyatın əksi" olmasa da, onun layihələrlə dolub-daşan, yaddaşı şeir sətirləriylə yox, reklam cümlələriylə dolduran üslubundan kənarda qalmamağa çalışırdı.
Nemzer xatırlatdı ki, tənqid sürətli mütaliəyə, bir göz qırpımında rəy formalaşdırıb, onu ədəbi prosesin mənzərəsi adlanan sujetde ifadə eləmək bacarığına əsaslanan xüsusi temperamentdi, qavrayış formasıdı. "Gözəl onillik" Nemzerin o vaxtki sujetidir. - maraqlıdı, görəsən, yenisini yaratmağa onun gücü və nəfəsi çatacaqmı?
Şərait açıq-aşkar dəyişibdi, amma yeni əsr (minillik) həm də ədəbiyyatdan - XXI əsrin ədəbiyyatından nəsə yeni bir şey gözlənilir. O ədəbiyyat hələ ki yoxdur, amma onu təsəvvür eləməyin və o barədə mübahisə eləməyin vaxtıdır.
Bir iş də var ki, müasir tənqiddə polemika bir az da dəqiq desək, polemika qabiliyyəti yoxdur. Bugünki appelyasiyasız mülahizə(monologizm) polemikanı qəbul eləmir; söyüb, təhqir eləməyə meyllidir, mübahisə eləməyə isə həvəsi yoxdur. Mübahisə eləmək üçün dəlillər və soyuq baş lazımdır.
"Voprosı literaturı" jurnalında biz öz təcrübəmizdə buna əmin olduq. "Gözəl onillik"də ədəbiyyata necə olmağı diktə eləyən tribunalardan  biri də "Novoe literaturnoe obozrenie" jurnalı oldu. O jurnalın səhifələrində həm də ədəbiyyat haqda elmin necə olması diktə olunurdu. Bu məsələ bilavasitə bizə aid idi deyə, "Voprosı literaturı"-da xeyli poemik material çap olundu. Bu çıxışlara cavab olaraq ideologiyalaşdırılmış söyüş eşidildi, sonra susdular. Amma "Novoe literaturnoe obozrenie"-nin baş redaktoru hərdən əlini kədərlə publikaya uzadıb öz tənhalığından təəssüfləndiyini bildirir. Bizim bu məkanda, sən demə, ancaq bizik və dörd bir yanda bizdən başqa heç kim yoxdur. Həmin o özünəqapılmadı, həmin o amiranə monoloqizmdi, amma mənası dəyişibdi, əvvəlcə qorxulu səslənirdi (adam fikirləşirdi ki, doğurdanmı, belə olacaq?), indi isə, Allaha şükürlər olsun ki, komik səslənir, çünki bunların diktə elədiyi baş tutmadı.
Maraqlıdı ki, "Voprosı literaturı" və "Novoe literaturnoe obozrenie"-nin polemikası diplom və dissertasiyaların mövzu predmetinə çevrilib, akademik marağa səbəb oldu, cari tənqiddə isə bunu iki jurnal arasındakı "razborka" kimi qələmə verdilər.
Amma təssüflər olsun ki, əgər bu, polemika idisə, onda birtərəfliydi, yəni ki, baş tutmamış-minus (ona görə ki, əks tərəf susurdu) opponentlə olan polemikaydı. Amma baş verən hadisə jurnallararası münasibətlərin aydınlaşdırılması olmadı. XX əsrin sonlarında dünya mədəniyyəti və filologiyasına xarakterik olan iki tərəfdən mövqelər müəyyənləşdi. Bizim polemikanı yekunlaşdıran Keril Emerson "Voprosı literaturı"-da[2005,№4] yaxşı yazmışdı. Lap son vaxtlar isə öz nəzəri xatirələrində Sergey Boçarov o fikri inkişaf elətdirmişdi ["Voprosı literaturı", 2007.№3]
Beləliklə, tənqiddə ad azdır, polemika yoxdur... Bəyəm azmı şey yoxdur? Amma, hər halda, tənqid özü var. Ədəbiyyata daxil olmuş adlar da müxtəlif zaman və epoxalardan qalıbdı və onlar az qala bütövlükdə keçən yüzillik ərzində ədəbiyyatda çox şeyi müəyyən ediblər. Onları sadalamayacağam. Onların adı hələ də qulaqlardadı.
Gənc tənqidin yaxın, elə də uzaq olmayan keçmişində nəyimiz var? Kim gəlib və nə ilə gəlib?
Onlar qəzeti sevmirlər. Jurnala üstünlük verirlər. Qəzet tənqidindən əsla razı deyillər. Onlar əsaslı danışmaq istəyirlər. Hələ ki qlobal sujeti fikirləşib tapmayıblar. Amma lokal sujet var - "yeni realizm".
Bu məcmuədə gənc tənqidçilər "yeni realizm"dən danışmırlar, onlar mövcud şəraitdən danışırlar. Onlardan ən gənci Elena Podqorelayadır (cəmisi iyirmi yaşı olsa da, onun mətbuat üzü görmüş yazıları arasında şeir kitabı və "Znamə" jurnalının 2007-ci il, 3-cü sayında çap olunmuş məqaləsi var) və o, tənqidi xəyallara dalaraq "tənqiddə şeir" variantı təklif eləyir.
Andrey Rudalov "Voprosı literaturı"-da dəfələrlə çap olunub. Bu adam sosioloji nəzəriyyənin ağır üslubunun müqavimətini qıra-qıra ədəbiyyat janrı olan tənqidə gedən yoldadır. Həm də bu işin öhdəsindən günbəgün daha yaxşı gəlir.
Bu mənada (həm də mövqeyinə görə) onun opponenti Natalya Rubanovadır. O, tənqidə nəsrdən gəlib. Onun janrı essedir. Hərdən bu, mətnin yarımbaşlığına çıxardılır, bəzən də daha adi məqalə və rəylərin praqmatikası içərisindən gözə çarpır.
Esse sərbəst formadı. Amma azadlıq qədər ciddi daxili mütəşəkkillik, başqa sözlə, məsuliyyət tələb edən başqa şey yoxdur. Bu ümumi qayda ədəbi janr üçün də qüvvədədir. O yerdə ki forma verilibdi, yaxud kifayət qədər ciddi şəkildə təxmin edilir, onu ancaq yerinə yetirmək lazımdı. Amma o yerdə ki, bu məsələ müəllifin özünə həvalə olunur, forma orada yaradıcılıq qərarının nəticəsi olur.
Elə bilirəm ki, tənqidçi Natalya Rubanovanın işıq üzü görmüş yazılarından ən diqqətəlayiqi hələlik "Znamə"-da [2006, №5] çap olunmuş "Hərflərin kiloqramı çəki və litrdə" məqaləsidir. Bu mətndə yazıçı adi gözlə də görünür. Çoxlu tənqidi material oxumuş yazıçı heç də fikirləşməyib ki, "bunu mən də bacararam", əksinə, "yeni realizm" və yeni proza - özünün yazıçılıq işi barədəki mülahizələri ilə onu təhqir eləyib və o, əvvəllər dünya ədəbiyyatından oxuduqları Harms, Don Kixot, Akutaqava, Xlebnikov, Kuzmin, Natali Sarrot və başqalarını təhlil edərək söhbətə müdaxilə eləmək qərarına gəlib.
Natalya Rubanova ilə heç də həmişə razılaşmıram. Bəyəm biz razılaşmaq üçünmü oxuyuruq? Mən də razı deyiləm. Onun mətnlərini oxuyarkən redaktorluq adətim məni dingildədir ki, götür qələmi və bunun üslubunu sakitləşdir. Amma xeyri yoxdur. Onda gərək hər şeyi başdan-ayağa təzədən özüm yazım. Hər şeydən əvvəl, N.Rubanovanın üslubu məni qıcıqlandırır. Artıq qeyd elədiyim kimi, onun fikri təhrik eləyir ki, razılaşmayım.
Amma Rubanovanın elə bir geniş, qəti və ifrat üslubu var ki, polemikada bu hətta zövqsüz görünür, elə bil ki, müəllif nəsrdən yox, jurnalistikadan gəlib. Qəti və əsaslandırılmış bir üslubdu, həm də fikir də var. Bunlar hamısı heç də həmişə birlikdə olmur. Hətta nadir hallarda rast gəlinir.
Sergey Belyakov isə tamam başqa üslub və janrda yazır. Onun elədikləri "Tənqidçi jurnalda" mövzusunda müzakirəyə səbəb oldu. Sergey Belyakov "Ural" jurnalında baş redaktorun müavinidir, çox da yazır. Orda o, jurnalın istiqamətini müəyyənləşdirir. Belyakov hərdənbir yazmır; ədəbiyyatda nə baş verdiyini - bir qədər akademik və köhnədəbli səslənən "ədəbi prosesi" qiymətləndirib sonra yazır.
Sergey Belyakovdan danışanda köhnəlmiş və bir qədər ağırçəkili sözlər işlətməkdən çəkinmirsən, çünki müəllif özü buna şərait yaradır. S. Belyakov o söz-lərdən qorxmur, möhkəmdi. Hamı tələsir, o isə tələsmir. Diqqətlə oxuyub, mahiy-yətinə varmağa onun vaxtı, tələsmədən yazmağa  məkanı var. (İstər-istəməz yada düşür: tənqidçi jurnalda öz bildiyini eləyir, yəni ki Ağanəzərəm, belə gəzərəm).
S.Belyakov üçün ədəbiyyat yaxşı zövqün və sağlam ağlın ciddi nəzarəti altında olan təssərüfat deyil. Düzdür, onun özü üçün zövq və məna heç də boş sözlər deyil. Ona görə də S.Belyakov sərhəd situasiyalarına daha diqqətlə baxır, o yerə ki, orada ədəbiyyat məkanı kütləvi janrlar və gündəlik fikirlərlə təmsil olunan özbaşınalıqlar üçün sonsuzluğa qədər açıq görünür. Tənqidçi ciddidir, eyni zamanda onu ciddi olmağa məcbur eləyənə qarşı diqqətlidir, həm də "yeni realizm" termininə ciddi yanaşır.
Ümumiyyətlə, bu brend yeni nəsil tənqidçilərdən heç də hamının xoşuna gəlmir, kimlərin ki yaxasına asılıb, o yazıçıların isə ən az xoşuna gəlir. Onların ikisi - Denis Qutsko ("Russkiy Buker" - 2005-in laureatıdır) və Dmitri Novikov müzakirədə iştirak eləmək üçün dəvət olunmuşdu. Qutsko "yeni realizm"lə heç razılaşmadı, Novikov isə bir esse yazıb, "yeni realizm" adlanan prozanın necə yaradıl- dığını göstərdi.
Gənclər yeni ədəbiyyatı izah etməli olan öz terminlərini bayraq kimi tutub, bir yerə toplaşmadılar, əksinə onun ətrafında əlbəyaxa oldular. Gənclər, ümumiyyətlə, baş verənləri əks mövqedən qiymətləndirməyə və mübahisəyə meyillidirlər. Bunun özü artıq yaxşı haldır...



Rus dilindən Ramiz Abbaslı çevirib