Uzaqlardan gəlmişəm Nə əbam var, nə daşım, Dünya bir qəbir daşım, Vallah bilinməz yaşım, Uzaqlardan gəlmişəm. Gözüm, könlüm tox mənim, Qorxudammaz xof məni, Odda yandır, yax məni, Eh… nələri görmüşəm. Mənə dəli dedilər, Qəmim, dəmim dedilər, Batıb gəmim dedilər, Bu günümə gülmüşəm. Varım-yoxum özüməm, Söhbətinəm - sözünəm, Könlü kövrək, gözü nəm, Dünya görmüş dərvişəm. Üzə güldü əməlim
Bu dünyanın ahəngi çox, rəngi çox, Bu dünyanın sirri Xudaya bəlli. Açılmayan tapmacası, mərci çox, Aqil gərək aşkarlaya bu həlli. Yola çıxdım, sonsuzluğa tuş oldum, Bir daş idim, nəfəs dəydi quş oldum, Ənginlikdə qanad çaldım, baş oldum, Cığır açıb, belə qoydum təməli. Üz tutduğum günəş oldu, ay oldu, Ulduzlar da bu gecəyə hay oldu, Mən də dönüb gözəlliyə tay oldum, Hara baxdım üzə güldü əməlim.
|