Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Karnavalizm

baş redaktordan


İbrahim  İlyaslı


Əsəd Cahangir
Yaxşı gəncliyin nağıl
Çağdaş nəsrdə yenilikçilik və eksperimentçilik meylləri haqqında


Nadir Hüseynzadə
Çağdaş ədəbi reallıqlar və oxucu həqiqətləri


Ramin Allahverdiyev
Müasir poeziyamızda predmet və detallar


Əsəd Cahangir
Banu Çiçək sən deyilmisən?


Əsəd Cahangir
Tale başın üstə səma kimidir...
Kənan Hacının gələcək kitabına ön söz


Əsəd Cahangir
«Gənclik» jurnalı


İqor Şaytanov
Tənqidçi peşəsi


«Hər kimin ağı qara isə, utansın!»
çağdaş tənqidimiz: problemlər, mülahizələr…


Bəsti Əlibəyli
Çağdaş tənqid və ədəbi proses:
2004-2007-ci illər


Bu, Vaqif Yusiflidir...
60 yaşını qeyd etməyə hazırlaşan tənqidçi Vaqif Yusifli “Körpü”nün qonağıdır...


İslam Sadıq
Elmi təfəkkür olmayanda ümid qalır saman çöpünə


Güllü  Yoloğlu
Şirin erməni qızıdırmı?!
Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsinə dair


Sərvaz Hüseynoğlu
"Bir uzaq səfərə gəmim çıxıbdı..."
Aran ədəbi mühiti haqqında düşüncələr


Leslay Vinz
Sevgi və daxili narahatlıq şairi


Camille  Adams Helminiski
(Amerika)
Qadın və Sufizm


Fəridə Hacıyeva


Muxtar Qul Məhəmməd
(Qazaxıstan)
Dünyanı söz idarə edir


Güllü  Yoloğlu
Böyük insanın böyük məhəbbəti


Yuri  Sapojkov (Belorus)

«Ürəyin böyüdülmüş portreti»
2005-ci il belorus poeziyası haqqında qeydlər


Firudin Qurbansoy
Mikayıl Müşfiqin təncim portreti


Əhməd Qəşəmoğlu
İnsanın mahiyyəti və missiyası haqda


Vitali Popov
Yəhuda İskaryot - İsa Peyğəmbərin seçimi


Fayaz Çaqani
Postmodernizm


Sevil Gültən
Misə çevrilmiş qızıl
Paulo Kuelyonun «Kimyagər» romanının dilimizə tərcüməsi haqqında


Vaqif Əliyev
“Leyli və Məcnun” operası – 100
Səhnəmizin ilk Leylisi


Əsəd Cahangir
Mən kiməm...
Rejissor Elşən Zeynallının Xalq Şairi Fikrət Qocaya həsr olunmuş «Mən kiməm» sənədli-bədii filmi haqqında qeydlər


Etimad Başkeçid
Məşhurluq alın yazısıdır...


Fikrət Sadıq
Üçüncü kərə «qarşı» sözünə qarşı» və başqa dərdlər

II Yazı


Kamil Əfsəroğlu
Litva Yazıçılar
İttifaqında




Mahirə  Abdulla
Çəhrayı rəngin nağılı
Sona Vəliyevanın “Çəhrayı rəngli dünyam” şeirlər kitabı haqqında


Əsəd Cahangir
Ana bilgiyə varanlar
Mahirə Abdullanın «Qatmaqarışıq nizam» kitabı haqqında


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Şəfəq Əlibəyli
Leksikoqrafiyamiza yeni töhfə


Aydın Arpaçaylı
«İki damla göz yaşı»


Qəşəm Nəcəfzadə


Şəfəq Sahibli


Həyat Şəmi


Bəhram Fərmanzadə


Əzizə Ağahüseynqızı


Elmar Vüqarlı


Elsevər Məsim


Elmin Əfqan


Dayandur Sevgin


Fəzail İsmayılın


ANONS!


Əsəd Cahangir
Drama + tryuk



 

Şəfəq Əlibəyli
Leksikoqrafiyamiza yeni töhfə


 

Leksikoqrafiyamiza yeni töhfə


Bu yaxınlarda şərqşünas-alim və pedaqoq Çımnaz Mirzəzadənin yeni bir kitabı ışıq üzü gördü. Kitab “Anonim müəllifli ərəbcə-türkcə qafiyəli lüğət” adlanır. Şerlə yazılan lüğətlər Şərq lüğətçılıyinin ənənəvi formalarındandır. Belə lüğəti tərtib edənlər onların yaddaşlarda tez qalması üçün qafiyə sistemindən istifadə edirlər. Bu cür lüğətlərin tədqiqi, bərpası və nəşri leksikoqrafiya tariximizin öyrənilməsində əhəmiyyətlidir.
XIX əsrdə qələmə alınması güman edilən bu lüğət əhatə etdiyi hər iki dilin tədqiqi baxımından maraqlıdır. Çimnaz Mirzəzadə lüğətin elmi-tənqidi mətnini, transkripsiya və transliterasiyasını, sözlüyünü vermiş, dil xüsusiyyətlərini araşdırmışdır.
Lüğət 40 bənd şeirdən – yəni 1570 sözdən ibarətdir. Ərəbcə sözlərin düzümü qafiyəlidir.
Lüğətə daxil olan sözlər hər iki dilin leksikasında ən çox işlənən sözlərdir. Həcminin kiçık olmasına baxmayaraq lüğətə, adətən böyükhəcmli lüğətlərin tərkibində olan dörd və beşhərfli ərəb sözləri də daxil edilib.
Təqdim olunan əsər ərəb, türk və Azərbaycan dillərinin leksik tərkibinin, fonetik quruluşunun öyrənilməsi baxımından zəngin tarixi və dil materialıdır.
Həcmi etibarilə kiçik olsa da orada tərtibçi Çimnaz Mirzəzadənin gərgin zəhməti aydınca hiss olunur. Mətninin orijinalına baxan hər bir oxucu onun oxunuşuna çəkilən zəhmətin qədərini duya bilər. Tərtibçi – müəllif böyük məsuliyyət tələb edən bu işin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir. Bu öz sübutunu kitabda verilən sözlərin dəqiq oxunuşunda, transkripsiyasında öz əksini tapır. Aparılan elmi araşdırma isə həm Azərbaycan, həm də ərəb dilçiliyi üçün əhəmiyyətli məna kəsb edir.
Kitabın I fəslində lüğətin quruluşu haqqında ətraflı məlumat verilir. Müəllif lüğətin tərtib prinsipinə öz münasibətini bildirərək işin özəlliklərini qeyd etməklə haşiyələrdə təsadüf olunan qeydləri də aydınlaşdırır. Həmin fəsildə lüğətin orfoqrafik xüsusiyyətləri araşdırılaraq bəzi səhvlər, yazı müxtəlifliyi nəzərdən keçirilir, şifahi dilin təsiri aydınlaşdırılır, söz birləşmələrindəki komponentlərin əvəzləyici mövqeyindən, sözlərin leksik - semantik xüsusiyyətlərindən bəhs olunur, tematik bölgü verilir.
Kitabın II fəslində lüğətin faksimilesi-orijinalı, ərəbcə olan sözlərin transkripsiyası, türkcə olan sözlərin transliterasiyası verilmişdir.
Kitabın III fəslində isə lüğətin sözlüyü yerləşdirilmişdir.
Bu kitab ali məktəblərin şərqşünaslıq və filologiya fakultələrində Azərbaycan dilinin, eləcə də Azərbaycan və ərəb dillərinin qarşılıqlı əlaqələri tarixinin öyrənilməsində, müqayisəli tədqiqat işlərində, leksikoloji araşdırmalarda faydalı ola bilər. Əminik ki, bərpa olunmuş bu lüğət bir dil abidəsi kimi geniş oxucu kütləsi üçün də maraqlı olacaqdır.
Müəllifin indiyədək çapdan çıxmış «Azərbaycan toponimləri Orta əsr ərəb coğrafi mənbələrində», «İbn Firiştə və onun qafiyəli lüğəti» kitabları, həm alimlər, həm oxucular tərəfindən maraqla qarşılanmışdır. «Ərəb dili fonetikasının tədrisi üçün metodik vəsait» əsəri isə müəllifin çoxillik pedaqoji fəaliyyətinin məhsuludur.
Çimnaz Mirzəzadənin dilçilik və pedaqoji sahədəki uğurlu fəaliyyəti onun atası, tanınmış pedaqoq dilçi - alim, Hadı Mirzəzadənin layiqli davamçısı olmasından xəbər verir. Müəllifə elmi işlərində, pedaqoji fəaliyyətində uğurlar diləyir və gələcəkdə leksikoqrafiya tariximiz üçün yeni-yeni töhfələr verməsini arzu edirik.