Taley rüzgarı Bir zaman bəxtimiz üz-üzə gəldi, Həsrət gözümüzün qarası oldu. Taleyin bəxşişi bəd gbzə gəldi Qismət gözümüzün yarası oldu. Niskil köksümüzdə çatdı közünü Kövrək qəlbimizdə tirədib simi Ayrılıq araya atdı özünü Bölüb yolumuzu bildiyi kimi. Bu yanğı sınağa çəkdi bizləri, Bu sınaq haçansa sovuşdu bəlkə. Ümidlər sınağa çəkdi bizləri Əhdimiz xəyalda qovuşdu bəlkə. Bəlkədə savaba batırıq indii, Tapıb yaşxısını biz özümüzdən. Bəlkə arzumuza çatırıq indii Ürəyə köçürük biz sözümüzdən. Bir zaman bəxtimiz üz-üzə gəldi, Həsrət gözümüzə dolası oldu. Taleyin bəxşişi bəd gözə gəldi, İstək könlümüzdə qalası oldu. Atam güclüdür Ümid tellərini tam bərkitmədən, Atalı günümün fərağıdayam. Bir zaman özümü tam dərk etmədən Dediyim bir sözün marağıdayam. Mənimçün əvəzsiz qüvvədir atam, Könlümün telindən qopan avazdı. Odur ürəyində odumu qatan Ruhuma əbədi bahardı-yazdı. O, vaxtdan ömrümdən neçə qay keçib Taleydən aldığım daha bəsimdi. Taley bu qisməti mənə pay seçib Dərdimi şəklinə deyirəm indii. Adı həyatımın naxışı zəri, Kölgəsi öümrlük çətirim olub. Ruhumda yurd salan ata nəfəsi Övladım sevdiyi ətirim olub. Atasız qalanlar sözümü anlar, Ata kölgəsində adam güclüdü. Bütün sözlərimdə bir inadım var, Mən zəif deyiləm, atam güclüdü.
|