Dünən gecə Dünən gecə küçəmizdən Gəlib keçdi bir pəri, Günəş təki işıqlıydı, yanırdı gözləri. Ancaq onu tanımadım, Sən demə onun gözləri, Elə-belə yanırmış?.. Göydə yanan ulduzların Gözləriymiş gözləri. O pərini gözlədim, Suda üzən telləri, Tanış gəldi birdən mənə, Oyandı gözlərim, Saçlarımla gül kimi. Dolaşanda əllərim, Onu tanıtdı mənə Həzin payız yelləri. Dünən gecə küçəmizdən Gəlib keçdi bir pəri Bulaq kimi işıqlıydı, yanırdı gözləri. Çiçəkdi çiçək
Çiçək açılmadan öncə, çiçəkdi çiçək. Ürəyi də, gözləri də, Çiçək kimi kövrəkdi çiçəyin. Tikan bitirəndə, Gözlərdən düşdü çiçək. İlan kimi elə bil, süründü çiçək, Ləçəyinə tikan kimi büründü çiçək. Gözlərə çiçək kimi deyil, Tikan kimi göründü çiçək. Şükür Allah, şükür Allah
Xoruz mələk görəndə, banlayarmış... Şükür Allah – Şükür Allah. Eşşək şeytan görəndə, anqırırmış... Şükür Allah – Şükür Allah. İnsan ölüm hayında, həqiqəti anlayarmış... Şükür Allah – Şükür Allah. Məhəbbəti duyarmış, Sevgilini duyarmış – Eşqdən doyarmış, Ürək Allah – Könül Allah. Günahını yuyarmış, Gözlər Allah – Gözlər Allah. Həqiqətə qovuşarmış, Ürək Allah – Könül Allah. Yarımçıq ay şəkilində, Qalmazmış sabah... Şükür Allah – Şükür Allah.
|