|
Sevgi və daxili narahatlıq şairi XIII əsr fiqh alimi və sufisi Cəlaləddin Rumi həm də ən böyük mistik şair hesab olu-nur. Qarşısıalınmaz və idiomatik poetik gücünün əhəmiyyətini Rumi çox yaxşı başa düşürdü. Onun bəşəriyyətin gələcəyi və kainatın inkişafını dərindən, hər kəsdən fərqli formada, öncədən görməsi və milyardlarla sirləri özünəməxsus şəkildə qavrayaraq öz şeirlərində intuitiv bir dillə, coşqun şəkildə əks etdirməsi vəfatından yeddi əsr ötməsinə baxmayaraq, hələ də oxuculara təsir edir, onları düşündürür. Rumi sağlığında da çox oxunurdu. Ona dərindən hörmət edir və ehtiramla yana-şırdılar. Bunun bir neçə səbəbi var idi: - şair kimi mükəmməlliyinə görə; - insanlara, heyvanlara və bitkilərə nadir, görünməmiş hüsn-təvəccöhünə görə; - şəxsi saflığına, gözəl insani keyfiyyətlərinə görə; - və ən başlıcası, özündə cəmlədiyi nöqsansız mənəviyyatı, qabiliyyəti ilə başqalarını ən yaxşı rəhbər və birlik sahibi Allaha yönəltməsinə görə. Ruminin əsərləri uzun əsrlərdir ki, Qərbdə də oxunur. Təsadüfi deyildir ki, Ralf Voldu Emerson, Georq Vilhelm, Fridrix Hegel və başqa görkəmli Qərb mütəfəkkirləri öz əsərlərində Rumi haqqında məlumat vermiş və onun haqqında yüksək fikirlər söyləmişlər. Lakin Rumi əsərlərinin Qərbdə hamı tərəfindən qəbulu və tanınması məhz son illərdə gözlənilməz vüsət almışdır. Xristian Elm Monitorunun məlumatına görə, Rumi 1997-ci ildə əsərləri Amerikada ən yaxşı satılan şair olmuşdur. Çətin, lakin müzəffər həyat yolunun işıqlandırılmasından bəhs edən poeziyaya olan rəğbətin ifadəsi kimi Rumi özünün fərqli və artmaqda olan oxucu kütləsinə güclü təlqin edir. Onun həyatında baş verən bir çox hadisələr poeziyasında da öz əksini tapıb. Ruminin təhlükəli uşaqlığı ailəsi ilə birgə monqol hücumlarından qorunmaq üçün şəhərbəşəhər, ölkəbəölkə gəzdiyi yollarda keçmişdir. İlk təhsilini öz atası, məşhur islam alimi Bəhauddindən (o, «Sultanul-üləma, yəni «Alimlər şahı» çağırılacaq dərəcədə böyük şöhrət sahibi idi – E.V.) almışdır. Oğlu Cəlaləddin kimi Bəhauddin də ömrü boyu dərviş Şəms Təbriziyə dərin rəğbət bəsləmişdir. Əksər Qərb oxucuları Ruminin əsərlərini ən azı Mütləqi özünə hopdurmuş mənəvi yol göstərən ulduza, ən çoxu da dünyəvi həyatımızın işıqdaşıyıcısına bənzədərək yüksək qiymətləndirirlər. Bununla bərabər, oxucuları özünə cəlb edən həm də böyük mistikin estetik və transsendental məziyyətləridir. Lakin Qərb pərəstişkarları Rumini öz tarixi konteksindən çıxarıb özlərininki kimi qucaqlamağa meyllidirlər. Bu gün Qərbdə öz yaradıcılığında Ruminin əsərlərindən istinad nöqtəsi kimi istifadə edənlər az deyil. 1998-ci ildə Nyu-York geyim dizayneri Donna Karan hətta öz yaz geyim sərgisinin örtüyünü Rumi əsərlərinin yazıçı Dipak Kopra tərəfindən verilən interpretasiyası ilə açmışdır. Bəstəkarlar Flipp Qlass və Robert Vilson isə librettosu Ruminin amerikan şairi Kalman Barks tərəfindən şərhi verilmiş 14 şerindən ibarət «Divlərin zərifliyi» əfsanəvi operasını bəstələmişlər. Amerikan antreprenörləri, əgər belə demək olarsa, Ruminin populyarlığını artırmaq üçün özlərindən yeni mənalar kəşf edib onun təbliğinə hər ay maliyə qoyurlar. Bu günlərdə Amerika kitab mağazalarında üz qabığında Rumi əsərlərinin tarot tərəflə-rindən istifadə olunmuş «Rumi kartları» bir neçə versiyada satışa buraxılmışdır. Kommersializm bir yana, əsərlərinin əsas məğzi və xüsusilə məhəbbət mövzusu baxımından Rumiyə münasibətdə İslam və Qərb dünyası insanının baxışlarında böyük fərq var. Lakin Ruminin tez–tez və ustalıqla istifadə etdiyi romantik obraz Qərb oxucusunu da özünə əsir etmişdir. Bu romantik obrazın orta əsrlər üçün səciyəvi olan, bu gün artıq yoxluğu hiss olunan süni abırlılıqla səciyyələnməsi Rumini əsasən sevgi şairi hesab etməyə gətirib çıxarmışdır. Əksəriyyət Ruminin öz müəllimi Şəms Təbriziyə bəslədiyi mistik eyniləşdirmə ilə əhatələnmiş ruhani sevgisinə heyran olur. Bəzi şərhçilər isə Şəmsin müəmmalı ayrılığından uzun müddət özünə gəlməyən Ruminin öz müəllimi ilə bu qarşılıqlı əlaqəsini adi məhəbbət münasibəti kimi mənalandırır. Doğrudan da, 1998-ci ildə «Advokat» əyləncə jurnalında dərc edilmiş bir məqalənin müəllifi İslam alimləri olan Rumi və Şəms arasındakı bu əlaqənin cinsəl münasibətlər olduğunu sübut etməyə cəhd edirdi. Bir qism Qərb oxucuları pedantlıqdan uzaq və təxminən çoserçi keyfiyyətlərə malik Ruminin bir çox təsvirlərinin geteseksual birləşmələrinə heyran olurlar. Bunun əksinə olaraq, müsəlman tədqiqatçıları bunun əksinə olaraq Rumi və Şəms arasındakı münasibətləri hələ də ardıcıl olaraq «Sufi öz qəlbini Allaha açmaq üçün başqa birisini çağırır» düsturu ilə şərh edirlər. Ruminin tez-tez istifadə etdiyi aşıb-daşan, coşqun, dünyəvi təsəvvürləri sevimli Şəmslə, doğrudan da, yaxınlığını əks etdirir. Çünki kişilər arasındakı platonik məhəbbətin seksual boyalardan istifadə yolu ilə təsviri fars məhəbbət poeziyası üçün səciyyəvi bir şeydir. Rumi də müəllimi Şəmsə olan sevgisini buna uyğun vermişdir. Buna görə seksual məhəbbət epizodları İslam oxucuları tərəfindən əxlaqsızlıq kimi mənalandırılmır. Lakin bəzən bir çoxları bunu insan təbiətinə istehzalı, təhlükəli və zərərli şərhlər kimi qəbul edir. Ümumiyyətlə, İslam oxucusu Rumidən çox fərqli zövq alır. İslami düşüncəyə görə, alimlə mənəvi rəhbər, yaxud insanla Allah arasında labüd ayrılıq yoxdur. Ruminin ədəbsiz zarafatları, erotika ilə dolu təsvirləri, mədəniyyət və dinləri kosmopolitcəsinə qavraması, səlis, axıcı dilə malik hüquq, tarix, ədəbiyyat və təbiət bilikləri öz-özlüyündə hüdudsuz görünür. Onlar oxucunun Allaha və ruhani dünyaya qovuşmasını sürətləndirmək üçün yalnız bir layihədir. Ruminin şah əsəri hesab olunan altı cildlik «Məsnəvi»sinin bütün gözqamaşdıran genişliyinin və çoxşaxəliliynin bir məqsədi var: Mütləqlə əlaqə. İslam oxucuları üçün Rumi «Quran»ın görkəmli təfsirçisi və sufi fəlsəfəsinin parlaq şərhçisi olaraq qalır. Fiqh və fəlsəfə üzrə mükəmməl təhsil almış Rumi İslam aləmində sufizmin daha iki böyük təmsilçisi sayılan Əttar və Sənainin mənəvi davamçısı hesab olunur. Dini ehkamlar və məzhəblərdəki təhrifləri aradan qaldırmaq məqsədi onu bu iki şair ilə birləşdirirdi. Daha çox isə o, metafizika və mistikaya meyllənməklə skeptisizmə yuvarlanan İslam vaizi, öz atası Bəhauddinin müdafiəçisi kimi görünür. Buna səbəb atasının bu gün Əfqanıstan kimi tanınan doğma vətəni Xorasanda o zaman aristotelçi əsərlərə meylin güclü olması idi. Bu gün Türkiyədə Rumiyə müxtəlif yönlü «fırlanan dərvişləri» özündə birləşdirən mövləvilik təriqətinin banisi kimi hörmət edirlər. Bu sufilər Mütləqdə təcəlla olunan sevinc eşqinə fırlanırlar (yəni səma etmək – E.V.). Dönməklə icra olunan bu mistik rəqsin məşhurlaşmasına həqiqətən də Ruminin özü kömək etmişdir. İlk dəfə bu rəqsi o özü bazarda, sonra sevimli dostunun dəfnində oynamışdır. Bu mistik rəqsin özü tərəfindən ilk iki icrası hamının heyrət və təəccübünə səbəb olmuşdur. Fars mədəniyyətinin mühafizəsi rolunu üzərinə götürmüş İran isə son illərdə şairə hörmətini çoxlu sayda yeni elmi essələrlə ifadə edir. Nə üçün Rumiyə münasibətdə bu qədər çoxlu sayda fərqli baxışlar və onu oxumağın bu qədər çoxlu yolları var? Necə ola bilər ki, bu qədər müxtəlif dünyagö-rüşlü müasir oxucu kütləsi bu orta əsrlər yazarına belə məhrəmanə və açıq-aşkar bir səmimiyyətlə yanaşır? Rumi öz əsərlərində dəfələrdə deyir ki, o təbiəti və gözəgö-rünməz dünyanın əhəmiyyətini dilə daxil etməyə təşəbbüs edir. Lakin buna yalnız qismən nail ola bilməyin mümkünlüyünü də o açıq-açığına etiraf edirdi. «Süleyman və Şanapipik hekayəsi»ndə Rumi yazırdı: «Sən hər şeyin adını biləndənmi eşitdin? Onun bizə öyrətdiyi Adların gizli mənalar verən sirlərini dinlə! Bizimlə hər şeyin adının xarici tərəfi zahir olur, Yaradanla hər şeyin adının batini reallığı». Ruminin məşhurluğunun izahı sadəcə o ola bilər ki, o, “xarici tərəfi zahir olan”, eyni zamanda, nadir transsendent istedadına malik və mistik “batini reallığı” ovsunlayan gözəl şairdir. Sözlərinin lakonikliyi haqqında tamamilə qərəzsiz və təvazökar fikir bu ola bilər: belə yazıçılar dünyada tək-təkdir. Həmçinin xatırladılmalıdır ki, Ruminin farsca ən böyük klassik əsəri olan «Məsnəvi»si onun ədəbi ölməzliyinə təminat verir. Əgər müxtəlif cür adamlar Rumi ilə rabitəsini hiss edirsə, buna səbəb həyatı boyu Ruminin fərqli qruplarla yaxşı münasibəti xoşlaması idi. Xorasan vilayətinin Bəlx şəhəri yaxınlığında doğulan Rumi bu vilayətdə yayılmış İslam, xristian, yəhudilik, zərdüştilik və buddizm ənənələri ilə yaxından tanış idi və bu dinlərə inananlarla sıx dostluq edirdi. Müsəlman qadını olan birinci arvadının ölümündən sonra o, ikinci arvadını xristian mənşəlilər arasından seçmişdi. İkinci nikah bağlananda xristian və İslam dünyasının hər iki işğalçıları tərəfindən aparılan səlib müharibələri (burda məqalə müəllifinin haqsızlığı üzə çıxır, çünki səlib müharibələrinin təşəbbüskarı bildiyimiz kimi xaçpərəstlər idi və məhz onlar guya müqəddəs xaçı «kafirlərdən» qorumaq adı ilə İslam ölkələrinə işğalçılıq yürüşləri edirdilər – red.) davam edirdi. Tədqiqatçılar göstərirlər ki, Ruminin ümumbəşərililiyini qiymətləndirmək üçün dəfnindən gözəl dəlil yoxdur. Belə ki, onun vəfatı zamanı müsəlmanlar, xristianlar, yəhudilər, yunanlar, ərəblər və farslar 40 gün ağlayaraq yas saxlamışdılar. Gəlin, yenidən onun əsərlərinin, xüsusilə «Məsnəvi»sinin strukturundakı sərbəstlik məsələsinə nəzər salaq. Ruminin özünəməxsus poetik üslubu sərbəst asossasiyalar və qəfil dəyişən mövzularla zəngindir. O, zəngin mövzuları füsunkar, özünün könül oxşayan istedadıyla birləşdirdiyindən çoxları bu cazibədən qaça bilmir. Əsərlərinin bəzi yüngülvari nizamsızlıq keyfiyyətləri isə qismən də olsa bir faktı üzə çıxarır: ola bilsin ki, bu əsərləri yazıya o özü köçürməmişdir. Yəni o, şeirlərini daim öz ətrafında olan katiblərə bədahətən diktə etmişdir. Tədqiqatçı Annemarie Skimmel «Zəfər günəşi» əsərində Ruminin sirli, dəyişkən poeziyasının hansı ovqatların təsiri ilə yaranması məsələsinə toxunaraq yazır: «Onun «Məsnəv»isinin sərbəstliyi mistik sessiyaların xatırlatma formasıdır (bunu Rumi tələbələrinə etiraf edirdi); ustad fikirlərini deyir, rəyini bildirir və bəzi məsləhətlər verir; bəzi ziyarətçi və şagird ola bilərdi ki, söz desin; o, bunu inkişaf etdirir, ondan yeni hekayələr toxuyur; ola bilsin o vəcdə gəlir və bir neçə şeirini bəlağətlə oxuyur və beləliklə gecə ekstaz atmosferində başa çatır; lakin qəribə hekayə və məsələlərin məntiqi ardıcıllıqla xatırlanması növbəti gün çətin olurdu». Qərb oxucularına gəldikdə onlar belə hesab edirlər ki, Ruminin bu gün təəccüb doğuran qətiyyətli çağırışlarının başqa mühüm səbəbi var: onun istedadı adi təbiət və gündəlik həyat hadisələrindən də vəcdə gəlir. Əngin, ucsuz-bucaqsız, valehedici hadisələrdə fərd öz Yaradanının nişanəsini hiss edir, mənasını duyur və onunla nəfəs alır. Ruminin əksər əsərləri bütün bu təbii nizamda bu və ya digər dərəcədə rol oynayan böyük sevinci ifadə edir. Könlüm uçmaq istəyir, belə şirinliklə onu yaxın çağıranda. Könlüm uçmaq istəyir, sən “Qalx” pıçıldayanda. Balıq quru torpaqdan dəryalara baş vurmaq istəyir, o “Qayıt” təbilinin çalındığını eşidəndə. Titrək işıq saçan sufi bəxtəvər kimi oynamaq istəyir, zülmət onu səsləyəndə. Qısası, Ruminin əsərləri bizim çoxumuzun adi həyat hadisələrinə instinktiv və mistik münasibətə, ən əsası isə gündəlik məişət sevinci üçün artmaqda olan ehtiyacımıza cavab verir. Ədəbsiz və kəskin hazırcavablığına görə Ruminin əsərlərinə başdan-başa kəskin sosial şərhlərlə şərtlənən ləkələr yaxılır. Onun əsərlərinin yüksək oxunma effekti poeziyasına xüsusi ruh verir. Bu ruhla da ədəbsiz və kəskin hazırcavablığı geniş daxili dünyasının çox kiçik bir hissəsi kimi oxuycuya ötürülür. Əsərlərinin istər dünyəvi müstəvi, istər tarixi kontekst, istərsə də ciddi ruhani karkas daxilində şərh olunmasına baxmayaraq, Rumi həqiqətən də çox böyük sevgi şairidir. Şəmsin ayrılığından çəkdiyi iztirablar və çoxmənalı poetik məhəbbət ifadələri öz hissləri və ruhani dünyasını asanlıqla, sərbəstcə şərh etməsi üçün oxucunu zəngin lüğət ehtiyatı ilə təmin edir. Ruminin sənədləşdirdiyi məhəbbət hədsiz dərəcədə mürəkkəbdir. Buradakı imtiyaz və cəfa kədərin, sevincin və çaşqınlığın müxtəlif çalarları ilə bağlanır. Ruminin əsərlərində az da olsa sentimentallıq da var. Belə ki, sevgi üzərində gərgin düşüncələri onun öz coşqun, nizamsız və dəyişilən potensial tərəflərinə də işıq salır. Şair «Divan»ında yazır: Sən mənə aşiq olmusan, mən səni çətinə salacam. Çox ev tikmə, mən səninlə xarabalıqlarda olmağı arzu edirəm. İki yüz ev tiksən, arıların tikdiyi yolla tik. Əgər möhkəmlikdə Qaf dağısansa, səni milçək kimi evsiz qoyacam. Səni dəyirman daşı kimi fırladacam. Bu səpkili məhəbbət düşüncələri Qərbdə çoxları tərəfindən böyük həvəslə oxunur. Sadəcə, mükəmməl obrazlılığına görə deyil, həm də çağdaş oxucu məhəbbəti bütün dolğunluğuyla, mistik və ibtidai tərəfləri ilə birlikdə sınaqdan keçirmək istəyir. Ruminin müasir insan üçün münasibliyi həyatının səfərlərdə və qarmaqarı-şıq vəziyyətdə keçməsi ilə də bağlıdır. Çünki bu gün həm müsəlman, həm də Qərb dünyasının böyük əhali kütləsi kimi Rumi də fövqəladə cəmiyyət və siyasi qarışıq-lıq içində yaşayırdı. Şair öz poeziyasında həyatın xaotikliyini təbii boyalarla, inan-dırıcı ifadə edir. Buna səbəb bəzən dövlət dəyişikliyi, çox vaxt da səngimək bilməyən daxili siyasi çəkişmələr üzündən istər uşaqlıq, istərsə də yetkinlik çağla-rında üzləşdiyi təhlükə, qeyri-müəyyənlik və sabahkı günə inamsızlıq idi. Eyni ovqatla yaşayan müasir oxucuların əksəriyyəti zəfər yolunda rahatlığını unudaraq acınacaqlı, kədərli şəraitlə razılaşmaq zorunda qalan şairin həyəcanına şərik olurlar. Ruminin erkən uşaqlıq çağlarında ailəsi ilə yaşadığı vilayət monqol işğalı təhlükəsi altında idi. Monqolların müsəlman dünyasında törətdikləri terror onun ailəsinin doğma Xorasanı tərk etməsinə səbəb olmuşdu. Lakin qeyd edək ki, Ruminin atası köçmək qərarına əvvəllər də gəlmişdi. Çünki o, özünün nüfuzundan narahat idi və bütün ətrafda görkəmli İslam mütəfəkkiri hesab olunduğunu yaxşı bilirdi. Nəticədə Rumi təxminən 10-12 yaşlarında ikən onun ailəsi qohumlarının çoxu ilə birgə Xorasan vilayətindən qaçmaq məcburiyyətində qaldı. Dədə-baba vətənlərini tərk etdikdən sonra onlar təqribən 10 il qoşqu arabaları ilə ölkəbəölkə dolandılar. Axırda müasir Türkiyənin Anadolu bölgəsinin Konya şəhərində məskunlaşdılar. Yolda Rumi atasının 4 arvadından biri olan anasını itirdi. Bu köç ərzində çox güman ki, o çoxlu iztirablar və mərhumiyyətlərin şahidi olmuşdu. Tədqiqatçılar bildirirlər ki, Ruminin soyuqqanlı ifadələrinin və mistik həssaslığının böyük hissəsi davamsızlığa, tələfata və terrora qarşı müdafiə ruhundadır. Konyada məskunlaşdıqdan sonra Rumi hələ erkən yetkinlik yaşlarından ata-sının layiqli davamçısına çevrildi və başqa alimlərlə görüşmək üçün səyahətə çıxdı. İslam fiqh aliminin həyatı olduqca sadə və xoş keçmişdir. O, Konyadakı böyük nüfuzundan zövq alırdı. Otuz yeddi yaşında olanda esentrik dərviş Şəms Təbrizi ilə dostluğundan sonra sakit həyatı qəflətən dəyişərək qeyri-adi, müəmmalı, mistik şəkil aldı. Bu görüşdən Ruminin həyatı o qədər dəyişildi ki, sanki o, həyata yenidən gəldi. Ədəbi tənqidçi Fatemeh Keşəvərz yerində qeyd edir: “Yolçu Şəms öz azad məntiqi və yeni üfüqlər axtaran müdrik biliyi ilə Rumidə istedad oyandırdı”. Şəmslə görüşmək Rumi üçün əvəzsiz azadlıq və maariflənmə təcrübəsi idisə, Dərvişin ölümü Ruminin həyatında ən böyük itki və nisgil oldu. Çoxları tərəfindən belə ehtimal edilir ki, Şəmsi qətlə yetirən Ruminin doğma oğullarından biri olub. Uşaqlıqdan mistik sevimlisinə olan rəğbəti Rumini Şəmsə qovuşdurdu. Onun bu qovuşmadan sonra yaratdığı parlaq lirik hekayələri həm orta əsr, həm də müasir oxucular tərəfindən başa düşülür və sevilə-sevilə oxunur. Bu gün Ruminin poeziyası insanların özünü tərbiyəsində sosial çevriliş kimi səslənir. Onlar gündəlik həyatlarının təhlükəsizliyini düşünülmüş şəkildə daha mənalı həyat axtarışı ilə təmin etmək istəyirlər. ingiliscədən Elmar Vüqarlı çevirib
|
|