Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Karnavalizm

baş redaktordan


İbrahim  İlyaslı


Əsəd Cahangir
Yaxşı gəncliyin nağıl
Çağdaş nəsrdə yenilikçilik və eksperimentçilik meylləri haqqında


Nadir Hüseynzadə
Çağdaş ədəbi reallıqlar və oxucu həqiqətləri


Ramin Allahverdiyev
Müasir poeziyamızda predmet və detallar


Əsəd Cahangir
Banu Çiçək sən deyilmisən?


Əsəd Cahangir
Tale başın üstə səma kimidir...
Kənan Hacının gələcək kitabına ön söz


Əsəd Cahangir
«Gənclik» jurnalı


İqor Şaytanov
Tənqidçi peşəsi


«Hər kimin ağı qara isə, utansın!»
çağdaş tənqidimiz: problemlər, mülahizələr…


Bəsti Əlibəyli
Çağdaş tənqid və ədəbi proses:
2004-2007-ci illər


Bu, Vaqif Yusiflidir...
60 yaşını qeyd etməyə hazırlaşan tənqidçi Vaqif Yusifli “Körpü”nün qonağıdır...


İslam Sadıq
Elmi təfəkkür olmayanda ümid qalır saman çöpünə


Güllü  Yoloğlu
Şirin erməni qızıdırmı?!
Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsinə dair


Sərvaz Hüseynoğlu
"Bir uzaq səfərə gəmim çıxıbdı..."
Aran ədəbi mühiti haqqında düşüncələr


Leslay Vinz
Sevgi və daxili narahatlıq şairi


Camille  Adams Helminiski
(Amerika)
Qadın və Sufizm


Fəridə Hacıyeva


Muxtar Qul Məhəmməd
(Qazaxıstan)
Dünyanı söz idarə edir


Güllü  Yoloğlu
Böyük insanın böyük məhəbbəti


Yuri  Sapojkov (Belorus)

«Ürəyin böyüdülmüş portreti»
2005-ci il belorus poeziyası haqqında qeydlər


Firudin Qurbansoy
Mikayıl Müşfiqin təncim portreti


Əhməd Qəşəmoğlu
İnsanın mahiyyəti və missiyası haqda


Vitali Popov
Yəhuda İskaryot - İsa Peyğəmbərin seçimi


Fayaz Çaqani
Postmodernizm


Sevil Gültən
Misə çevrilmiş qızıl
Paulo Kuelyonun «Kimyagər» romanının dilimizə tərcüməsi haqqında


Vaqif Əliyev
“Leyli və Məcnun” operası – 100
Səhnəmizin ilk Leylisi


Əsəd Cahangir
Mən kiməm...
Rejissor Elşən Zeynallının Xalq Şairi Fikrət Qocaya həsr olunmuş «Mən kiməm» sənədli-bədii filmi haqqında qeydlər


Etimad Başkeçid
Məşhurluq alın yazısıdır...


Fikrət Sadıq
Üçüncü kərə «qarşı» sözünə qarşı» və başqa dərdlər

II Yazı


Kamil Əfsəroğlu
Litva Yazıçılar
İttifaqında




Mahirə  Abdulla
Çəhrayı rəngin nağılı
Sona Vəliyevanın “Çəhrayı rəngli dünyam” şeirlər kitabı haqqında


Əsəd Cahangir
Ana bilgiyə varanlar
Mahirə Abdullanın «Qatmaqarışıq nizam» kitabı haqqında


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Şəfəq Əlibəyli
Leksikoqrafiyamiza yeni töhfə


Aydın Arpaçaylı
«İki damla göz yaşı»


Qəşəm Nəcəfzadə


Şəfəq Sahibli


Həyat Şəmi


Bəhram Fərmanzadə


Əzizə Ağahüseynqızı


Elmar Vüqarlı


Elsevər Məsim


Elmin Əfqan


Dayandur Sevgin


Fəzail İsmayılın


ANONS!


Əsəd Cahangir
Drama + tryuk



 

Əzizə Ağahüseynqızı


 

Unluca dövğası düşüb könlümə


Yenə bahar gəlib ağ varaqlara,
Xəyalım köç edir ötən çağlara.
Elə hey qoşulub mən uşaqlara
Unluja dovğası bişirmək üçün
Unluja yığmağa gedərdim hər gün.


Yamyaşıl talalar şehdə çiməndə
Deyərdim, gülərdim qızlarla mən də
O qızların çoxu düşdü kəməndə
Bu ömür deyilən yuxuymuş demə
Unluja dövğası düşüb könlümə.


Guya unlujaya getmişdim mən də
Qayıdıb əliboş evə dönəndə
Səbirli anamın səbirdanından
Danlaqlar yağardı sel tək üstümə
Unluja dövğası düşüb könlümə.


Yenə arx döşündə bitir yarpızlar,
Yenə göy üzündə yanır ulduzlar.
Bəs siz hardasınız, yaşıdım qızlar?
Mən sözün sehriylə yaşadım, qızlar!
Siz kəməndə düşdüz, mənsə tilsimə
Unluja dövğası düşüb könlümə.


İndi o aylardan, illərdən uzaq,
Unluja bitirən çöllərdən uzaq,
Məni öz janından artıq istəyən,
Obalardan uzaq, ellərdən uzaq
Qərib bir şəhərdə qursam da, kümə
Unluja dövğası düşüb könlümə.


Oxucu, düşünmə dovğa acıyam,
Torpaq həsrətlisi, yurd möhtacıyam.
Hər yazıdan əvvəl bir ağ varaq var,
Unlucadan qabaq unlucanı da,
Yetirən, bitirən ana torpaq var.
Yoxsa dovğa nədi, unluca nədi?


Unluca özü də bir bəhanədi.
Unluca özü də məni yetirən,
Unluca özü də məni bitirən,
Düşmən tapdağında qalan yurdumdan,
Düşmən tapdağında solan yurdumdan,
Ana torpağımdan bir nişanədi.


Duracaqda

Durmuşam, avtobus duracağında,
Minik gözləyirəm, vaxt hədər keçir...
Vaxt da qaçqın düşüb, yoxsa, ilahi,
Təkərlər üstündə dərbədər keçir.


Bu qaçqın dövrandan, zamandan uzaq,
Ağlıma, könlümə damandan uzaq,
Libası göz deşən sürməli xanım,
Özünü əzdirə-əzdirə keçir.


Yağlanmış telləri alnına düşən,
Fikrində zər qızla gizli öpüşən,
Sürtük cins şalvarlı modabaz oğlan,
Bir az naz-qəmzəli, bir az daz oğlan
Gözünü gəzdirə-gəzdirə keçir.


Qol-qola, göz-gözə iki növcavan,
Eşqin ləzzətini duyaraq keçir.
Yadına saldıqca ötən günləri,
Vaxt dolaylarında itən günləri,
Təqaüdçü qoca ürək qanını,
Gözünün yaşıyla yuyaraq keçir.


Bir əlində əski, birində vedrə,
Soyuqdan titrəyən balaca oğlan,
Çirk-pasın içində qaraca oğlan,
Kiminsə maşının yuyur bayaqdan.
Elə o boydaca, o buxundaca,
Bir uşaq boylanıb pəncərəsindən
Mini-avtobusa adam haylayır,
Düşüb dil-ağızdan, əldən-ayaqdan.
Yol qırağındaca durub yan-yana,
Bir nazənin gəlin, bir yaşlı ana,
Ömür-günlərini göy-göyərtəylə,
Birgə dəstələyib, birgə satırlar.
Görən nə düşünür, allah, göysatan,
Kim bilir fikrində qarğıyır bəlkə,
Deyir: “Balan ölsün, balama qıyan,
Yurdun talan olsun, torpaq, öy satan!!!”.


Əllərində zopa, zırpı polislər,
Çəkmənin ağzına verib nə ki var,
Göyü, göyərtəni, turpu polislər,
Onların başında turp əkir yenə.
Nə Allah bilirlər, nə də ki bəndə.


Sinəsi üstündə uşaq xəttiylə,
Soyuq baxışları, buz ürəkləri,
Qanlı yaralara duz ürəkləri
İnsafa çağıran bir parça kağız,
Əl açır, dilənir bir uşaq səssiz.
Elə bil sinəmdən qopur “ah” səssiz:
Gülmirəm, Gülnarəm yadıma düşür;
Turqutum – bir dənəm yadıma düşür.


Baxdıqca baxıram, bitmir tamaşa,
Yumuram gözümü, itmir tamaşa,
Beynimin içində açılır səhnə,
Əynimin içində açılır səhnə,
Qaçıram, qaçıram gördüklərimdən,
Gördükcə qəlbimdə hördüklərimdən,
Nə qədər qaçsam da, hara qaçsam da,
Gözümün önündən getmir tamaşa.


Əgər inanmasan dediklərimə,
Əgər odlanmasan dediklərimə,
Oxucu gəl dayan qaçqın zamanda,
Oxucu, gəl dayan mən duran vaxtda.
İşdi vaxt tapmasan, zaman tapmasan,
Gəl dayan, növbəti dayanacaqda.



Bu gecə dəli bir yağış yağırdı


Kişnədi buludlar başımın üstə,
gözümdən süzülən yaşımın üstə,
şəhid məzarının daşının üstə
bu gecə dəli bir yağış yağırdı.


Dəlisov at kimi şahə qalxaraq,
şimşək dırnağıyla odu ha bayaq,
eşirdi göyləri şaraqqaşaraq
bu gecə... dəli bir yağış yağırdı,
göylərdən yerlərə nifrin yağırdı,
göylərdən yerlərə qarğış yağırdı.


Gül açmır arzular, atdığım yekdi,
elatsız obanın yuxusu dikdi,
soyuq çadırların üstü nəm çəkdi,
bu gecə dəli tək yağan yağışdan.


Başımız üstündə tirə bax, tirə,
bilmədik hülqumu verdik kəndirə,
anamın qurduğu palçıq təndirə
bu gecə dəli bir yağış yağacaq.


Çoxdandı görmürdü belə yağışı,
boy atdı torpağın yaşıl alqışı,
doldu çəmənlərdə ceyran naxışı
bu gecə dəli tək yağan yağışla.


Tüstüsü kəsilən elə, obaya,
atamın əlindən düşən yabaya,
ağacda yellənən tənha yuvaya
bu gecə dəli bir yağış yağırmı?


Bu gecə dəli bir yağışa dönüb
ilham pərisinin əlindən tutdum,
dəli bir sevdanın dilindən tutdum,
qələmin Qırat tək yalından tutdum.


Kövrək ümidimin üstünə yağdı,
bacası olmayan tüstümə yağdı,
pəncərə önündə büstümə yağdı
bu gecə bir ağlar heykələ döndüm.


 
Ata


Atama baş çəkmək üçün bir payız kəndə getmişdim. Ömrü boyu at belində gəzən atamı uzun müddətli yataq xəstəsı görmək mənə çox ağır gəldi. Atamı simasında can rahatsızlığı gördüm. Payızın bu yarpaq tökümündə ata yurdumundan səksəni haqlamış atamın qəribə bir kədəriylə geri döndüm.  


Məğrur görkəmindən qalmayıb əsər,
xəstəlik cismini yatağa salıb.
Niyə səni deyib gülən görmürəm,
niyə nurlu üzün belə sozalıb?


Dan üzü qalxmırsan daha yataqdan,
anamı gözlərsən əlindən tuta.
Bir gündə min addım yer dolaşardın,
indi bir addıma həsrətsən, ata.


Gözlərin önündən keçər ötənlər,
əlçatmaz xəyallar səni bayıldar.
Qapı cırıltısı, pəncərə səsi,
ömür yuxusundan səni ayıldar.


Baxıb qolundakı saata vaxtı,
divar xalısının gülün sayanım.
Qonşu otaqdakı pianinonun,
əlində darağın dilin sayanım!
Olsa da sən çəkən dərdlər ayanım,
bəs niyə bu vaxtın əlindən qaçıb,
bu ömrün, bu baxtın əlindən qaçıb,
sənə bu günündə hayan durmuram,
a mənim dar gündə arxam, hayanım?!


Nə deyim bu qansız ömrə, həyata,
bir güllü baharı döndərir qışa.
Sən elə bir ömür sürmüsən, ata,
layiqdir ucadan uca alqışa.


Üfüqdən boylanan nurlu günəş tək,
səkkiz övladına həyat vermisən.
Sən necə varlıqsan bilə bilmirəm,
dənizmi, küləkmi, odmu, yermisən?


Canından, qanından keçib min kərə,
bizim uğrumuzda atıldın oda.
Sən gecə çalışdın, gündüz çalışdın,
bir dəfə əlini açmadın yada.


Boyun bərabəri qaldırıb göyə,
məni gəzdirərdin yolların üstə.
Guya ki, borcundan çıxıram deyə
səni qaldırıram qollarım üstə.


Şəhərə dönəndə sənə aldığım
qoltuq ağacını qolum yerinə
qoyaraq gedirəm.
Cansız bir ağac
bala qollarını əvəz edərmi?!
Ay ata, izin ver ölüm yerinə!


Səni yoluxmağa o dünyadan da,
uçub evimizə qonaq gələrəm.
Mələk qanadımla enərəm yerə,
sənə ilahidən salam verərəm.