Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Karnavalizm

baş redaktordan


İbrahim  İlyaslı


Əsəd Cahangir
Yaxşı gəncliyin nağıl
Çağdaş nəsrdə yenilikçilik və eksperimentçilik meylləri haqqında


Nadir Hüseynzadə
Çağdaş ədəbi reallıqlar və oxucu həqiqətləri


Ramin Allahverdiyev
Müasir poeziyamızda predmet və detallar


Əsəd Cahangir
Banu Çiçək sən deyilmisən?


Əsəd Cahangir
Tale başın üstə səma kimidir...
Kənan Hacının gələcək kitabına ön söz


Əsəd Cahangir
«Gənclik» jurnalı


İqor Şaytanov
Tənqidçi peşəsi


«Hər kimin ağı qara isə, utansın!»
çağdaş tənqidimiz: problemlər, mülahizələr…


Bəsti Əlibəyli
Çağdaş tənqid və ədəbi proses:
2004-2007-ci illər


Bu, Vaqif Yusiflidir...
60 yaşını qeyd etməyə hazırlaşan tənqidçi Vaqif Yusifli “Körpü”nün qonağıdır...


İslam Sadıq
Elmi təfəkkür olmayanda ümid qalır saman çöpünə


Güllü  Yoloğlu
Şirin erməni qızıdırmı?!
Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsinə dair


Sərvaz Hüseynoğlu
"Bir uzaq səfərə gəmim çıxıbdı..."
Aran ədəbi mühiti haqqında düşüncələr


Leslay Vinz
Sevgi və daxili narahatlıq şairi


Camille  Adams Helminiski
(Amerika)
Qadın və Sufizm


Fəridə Hacıyeva


Muxtar Qul Məhəmməd
(Qazaxıstan)
Dünyanı söz idarə edir


Güllü  Yoloğlu
Böyük insanın böyük məhəbbəti


Yuri  Sapojkov (Belorus)

«Ürəyin böyüdülmüş portreti»
2005-ci il belorus poeziyası haqqında qeydlər


Firudin Qurbansoy
Mikayıl Müşfiqin təncim portreti


Əhməd Qəşəmoğlu
İnsanın mahiyyəti və missiyası haqda


Vitali Popov
Yəhuda İskaryot - İsa Peyğəmbərin seçimi


Fayaz Çaqani
Postmodernizm


Sevil Gültən
Misə çevrilmiş qızıl
Paulo Kuelyonun «Kimyagər» romanının dilimizə tərcüməsi haqqında


Vaqif Əliyev
“Leyli və Məcnun” operası – 100
Səhnəmizin ilk Leylisi


Əsəd Cahangir
Mən kiməm...
Rejissor Elşən Zeynallının Xalq Şairi Fikrət Qocaya həsr olunmuş «Mən kiməm» sənədli-bədii filmi haqqında qeydlər


Etimad Başkeçid
Məşhurluq alın yazısıdır...


Fikrət Sadıq
Üçüncü kərə «qarşı» sözünə qarşı» və başqa dərdlər

II Yazı


Kamil Əfsəroğlu
Litva Yazıçılar
İttifaqında




Mahirə  Abdulla
Çəhrayı rəngin nağılı
Sona Vəliyevanın “Çəhrayı rəngli dünyam” şeirlər kitabı haqqında


Əsəd Cahangir
Ana bilgiyə varanlar
Mahirə Abdullanın «Qatmaqarışıq nizam» kitabı haqqında


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Şəfəq Əlibəyli
Leksikoqrafiyamiza yeni töhfə


Aydın Arpaçaylı
«İki damla göz yaşı»


Qəşəm Nəcəfzadə


Şəfəq Sahibli


Həyat Şəmi


Bəhram Fərmanzadə


Əzizə Ağahüseynqızı


Elmar Vüqarlı


Elsevər Məsim


Elmin Əfqan


Dayandur Sevgin


Fəzail İsmayılın


ANONS!


Əsəd Cahangir
Drama + tryuk



 

Firudin Qurbansoy
Mikayıl Müşfiqin təncim portreti


 

Mikayıl Müşfiqin təncim portreti


Azərbaycanın böyük ürəkli, nəhəng istedadlı, coşqun təbli şair oğlu Mikayıl Müşfiqin ömür yoluna təncim elminin işığında nəzər saldıqda bir sıra məsələlərin mahiyyətini aydınlaşdırmaq mümkündür. Öncə onun doğum tarixinə nəzər salaq: hicri-qəməri təqvimlə 1326-cı ilin cəmadiəl-əvvəl ayının beşində, cümə günü dünyaya gəlib. Miladi təqvimlə bu, 1908-ci il, 5 iyuna təsadüf edir.
Cümə gününün səyyarəsi Zöhrə (Venera) sayılır. Bu gün doğulan uşaqlar sifətcə çox göyçək, xasiyyətcə xoşrəftar, dostpərəst olurlar. Sevəndə dəlicəsinə, çılğıncasına fədakarlıq edirlər. Sevgi onların canı, cövhəri olur. Müşfiq dünyaya gələn gün səyyarələr bürclərdə bu şəkildə yerləşmişdi: Günəş - Əkizlərdə, Ay - Oxatanda, Merkuri - Xərçəngdə, Venera - Xərçəngdə, Mars - Şirdə, Yupiter - Qoçda, Neptun - Xərçəngdə, Pluton - Əkizlərdə.
1908-ci ilin idarəedici səyyarəsinin Mars (Mərrix) və ilin Meymun ili olduğunu nəzərə alsaq, onu deyə bilərik ki, bu şəxs ortaboylu (bəzən alçaqboylu) olur, illər ötdükcə kökəlməyə meyli artır. Onlar deyib-gülməyi, başqasına şəbədə qoşmağı sevirlər. İti həcv dililə seçilirlər. “Maarif və mədəniyyət” dərgisində qərəzli tənqid yazıb Müşfiqin şerlərini əyləncə adlandıran bir tənqidçiylə üzləşən şair bədahətən söyləmişdi:


Gündə min rəngə düşən buqələmunsan, bilirəm,
İti baltayla kəsilməz bir odunsan, bilirəm.
Atana oxşamısan, boynuyoğunsan, bilirəm
Dinlə, gəl qəlbimi, ay Hacı Filanın balası,
Ağzımı açma, gəda oğlu gədanın balası.


*  *  *


Zatı-mənhusini tək mən demirəm, Gəncə bilir,
Kimə qulluq eləyirsən bunu el, məncə, bilir.
Buna bir bax ki, mənim şerimi əlyəncə bilir,
Dinlə, gəl qəlbimi, ey Hacı Filanın balası,
Yekə kərtənkələnin, əfi ilanın balası.


“Azərnəşr”in o vaxtkı baş mühasibi, atalar sözlərinin xiridarı Əbdülqasım Hüseynzadədən avans pul almaq üçün yazdığı klassik üslubdakı müraciətin də əsasında incə yumor durur:


Əssalam, ey bizim Əbdülqasım!
Yığılıb bir neçə ədibi-şəhir
Tökdülər böylə günə bir tədbir:
Ki, həvanın dumanlı çağında,
Toplaşıb Mehdinin otağında
Çox götür-qoy edib, nəhayət, biz,
Düşünərsiz əgər ki, arifsiz!
Gər düzəltsən əgər bu xeyr işi sən,
Hamımız söylərik əcəb kişisən!
İş qalıbdır öz iltifatınıza.
Əliniz getsə portmanatınıza
Bizə bir yüz manat barat eylər,
Mərd olan burda iltifat eylər.
Mehdiyo Vahido, Rza, Rahim,
Müşfiqəm, pəs tutar səni ahim.
Verməsən, necədir bunun dali,
Bəs ki, mətləbdən olginən hali...


Şabalıdı saçları, girdə sifəti, geniş alnı, nəzərə çarpacaq burnu (bəzən donqar), cəlbedici qonur gözləri 5 iyun 1908-ci ildə doğulanları başqalarından fərqləndirir. Belə adamlar ünsiyyət və çılğınlığı ilə nəzər-diqqəti cəlb edirlər. Şəxsiyyətlərinə bəslədikləri hörmət onları qarşıya böyük məqsədlər qoyub inamla irəliləməyə sövq edir. Bütün problemlərini ədalətlə, vicdanla həll etməyə çalışırlar.
Nigahda zəif və zərif adama üstünlük verirlər. Həyatında çoxsaylı qadınların olmasına baxmayaraq, o, 1915-ci (Dovşan) ildə dünyaya gəlmiş Dilbər Axundzadə ilə ailə qurmuşdu.
1908-ci il 5 iyununda dünyaya gələnlərin başqalarını inandırmaq istedadı olur. Onların həyatsevərliyi, özgələrinə də siyarət edir, ilham verir. Onun paxılları çox, bədxahları məkrli və qəddar olur. Zəif yeri ayağın bud hissəsidir, qan xəstəliyindən qorxusu var. Doğum günündə Ay Oxatan bürcündə olduğundan, Müşfiqin ölümünün silahdan açılan atəşlə olacağını təxmin etmək mümkündür.
Ümumiyyətlə, 5 iyunda dünyaya gələnlər dərin zəkalı, böyük istedad sahibi kimi həmişə həsəd duyğusu oyadırlar. Bir yerdə sakit oturmayan, yeni-yeni təklif və təşəbbüslərlə çıxış edir, əldə etdiyi nəticələrlə qane olmayan şəxslər kimi həmişə irəli şığımaq istəyirlər:


Mənim könlüm deyir ki,
   hələ bunlar nədir ki,
Böyük günlər, şanlı günlər, 
   şən günlər,
Yoluna düşən günlər hələ qarşımızdadır!


və ya


İrəli, yeni ruh, yeni can,
Bu uzun həyəcan
Bakını qapmasın,
Qəhrəman divləri bir yerə toplamasın!


Bu misraların müəllifi ancaq 5 iyunda doğula bilərdi. Bir qayda oyaraq, həmin gün dünyaya gələnlər səyahəti xoşlayır, evlərini elə tərtib edirlər ki, ən vacib əşyalar hazır, əl altda olsun. İstədikləri vaxt cantalarını götürüb səfərə çıxmağa hazırdırlar.
Özlərini sevgiyə tamamilə həsr etməkdən çox qorxurlar. Xatırlamaq yerinə düşərdi ki, “Müşfiqli günlərim” xatirat kitabında onun “Dilbər, qorxuram sevgi şairi olub gedəm. Son vaxtlar başımı çox qatmısan”- sözlərini xanımı xüsusi qeyd edir.
5 iyunda dünyaya gəlmiş adamlar, bir qayda olaraq, nəşriyyat işinə, əylənclər təşkilinə, komputer qrafikası məşğələlərinə meyilli olurlar. Mikayıl Müşviq “Azərnəşr”də redaktor vəzifəsində çalışırdı. Əsərlərinin yığılması, sahmana salınması, nəşri işinə xüsusi şövqlə nəzarət etdiyini o vaxt mətbəədə işləmiş Seyfəddin Dağlının xatiratından öyrənirik.
5 iyunda dünyaya gəlmiş adamlar bəzən düşdüyü vəziyyətin səbəbini o dəqiqə dərk edə bilmir. Ona görə də, gərək cərəyan edən hadisələrin gedişi vaxtı öz sayıqlıqlarını itirməsinlər. İlk istintaq materialları ilə tanış olduqda Müşfiqin məhz belə bir ovqatda olduğunu yəqin edirsən.
5 iyunda dünyaya gələnlər ehtirasla risqə gedir, belə bir şərait olmadıqda isə təəssüflənirlər.


Tikan kimi dalar bizi,
O bir yandan, bu bir yandan.
İlan kimi çalar bizi,
O bir yandan, bu bir yandan.


*  *  *


Gəncliyimiz yetdi başa,
Baş əymədik bir oğraşa,
Odur bizi tutur daşa,
O bir yandan, bu bir yandan.


misralarını tribunadan çəkinmədən oxuyan şair, məncə, risksiz yaşamamışdır. 1929-cu ilin 12 yanvarında tar musiqi alətinin ləğvi istiqamətində Xalq Maarif komissarı ittihamnamə ilə çıxışına qarşı şair yazırdı:        


“Oxu tar!
Oxu tar!..
Gözləri qibləyə açılan
hasarlı binalar,
dinləmiş əzəldən səsini,
Papaqlı atalar, çadralı analar
Ötürmüş sayəndə köksünü,
Düşmüşlər gah şirin, gah acı toruna,
Sevinə-sevinə, qoruna-qoruna...”


Xatırladıram ki, məşhur “Oxu tar” şeirinin ərsəyə gəldiyi vaxtlar qəzetlərin hər sayında din, çadra və papağa qarşı materiallar çap olunurdu.
5 iyunda dünyaya gələnlərin bəyəndiyi gül nərgizdir. Nərgizin xoş ətri, zərif görünüşü onlara coşqun təb verir.


Sənin gözlərinmi gənclik bağında,
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar ?!.


*  *  *


Qara qış üstümə tökər qarını,
Nərgiz gözlərindən məni ayırsan.
Mənim ümidimin qapılarını
Neçin gah açırsan, gah qapayırsan?!


5 iyunda dünyaya gələnlərin istəkli, sirli rəqəmləri 5-dir. Altı aylıq uzun əzablardan sonra 5 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi kollegiyasının Səyyar sessiyası şairin güllələnməsi ilə bağlı qərar çıxarıb və qərar həmin gün də icra edilib.
5 iyunda dünyaya gələnlərin xoş günü çərşənbədir. Əzablara son verən həmin məşum qərar çərşənbə günündə verilmişdi.
Əkizlər bürcü altında dünyaya gələn adamlar əzabkeş, maraqcıl və möhkəm xarakterli olurlar. Uzun əllərə və ayaqlara malikdirlər. Qaynar xarakterli olmaları qarşı cinsdən olanların diqqətini çəkir. Yumşaq saçları mülayim xasiyyətlərindən xəbər verir. O, bir yerdə, bir mühitdə çətin qərar tutur. Kütlə içərisində başqalarından kəskin şəkildə fərqlənir.
Gün altında onlar çox tez qaralır, dənizi, çimərliyi sevirlər:

Coş dəniz, coşqun dəniz!
Daş dəniz, daşqın dəniz!
Aşqın dəniz!.. Şaşqın dəniz!..

misraları dənizin səsini belə oxucuya çatdırır. “Yenə o bağ olaydı” – şerində dəniz həm də aşiqin rəqibi obrazında çıxış edir:


Əndamını həvəslə qucaqlarkən 
                              dalğalar,
Qəlbimdə qasırğalar, fırtınalar 
                              coşaydı,
Qısqanclıqlar doğaydı, məni hirsim 
                              boğaydı,
Cumub alaydım səni dalğaların 
                              əlindən
Yapışaydım belindən...


5 iyun 1908-ci ildə dünyaya gələnlərin ən uğursuz bürcü Oğlaq, ən bəd rəqəmi isə 6 sayılır. Təsadüfi deyil ki, Mikayıl 6 aylığında ikən anası Züleyxa (23 dekabr 1908-ci il, Oğlaq bürcü) dünyasını dəyişmişdi. Müşfiq 6 yaşında olarkən atasını itirmişdi. Atası Mirzə Əbdülqədir Visaqi (visaq – ərəbcə “bağ”, “rabitə” mənasını verir) 1914-cü Pələng ilində vəfat etmişdi. Elə özü də 1938-ci ilin 5 yanvarında – Oğlaq bürcündə əbədiyyətə qovuşmuşdu. Meymun ilinini ən təhlükəli ili Pələng ilidir. 1938-ci il Pələng ilinə təsadüf edir. Müşfiqin ilk istintaqı həftənini altıncı – şənbə günü (1937-ci ilin 5 iyunu) olub. Şair 20 iyun 1933-cü ildə ailə qurub. 20.06.1933 rəqəmlərini topladıqda 42 alınır. Bu rəqəmlərin də cəmi 6-dır. Kəbinin uğursuz vaxtda kəsilməyi ailənin xoşbəxt olmayacağından xəbər verirdi. Mikayıl Müşfiqin pasport nömrəssi 543214 idi, bu rəqəmlərin cəmi 24-dür. 24 rəqəminin cəmi altıdır.
İndi də şair üçün uğursuz olan ünvanındakı ada fikir verək. Şairin yaşadığı küçənin adı Nijno Priyutskaya (indiki Şamil Əzizbəyov küçəsi) idi. Küçənin adının “Aşağı sığınacaq” mənasını verməsi də boş yerə deyil, yetimlik ömrü yaşamış şairin keşməkeşli taleyinin mistik ifadəçisidir.
Cəmi 29 il ömür sürən Müşfiq əbədiyaşar ömür qazanmış, həyatının çətinliklərlə keçməsinə baxmayaraq həmişə nikbin qalmaq nümunəsi göstərmişdi.