Saat həyata işləyir... Boyük şairimiz Rəsul Rzanın ruhuna bağışladığım şeirlər * * * Rəsul Rza, Rəsmini çəkərdim Qarlı qış gecəsində Gələcəyin qatarını Gözlədiyin vaxt. Çəkərdim dostların daranıb Vaxt küləyində. Bir də addım səslərinin Şəklini çəkərdim. Uyy dad, dəqiqə nə yaman gedir. Alt dodaqdan ist dodağa Yüksələn səsə Təbriz deyərdim. Barmaqlarına 37 yazardım. Baxışlarına deyərdim dəniz. Ayaq pəncələrinin üstə durmalıydın yüz şəhiddən sonuncunu görmək üçün. Rəsul Rza, Güllələr açılmadı bu qış Güllər açıldımı görən? * * * Sən gələcəkdə qaldın Rəsul müəllim, Biz keçmışdə. Bizim gələcəkdən başqa Heç nəyimiz yox. Birinci sırada bizə yer saxla. Sevməkdən, duymaqdan öncə Bir diləyimiz yox. Indi bizi çağıra bilərsənmi gələcəyə? Sənsən gələcəkdə ilk tanışımız, Sənsən gələcəkdə bizi qarşılayan. Gəlib çıxa biləcəyikmi Yanına- Şeirimiz zəifdi amma. * * *
Rəsul müəllim, Elə kimsəsizəm ki… Bu qarışıq zamanda. Bir şerini oxudum Dilim açıldı. Şeirindəki saitlər Ürək döyüntüsü Samitlər Addım səsləri Qalxdım ayağa Mənə tərəf gələn var… Misra yürüyündə Çalxalanır mənalar. Bəs mən nə edim? məzarına gül qoydum açıldı əlim gülüm açıldı. Çiçəklər məzarın Üstündə daha gözəlmiş Bəlkə də çiçəklərin Ikinci adı xatırlamaqdı Nəyisə, nəyisə yada salmaqdı. Bunu mənə çiçəklər dedi. indi məzarın önündə Bir az dayanmaq… Bir az düşünmək… Bir az zamanın… Səsini eşitmək… Mənim üçün bir az ölməkdi. Ilahi, nə yaxşıdı hərdən Dünyada kimsəsiz olmaq…
* * * Şairlərin arasındayam Deyirəm Rəsul müəllim Bu üzləri görmüş olar Məsələn elə bu sifəti. Natəvan klubunda Bu sözləri eşitmiş olar Məsələn elə bu söhbəti. Ah bu söz... Ah bu üz... “Ədəbi mığmığalar” bizi də də öldürdülər Rəsul müəllim, Toplaya bilsəm Həyat qəlpəl ərini Sərbəst şeirlərimi Gətirəcəyəm yanına Ön söz yazarsan Adı da “Ölüm”, Başlansın həyat. * * * Rəsul müəllim Sağ olsaydım Gələrdim yanına. Yeni bir şeirini aparıb Qoyardım evimə. Sonra gedərdim Rusiyaya Çörək dalınca… Indi neyləyim Sən sağ, mən ölü… * * *
Fəxri Xiyabandayam- Rəsul Rzanın məzarı önündə. Saat neçədi- Sərvaz soruşur -Saat işləmir burada Ölüm işləyir. -Neçəyə? -Həyata. * * *
Günəşə acdım qapımı Gördüm şeirlərin gəliblər. Öpdüm dostlarımın üzündən Öpdüm şeirlərinin gözündən. Dedim keçin ürəyimə Yol gəlmisiniz. Rəsul əmi, Rəsul əmi Bir oğlan şeirin Qəlbimin yçan göyünün Altında durdu. Qoşuldu mənə bir şeirin O şeirlə getdim - gəldim O şeirlə yatdım – durdum O şeirlə qardaş oldum Şeir oldu obam, yurdum. * * * Sənə daş atanların Balaları Indi də daş atmaqdadı. Kişilər guya yaşamaqdadı. Yenə də daşların Qabağında dayanıb Anar. Məncə, daşları onların əlinə Yığan var. Daşların qabağına Çıxmasaydı Anar, Deyərdik səndən sonra qabağa çıxmağa Bir adamımız yox. Daşa cavab verməyə Bir canımız yox Nəsimi adında ünvanımız yox... Kimsəyə inamımiz Gümanımız yox... Amma fikir versən Daşlar daha çiçəklərdən utanır. Indi çiçəklər
|