Sahil küçəsi Alar məni qoynuna mavi Bakı gecəsi. Sahildə məni gözlər tənha sahil kuçəsi. Bu kuçədə nə qədər, xatirələr dolaşır. Bu kuçədə insan tək boz küləklər dolaşır. Yağan yağışlar yuyar cığırımı, izimi. Bu küçədə gəzirəm indi özüm–özümü- . Qaytar Qaytar baharımı, qaytar yazımı, Qaytar kədərimi, qaytar nazımı. Həsrətimi qaytar, qəmimi qaytar, Sahildən ayrılan gəmimi qaytar. Qaytar buludumu, yağışımı sən, Arxanca dikilən baxışımı sən. Bir dəstə saralan gülümü qaytar. Qaytar odumu közümə qaytar qaytara bilsən özumu–özumə.
Tənhalıq Qağayılar qırçın-qırçın dalğalar kimi səpələnir dənizə. Bir qız dayanar sahildə Qağayılarla göz-gözə. Bir gəmi ayrılar uzaq limandan. Bir urək qopmaq istər küləkdən, yağışdan, tufandan. O mənəm sahildə tək, O gəmi, o yağış, o kulək… Gələcək… Bu dünya Yenə göz yaşımla Ətirlənmişəm Yenə dərdim qucaq acıbdır mənə. Bu dünya! həsrətlə dolu Çəkdikcəə–çəkir insanı, bu dünya! həsrətdən geyib donun sərhədləri yıxıb keçər bu həsrət sənə doğma içində bəsləyib becər bu… ömrə., sonda qoyar bu bir ömurə-ömur verər yaşa yaşıya bilsən bu dünya… oyunla dolu. Bu nə sirdir Damarımdan axan qan Eşqimdən xəbər verir. Məndə də <<sən>> yaşayır- Bu nə sehir,bu nə sirr?
Bir sözünə bənd olub Sənə səcdə qılaram. Sənin ruhuna hopub Orda məskən salaram. Qollarını aç mənə, Sənə pənah gətirim. Mən səni gözlərimin Qarasında itirdim. Nə yaxşı
Ürəkdən ağlasam da Ürəkdən gülməmişəm, Son tikəmi heç zaman Dostlarsız bölməmişəm. Sən mənim arzuma tən, Mən sənin səmanda çən, Sən məni sevirmişsən Mən bunu bilməmişəm. Yaşayırıq röyada, Sən- atlı, mən- piyada, Mən sənsiz bu dünyada Nə yaxşı ölməmişəm. Zaman içində Odun içində sönür, Həyat tufan içində. Çırpınıram nə vaxtdır, - Könlüm güman içində. Bəzini gizləyirsən, Dərdini izləyirsən. Sən zərbə gözləyirsən- Mənsə zindan içində. Hanı könlün inamı? Hanı məhəbbət hanı? İtirmişəm zamanı Mən bu zaman içində.
|