Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Karnavalizm

baş redaktordan


İbrahim  İlyaslı


Əsəd Cahangir
Yaxşı gəncliyin nağıl
Çağdaş nəsrdə yenilikçilik və eksperimentçilik meylləri haqqında


Nadir Hüseynzadə
Çağdaş ədəbi reallıqlar və oxucu həqiqətləri


Ramin Allahverdiyev
Müasir poeziyamızda predmet və detallar


Əsəd Cahangir
Banu Çiçək sən deyilmisən?


Əsəd Cahangir
Tale başın üstə səma kimidir...
Kənan Hacının gələcək kitabına ön söz


Əsəd Cahangir
«Gənclik» jurnalı


İqor Şaytanov
Tənqidçi peşəsi


«Hər kimin ağı qara isə, utansın!»
çağdaş tənqidimiz: problemlər, mülahizələr…


Bəsti Əlibəyli
Çağdaş tənqid və ədəbi proses:
2004-2007-ci illər


Bu, Vaqif Yusiflidir...
60 yaşını qeyd etməyə hazırlaşan tənqidçi Vaqif Yusifli “Körpü”nün qonağıdır...


İslam Sadıq
Elmi təfəkkür olmayanda ümid qalır saman çöpünə


Güllü  Yoloğlu
Şirin erməni qızıdırmı?!
Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsinə dair


Sərvaz Hüseynoğlu
"Bir uzaq səfərə gəmim çıxıbdı..."
Aran ədəbi mühiti haqqında düşüncələr


Leslay Vinz
Sevgi və daxili narahatlıq şairi


Camille  Adams Helminiski
(Amerika)
Qadın və Sufizm


Fəridə Hacıyeva


Muxtar Qul Məhəmməd
(Qazaxıstan)
Dünyanı söz idarə edir


Güllü  Yoloğlu
Böyük insanın böyük məhəbbəti


Yuri  Sapojkov (Belorus)

«Ürəyin böyüdülmüş portreti»
2005-ci il belorus poeziyası haqqında qeydlər


Firudin Qurbansoy
Mikayıl Müşfiqin təncim portreti


Əhməd Qəşəmoğlu
İnsanın mahiyyəti və missiyası haqda


Vitali Popov
Yəhuda İskaryot - İsa Peyğəmbərin seçimi


Fayaz Çaqani
Postmodernizm


Sevil Gültən
Misə çevrilmiş qızıl
Paulo Kuelyonun «Kimyagər» romanının dilimizə tərcüməsi haqqında


Vaqif Əliyev
“Leyli və Məcnun” operası – 100
Səhnəmizin ilk Leylisi


Əsəd Cahangir
Mən kiməm...
Rejissor Elşən Zeynallının Xalq Şairi Fikrət Qocaya həsr olunmuş «Mən kiməm» sənədli-bədii filmi haqqında qeydlər


Etimad Başkeçid
Məşhurluq alın yazısıdır...


Fikrət Sadıq
Üçüncü kərə «qarşı» sözünə qarşı» və başqa dərdlər

II Yazı


Kamil Əfsəroğlu
Litva Yazıçılar
İttifaqında




Mahirə  Abdulla
Çəhrayı rəngin nağılı
Sona Vəliyevanın “Çəhrayı rəngli dünyam” şeirlər kitabı haqqında


Əsəd Cahangir
Ana bilgiyə varanlar
Mahirə Abdullanın «Qatmaqarışıq nizam» kitabı haqqında


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Şəfəq Əlibəyli
Leksikoqrafiyamiza yeni töhfə


Aydın Arpaçaylı
«İki damla göz yaşı»


Qəşəm Nəcəfzadə


Şəfəq Sahibli


Həyat Şəmi


Bəhram Fərmanzadə


Əzizə Ağahüseynqızı


Elmar Vüqarlı


Elsevər Məsim


Elmin Əfqan


Dayandur Sevgin


Fəzail İsmayılın


ANONS!


Əsəd Cahangir
Drama + tryuk



 

Sevil Gültən
Misə çevrilmiş qızıl
Paulo Kuelyonun «Kimyagər» romanının dilimizə tərcüməsi haqqında


 

Misə çevrilmiş qızıl
Paulo Kuelyonun «Kimyagər» romanının dilimizə tərcüməsi haqqında


Son illər şeir, nəsr kitablarının sayı artdığı kimi tərcümə olunmuş kitabların da sayı durmadan artır. Mən Azərbaycanda elə bir təşkilat tanımıram ki, tərcümə olunmuş əsərləri orijinalla müqayisə edib onların çapına icazə vermək səlahiyyətinə malik olsun. Tərcümə ilə bağlı jurnallar var: «Xəzər», «Mütərcim», «Dünya ədəbiyyatı»… Çox təəssüf ki, həmin jurnallar ya maliyyə çətinlikləri ucbatından vaxtlı-vaxtında işıq üzü görmür, ya da ki, həmin jurnalların əməkdaşları xarici dilləri tərcümə mətnini orijinalla müqayisə edə biləcək dərəcədə bilmirlər. Nəticədə isə tərcümə edilmiş əsərlərdə elə ağır, mənası çətin anlaşılan cümlələr, ifadələr işlədilir, sözlər cümlə daxilində elə yerləşdirilir ki, belə əsərləri oxumaq it əzabına dönür.
Bəzən bütün dünyada məşhur olan yazıçının əsəri tərcümədə elə kökə salınır ki, həmin yazıçının bütün dünyada necə məşhur olması oxucuda təəccüb doğurur. Son günlərdə daha belə bir bərbad bir tərcümə kitabı oxudum. Bu, bütün dünyada tanınmış Paulo Kuelyonun «Kimyagər» əsəri idi. Kitab Xəzər Universiteti Nəşriyyatında çap olunub. Kitabın tərcüməçisi Aytən Qiyasovadır.
Kitabı oxumaq istədim, amma bir neçə səhifə oxuyandan sonra yoruldum. Cümlələr elə ağır, ifadələr elə sərt idi ki, bədii əsər oxuduğumu hiss edə bilmirdim. Tərcüməçi ilə əlaqə saxlayıb orijinalın kopiyasını əldə etdim. Orijinalı sona qədər oxuyub başa düşdüm. Orijinalda olan cümlələr bəzən elə tərcümə edilib ki, cümlənin mənası oxucu üçün tam qaranlıq qalır. Kitabın ilk səhifəsində redaktor sözünün yanında Knyaz Aslan yazılıb. Onu tanıdığımdan bilirəm ki, ingilis dilini bilmir. Görəsən, ingilis dilini bilməyən bir adamın ingilis dilindən tərcümə edilmiş əsəri redaktə etməyə bacarığı, yaxud hüququ varmı? (Aytən xanım gərək öz tərcümə kitabına Sevil Gültəni redaktor götürəydi. Güman edirik ki, o, gələcək işlərində bunu nəzərə alacaq - red.). Təsəvvür edin ki, Azərbaycan dilindən ingilis  dilinə bir əsər tərcümə olunub və bu əsərin redaktoru Azərbaycan dilini bilməyən ingilisdir. Həmin şəxsin necə redaktə edəcəyi aydındır. Kitabı oxuyandan sonra isə mənə məlum oldu ki, kitabın redaktoru nəinki ingilis dilini, hətta Azərbaycan dilini də kitab redaktə edə biləcək səviyyədə bilmir. Əgər kitabın redaktoru dilimizi yaxşı bilsəydi, bəlkə də tərcümənin çox qüsurları ört-basdır ola bilərdi.
İndi isə konkret faktlara keçək. İngilis dilində « to study» feli var. Çox mənası var bu sözün - «təhsil almaq», «oxumaq», «öyrənmək» və sair. Belə hallarda dili yaxşı bilən tərcüməçi cümlədə sözün hansı mənada işləndiyini dəqiqləşdirir və məhz həmin mənanı seçir. Kitabda belə bir yer var. Qaraçı qarı çoban oğlanın əllərindəki xətlərə əsasən onun falına baxır, necə deyərlər, əlindəki xətləri oxuyur. Tərcüməçi isə müvafiq epizodu əks etdirən cümləni oxuculara belə çatdırır: «Sonra yenə oğlanın əllərini götürüb onlara diqqətlə baxdı, öyrəndi». Məgər redaktor yaxud tərcüməçi bilmirmi ki, falçılar əllərə baxıb xətləri öyrənmir, oxuyurlar?
Yaxud ingilis dilində «hand in hand» sözü var. Bu sözün ilkin mənası «əl-ələ tutmaq» deməkdir. Ancaq lüğətə baxsaq, bu sözün «birlikdə, bir yerdə» mənasında işləndiyini də görə bilərik. Romanda da din xadimlərinin bir yerdə gəzişməsindən söz gedir. Tərcüməçi isə bu cümləni belə çevririr: «Sadəcə bir neçə saat ərzində əl-ələ gəzən kişilər, üzü bağlı qadınlar görmüşdü (səh 36).        İngilis dilində «brother» sözü var. Bu sözün «qardaş» mənasını yəqin ki, bilməyən yoxdur. Amma onun «məsləkdaş», «kolleqa» və s. mənaları da var. Tərcüməçinin bacarığı onda aşkar olur ki, o, hansı yerdə «qardaş», hansı yerdə «məsləkdaş» və yaxud «kolleqa» işləndiyini ayırd edə bilsin. Kitabın hələ ilk səhifələrində (səh. X) belə bir cümlə var: «Utana-utana, qardaşlarının narazı baxışlarından çəkinərək, o, çantasından bir neçə portağal çıxartdı və «bacardığım yeganə iş budur» - deyərək onları havada oynatmağa başladı». Oxucu üçün qaranlıq qalır. Görəsən, bu cümlədə hansı qardaşdan söhbət gedir Halbuki, burada «brother» sözünün «kolleqa» mənası yerinə düşərdi (Bizcə, Sevil xanım bu məqamda yanılır. Çünki burda söhbət rahiblərdən gedir. Onlar isə xristian icmasının üzvü kimi özlərini həmkar saymaqdan daha çox, din qardaşları hesab edir və elə belə də adlandırırdılar – red.)
Yaxud da ingilis dilində olan «humble» sözünü götürək. Bu sözün həm «təvazökar», həm də «yazıq, fağır» mənaları var. Tərcüməçi sözü «fağır» mənasının işlənməli olduğu yerdə «təvazökar» mənasında işlədir. Oxucu üçün fikir aydın olmur. Doqquzuncu səhifədə oxuyuruq: «Onlardan sonuncusu bütün monastırda ən təvazökar adam olan və o dövrün oxunan kitablarını heç vaxt öyrənməyən rahib idi». Bu cümlənin ardını oxuyan oxucuya məlum olur ki, həmin adam təvazökar yox, fağır bir adam imiş. Çünki həmin adamın hərəkətləri bunu sübut edir.
«Home» sözünün «ev», «vətən» və sair mənaları var. Tərcüməçi bilməli idi ki, hansı yerdə «vətən», hansı yerdə «ev» sözü işlənməlidir. Kitabın 120-ci səhifəsində oxuyuruq: «O, evlərini çoxdan bəri tərk edəndən sonra hər gününü çox mənalı yaşamışdı». Burada mütləq «vətən» sözü işlənməli idi. 
«Friend» sözünün ilk mənası «dost» deməkdir. Kitabın 135-ci səhifəsində tərcüməçi həmin sözün «yoldaş» mənası əvəzinə «dost» sözünü işlədib. Bu da cümlənin mənasının başa düşülməsinə mane olur.
Bəzən elə kobud səhvlərə yol verilir ki, oxucu üçün orijinalın mənasını başa düşmək ümumən mümkün olmur.  Kitabın orijinalının 116-cı səhifəsində «flight» (uçuş) sözü «döyüş» kimi tərcümə edilib. Halbuki bu sözün elə mənası yoxdur. Tərcüməçinin diqqətsizliyi ucbatından məna təhrif olunub. «Döyüş» sözü ingilis dilində «fight» kimi yazılır. Formaca  «flight» və «fight» sözləri bir-birinə oxşayır. Tərcüməçi həmin sözləri sadəcə qarışıq salıb.
Tərcümə zamanı ola bilər ki, hansısa cümlə, yaxud söz ümumən  atılsın. Bu, mümkündür. Ancaq bəzən cümlənin mənası məhz bir sözdən asılı olur. Əgər həmin söz tərcümə edilməzsə, məna qaranlıq qalır. Kitabın 121-ci səhifəsində atla bağlı bir epizod var. Orijinalda ağ at təsvir olunur. Atın üstündəki qara paltarlı adamla atın rəngi təzad təşkil edir. Bəlkə də müəllif atın rəngini ağ təsvir etməklə hansısa fikri demək istəyib. Tərcüməçi isə həmin sözü tərcümə etməyib.
187-ci səhifədə isə oxuyuruq: «Bir saatdan sonra qarşısında bir yeşik İspan qızıl sikkələri var idi.» Burada işlənən yeşik sözü orijinalda «a chest»-dir. Bu sözün həm qutu, həm də sandıq mənası var. Bu  cümlədə mütləq sandıq sözü işlənməli idi. Çünki qutu, yaxud yeşik adətən ya taxta, ya da kartondan düzəldilir. Onlar torpaq altında necə qala bilər?
Kitabda yerinə düşməyən cümlələri yazası olsam, bəlkə də kitabın üçdə biri qədər bir yazı alınar. Ona görə də aşağıdakı cümlələri oxucuların nəzərinə çatdırmaqla kifayətlənmək istəyirəm:
1. «Kilsə çoxdan içəri çökmüşdü» səh.1
Çökən şey elə içəri çökmürmü? «İçəri» sözü «çökmək» sözünün daxilindədir. Burada «içəri» sözü artıqdır.
2. «Onlar mənə elə öyrəşiblər ki, cədvəlimi bilirlər». səh.2
Görəsən burada «cədvəl» sözü yerinə «qrafik» sözü işlənsəydi, məna daha aydın olmazdımı?
3. «Qız axan qara saçları ilə və s…» səh.3
Bizim dildə «axan saçlar» ifadəsini oxuyan olubmu? Bəlkə dalğalanan olsa daha yaxşı olardı?
4. «…və başqa gördüyü şəhərlərdən xəbərlər verdi». səh.3
Görəsən, burada «başqa» sözü hansı sözə aiddir? «Gördüyü» sözünə, yoxsa «şəhərlər» sözünə?
5. «Gün batırdı, çoban qoyunlarını günəş tərəfə sürdü». səh.5
«Günəş tərəf» nə deməkdir? Bəlkə günbatana tərəf demək lazımdır?
6. «…o öz gödəkçəsini əlində daşımalı oldu». səh.6
«Əlində daşımalı oldu», yoxsa «əlində aparmalı» oldu?
7. «Oğlanın məqsədi olduğu kimi, gödəkçənin də funksiyası var idi».səh.6
Gödəkçənin «funksiyası» var idi, yoxsa «rolu» var idi?
8. «Oğlan latın və ispan dillərini öyrənmiş, bir də ilahiyyatı oxumuşdu». səh.7
İlahiyyatı «oxumuşdu»,  yoxsa «öyrənmişdi»?
9.  «Onun ürəyi sıxıldı, elə bil döş qəfəsi birdən-birə ürəyini basdı». səh.41
Birinci dəfədir ki, Azərbaycan dilində «ürəyini basmaq» kimi qondarma bir ifadəyə rast gəlirik.
10. «… və elə bu səbəbdən öz  bildikləri ilə bölüşmürlər. səh.71
«Bildikləri ilə bölüşmək» nə deməkdir? Bu Azərbaycan, yoxsa moltanı dilindədir?
11.«Hara üz tutursunuz?» səh.72
Sual həddindən artıq qondarmadır. Kim bir-birinə belə qondarma, süni əda ilə müraciət edər? Halbuki onun çox ümumiişlək forması var: «Hara gedirsiniz?
12.«Səyahətçilər heyvanları gecələr dövravari oturmağa, özlərini isə gecə soyuğundan qorunmaq üçün birlikdə həmin dairənin ortasında yatmağa öyrəşdirdilər. səh.84
Heyvanlar oturmur, ya şöngüyür, ya da yatırlar. Oturmaq sırf insana məxsus bir hərəkətdir. Cümlə isə bütövlükdə necə deyərlər, çox əndərəbadidir.
13.«O, oğlanı çağırdı və birgə düşərgəni əhatə edən qum təpələri boyunca gəzdilər». səh.85
«Birgə» sözü burda, görəsən, hansı sözə aiddir? «Düşərgə» sözünə, yoxsa «gəzdilər» sözünə?
14. «Sənin hər şeyi bəsitləşdirmək maniyan var». səh.87
İngilis dilində olan «mania» (mübtəla olmaq, düçar olmaq) sözü, məncə, hələ beynəlmiləl sözlər sırasına daxil deyil. Ona görə də onun Azərbaycan dilində qarşılığını tapmaq lazım idi.
15. «O, ayağa durdu ki, hesabı ödəsin, lakin bar sahibi onu qamarladı və acıqlı sözlərlə dayanmadan danışmağa başladı». səh.39
Bəlkə sadədə olaraq «acıqlı-acıqlı danışırdı?» deyək?
16.«Paulo Coelho yazdığı başqa əsərlər bunlardır».
Görəsən bu cümlədə «Paulo Coelhonun» yazılsaydı, nə olardı?
17.«Bir neçə sözlə «Ziyarət» əsərimi nə üçün bədii əsər kimi qələmə almadığım halda, «Əlkimyagər» kitabımı niyə rəmzi şəkildə yazmağım məsələsinə toxunmaq istəyirəm». səh. 5
Buradakı sözləri öz yerlərinə yəqin ki, oxucu qoymalıdır.
18. «Bir gün yer əsməyə başladı və Nil öz sahillərini aşdı». səh.82
Söhbət zəlzələdən gedirsə, «Yer əsməyə başladı» olar, yoxsa «Yer titrəməyə başladı»?
19. «Çörək dükanına gedib bir tikə çörək aldım».səh.26
Tərcüməçi, yaxud redaktor elə bir dükan tanıyırlarmı ki, orada çörəyi tikə ilə satsınlar?
20. «Lakin bu qorxu o vaxt buxarlanır ki, …» səh.
İngilis dilində «to evaporate» sözü var. Bu sözün ilk mənası «buxarlanmaq» deməkdir. Tərcüməçi də bu mənanı seçib. Ancaq bu sözün «yox olub getmək», «ölmək», «getmək» mənaları da var. Tərcüməçi hansı mənanın işlənəcəyini bilməli idi.

P.S. Mən bu kitab haqda öz fikirlərimi, ingilis və Azərbaycan dillərini bilən adicə bir oxucu kimi yazdım. Məqsədim tərcüməçini tənqid etmək deyil, tərcümə ilə məşğul olanları Azərbaycan dilinin zənginliyini qorumağa çağırmaqdır. Aylarla işıq üzü görməyən «Dünya ədəbiyyatı» jurnalının yeganə işçisi, baş redaktoru Səlim Babullaoğluna demək istəyirəm ki, vaxtı olanda bu məqaləni oxusun. Çünki o, bu kitabın çox əla tərcümə olunduğunu deyir. Amma unudur ki, başqalarına münasibətini bildirməklə insan həm də özünü büruzə verir. Səlim də bu kitabın tərcüməsinə öz münasibətini bildirməklə Azərbaycan dilini hansı səviyyədə bildiyini göstərmiş olur.

İkinci P.S. Baş redaktordan
S.Gültənin məqaləsi olsun ki, kiməsə çox kəskin görünsün. Amma kitabın bir neçə səhifəsini oxumaq bəs edir ki, məqalənin kifayət qədər yumşaq yazıldığı qərarına gələsən. Hər şey bir yana, kitabın hətta adı belə düzgün çevrilməyib. Bizcə, romanın  adı «Kimyagər» kimi çevrilməldir. Ərəb dilində artikl kimi işlənən «əl» burda sadəcə artıqdır. Bu «əl»in barmaqları gözə girir, qulağı cırmaqlayır. Bu söz bizim dildə həmişə məhz «kimyagər» kimi işlənib. Avropalılardan fərqli olaraq bizim ərəb sözlərini özünəməxsus şəkildə qəbul etmək ənənəmiz var. Məsələn, ərəblərin «əlcəbr» sözünü də artiklsiz, sadəcə «cəbr» şəklində işlədirik.
Mən Aynur xanımın tərcüməsini oxumamışdan əvvəl, romanı rus dilində artıq oxumuşdum. Və düzünü deyim ki, rus dilində ilk dəfə tanış olduğum bu mətni daha yaxşı başa düşmüşdüm, nəinki qırx il danışdığım, iyirmi ildən çox yazdığım ana dilimdə. Nəzərə alın ki, Azərbaycan dilində artıq tanış, məlum mətni       oxuyurdum. Oxudum və bu qərara gəldim ki, Sevil xanım haqlıdır, çünki tərcüməçi qızıl kimi orijinalı doğrudan da misə çevirib. Hətta deyərdim ki, məqalənin müəllifi daha ciddi yanlışların üstündən sükutla keçib. 
Aynur xanımın amalı ən ümumi şəkildə götürəndə, şübhəsiz ki, nəcibdir. Kitaba yazdığı annotasiyadan da hiss olunur ki, tərcümə predmeti onun üçün necə qiymətlidir. Amma elə məhz buna görə ozü üçün «olduqca əziz olan» bu romanı ana dilimizə belə yolverilməz səhvlərlə çevirməyi özünə rəva görməməli idi. Çünki amal, istək, arzu başqa, onu hansı səviyyədə gerçəkləşdirmək isə tamam başqa bir şeydir.
Tərcümənin mütaliəsi prosesində aydın hiss etdiyim bir məsələni də qeyd etmək istərdim: kitabın təxminən yarısı Sevil xanımın dediyi və göstərdiyi kimi səhvlər, xətalarla «zəngin» olduğu halda, ikinci yarısında bunu o qədər də qabarıq hiss etmirsən. Elə bil ki, kitab Azərbaycan və  ingilis dilləri, ümumən tərcumə sənətinə fərqli bələdlik səviyyəsində olan fərqli də adamlar tərəfindən çevrilib. Ya da ki, başlanğıcda çətinlik çəkdiyi açıq-aşkar hiss olunan tərcüməçi kitabın ikinci yarısında işin çəmini tapa bilib. Çünki kitabın ikinci yarısında oxucu dil məsələləri haqqında düşünmək əziyətindən azad olub yalnız süjeti izləyir, mətnlə ən minimum səviyyədə də olsa, ünsiyyət qura bilir. Hər bir normal mütaliə prosesi isə məhz bu ünsiyətdən başlayır. Sözün həqiqi mənasında bədii tərcümədə nəinki tərcüməçi, hətta müəllif də unudulmalı, oxucu əsərin qəhrəmanları, süjet və müəllif ideyası ilə üz-üzə qalmalıdır.
Nəhayət, bir məsələ təəccüb doğurur: doğrudanmı, nə qədərsə vəsait, vaxt, enerji sərf olunmuş bu tərcümə mətnini kitabın dərcindən öncə Azərbaycan dilini heç olmasa qrammatik cəhətdən bilən bir nəfərə göstərmək belə çətinmiş?  Halbuki, Aynur xanım titul səhifəsində tərcümə işində ona «dəstək verən» ona qədər adamın adını çəkir. Belə çıxır ki, onlar tərcümənin yüksək səviyyədə ortalığa çıxması üçün Aynur xanıma heç bir praktik köməklik göstərməyiblər? Bəs elə isə tərcüməçiyə nədə «dəstək   olublar», məlum deyil. Məncə, müqabilində hətta haqq istmədən belə Aynur xanıma kömək etmək istəyənlər tapılardı. İndiki halda isə bircə iş qalır: kitabı yeni redaktədə dərc etmək.
Sonda vacib saydığım bir məsələni də qeyd edim. Məni bu sözardını yazmağa vadar edən sadəcə Aynur xanımın uğursuz «kimyagərliyi» deyil, tərcümə sahəsində diletantlıq, naşılığın ümumən yolverilməz həddə çatmasıdır. Bir dəstə adam heç bir ictimai qınaqla hesablaşmadan, heç bir məsuliyyət hissi duymadan özlərinə «tərcüməçi» adı qoyub meydan sulayır, biabırçı nəticələri göz qabağında olan işlərini utanıb çəkinmədən ekran, efir, mətbuatda reklam etməkdən belə      çəkinmirlər. Və nəinki orijinalı, hətta doğma dilini belə əməlli-başlı bilməyən bu diletantlar bir qayda olaraq yekə yerdən yapışır, dünya bestsellərinin kölgəsində gizlənir, bu yolla özlərinə ucuz şöhrət qazanacaqlarını zənn edirlər. Məncə, bütün bu tərcüməçilik oyunlarını hansısa formada cilovlamağın vaxtı çatıb. Çünki onun getdikcə daha kütləvi hal aldığı açıq-aşkar hiss olunur.