Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Karnavalizm

baş redaktordan


İbrahim  İlyaslı


Əsəd Cahangir
Yaxşı gəncliyin nağıl
Çağdaş nəsrdə yenilikçilik və eksperimentçilik meylləri haqqında


Nadir Hüseynzadə
Çağdaş ədəbi reallıqlar və oxucu həqiqətləri


Ramin Allahverdiyev
Müasir poeziyamızda predmet və detallar


Əsəd Cahangir
Banu Çiçək sən deyilmisən?


Əsəd Cahangir
Tale başın üstə səma kimidir...
Kənan Hacının gələcək kitabına ön söz


Əsəd Cahangir
«Gənclik» jurnalı


İqor Şaytanov
Tənqidçi peşəsi


«Hər kimin ağı qara isə, utansın!»
çağdaş tənqidimiz: problemlər, mülahizələr…


Bəsti Əlibəyli
Çağdaş tənqid və ədəbi proses:
2004-2007-ci illər


Bu, Vaqif Yusiflidir...
60 yaşını qeyd etməyə hazırlaşan tənqidçi Vaqif Yusifli “Körpü”nün qonağıdır...


İslam Sadıq
Elmi təfəkkür olmayanda ümid qalır saman çöpünə


Güllü  Yoloğlu
Şirin erməni qızıdırmı?!
Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsinə dair


Sərvaz Hüseynoğlu
"Bir uzaq səfərə gəmim çıxıbdı..."
Aran ədəbi mühiti haqqında düşüncələr


Leslay Vinz
Sevgi və daxili narahatlıq şairi


Camille  Adams Helminiski
(Amerika)
Qadın və Sufizm


Fəridə Hacıyeva


Muxtar Qul Məhəmməd
(Qazaxıstan)
Dünyanı söz idarə edir


Güllü  Yoloğlu
Böyük insanın böyük məhəbbəti


Yuri  Sapojkov (Belorus)

«Ürəyin böyüdülmüş portreti»
2005-ci il belorus poeziyası haqqında qeydlər


Firudin Qurbansoy
Mikayıl Müşfiqin təncim portreti


Əhməd Qəşəmoğlu
İnsanın mahiyyəti və missiyası haqda


Vitali Popov
Yəhuda İskaryot - İsa Peyğəmbərin seçimi


Fayaz Çaqani
Postmodernizm


Sevil Gültən
Misə çevrilmiş qızıl
Paulo Kuelyonun «Kimyagər» romanının dilimizə tərcüməsi haqqında


Vaqif Əliyev
“Leyli və Məcnun” operası – 100
Səhnəmizin ilk Leylisi


Əsəd Cahangir
Mən kiməm...
Rejissor Elşən Zeynallının Xalq Şairi Fikrət Qocaya həsr olunmuş «Mən kiməm» sənədli-bədii filmi haqqında qeydlər


Etimad Başkeçid
Məşhurluq alın yazısıdır...


Fikrət Sadıq
Üçüncü kərə «qarşı» sözünə qarşı» və başqa dərdlər

II Yazı


Kamil Əfsəroğlu
Litva Yazıçılar
İttifaqında




Mahirə  Abdulla
Çəhrayı rəngin nağılı
Sona Vəliyevanın “Çəhrayı rəngli dünyam” şeirlər kitabı haqqında


Əsəd Cahangir
Ana bilgiyə varanlar
Mahirə Abdullanın «Qatmaqarışıq nizam» kitabı haqqında


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Şəfəq Əlibəyli
Leksikoqrafiyamiza yeni töhfə


Aydın Arpaçaylı
«İki damla göz yaşı»


Qəşəm Nəcəfzadə


Şəfəq Sahibli


Həyat Şəmi


Bəhram Fərmanzadə


Əzizə Ağahüseynqızı


Elmar Vüqarlı


Elsevər Məsim


Elmin Əfqan


Dayandur Sevgin


Fəzail İsmayılın


ANONS!


Əsəd Cahangir
Drama + tryuk



 

Əsəd Cahangir
Ana bilgiyə varanlar
Mahirə Abdullanın «Qatmaqarışıq nizam» kitabı haqqında


 

 


Ana bilgiyə varanlar
Mahirə Abdullanın «Qatmaqarışıq nizam» kitabı haqqında


Fəlsəfə elmləri namizədi, tanınan yazar Mahirə Abdullanın varlığı, ilk öncə, çağdaş Azərbaycan qadınının mənəvi-intellektual durumunu göstərir. Rejissor Mehdi Məmmədov vaxtilə yazırdı: «Azərbaycan qadınının səhnəyə gəlişi, bu çətin sənət meydanında qələbələr əldə etməsi qəhrəmanlıq dastanıdır». Bu söz toplumsal həyat səhnəsinə çıxan bütün qadınlara, həmçinin söz adamlarına aiddir, Mahirə Abdulla da o dastanı yaradanlardan biri.   
M.Abdullanın «Qatmaqarışıq nizam» kitabının annotasiyasında deyilir: «2004-cü il fenomenal qabiliyyətlərə malik istedadlı şairə-parapsixoloq Mahirə Abdullanın ikinci doğum ilidir». Mahirə xanım, sadəcə yazar yox, az qism adamın agah olduğu ezoterik bilgilərə vaqif kəramət sahibidir. «Qatmaqarışıq nizam» bütün bədii-fəlsəfi, siyasi-ideoloji, elmi yönləri ilə birgə ilk öncə və sonucda ezoterik bilgilər toplusudur. Zatən, ezoterika ana bilgi, Mahirə xanım da bu bilgiyə varanlardandır.
Ana bilgiyə varanlar sonsuz sayda, rəngarəng həyat olayları və faktları arasındakı zənciri tapar, bu olayların ardında duran və onları gözə görünmədən yönəldən İlkin Səbəbi anlarlar. Olaylara nəticə yox, səbədən baxmaq isə onların bütün dünyagörüşünü dəyişər - elə bil dünyaya yenidən gələr, hər şeyi ilk dəfə görərlər. İkinci doğuluş anlamının kökündə bu durur. Gələnəksəl tibbə görə, insan bir dəfə doğular – anadan olar. Ezoterik bilgilərə görə isə insan bir həyatında ən azı üç dəfə doğula bilər. Bunlardan ikisi hamıya qismətdir - dünyaya gələndə və dünyadan gedəndə. Dünyaya gələndə ana bətnindən cismən, dünyadan gedəndə öz cismimizdən ruhən doğuluruq. Bu mənada ölüm, əslində, özü də bir doğuluş, ruhun o dünyaya göz  açmasıdır.
Amma anadan olmaqla ölüm arasında daha bir doğuluş da var. Birincisi cismani, üçüncüsü ruhani doğuluşdursa, bu ikincisi mənəvi doğuluşdur və insanın kimliyi məhz bu qatda açılır. Sünki cismani hal daha çox heyvan, ruhani hal mələklə ilgilidirsə, mənəvi hal ilk öncə insanla bağlıdır. Mənən doğulmamısansa, demək, hələ insan cildində heyvansan. Cismən doğulan özünü bədən, ruhən doğulan ruh kimi dərk edər, mənən doğulan isə həm bədən, həm də ruhdan ibarət bir nəsnə kimi.
Birinci və üçüncü doğuluşlar ixtiyarsızdır, ikinci doğuluş isə insanın özündən asılıdır. Məhz bu doğuluşun hesabına o, insanlığını, Tanrının onun qarşısına qoyduğu qutsal görəvi geçəkləşdirməyə qadirliyini sübut edər.
Mənəvi doğuluşda insan özü özünü doğar - atası da, anası da, balası da özü olar.  İstənilən bir ana doğuşdan dərhal sonra körpəsini görmək istər, özünü «doğan» adam da dərhal «körpəsinə» baxar və özünü görər. Özünüdərk prosesinin məhz bu doğuluşdan sonra başlaması da bundandır.
İnsan heyvan və mələk arasındadır və onların hər ikisinə məxsus özəllikləri özündə daşıyar. O, özünü heyvan həddinə endirə bildiyi kimi, mələk səviyyəsinə də qaldıra bilər - seçim azaddır.  İnsandan fərqli nə heyvan, nə də mələyin isə seçim şansı yoxdur. Çünki Tanrı onlara iradə verməyib: şüursuz heyvan seçim imkanından məhrumdur; gəlişmənin ən yüksək həddinə yetən mələyin isə seçimə ehtiyacı yoxdur. Axı bütün seçimlər sonucda təkamülə yetmək amacı güdür. Bu ixtiyar - faili-müxtarlıq iki qütb arasındakı insanın qismətidir. Tanrı bizi seçim qarşısında qoymaqla daha yüksək mərtəbəyə (sufilərin dediyi kimi, məqama) layiq olub-olmadığımızı yoxlamaq istər. Cismani doğuluşun əsas predmeti bədən, ruhani doğuluşunku ruh, mənəvi doğuluşunku könül, yaxud qəlbdir. Adi ət parçası olan ürək isə qəlbin əmək alətidir, yaxud da qəlb ürəyin gözəgörünməz, energetik qəlibidir. Qəlb necədirsə, ürək də o şəkildə olur, hər kəsin ürəyi onun qəlbinin qəlibindən çıxar.
Hər kəsdə potensial istedad var – öz insanlığını anlamaq istedadı. Cismən doğulanlarda bu, hələ fitri imkan, qabiliyyət, bacarıq şəklində olar. Mənən doğulanlarda bu imkan, qabiliyyət və bacarıqlar keyfiyyət çevrilişinə uğrar. Latent istedad məhz bu doğuluşda oyanar. Bəzən imkan, qabiliyyət və bacarığı istedadla dəyişik salar, bu sözü ucdantutma hamıya aid edərlər. İstedadlı adam sözünün energetik gücü, baxışları və səsinin tembrindən tanınar. Çünki o, sadəçə nitq orqanları yox, ruhun dili ilə danışar.
Hər dünyaya gələn hələ insan olmaz, hər ölüm də ömrü insan kimi yaşamağa dəlalət etməz. Yalnız öz içində ölüb mənən yenidən doğulanlar, öz içindəki cocuğu görənlər əsil insan məqamına qalxdıqlarını sübut edərlər. İsa əleyhissəlam, «İlahi səltənətin qapısı yalnız özündən doğulanların üzünə açılacaq» deyəndə bunu nəzərdə tuturdu. Əli əleyhissəlamın «Ölməmişdən əvvəl ölün!» kəlamının altında da bu anlam dururdu. Buna görə «ikinci doğuluş» ifadəsini gəlişigözəl söz hesab eləmir, Mahirə xanımın «ikinci doğuluşu» ifadəsinin arxasında ən qısa şəkildə bunu görür və onun «Qatmaqarışıq nizam kitabını» belə bir doğuluşun ifadəsi sayıram.
Əgər yazıçı mənəvi doğuluş keçirməzsə, onun düşüncəsi sosial parametrlər qatından çıxmaz: hamı kimi düşünər; hər kəsə məlum fikirləri hər kəsə məlum üsullarla bəzər; kütlənin bilgilərini başqa şəkildə təkrar edər. Başqa, amma özəl şəkildə yox… Yalnız özündən doğulan adamlardan özünə məxsus da fikirlər doğular. Özünəməxsus düşünər olmaq üçün hökmən ruhun səsini eşitməlisən. Çünki insanın fərdi ruhundan başqa özəl heç nəyi yoxdur. Mahirə xanımın kitabı özünü insan kimi dərk edən, istedadlı bir adamın oyanmış ruhunun səsidir: «Bəlkə ruhumu çəkirəm – heç kimə, heç kəsə oxşarı olmayan ruhumu». Onun bu məqama gətirib çıxaran məchulluq pərdəsini yırtmaq istəyən narahat ağlın üsyanı, ruhun hər şeyi bilmək ehtirasıdır: «Fikirləşirdim, bütün peşələri bilməliydim, bacarmalıydım. Bu, dahilik iddiası deyildi. Ondan çox uzağam. Dünya sıxlaşıb özü boyda mənası və sirri ilə içimə yerləşirdi. Bir insan beyni, ömrü onu həzm edə bilmirdi». Bu, doğrudan da, dahilik deyil, amma müdriklik olmasına şübhə yoxdur.  
Ruhun daxili pıçıltılarını insan dilinə çevirməkdə söz yetərsizdir. Yəqin buna görə Mahirə xanım öz kitabına həm də ruhun «görüntü»lərini daxil edir. Bu, insan təbiəti üçün səciyəvidir: biz gözümüzə daha çox inanırıq, nəinki qulağımıza.
İşıq surəli, nur ayəli Quranın təsdiq etdiyi kimi isə ruh Allahın özü tərəfindən hifz olunan müqəddəs qeyb aləmindən – lövhi-məhfuzdandır, insan onu axıracan dərk edə bilməz.  Mahirə xanımın ruhani görüntülərinin aydın tərəfləri ilə birgə anlaşılmaş məqamlarının olması da yəqin ki, bu üzdəndir Yəqin ki, bu görüntülər arasında onun özünə belə aydın olmayan məqamlar az deyil.
Ruhlar aləmində bizim indi anladığımız mənada dil, yəni nitq yoxdur. Ruhlar bir-birini telepatik yolla – baxışlarla anlarlar. Çünki qeyb aləminin quşları olan ruhlara körpü gərəkməz.
Mahirə xanımın ruhani görüntü dili ruh dili deyil və bu, onun yox, bizim günahımızldı. Çünki bunun üçün o, gərək ağ vərəqlərə baxıb öz energetiksını, düşüncəsini onlara proyeksiya edə, sonra da onları kitab şəklində dərc edəydi. Və onda bizim onun oxucusu olmaq imkanımız olmazdı. Çünki çağdaş insan nə vaxtsa kütləvi şəkildə malik olduğu bu qabiliyyəti itirib. Biz bir-birmizin ürəyini vərəqi oxuduğumuz kimi oxuya bilmirik. Amma Mahirə xanım bizimlə adi insan dilində də danışmır. O, telepatik ruh diliylə insan nitqi arasındakı orta bir dil seçir. Bu, işarələr, rəmzlər, simvollar dilidir. Fikir vermisinizsə, çin çıxan yuxularımız bizə işarələr, simvollarla gəlir. Sonra bu simvolları deşifrə etməklə, yəni adi insan dilinə çevirməklə yuxunun hansı perspektivlər vəd etdiyini başa düşürük. Çünki çin yuxular da əbədi ruhlar aləmindən gələn işarələrdir. Mən inanıram ki, Mahirə xanım bu kitabdakı fikirləri yazı dilinə çevirəndə, xüsusən də görüntülərini çəkəndə yarıyuxulu vəziyyətdə olub. Və bu yuxudan kitab bitəndə oyanıb.
Böyük ezoterik Maks Gendel məşhur «Kosmoqonik konsepsiya» əsərində yaradıcılığın üç əsas metafizik mənbəyini göstərir: səs, söz və rəng. Mahirə xanımın kitabında bunlardan ikisi -  söz və rəng var. Çünki, yuxarıda dediyimiz kimi, kitab sadəcə esseistik–ezoterik düşüncələrdən yox, həm də bu düşüncələrin vizual ifadəsi olan şəkillərdən ibarətdir. Bu şəkillər yazıçının düşüncələrinə sadəcə qrafik illüstrasiyalar yox, bu düşüncənin, müəllifin özünün dediyi kimi, ruhi enerjinin özüdür, sözlə ifadəsi mümkün olmayan enejrinin…
Və yəqin, bu da təsadüfi deyil ki, uzun illərdən bəri istər bir şair, istərsə də nasir kimi yaxşı tanınan Mahirə xanım özünün bir sıra hikmətamiz fikirlərini yenə də bədii dillə – təşbehlər vasitəsilə ifadə edir:  


İdrak musiqi alətidir. Hiss onun telləri.
İdrak tablodur, hiss onun rəngləri. 


Çünki düşüncənin bütün növləri içində ezoterik bilgilərə, ana düşüncəyə ən yaxın olanı şeirdir. Sözün həqiqi mənasında şair ilhamı və istedadının məhsulu olan şeirdən ezoterik həqiqətə bircə addım var. Sadəcə, ezoterikdən fərqli şair öz fikrinə metaforik don geydirir. Bu metaforik «yalan» donunu çıxarmaq kifayətdir ki, yerdə çılpaq ezoterik həqiqət qalsın.
«Qatmaqarışıq nizam» kitabı beş fəsildən ibarətdir:                          


1. Azmış ruhun görüntüləri
2. Qibləgahım Qarabağ.
3. İnsan duyğularının enerji formaları.
4. Birinci nağıl: Yaranış. Yaşayış. Axirət.
5. İkinci nağıl: Asilik. Altay şahzadəsinin cəzası.


Birinci fəsildə müəllif öz qrafik poetikasının nəzəri əsaslarını işləyib hazırlayır, oxucuya öz rəsmlərini anlamaq üçün ip ucu verir, yəni «mətbəx»ini açır. Yəqin başa düşür ki, qeyri-ənənəvi, aşırı individual düşüncə və duyumun məhsulu olan bu fikir və görüntüləri müəllif izahları olmadan anlamaq çətindir: «Bəzən rəsmlər bir-birinə bənzəyir. Onlar ürəyin elektorkardioqramı, əl cizgiləri kimi təkrarlanır. Amma, əslində, onlar təkrarlanmır. Bu, oxşalıq deyil, eyni məzmunun müxtəlif tərəflərdən görüntüləridir».
Qarabağ itkisindən doğan ağrılara həsr olunmuş «Qibləgahım Qarabağ» adlı ikinci fəsildəki rəsmlər ağ-qara yox, rəngli görüntülərdir. Müəllif ən müxtəlif semantik çalarda üzə çıxan ağrı-acılarını  – sevgi, nifrət, qəzəb, dəhşətini ifadə etmək üçün şəkilaltı izahlardan ümumən imtina edir. Görünür, şəkilaltı fikirlərin deyə biləcəklərini bütövlükdə rənglərin dilinə həvalə edir. 
«İnsan duyğularının enerji formaları» adlanan üçüncü hissəni əslində kitabın qəlbi də adlandırmaq olar. Müəllif özünün başlıca yeniliklərini məhz bu hissədə həyata keçirir. O, birinci hissədəki nəzəriyyədən çıxış edərək xəyanət, maraq, nifrət, məhəbbət, sevinc, həsrət, sevinc, ümid və s. insan duyğularının gözəgörünməz enerji formalarını rəsm edir. Bu irfat fərdi duyumdan doğan rəsmlərin doğurduğu ən ümumi qənaət isə çox qlobaldır:
- çağdaş texnodogiya, özəlliklə isə kosmik uçuşların fəzada yaratdığı dəyişikliklərin çanağı gec-tez insanın öz başında çatlayacaq. Bunun ağrısını məhv etdiyi təbiətlə bərabər və ondan daha çox məhz insan özü çəcəcək. Çünki təbiətdəki bütün canlıları hisslər birləşdirir. İnsana isə əlavə olaraq idrak məsuliyyəti də verilib. Məsuliyyət olan yerdə isə cəza daha ağır olur.
Lakin bu hissədə verilmiş fikirlərin bir çoxunun çoxsaylı ezoterik ədəbiyyatdan yaxşı məlum olan stabilləşmiş, ənənəvi bilgilərə söykəndiyi də hiss olunur: «Biz ölümü insanın yoxluğu kimi qəbul edirik. Lakin ölüm insanın fiziki formadan şüur, ruh formasına keçməsidir». Yaxud, «özgə dünyalar sanki bir-birinə geydiirmlih ellips şəklindədir. Paralel dünyalar fikri burdan əmələ gəlir». Və yaxud, «Təsir əks təsrə bərabərdir. Dünyanın baş qanunu budur».
Məsələn, tanınmış rus ezoteriki Daniil Andreyevin məşhur «Roza Mira» kitabının struktur altyapısında bütövlükdə energetik planda, metafiziki təsir və əks-təsir məsələsi durur. Fiziki qat metafiziki qata və həm də əksinə arasıkəsilməz surətdə təsir edir. Dünyanın, kainatın inkişafı bütövlükdə bu qarşılıqlı təsir prosesindən ibarətdir. Ona görə, taleyimizi özümüz müəyən edirik. Etdiklərimiz başımız üstündə yığılır və bir gün ordan üstümüzə yuvarlanır. Füzuli demişkən, 


Deyil bihudə gər yağsa, fələkdən başimə daşlar,
Binasın tişeyi-ahimlə viran etdiyimdəndir.


Bütün bu elmi, bədii, ezoterik ədəbityyatın Mahirə xanımın düşüncəsinə şübhəsiz ki, təsiri var. Lakin, məncə, o bunları sadəcə təkrar etmir. Çoxlarına məlum olan həqiqətləri o özü daxilən yenidən «kəşf» edir. Ən çətini də məhz elə budur – məlum-məşhur həqiqətin insanın məhz özü tərəfindən qazanılması. Yalnız bu zaman sən güman, ehtimal deyilən mərhələləri arxada qoyaraq dediklərin və yazdıqlarına yəqinlik hasil edirsən. Nəsimi demişkən,

Çün səni sevdi Nəsimi eşqinə oldu qəni,
Ol yəqini sən güman etmək dilərsən, etməgil.


«Qatmaqarışıq nizam» kitabının müəllifi  həqiqəti dərkin yəqinlik dərəcəsinə yüksələn mütəfəkkirdir. Və özündən əvvəlki müəlliflər onun timsalında sadəcə təkrarçı yox, sonsuz həqiqət yolçuları silsiləsində daha bir fikir müttəfiqi tapıblar.
Bədii-fəlsəfi esse janrında yazılmış son iki fəsli əvvəlkilərdən fərqləndirən bir ümdə cəhət var - əvvəlki hissələrdəki fraqmentar, qeyri-xətti təhkiyəni burda xətti təhkiyə əvəz edir. Bu hissələr müəyyən süjetə malikdir. Əgər əvvəlki hissələr «qatmaqarışıqdırsa», burda müəyyən bir fikir «nizamı» var. Bu üzdən müəllifin onları «nağıl» kimi təqdim etməsi məntiqidir. Çünki əvvəlki hissələr ezoterik «lirika» adlandırıla bilərsə, epik nəqletmə üstündə qurulan bu hissələr  ezoterik «epos»a uyğundur.
Mahirə xanımın bu son hissələri «nağıl» adlandırmasının sırf bədii-estetik səbəbi ilə yanaşı, qnoseoloji səbəbi də var. Müəllif bununla çoxəsrlik doqmaların «uydurma» səciyyəsini göstərmək istəyir. Bu fikir daha çox mövzusu məşhur «Bibliya» qissəsindən götürülmüş «Yaranış. Axirət. Yaşayış. Adəm. Həvva. Alma» adlı birinci nağıla aiddir.
Çağdaş Azərbaycan ictimai fikrində qadın hüquqlarının müdafiəçilərindən biri kimi tanınan Mahirə Abdulla öz dünyagörüşünə uyğun olaraq məsələyə tam əks rakursdan yanaşır. «Bibliya» qissəsindən fərqli olaraq, Mahirə xanımın nağılında insanlığın bütün sonrakı əzablarının əsasında duran bu ilkin günahın təşəbbüskarı Adəm, yəni kişi olduğu kimi, bu işin əsas məsuliyyəti də kişinin üzərində qalır. Burda alma söhbəti, sözsüız ki, rəmzi-simvolik anlam daşıyır. Müəllifin əsas məqsədi isə qadına qarşı çoxəsrlik ədalətsiz münasibətin tənqididir.
Yəhudilik, xristianlıq və İslam kişi dinləri idi. Amazonkalar əsrinin «dəhşətlərini» görən kişilər azad qadının nələrə qadir olacağını yaxşı bildiklərindən bu dinlərin sərt doqmaları vasitəsilə qadını ram etmək istəyirdilər və iki min il ərzində buna uğurla nail olmuşdular. Çağdaş sosial demokratiya isə qadını öz haqlarına qaytarmağı tələb edir. Lakin qadın-kişi münasibətlərindəki tarixi haqsızlığı ləğv etmək məsələnin məğzinə varmağı, tikanı kökündən çıxarmağı tələb edir. Mahirə xanımın çağdaş dövrün ən böyük problemlərindən birinə münasibət bildirmək üçün dünyanın ən qədim nağılına üz tutması da yəqin ki, bundandır. Özü qadın olan müəllifin sözügedən məsələyə münasibətdə feminist mövqeyi isə təbiidir. Digər yandan bu, gender dövrünün adamı üçün tamamilə səciyyəvi, dövrün ruhuna uyğundur. Təsadufi deyil ki, məşhur amerikan yazıçı-jurnalisti  Den Braunun son illərin ən səs-küylü bestsellerlərindən olan «Da Vinçi kodu» romanı da məhz feminist mövzuya həsr olunub. Mahirə xanım Adəm-Həvva münasibətlərinə yeni rakursdan baxdığı kimi, Den Braun da İsa-Mariya Maqdalina münasibətlərinə yeni yozum verir: guya Mariya İsanın sadəcə ardıcılı yox, arvadı olub, onların nəsli bu gün də davam etəmkdədir. Xristianlıq, sadəcə, kişilərin yaratdığı bir şey deyil, bu işdə qadın onun bərabərhüquqlu silahdaşıdır.   
Lakin burda bir nüansı vurğulamağı zəruri sayırıq: məlumdur ki, feminizm öz inkişafında iki mərhələdən keçib: birinci mərhələdə feministlər qadını öz itirdiyi haqlarına qaytarmaq istəyir, qadına kişi ilə bərabər sosial hüquqlar tələb edirdilər; son dövr feminizmi isə bununla kifayətlənməyərək, qadına kişilərdən də üstün hüquqlar tələb edir, bir növ keçmiş amazonkalar dövrünü geri qaytarmaq istəyirlər. Şübhəsiz ki, bu, özü də bir ifrat, qadın hüquqsuzluğunun astar üzüdür. Ən yaxşısı isə bu məsələdə qızıl ortada dayanmaq və bu zaman Allah tərəfindən qadına verilən təbii imkan və gücləri nəzərə almaqdır. Xoşdur ki, «Qatmaqarışıq nizam» kitabının müəllifi bütün yenilik və azadlıq çağırışları ilə birgə bir müsəlman xanımı olaraq qalır və İslamın əsas prinsipi olan qızıl ortadan bu məsələdə kənara çıxmır. Onun feminizmi isə ilkin feminzim çərçivəsini aşmır.
«Asilik. Altay şahzadəsinin cəzası» adlı ikinci nağılda müəllif dünyanın ən böyük həqiqətlərinin nağıla çevrilməsi və bunun planetar miqyasda törətdiyi fəlakətlərdən bəhs edir. Burda o, ezoterik ədəbiyyatdan öyrəndiyi bilgiləri sistemləşdirərək dünyanın beş ən mühüm enerji mənbəyini göstərir: energetik filtr olan Tibet, Tanrıya ən yaxın məqam olan Altay, siyasi stabillik mərkəzi Kuba, iqtisadi-təbii zənginlik mərkəzi İndoneziya, sosial dayanıqlılıq mərkəzi İngiltərə. Makrokosm-mikrokosm prinsipindən çıxış edən M.Abdulla bu planetar nöqtələri insan bədənindəki enerji  mərkəzləri olan çakralara təşbeh edir. Çakralar bədənin enerji tənzimləyiciləri olduğu kimi, bu beş nöqtə də nəhəng bədənə bənzəyən planetin enerji mərkəzləridir. Çakraların fəaliyyətindəki pozğunluq enerjinin bədəndə normal və bərabər paylanmasının qarşısını alır, energetik disproporsiya törədir, burdan da qaçılmaz xəstəliklər başlayır. Planetar mərkəzlərin fəaliyyətinə nadan müdaxilə də dünyanı dabud fəlakətlərə sürükləyir.
Bu «nağıl»da Mahirə xanımın düşüncəsinin daha bir tərəfi açılır: o öz milləti, onun tarixi keçmişi, dünya sivilizasiyaındakı yeri ilə fəxr edən bir türk qızıdır. Onun qədim türk mifinə müraciəti, Altay şahzadəsi haqqındakı əfsanəyə əsaslanması da bunun göstəricisidir.
Mahirə Abdullanın düşüncəsini dərinliklərindən dalğalanan gölə bənzətmək olar: sanki hansısa bir qüvvə bir gün o gölə daş atır; göl dalğalanmağa başlayır. Atılan daşın ətrafında çevrələr yaranır. Bu çevrələrdən biri öz övladlarını hədsiz məhəbbətlə sevən bir ananın, ikincisi öz həmcinslərini ədalətsiz sosial durumdan qurtarmaq istəyən bir qadının, üçüncüsü millətinin üzləşdiyi müxtəlif sosial-siyasi, hərbi problemlərlə yaşayan bir vətəndaşın, dördüncüsü planetin başı üstünü almış kosmik fəlakətlərdən yana həyəcan siqnalı verən öncəgörənin, nəhayət, sonuncusu, ürəyi Allaha bağlı bir tanrı bəndəsinin düşüncələridir. Daşın düşdüyü nöqtə isə Mahirə xanımın  ürəyidir…