On yeddi yaşında sevdiyim gözəl Bir az dəcəl idi, bir az “dəliydi” Eşqimin təməli, o, əzəliydi. Qızların içində ən gözəliydi, On yeddi yaşında sevdiyim gözəl. Təmizlik, ülvilik düşüncəsiydi, Qönçədən çıxmamış gül qönçəsiydi. Qızların zərifi, ən incisiydi On yeddi yaşında sevdiyim gözəl. Gözəllik gözələ Xudadan paydı, Gündüzlər Günəşdi, gecələr Aydı. Ömrümə, günümə işığın yaydı On yeddi yaşında sevdiyim gözəl. Eşşqində o Leyli, Əsmət olmadı, Heyif aramızda kəsmət olmadı. Mən ona, o mənə qismət olmadı On yeddi yaşında sevdiyim gözəl. İncidim taledən, incidim baxtdan, Özüm öz yuvama baxdım uzaqdan, Qəlbimdə bir yara qurub o vaxtdan On yeddi yaşında sevdiyim gözəl.
Qaytar məni dənizlərə Əsəd Cahangirə Ulu Tnarım! Dünya məni Gəlişimə kiritmədi Duzlu olur dəniz suyu Saxladığın çürütmədi Qaytar məni dənizlərə. Göy suların arasında Əzizləsin yosun məni Gözlərinin qarasında Su pərisi yusun məni Qaytar məni dənizlərə. Hər nə olum, hər kim olum Bezmişəm yer deyiləndən Balığına qoy yem olum Adamların əyiləndən Qaytar məni dənizlərə. Çay olmağı diləyirəm Sal qayalar yara-yara Mən qovuşmaq istəyirəm Dəryalara, ümmanlara Qaytar məni dənizlərə. Təmizliyin itirməyir Istəyirəm dəniz olum Suyu çirkab götürməyir İstəyirəm dəniz olum Qaytar məni dənizlərə.
|