Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Karnavalizm

baş redaktordan


İbrahim  İlyaslı


Əsəd Cahangir
Yaxşı gəncliyin nağıl
Çağdaş nəsrdə yenilikçilik və eksperimentçilik meylləri haqqında


Nadir Hüseynzadə
Çağdaş ədəbi reallıqlar və oxucu həqiqətləri


Ramin Allahverdiyev
Müasir poeziyamızda predmet və detallar


Əsəd Cahangir
Banu Çiçək sən deyilmisən?


Əsəd Cahangir
Tale başın üstə səma kimidir...
Kənan Hacının gələcək kitabına ön söz


Əsəd Cahangir
«Gənclik» jurnalı


İqor Şaytanov
Tənqidçi peşəsi


«Hər kimin ağı qara isə, utansın!»
çağdaş tənqidimiz: problemlər, mülahizələr…


Bəsti Əlibəyli
Çağdaş tənqid və ədəbi proses:
2004-2007-ci illər


Bu, Vaqif Yusiflidir...
60 yaşını qeyd etməyə hazırlaşan tənqidçi Vaqif Yusifli “Körpü”nün qonağıdır...


İslam Sadıq
Elmi təfəkkür olmayanda ümid qalır saman çöpünə


Güllü  Yoloğlu
Şirin erməni qızıdırmı?!
Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsinə dair


Sərvaz Hüseynoğlu
"Bir uzaq səfərə gəmim çıxıbdı..."
Aran ədəbi mühiti haqqında düşüncələr


Leslay Vinz
Sevgi və daxili narahatlıq şairi


Camille  Adams Helminiski
(Amerika)
Qadın və Sufizm


Fəridə Hacıyeva


Muxtar Qul Məhəmməd
(Qazaxıstan)
Dünyanı söz idarə edir


Güllü  Yoloğlu
Böyük insanın böyük məhəbbəti


Yuri  Sapojkov (Belorus)

«Ürəyin böyüdülmüş portreti»
2005-ci il belorus poeziyası haqqında qeydlər


Firudin Qurbansoy
Mikayıl Müşfiqin təncim portreti


Əhməd Qəşəmoğlu
İnsanın mahiyyəti və missiyası haqda


Vitali Popov
Yəhuda İskaryot - İsa Peyğəmbərin seçimi


Fayaz Çaqani
Postmodernizm


Sevil Gültən
Misə çevrilmiş qızıl
Paulo Kuelyonun «Kimyagər» romanının dilimizə tərcüməsi haqqında


Vaqif Əliyev
“Leyli və Məcnun” operası – 100
Səhnəmizin ilk Leylisi


Əsəd Cahangir
Mən kiməm...
Rejissor Elşən Zeynallının Xalq Şairi Fikrət Qocaya həsr olunmuş «Mən kiməm» sənədli-bədii filmi haqqında qeydlər


Etimad Başkeçid
Məşhurluq alın yazısıdır...


Fikrət Sadıq
Üçüncü kərə «qarşı» sözünə qarşı» və başqa dərdlər

II Yazı


Kamil Əfsəroğlu
Litva Yazıçılar
İttifaqında




Mahirə  Abdulla
Çəhrayı rəngin nağılı
Sona Vəliyevanın “Çəhrayı rəngli dünyam” şeirlər kitabı haqqında


Əsəd Cahangir
Ana bilgiyə varanlar
Mahirə Abdullanın «Qatmaqarışıq nizam» kitabı haqqında


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Şəfəq Əlibəyli
Leksikoqrafiyamiza yeni töhfə


Aydın Arpaçaylı
«İki damla göz yaşı»


Qəşəm Nəcəfzadə


Şəfəq Sahibli


Həyat Şəmi


Bəhram Fərmanzadə


Əzizə Ağahüseynqızı


Elmar Vüqarlı


Elsevər Məsim


Elmin Əfqan


Dayandur Sevgin


Fəzail İsmayılın


ANONS!


Əsəd Cahangir
Drama + tryuk



 

Etimad Başkeçid
Məşhurluq alın yazısıdır...


 

Məşhurluq alın yazısıdır...


Məşhur Hollivud ulduzu Uilyam Bredli Pitt 1963-cü il dekabrın 18-də Amerika-nın Şouni şəhərində, çox nümunəvi və dindar bir ailədə doğulmuşdur. Bütün Sprinqfilddə, Missuri ştatında yəqin ki, Pittlər ailəsi qədər nümunəvi və darıxdırıcı ikinci bir ailə tapmaq çətin idi. Bill Pitt – yük daşımaq üzrə kiçik menecer – 36 illik xidmət fəaliyyəti ərzində bir dəfə də olsun işə gecikməmiş, xəstələnməmiş və maaşının artırılmasını xahiş etməmişdi.
Ceyn Pitt – gənc valideynlər üçün pedaqogikanın əsasları müəllimi – uzun illər boyu: “uşaqlardakı individuallığı görmək və onu inkişaf etdirməyi bacarmaq lazımdır” fikrini təkrarlamaqdan yorulub usanmırdı. Bununla belə, onun öz uşaqlarında heç bir məxsusi individuallıq sezilmirdi. Doğrudur, oğlu Daq bir dəfə evə gözünün altı qaralmış gəlmişdi, 12 yaşlı qızı Culini isə məktəb həyətində öz sinif yoldaşı ilə öpüşərkən görmüşdülər. Bu mənada evin böyük oğlu Uilyam Bredli daha çox narahatçılıq doğururdu. Kifayət qədər gözəl oğlan kimi böyüməsini nəzərə almasaq, onun haqqında heç bir qəti fikir söyləmək mümkün deyildi. Mavi gözlü Uilyam günlərlə otaqlarda gəzişir və ya gözünü teleekrana zilləyib otururdu, bu zaman o daha maraqlı bir veriliş tapmaq üçün hətta televizoru başqa kanala keçirtməyə belə ərinirdi.
Bir dəfə baptist kilsəsində keçirilən ayin zamanı (Pittlər ailəsi hədsiz dərəcədə dindar idi) Uilyam Bredlinin həmişə yuxulu üzündə nəsə ifadəyəbənzər bir şey əmələ gəldi.
Tanrıya xahişlə müraciət eləmək növbəsi ona yetişmişdi. (baptistlərdə belə bir ritual mövcuddur). Daqın qardaşı pıçıltılı səslə maraqlandı: «nə xahiş edəcəyini fikirləşmisənmi?». « Hə, – Uilyam cavab verdi. – Ondan xahiş edəcəyəm: Tanrım, elə et ki, bu dəqiqə mənə heç nə demək ehtiyacı olmasın. Elə et ki, məni rahat buraxsınlar…»
Valideynlər fleqmatik Uilyama peşə seçimi üzərində əbəs yerə baş sındırırdılar. Ailə toplantıları bu məsələni getdikcə daha çox müzakirə mövzusuna çevirirdi və cavan oğlan evdə rahatlıq tapmayacağını görüb Kaliforniyaya qaçmaq qərarına gəlir.
Los-Ancelesə cibində 325 dollarla gələn Pitt tezliklə anladı ki, daha Uilyam Bredli kimi qalmaq mümkün deyil. Adını qısa səslənən Bredlə əvəzləyərək o, özünə iş tapmağa yollandı. Və tezliklə tapdı – kiçik restoranda müştəri çağıran. O, əynində sarı cücə libası (yerli baş aşbazın cücədən yeməklər bişirməkdə xüsusi məharəti vardı) restoranın önündə ora-bura gəzişirdi və öz həyatından tam razı idi.    
Teleprodüsserlərin diqqətini çəkməsəydi, Allah bilir, Bred hələ nə qədər elə cücə kimi də qalacaqdı. Yaraşıqlı Bred, teleseriallardakı rolların öhdəsindən asanlıqla gəlirdi, aktyor sənətkarlığından xəbərsiz olması da bu işdə ona əngəl törətmirdi. O, özünü xoşbəxtliyin zirvəsində hiss edirdi. Pitt televiziyada aktyor işləməyi tam özünə görə bir peşə sayırdı. Demək olar ki, heç nə eləmirsən, əvəzində isə yaxşı pul verirlər. Hər halda axşamlar rastına çıxan ilk restoranda oturmağa, bir-iki qədəh şərab içməyə, beş-on siqaret çəkməyə və təsadüfən tanış olduğu naməlum qızla eşqbazlıq etməyə çatırdı. Həmin naməlum qızlardan bəziləri hərdən: “Ey, cavan oğlan, deyəsən səni dünən televizorda görmüşəm axı” – deyəndə isə…”  Həyatdan bundan da artığını tələb etmək sadəcə axmaqlıq olardı! “Ölmək üçün çox gəncdir” telefilmində çalışarkən Pitt on yeddi yaşlı aktrisa Culyet Lyuislə tanış oldu. Onların eşq macərası düz üç il çəkdi və əgər… onların hər ikisi qəfildən şöhrətlənməsəydilər bu iş toyla nəticələnəcəkdi. Culyet “Qorxu burnu” filimindəki böyük rola, Pitt isə “Telma və Luiza”da oynadığı epizoda görə əməllicə tanındılar. Pitt ekranda cəmi on beş dəqiqə göründü, amma onun gözəlliyi və təbii cazibədarlığı artıq öz işini görmüşdü: Amerika Bredə vuruldu. Seks-simvol yarlığı ona elə yapışmışdı ki, Pittin özü əməlli-başlı çaş-baş qalmışdı.
Elə o vaxtdan kinoya çəkilmək barədə təkliflərin ardı-arası kəsilmirdi. Qəfil şöhrət ümmanında üzən Pitt tezliklə başa düşdü ki, ulduz olmaq çox çətin və cəncəlli işdir. Saysız-hesabsız intervyülər, pərəstişkar qızların zəhlətökən diqqəti…Hətta ən qalın divarların arxasında və ən gizlin yerlərdə belə o, özünü şüşə evdə yaşayırmış kimi hiss edirdi… Bred artıq özünə məxsus deyildi, o, daima özünün ulduz imicinə uyğunlaşmaq, olduğu kimi deyil, göründüyü kimi olmaq məcburiyyəti hiss edirdi… Üstəlik xudpəsənd Culyet də öz sevgilisini şöhrətə qısqanmağa başlamışdı… Pittlə Luisin arasının dəyməsi  xəbəri o saat mətbuata ayaq açdı və bu, ulduz cütlüyünün onsuz da gərgin olan münasibətlərini daha da ağırlaşdırdı. Bu mövzu ətrafındakı hay-küyü yatırtmaq ümidilə Pitt tez-tez məhkəmələrə üz tutur, elə hey təkzib verilməsini və ona dəyən mənəvi ziyanın kompensasiya edilməsini tələb edirdi.
Sözsüz ki, məhkəmə çəkişmələri kütlənin Pittin həyatına olan marağını daha da alovlandırırdı. Nəhayət o anladı ki, bütün bunların səbəbi onun gözqamaşdırıcı zahiri görünüşüdür və öz imicini dəyişdirmək qərarına gəldi. Bred «Kaliforniya» filmindəki yaraşıqlı oğlan rolundan qətiyyətlə imtina etdi. «Yaxşısı budur mən yaramaz rolunu oynayım», – o, rejissor Domenik Senyaya bəyan etdi. Bundan başqa Pitt saç-saqqalını uzatdı, belə ki, çəkiliş vaxtı gəlib yetişəndə o, üz-gözünü tük basmış birisinə çevrildi. Saçını boyayaraq brünetə çevrilmiş Pitt «Telma və Luiza»da oynamış yaraşıqlı seksapil oğlanı heç xatırlatmırdı da. Onun yeni personajı doğrudan da iyrənc yaramazın biri idi. Pittin sevgilisi Culyet Lyuisin oynadığı qadın bu filmdə məhz onun əlilə dəhşətli qətlə yetirilirdi. Təəcüblü deyil ki, «Kaliforniya» filminin çəkilişindən sonra onlar biryolluq üzülüşdülər.
Qvinet Peltrou ilə Bred «Yeddi» filminin çəkilişlərində tanış oldu. O, məhəbbətdən tamamilə başını itirmişdi. Hələ yaxşı ki, bu qar yağmayan Kaliforniyada baş vermişdi, yoxsa, köhnə xatirələri yada salmış Pitt kim bilir hansı hoqqalardan çıxardı…
Qvinet yaxşı ailədən idi, savadlı, nərmanazikdi, - ona elə gəlirdi ki, qız heç yer əhli deyil. O, qızı «mənim mələyim», «mənim ilhamım» adlandırırdı. Xoşbəxt Peltrou isə aktyor karyerasına son qoymağa və Pitt üçün dünyaya uşaq gətirməyə hazırlaşırdı. Bu romana kölgə salan yeganə şey Qvinetin valideynlərinin daim onların işinə qarışması idi. Qızın atası – prodüsser Bryüs Peltrou – hesab edirdi ki, Pitt lazım olduğundan artıq məşhurdur. Anası – aktrisa Blayt Denner isə Bredi yüngül, savadsız və öz davranışıyla kamillikdən uzaq bir adam sayırdı. Qvinet əbəs yerə öz sevgilisini sənət sərgilərinə və muzeylərə çəkib aparır, kitab oxumağa məcbur edir və ona stolun arxasında özünü aparmağı öyrədirdi.
Əlbəttə, Pitt əslində olduğundan təhsilli, zövqlü və tərbiyəli görünmək üçün əlindən gələni edirdi. Həyatı boyu onu rahat buraxmalarını arzulayan bir adam üçün bütün bunlar əsl qəhrəmanlıq idi, amma öz sevgili qadının və onun… ata-anası üçün daha nələr etməzsən. Lakin Pitt incə zövqlü centlmen rolunun öhdəsindən çətinliklə gəlirdi.  
Vaxt ötdükcə Peltrounun özü də anlamağa başladı ki, Pitt onun tayı deyil. Onun pijamada günlərlə mənzildə gəzişməsi, pivəyə aludəçiliyi, siqaret çəkməsi və maraqlı bir veriliş tapmaq üçün kanalı belə çevirməyə ərinərək televizora zillənməsi qızın xoşuna gəlmirdi.
Bir dəfə burunlarını hər yerə soxan paparatsilər Karib körfəzində sahil küləyindən xumar olmuş Bredin və Qvinetin şəkillərini çəkmişdilər. Söz yox ki, onların əynində geyimdən əsər – əlamət belə yox idi. Peltrou elə də çox pərişan olmadı, amma Pitt qəzəb atına mindi. Və adəti üzrə bu fotoşəkilləri dərc etməyə cəsarət etmiş «Pleyqyerl» jurnalını məhkəməyə verdi. Bredin məhkəmə prosesi barədə verdiyi çoxsaylı müsahibələr Qvinetin acığına gəlirdi.
Bu zaman Pitt «Yeddi il Tibetdə» filmində çəkilməyə dəvət aldı. Çəkilişlər əsasən Argentinada aparılırdı və bu səbəbdən cütlük bir müddət ayrılmalı oldu. Los-Ancelesə qayıdan kimi Pitt öncə Peltrounun yanına qaçdı. O, onun üçün hədiyyə – Argentinada aldığı nişan üzüyü  gətirmişdi. Lakin Qvinet sevgilisini çox soyuq qarşıladı, üzüyü götürmədi və söhbət zamanı işarə vurdu ki, toy barədə danışmağa dəyməz…
Reportyorlar əbəs yerə kütləni inandırmağa çalışırdılar ki, bu yanıb-sönən fotokameralar və Bredin qarayaxa pərəstişkarları olmadan evlənmək istəyən aktyorların növbəti hiyləsidir. Bu izahı olmadığı qədər də ciddi bir ayrılma oldu.
Qvinet yalnız Bredin heç bir günahı olmadığını deyirdi. Deyirdi ki, səbəb tərəflərdən hansınınsa xəyanət etməsində deyil. Bred isə yalnız siqaret tüstüsünün arxasında gizlənərək ikrahla gülümsünürdü. O, bir dəfə «siz Peltrou ilə dost kimi ayrıldınız?» sualına belə cavab vermişdi: «Kiminlə? Kimin haqqında danışdığınızı başa düşmürəm. Mən Peltrou – filan tanımıram». Bununla belə o, həmin fotoşəkillərin dərci ilə bağlı məhkəmənin iclaslarını ötürmürdü. Yeri düşmüşkən, sonda Pitt həmin məhkəmə prosesini uddu. Artıq çoxdandır ki, abunəçilərə dağıdılmış «Pleyqyerl» jurnalının bütün tirajını müsadirə etmək qərarı verilmişdi. Sözsüz, bu çox çətin məsələydi. Pitt yalnız ona nail oldu ki, kolleksionerlər jurnalın bu qalmaqallı nüsxələrini böyük pullarla almağa başladılar.
Qvinetlə ayrılıq onun içində nəyisə sındırmışdı… Öz əzablarını kənar gözlərdən gizlətmək ideyası Pittin beynindən çıxmırdı. Eləcə də heç zaman olmadığı başqa bir adam kimi görünmək ideyası… Haqqındakı söz-söhbətin heç vaxt səngiməyəcəyi fikri ilə barışan Pitt  acığa düşüb dedi-qodu üçün ortalığa elə bir mövzu atmağa qərar verdi ki, hamını heyrətə gətirə bilsin. Onun həyatında yenə bir sevimli qadın peyda oldu – aktrisa Cenifer Eniston. İndi Pitt hər şeydən çox onu itirməkdən və yenə də tək-tənha qalmaqdan qoxurdu. 
Bir dəfə Pitt evdə olmadığı vaxtda onun fanatlarından olan bir qız gizlincə evə girir və onun pijamasını geyərək yatağına uzanır… Bu barədə o, kinoulduzun evində siqnalizasiyanın nədən işə düşdüyünü yoxlamaq üçün gəlmiş polislərdən öyrəndi və o dəqiqə özünə haqq qazandırmaq üçün Ceniferin yanına qaçdı. Yatağında kənar qadının uzanması və onun bundan yerli-dibli xəbərsiz olması barədə Bredin izahatı məsumanə mələk anlayışı ilə qarşılandı. Əlbəttə, elə təkcə buna görə həddini aşmış pərəstişkar qızı bağışlamaq da olardı, amma Bred artıq ətrafın ona qır-saqqız münasibətindən cana doymuşdu… Bir sözlə o, yenə də məhkəməyə üz tutdu və qıza məcburi psixiatrik müalicə təyin olundu. Bred ümid edirdi ki, bu nümunə heç olmasa bir müddət kənar adamların ona yüz metrdən artıq yaxınlaşmaq həvəsini öldürəcək.
Bred müdrik və səbrli Ceniferi də mələk gözündə görür. Amma bu mələk yerə daha çox yaxındır. Eniston Pitti dəyişdirməyə cəhd etmir. Pijamada otaqları dolaşmaqmı istəyir – qoy dolaşsın. Onu rahat buraxmalarını istəyir və buna görə bütün dünyayla məhkəmə çəkişmələrinə hazırdırsa – qoy olsun. Hətta onun hər şeyi bəhanə edərək onların arasındakı məhəbbəti inkar etməsini də Cenifer müdrik soyuqqanlılıqla qarşılayır. O, başa düşür ki, Pitt sadəcə reportyorların onun yeni romanı üzərinə milçəklərin bal üzərinə axışması kimi həmlə edəcəklərindən qorxur…
Cenifer Bredin çoxsaylı qəribəliklərinə iltifatlı münasibət göstərir. Məsələn, bu yaxınlarda Bred bəyan etmişdi ki, o, həyatda kinoya deyil, daha çox musiqiyə həvəs göstərir. Guya onun bəstələdiyi musiqini heç kəs dinləməyib, o cümlədən də Cenifer. Amma  Cenifer öz sevgilisinin yalanını çıxarmağa çalışmır. O, yalnız bir dəfə – buqələmunlara qarşı üsyana qalxmışdı. Cütlüyün birgə aldığı yeni evdə bu iyrənc sürünənlər üçün yer nəzərdə tutulmayıb. Əvəzində Bred özünün yeni kolleksiyası… velosipedlər üçün xüsusi yer ayrılmasına nail olubdur. Aktyor doğrudan da hədsiz dərəcədə çox sayda velosiped alır. «Bu mənim yeganə çatışmazlığımdır, – aktyor iddia edir. – Neçə velosipedim olduğunu heç özüm də bilmirəm. Mən onlar üçün Amsterdamda, Kanadada, Oreqon ştatında, Nyu-Yorkda və Las-Veqasda qa-rajlar almışam».
Hazırda Bred Pitt məşhur Amerika aktrisası Ancelina Coli ilə yaşayır. 2006-cı il, yayın əvvələrində onların Şaylo Nuvel adlı qızları doğulmuşdur.