|
Yəhuda İskaryot - İsa Peyğəmbərin seçimi
Yəhuda İskaryot haqqında “İncil”in personajlarından biri kimi təsəvvür çoxdan formalaşıb. Bu iki kəlmə konkret isim olmaqdan çıxıb satqınlığın rəmzi kimi ümumi ismə çevrilib. Yüz illərdir ki, xristianların tarixi yaddaşı və düşüncəsində bu ad ən iyrənc satqınlıq assosiasiyası doğurur. Almaniyada dünyaya yeni gələn uşaqlara bu adı vermək hətta qanunla qadağan olunub. Lakin dünyanın kələfi uzundur. Əsrlər, minillər keçdi, bu qədim əhvalatın da gözlənilmədən yeni tərəfləri üzə çıxdı. 2006 ilin aprel ayinda geniş oxucu kütləsi XX əsrin ən önəmli arxeoloji tapıntılarından biri – Yəhudanın “İncil”i ilə tanış oldu. Papirus üzərində yazılmış bu qədim qibti kodeksı 70-ci illərin axırında Misirdə tapılıb və bundan sonra kəskin süjetli detektivə layiq macəralara uğrayıb. Bu sənədin tapılması, oğurlanması, satılması, alınması, təkrar satışı, bərpası, tərcüməsindən Herbert Krosni öz kitabında bütün təfərrüatı ilə yazib. Kitab yeni tapılmış mətnin bərpası və tərcüməsini maliyyələşdirən Milli Coğrafiya Cəmiyyətinin xətti ilə Vaşinqtonda çap olunub. Eyni zamanda, Rudolf Kasserin başçılığı ilə sözügedən mətnin ingiliscəyə tərcüməsı çapdan çıxıb. Bundan sonra erkən xristianlıq üzrə görkəmli mütəxəssislər Bart Erman və Ceyms Robinsonun yeni əldə edilmiş “İncil”lə bağlı kitabları işıq üzü görüb. Bu nəşrin fokusu nisbətən dardır. Sirr deyil ki İsa əleyhissəlamın hakimiyyət qüvvələrinini əlinə verilməsinə dair “İncil” qissəsi iki min il ərzində istər kilsə, istərsə də sekulyarlar üçün antisemitizmın təməl daşı olub. Heç bir dini mənsubiyyəti olmayan müəllif, əsas etibarilə tarixi sonuclarla ilgilənir. Bu üzdən oxucu burdan hər hansı bir teoloji təfsir gözləməməlidir. Bununla bahəm, yeni əldə olunmuş mənbənin köklü baxışlarla necə uzlaşdığlnı nəzərdən keçirmək böyük maraq doğurur.
İsa Peyğəmbərin nə üçün 4 tərcümeyi-halı var?
Doğrudan da, xristian kanonu nə üçün bir yox, məhz dörd “İncil”i gəbul edir? Dörd rəqəmininə dair ən qədim əsaslandırma Lion yepiskopu İruneyə məxsusdur ki, biz bu şəxsin üzərinə bir qədər sonra yenidən qayıtmalı olacağıq. O, belə hesab edirdi ki, məhz dörd “İncil”in mövcudluğu ola bilsin ki, rainatın dörd küncünün və dünyanın dörd tərəfinin olması ilə əlaqədardır. Bu məsələnin dəqiq cavabı yoxdur. Həvarilər də daxil olmaqla ilkin xristianlar qara kütlənin səviyyəsinə uyğun olaraq şifahi nitqdən istifadə etmək zorundaydılar. Onlardan çox az sənəd qalıb, heç onların hamısı bizə çatmayıbdı da. Buna görə, ən yaxşı halda həqiqətə uyğun gələn fərziyyədən danışmaq olar. Mən burda Robinsona istinad edirəm. İsanın şagirdləri yəhudilikdən gəliblər. Əgər sovet pasportları olsaydı, on iki həvarinin hamısının milliyyəti yəhudi yazılardı. İsanın “İncil”dən gətirilən aşağıdakı bəyanatından da göründüyü kimi, xristian icması mahiyyətcə yəhudiliyin bir golu, yaxud təriqəti idi: “Elə fikirləşməyin ki, mən qanunu pozmağa və peyğəmbərləri inkar etməyə gəldim. Mən pozmağa yox, yerinə yetirməyə gəldim”(MATFEY 5:17). Özünün yaxşı işlənmiş etikası ilə yəhudilik o vaxtlar bir çox qeyri-yəhudilərə cəlbedici gəlirdi. Şənbə günləri onlar sinaqoqlara (havralara, yunan dilindən tərcüməsi – yığıncaq deməkdir) gedirdilər, lakin onların arasında yəhudiliyi gəbul etmək arzusunda olanlar çox az olardı. Bunun səbəbi yəhudiliyin şərtlərinə görə, kişilərin mütləq sünnət olunması və bir çox məhdudlaşdırıcı rituallar idi. Yəhudi dininə bu qəbil rəğbət bəsləyənləri Allahdan gorxanlar adlandırırdılar. Robinsonun fikrincə, İsanın təlimi bu qəbildən olanlar arasında həvari Pavelin təfsirində böyük əks-səda doğurmuşdu. Bu adamlar üçün xaç suyuna salınma sünnətlə müqayisədə daha məqbul idi. “Beləliklə, qeyri-yəhudi xristian kilsəsi çiçəkləndi və İsanın Qalileyadakı ardıcılllarından ibarət, zəifləməkdə olan Yəhudi kilsəsini kəmiyyət baxımından tez bir zamanda ötüb keçdi. “Incil” mətnləri ilkin xristianlıqda yəhudilər və qeyri-yəhudilərin (Pavelin dili ilə desək, yəhudilər və ellinlərin) qarşılıqlı münasıbətlərinin maraglı mənzərəsini verir. Həvari Pavel sünnət olunmuş yəhudi idi, onun əlinin altında və himayəsində olanlar isə ellinlər idi. Pavel Yerusəlimə gəlib yəhudi xristian icmasının başcısı, İsanın gardaşı Yəhya ilə nüfuz dairələrinin bölünməsi xüsusunda danışıq apardı. Pavel sünnət olunmamış ellinlər arasında moizələr oxuyacaq, İsanın şagirdləri isə yəhudilərlə məşğul olacaqdılar: “Sünnət olmuşları müjdələmək Pyotra həvalə olunduğu kimi, sünnət olmayanları müjdələmək də mənə həvalə olunub, (GAL.2:7). Bu razılaşmanın qəbul edilməsi praktikada narazılıq və münaqişəyə gətirib çıxardı. Belə ki, Pavel Antioxiyaya gəlib ellinlərlə sıx əlaqə yaradan Pyotrun üstünə düşdü. Mübahisə formal olaraq qidanın qəbul edilməsiylə bağlıydı. Nə qədər ki, yəhudi qardaşları yanında yox idi, Pyotr “bütpərəstlərlə birlikdə yeyirdi” (Qal.2: 12) Amma dindaşlarının yanında ancaq koşer (qədim ivrit sözü olub, dinin icazə verdiyi, halal anlamını verir – tərcüməçi) yeməklərdən istifadə edirdi. Bəlkə bu insidenti çox adiləşdirmək də olardı: Pyotrun ürəyindən donuz əti keçib, elə ki, öz qardaşlarını görüb köhnə adətlərini yada salıb. Amma məsələ o qədər sadə də deyil. Pyotrun pəhriz məsələlərində mömin olub olmaması Paveli bir o qədər də ilgiləndirmirdi. Paveli narazı salan Pyotrun onun ərazisinə girməsi idi. Robinson əmindir ki, “ritual təmizlik haqqındakı təsəvvürlərə görə” xristian yəhudilərə sünnət olunmamış qardaşları ilə bir süfrə arxasına oturmağa ümumən icazə verilmirdi. Bu özgələşmə zaman keçdikcə daha da artırdı. IV əsrdə Kiprdə fəaliyyət göstərən Salamisli yepiskop Epifani yəhudi xristianlara qarşı çıxaraq onları bidətçi ebonit və nazaretçi təriqətlərinə mənsubluqda ttiham etmişdi. Halbuki İsanın şagirdlərini vaxtilə məhz belə adlandırırdılar. “Ebonit” sözü “kasıb, dilənçi”, “nazaretçi” isə “Nazaretdən olan” mənalarını verir. Bütün bunlardan sonra təəccüblü deyil ki, I əsrin sonunda xristian ellinlər Markın, onların yəhudi mənşəli dindaşları isə Loginin “İncil”indən istifadə edirdilər (Loginin “İncil”ini adətən İsanın dedikləri sayırdılar). Hələ XVIII əsrdə İakov Qrisbax qeyd edirdi ki, “Əhdi-cədid” müjdələri iki fərqli qrupa aiddirlər. Birinci qrupa Mark, Matta, Lukanın “İncil”ləri, ikinci qrupa isə Yəhyanın “İncil”i daxildir. Birinciləri o, sinoptik mətnlər sayırdı. Bir-biri ilə əsas etibarilə razılaşan bu mətnlərdə çoxlu sayda paralel yerlər var. Yəhyanın “İncil”i dörd “İncil” mətni arasında xüsusi yer tutur. Belə ki, bu “İncil”də əvvəlkilərdə olmayan çoxlu sayda materiallar var. Bundan başqa, Yəhyanın “İncil”i o birilərdən sonra – I əsrin sonu, yaxud II əsrin əvvəllərində tərtib olunub. İsanın sinoptik tərcümeyi-halının nə vaxt tərtib olunduğunu dəqiq demək indı çətindir. Amma müəyyəndir ki, bu, onun sağlığında olmayıb. Çox güman ki, onlar Yerusəlimdə məbədin dağilmasından sonra tərtib olunublar. “İncil”lərin sərlövhəsində həvarilərin adının yazılması müvafiq olaraq onların bu və ya digər “İncil”in müəllifi olmasını göstərmir. Bu adlar mətnlərə sonradan mətnlərin üzünü köçürən katiblər tərəfindən əlavə olunub. Sinoptik mətnlər arasında Markın “İncil”inin ən qədim olması bu hamı tərəfindən yekdilliklə qəbil olunur. Yerdə qalan iki sinoptik “İncil” mətni sonralar yazılıb və bir tərəfdən Markdan gələn materialları, digər tərəfdən isə İsanın Logi “İncil”indən götürülmüş kəlamlarını özündə daşıyır (Logi “İncil”ini adətən “Q. İncili” adlandırırlar ki, bu da almanca “mənbə” anlamını verən “quelle” sözünün baş hərfini bildirir). Xristian yəhudilərin müqəddəs kitabı olan bu mənbə bizə gəlib çatmayıb. Olsun ki, bunun səbəbi sözügedən mənbənin ellinlər tərəfindən tərtib olunmasıdır. Robinsonun fikrincə, Matfey və Lukanın “İncil”ləri iki fraksiyanı barışdırmaq məqsədi ilə yaradılıb. Matfeyin “İncil”i yəhudilər, Lukanınkı isə ellinlər tərəfindən yazılıb. Matfeyin “İncil”inin arami dilində yazıldığı güman olunsa da, bütün “İncil” mətnləri bizə yunan dilində gəlib çatıb.
“Əhdi-cədid”in İudası Pavelın məktubları
Əsas diqqətimizi baş qəhrəmanımıza – Yəhuda İskaryot üzərinə yönəltməyin vaxtı gəlib çatdı. Eynilə Mariya Maqdalina, Ponti Pilat, yaxud İsanın şagirdi Yəhya kimi onun adı bir dəfə də olsun çəkilmir. Təkcə bir yerdə məqsədəmüvafiq bir parça ilə ilə rastlaşmaq olar: “...Rəb İsa ələ verildiyi qecə...” (1 Kor.11:23). Lakin burda mübahisəli məqamlar var. “İncil”in müvafiq yerində rus dilinə “satmaq”, “ələ vermək” kimi çevrilən söz yunanca orijinalında “paradidomi” şəklində yazılıb ki, bunun da hərfi mənası kiməsə başqasına kimi, yaxud nəyisə “vermək”, “həvalə etmək”, “tapşırmaq” anlamına gəlir. Pavel bu sözü 14 dəfə işlədir və hər dəfəsində də “tapşırmaq”, “həvalə etmək”, “ötürmək” anlamlarında. Və nəticədə “İncil”in ruscaya tərcümələrinə qarşı şübhə yaranır.
Kanonik “İncil”lər
Kanonik “İncil”lərdə İudanın adı cəmi 19 dəfə xatırlanır. Markda 3, Matfey, Luka və Yəhyada müvafiq olaraq 4, 4 və 8 dəfə. Bununla yanaşı unutmaq olmaz ki, bizim əlimizə gəlib çatan mətnlər sənədli hesabatlar yox, ayrı-ayrı müəlliflərin fikirləridir. Başqa sözlə desək, bun mətnlərdə bioqrafik faktlar şəxsi rəng alıb. Markın “İncil”ində Yəhudanın adı üç dəfə çəkilir: birinci dəfə İsanın şagirdlərinin siyahısı veriləndə: “...və onu ələ verən Yəhuda İskaryot” (Mark 3:9); ikinci dəfə Pasxa bayramından iki gün əvvəlki hadisələr təsvir olunarkən: “Onikilərdən biri olan Yəhuda İskaryot baş kahinlərin yanına getdi ki, İsanı onların əlinə versin. Onlar da bunu eşitdikdə sevindilər və ona gümüş pul vəd etdilər. O da əlverişli vaxt gəzirdi ki, Onu ələ versin” (Mark 14:10-11); üçüncü dəfə Hofsiman bağındakı səhnənin təsviri zamanı: “Qalxın gedək; Budur, Məni ələ verən yaxınlaşdı. O, bu sözləri soyləyən zaman onikilərdən biri olan Yəhuda, onunla bərabər baş kahinlər, ganunşunaslar və ağsaggallardan ibarət böyük bir dəstə əllərində qılınc və payalar yaxınlaşdı lar. Onu ələ verən onlara işarə verərək dedi: “Kimi öpsəm, həmin adam Odur, Onu tutun və ehtiyatla aparın”. Gələn kimi Ona yaxınlaşıb: “Rabbi, Rabbi” dedi və Onu öpdü. Onlar Ona əl qaldırdılar və Onu tutdular”. Yunan mənbələrində rus dilinə “satmaq”, “ələ vermək” (predatğ) peredatğ kimi çevrilən müqabilində orijinalda dediyimiz kimi “paradidomi” sözü durur. Bu sözü “satmag” kimi çevirmək cubyektiv, hətta qeyri-dəqiq səciyyə daşıyır. Uilyam Klassen 1996 ildə, yəni Yəhudanın “İncil”inin nəşrinə 10 il qalmış dərc etdirdiyi “Yəhuda: İsanı ələ verəndir, yoxsa Onun dostu?” kitabında bu haqda təfərrüatı ilə danışır: “Bibliya”nın çoxlu sayda tərcümələrində yunan sözü olan “paradidomi” (həvalə etmək, ötürmək) “satmaq” kimi çevriləndə düzgün düzgün traktovka olunmur; bu sözə belə məna verilməsinə yunan ədəbiyyatında heç yerdə rastlanmır. Ola bilsin Yəhuda düşünürdü ki, İsanın hakimiyyətin “əlinə verilməsi” İsanın öz arzusuna uyğundur və İlahi səltənətin qurulmasına aparıb çıxaracaq”. Bu cür baxış sözügedən məsələyə uzun əsrlər boyu yekdilliklə qəbul olunmuş münasibətdən köklü surətdə fərqlənir. Mark İsanı insanların günahını yumaq üçün ölümə məhkum olunan yəhudi Məsihi, Allahın oğlu kimi təsvir edir, amma demək olar ki, bunu nə başa düşən, nə də etiraf edən yoxdur. İsanın yurddaşları onun ilahiliyinə açıq-aşkar surətdə şübhə edirlər: “Məgər O Məryəmin oğlu, Yəhya, Yusif, Yəhuda və Simonun qardaşı, dülgər deyilmi? Onun bacıları burda, bizim aramızda deyillərmi? Və Onun barəsində büdrədilər. İsa isə onlara dedi: “heç bir peyğəmbər öz vətəni, əqrəbalarının yanı və evindən başqa heç yerdə etibarsız deyildir”. (Mark 6: 3-4) İsanın ailəsi Onu ağlını itirmiş sayaraq gözdən uzaq yerə götürmək istəyir: “Cünki onlar: “Onda mürdar ruh var”, deyirdilər. Onun anası və qardaşları gəldilər, cöldə durub, Onun yanına adam göndərərək, Onu cagırdılar” (Mark 3: 30-31). Bəc İsanın şagirdləri? İsa onlara əkinci haggında rəvayət söyləyir və kədərlə görür ki, rəvayət onlara çatmır “Və onlara dedi: “Siz bu məsələni başa düşmersenezmü? Bəs bütün məsəlləri nücə anlıyacagsınız?” (Mark 4:13). O, böyük bir səbrlə öz təliminin mənasını başa salır, amma nəticə onsuz da qənaətbəxş olmur: “zira çörəklərlə bağlı möcüzəni anlamamışdılar, çünki onların ürəyi daşa dönmüşdü” (Mark 6:52). Əvəzində İsa öz etirafını mənfi personajlar arasında tapır: “Və murdar ruhlar Onu gördükdə önündə yerə gapandılar və bağıraraq dedilər: “Sən Allahın Oğlusan” (Mark 3: 11). Özünüz fikirləşin, bu cür saymazlıq və anlaşılmazlıq şəraitində necə möcü-zələr göstərmək və əzablı ölümə hazırlaşmaq olardı. Şagirdlər İsanin missiyasını anlamayaraq özlərini birtəhər aparırlar. İsa onlara yatmamağı tapşırır, amma onlar yatırlar (Mark 14:37-41). İsa xəbər verir ki, onlar ən həlledici məqamda Ondan üz çevirəcəklər. Pyotr tez-tələsik deyir ki bu sözlər ona aid deyil, lakin İsa öz sözünün üstündə dayanır və bildirir ki, sən bunu üc dəfə edəcəksən. O biriləri də Pyotra dəstək verirlər (Mark 14:27-31). Hər şey İsa deyən kimi də olur. Şagirdlərin kütlüyünü və etibarsızlığını yadda saxlayaq, çünki bunlar bizə lazım olacaq. Yəhuda nə üçün İsanı hakimiyyətin əlinə verir? Mark bunun səbəbini açmır. Bizə məlum olur ki, hakimiyyət qüvvələri bunun qarşılığında onu mükafatlandırırlar, amma “İncil”in müəllifi bircə dəfə də olsun demir ki, Yəhudanın hərəkətinin motivi pul olub. Daha dəqiq tərcümələr işığında demək olar ki, (yəni paradidomi sözü “ələ vermək” yox, “vermək” kimi çevrilsə) guman etmək olar ki, Yəhuda İsanı kahinlərin əlinə verməklə onun öz cismani cildini soyunmasını istəyirdi. Yalnız belə olan halda o, öz missiyasını yerinə yetirə bilərdi. Erman da buna oxşar fikir irəli sürür. Mattanın “İncil”ində Yəhudanın adı 4 dəfə çəkilir. Güman var ki, bu “İncil” yəhudi xristian icmasının galıqları Markın “İncil”indən istifadə edən ellin kilsəsinə qaynayıb qarışan vaxtlarda yazılmışdı. Mattanın “İncil”ində Yəhuda böyük təfərrüatla və bir qədər də başqa cür təsvir olynub. Markda baş kahinlər ona mükafat təklif edirlər (Mark 14: 11), Mattada isə Yəhudf özü pul istəyir: “Mənə nə verirsiniz, Onu əlinizə verim? Onlar da Yəhudaya otuz gümüş cəkdilər” (Matta 26: 15) Gizli yığıncaq zamanı Yəhuda riyakarlıq edir. “Onu ələ verən Yəhuda dedi: “Rabbi! Mənəmmi?” İsa da ona dedi: Sən deyəndir” (Matta 26:25) Matfeydə Hosiman bağı səhnəsində Yəhuda öz öpüşü ilə İsanı hakimiyyət adamlarına göstərəndə İsa deyir: “Dostum, sən nə üçün gəlmisən?” (Matta 26: 50). Dost? Ola bilsin ki, bu, sadəcə ironiyadır, amma burda bir incəlik var. Bəzi çağdaş ingilis tərcümələrində bu ifadə fərqli şəkildə verilir; məsələn, New American Standard Bible-də yazılıb: “"Friend, do what you have come for." Tərcüməsi: “Nə üçün gəlmisənsə, onu elə”. Bu, az qala bəraət kimi səslənir. Matta yeganə “İncil” müəllifidir ki, İsanı ələ vermiş Yəhudanın peşiman olması və intihar etməsindən bəhs edir. “O zaman Onu ələ verən Yəhud İsanın məhkum edildiyini görərək, peşman oldu və otuz gümüşü baş kahinlərə və ağsaqqalara geri gətirib dedi:”Mən, təqsirsiz qanı ələ verməklə günah işlətdim”. Fəqət onlar: ”Bundan bizə nə? Onu sən düşün”, – dedilər. Yəhuda gümüşləri məbədin içinə atıb çıxdı və gedib özünü asdı” (Matta 27: 3-5). Lukanın “İncil”ində Yəhudanın adı 4 dəfə çəkilir. Onun mətnində partiyalı, üzr istəyirəm, kilsə xətti çox aydın ifadə olunub. Lukaya görə, Yəhuda Şeytanın hakimiyyəti altındadır. “O zaman şeytan Onikilərdən biri olan İskaryot adlandırılan Yəhudaya girdi, və o, gedib baş kahinlər və rəislərə danışdı ki, İsanı necə onların əlinə versin. Onlar sevindilər və ona pul verməyə razı oldular”. (Luka 22: 3-5) Yada salmağa dəyər ki, Markın təsvirinə görə, insanlığın düşməni olan Şeytan qısa müddətə Pyotra daxıl olmuşdu və bu, İsanın nəzərindən qaçmamışdı (Mark 8:33): “Fəqət O, dönüb şagirdlərinə baxdı və Pyotra qadağan etdi: “Rədd ol Məndən, şeytan! Cünki sən, Allahın deyil, insanın əməllərin düşünürsən”. Lukada Yəhuda İsanı həbs etməyə gələn dəstənin başını çəkir. “Və O, bu sözləri söyləyərkən, budur bir izdiham göründü. Və onların qabağında Yəhuda adlı Onikilərdən biri gəlirdi. O İsanı öpmək ücün yaxınlaşdı”. İsa isə ona dedi: “Yəhuda! İnsan Oğlunu öpüşləmi ələ verirsən?” (Luka 22:47) Bundan sonra Yəhuda Lukanın “İncil”ində bir daha yada salınmır. Doğrudur, “Həvarilərin əməlləri”ndə” qəbul edildiyi kimi, həmin müəllifə məxsuslugunu göstərən belə bir yer var: “Bu adam isə haqsızlığın muzdu ilə bir tarla əldə etdi, başı üstə yıxılıb ortadan çatladı və bütün bağırsaqları töküldü”. (“Həva-rilərin əməlləri” 1:18): Yəhya Yəhudanın adını 8 dəfə çəkir. Yəhyada Yəhuda birmənalı mənfi personaj, ən axırıncı yaramaz, xalq düşməni, ziyankar və bədxahdır. İsa Gizli Yığlncağa hələ xeyli qalmış jnun kim olduğunu aydın görür. “Fəgət sizin aranızda iman etməyənlər də vardır”. Cünki İsa kimin imansız olduğunu və Onu ələ verənin kim olduğunu əvvəlcədən bilirdi. Və dedi: “Buna görə sizə dedim ki: Əgər Ata ona verməsə, hec kimsə Mənim yanıma gələ bilməz”. Bu zamandan etibarən şagirdlərdən bir coxu geri dönüb, artıq Onunla gəzmirdi. Buna görə İsa Onikilərə dedi: “Yoxsa siz də getmək istəyirsiniz?” Şimon Pyotr Ona cavab verdu: Ya Rəb, biz kimin yanına gedə bilərik? Əbədi həyatın sözləri Səndədir. Biz də iman etdik və bilirik ki, Yaşayan Allahın Oğlu Məsih Sənsən”. İsa onlara cavab verdi: “Mən siz Onikiləri secmədimmi? Amma sizlərdən biri İblisdir”. İskaryotun oğlu Yəhudadan bəhs edirdi; cünki Onikilərdən biri ikən İsanı ələ verəcək olan o, idi”. (Yəhya 6:64-71)
Ortaya dəfələrlə verilən bir sual gəlir: əgər İsa Yəhudanın sadig olmadığını bilirdisə, niyə onu oniki secilmiş nəfərin icinə daxil edirdi? Belə çıxmırmı ki, bunun ücün İsanın nəsə ciddi əsası, səbəbi, fikri var idi? Yəhya bu sualı özünə vermir. Məryəm və Martanın evindəki səhnəni təsvir edərkən isə o, Yəhudanın mənfi xasiyyətnaməsinə ümumi xəzinədən pul oğurlayan bir adam kimi daha bir ştrix əlavə edir “Məryəm isə bir litrdən cox giymətli xalis nardin yağı götürüb İsanın ayaqlarına sürtdü, ayaqlarını sacları ilə sildi və ev yağın ətri ilə doldu. Fəgət şagirdlərindən biri, Onu ələ verəcək Şimon oğlu Yəhudf İskaryot dedi: “Nə ücün bu yağ üc yüz dinara satılıb fağırlara verilmədi?” Bunu da fağırlara gayğıkeşlik etdiyi ücün deyil, oğru oldugu və kisə özündə ikən icinə goyulanı gəzdirdiyi ücün söylədi” (Yəhya 12:3-6). Gizli yığıncaq zamanı Yəhudanln təsvirində dərk olunması o qədər də sadə olmayan şeylər baş verir. Ayağının yuylması səhnəsində İsa bəyan edir: “...Yuyulmuş olanın yalnız ayaqlarını yumaq gərəkdir, cünki tərtəmizdir; siz də təmizsiniz, lakin hamınız yox”. Cünki Onu ələ verəcək olanı tanıyırdı; bunun ücün: “Hamınız təmiz deyilsiniz” dedi” (Yəhya 13:10-11) Bir necə sətirdən sonra biz bilirik ki İsanın ölümü taleyin əli ilə yazılıb və ona pozu yoxdur: “Hamınız ücün söyləyirəm, Mən kimi secmişəmsə, bilirəm, fəgət qoy: “Cörəyimi yeyən mənə xəyanət etdi” deyən Yazı icra olsun” (Yəhya 13:18) Bu adamın kim olduğuna gəlincə isə İsa bildirir: “Cörək tikəsini (şəraba) ba-tırıb kimə versəm, odur”.Tikəni batırıb Şimon İskaryotun oğlu Yəhudiya verdi. Cö-rək tikəsindən sonra şeytan onun icinə girdi. İsa ona dedi: Edəcəyini tez et!”. Bunu nə ücün ona söylədiyini oturanlardan hec kim başa düşmədi”. (Yəhya 13:26-28) Allah günahımızdan keçsin, İsanın şagirdlərinin bir az kütbeyin olduqlarını yuxarıdakı təsvirdən də görürük. Amma burda bir nüans da var. İsa xəyanət edəcək Yəhudanı bu hərəkətdən nəinki saxlamır, hətta onu edəcəyi işi etməyə tələsdirir. Yəhyanın təsvirində İsanın həbsi belə baş verir:: İsa, bu şeyləri söylədikdən sonra şagirdləri ilə Kedron dərəsinin o tayına getdi; orada bir bagca var idi; özü və şagirdləri oraya girdilər. Onu ələ verən Yəhuda da o yeri tanıyırdı; cünki İsa tez-tez şagirdləri ilə ora yığışırdı. Beləliklə, Yəhuda əsgər bölməsi, baş kahinlər, fəriseylər, mühafizlər və silahlarla oraya gəldi. İsa başına gələcək bütün işləri bilərək cıxıb onlara: “Kimi axtarırsınız?” dedi. Ona cavab verdilər: “Nazaretli İsanı”. İsa onlara: “Mənəm” deli. Onu ələ verən Yəhuda da onlarla bərabər durmuşdu. Onlara: “Mənəm”, – dediyi zaman onlar geri cəkilib yerə yıxıldılar. Yenə də onlardan: “Kimi axtarırsinz?” soruşduqda onlar dedilər: “Nazaretli İsanı”. İsa cavab vedi: “Sizə dedim ki, Mənəm, əgər Məni axtarırsınızsa, bunları buraxın, goy getsinlər”. Onun dediyi: “Mən, Sənin Mənə verdiyin kimsələrdən hec birini geyb etmədim” – sözü yerinə yetsin deyə belə oldu. Şimon Pyotrun bir gılıncı var idi, onu cıxarıb baş kahinin köləsini vurub sağ gulağını saldı. O kölənin adı Malik idi. O vaxt İsa Pyotra dedi: “Qılıncını gınına goy! Atanın Mənə verdiyi kasanı icməyimmi?” Beləcə əskər bölməsi, minbaşı və yəhudilərin mühafizləri İsanı tutub bağladılar”. (Yəhya 18:1-12) İsanın həbsi tapşırılan əskərlər də parlaq ağıla malik deyillər. Yəhudanın rolu burda onları İsanın yanına gətirməkdən ibarətdir və bundan sonra o hekayədın yoxa çıxır. Baha başa gələn öpüş məsələsi burda yoxdur. Bütövlükdə götürəndə, Yəhyanın “İncil”i xristian kilsəsinin əsrlər boyu sürən antisemitizmın program sənədidir. Hekayə nifrətlə aşıb-daşır. Ola bilər ki o vaxt ellinlər və yəhudilərin münasibətləri son həddə qədər korlanmış, ilkin fikir ayrılıqları barış maz düşmənciliyə cevrilmişdi. Yəhyada yəhudilər 71 dəfə xatırlanır, hər dəfə də ən bədxah adamlar, hər cür mümkün günah və naqisliklərin mədəni kimi. Onlar İsanı izləyirlər (5:16); İsa onların xoşuna gəlmir (7:10); İsanın sözlərini gəbul etmirlər (7:31); onlar İsanı İblis sayırlar (8:52) və daşlayırlar (8:59) və s. Yəhyanın sözü ilə yəhudilər – İblis balalarıdırlar (8:44): “Sizin atanız iblisdir; və öz atanızın ehtiraslarını icra etmək istəyirsiniz. O, başlanğıcdan gatil idi və həgigətə bağlı galmadı; cünki onda həgigət yoxdur. Yalan söylədiyi zaman özündən söylər, cünki o, yalancıdır və yalanın atasıdır”. Tom Makabinin yazdığı kimi, “bu, xristianların gəlbində dərin mənfi izlər goymuşdu. Məhz birbaşa Yəhyanın “İncil”ini əsas götürərək nasistlər öz antisemit programına iblis yəhudi obrazını daxil etmişdilər. Əgər xristian müqəddəs kitablarından biri bu gədər nifrətlə doludursa, onda yəhudilərin xristianlar tərəfindən əsrlər boyu təqib olunmasına təəccüblənməyə dəyərmi? Xristian kilsələrində bu kitabın əsrlər boyu daimi olaraq oxunmasının istər cahil kütlə, istərsə də savadlı elitada çox qüvvətli antisemit əhvali-ruhiyyə doğurması məntiqi deyilmi? Hər il bayramgabagı misteriyalarda karikatur dərəcədə bədxah Yəhudanın Xilaskarı əzablı ölümə necə göndərməsi göstərilirdi. Xristian mərhəməti, aydındır ki, yəhudilərə şamil olunmurdu. Bunu Vladimir Solovyov da qeyd etmişdi: “Əgər yəhudilər düşməndilərsə, onda İsa Məsih düşməni bagışlamağı öyrədirdi, yox əgər düşmən deyillərsə – onda niyə siz onları izləyirsiz?”
Dözümsüzlük
Monoteist dinlər özünün müstəsnalığı prinsipi üstündə gurulduğundan onlarən qeyri dinlərə qarşı dözümlülük onlar üçün səciyyəvi deyil. Bu dinlər dövlət dininə cevrilən kimi fərqli baxışları təqib etməyə başlaması istər-istəməz praktik zərurətə çevrilir. Bu baxımdan Musa, İsa və Məhəmmədin ardıcıllları bir birinə cox oxşayır. (məqalə müəllifinin bu məsələdə Məhəmməd əleyhissəlamın ardıcıllarını Musa və İsanın ardıcılları ilə bir tutması açıq-aşkar ədalətsizlikdir. Çünki yəhudilik və xristianlıqdan fərqli olaraq İslam kitab əhli olan yəhudilər və xristianlara qarşı maksimum dözümlülüyü tarixən də ilə seçilib, bu gün də seçilir – red.) Ortodoks dindarlar dindən bir addım olsa da kənara çıxılmasını, hər hansı fərqli fikir çalarını ölümcül günaha aparıb çıxaran təhlükəli bidət kimi gəbul edirlər. Söhbət xristianlıqdan gedirsə, iki misal üzərində dayanmağa dəyər. Moskva ilahiyyatçıları XVIII əsrdə katolikləri belə söyürdülər: “Allahın barışmaz düşmənləri olan inəoxşar latınlar ən murdar və qısqanc bidətçidirlər”. Bu, bəyənməməyin hələ nisbətən yumşaq formasıdır. İmkan olanda dissident xristianlara qarşı xaç yürüşləri də edilirdi. Məsələn, katarlar, yaxud təmizlər öz baxışlarına görə katolik kilsəsinin antirodları idi. Onlar din xadimləri və kilsə mülkiyyətini tanımır, mayalanmaya qarşı vasitələrdən istifadə edir, efanaziya və intiharı qəbul edir, qadınları kişilərə bərabər tuturdular. 1208-ci ildə Papa III İnnokenti onlara qarşı xaç yürüşü təşkil etdi. Bezye şəhərinin müharisəsi zamanı papa leqatından soruşdular ki, mömin katolikləri katarlardan necə ayırmaq olar. Cavab belə olmuşdu: “Siz hamını ucdantutma qırın, qalanını Allah bilər”. On beş min kişi, qadın və uşaq öldürülmüşdü, əksəriyyəti də məbəddə. Bu xristian genosidi on beş il sürmüşdü.
“İncil”in dəgigliyi
İlahiyyatçılar İsanın tarixi şəxsiyyət olmasından danışarkən adətən “İncil”ə və “Əhdi-cədid”in digər kitablarına istinad edirlər. Onların başqa bir şəhadətnaməsi yoxdur. Həm də “İncil” xronika və səlnamə yox, xoş xəbər, müjdə, yaxşı xəbər deməkdir. Bu yazılar xrisrian təbliğatı nümunələridir və bunu gizləmirlər. Bununla bağlı olaraq bu yazılarda təbliğat xarakterli yazılara məxsus mübaliğə, təhriflərə yol verilir. Budur, Pinxas Polonski “İncil”ə dair araşdırmaya həsr etdiyi “Yəhudilər və xristianlıq” əsərində oxucunun diqqətini bir məsələyə cəlb edir. Mattanın “İncil”inə görə, İsanı bakirə gız olan Məryəm heç bir kişinin iştrakı olmadan dünyaya gətirib “Butun bunlar, Rəbbinin Peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi: Budur, bakirə qız boylu galacaq və Onun adını İmmanuel goyacaqlar”. (Matta1:22-23). “Bu isə Allah bizimlədir deməkdir” (İSAYYA 7:14) Üzdən baxanda hər şey yerindədir. Bir dini kitab baş verəcək hadisəni öncədən xəbər verir, digəri onun artıq baş verdiyini təsdiq edir. Lakin bir az diqqətlə baxanda aydın olur ki, İsayyanın mətninə yüngülvari bir düzəliş edilib. Ruscaya tərcümənin bakirə qızdan danışılan yerində orijinalda “alma” sözü yazılır ki, bu da ivrit dilindəki “elem” sözü ilə eyni kökdən olub “yeniyetmə”, “gənc oğlan”, yaxud “gənc qız” anlamlarına gəlir. Bir sözlə, burda seksual təcrübə yox, yaşdan söhbət gedir. Bu sözün dəgig tərcüməsi “yeniyetmə qız”, “gənc qız”( yaxud qadındır), “bakirə qız” isə ivrit dilində – “betula”dır. İsayanın kitabının yunan dilinə tərcüməsində də həmin səhfi görmək olar: orada da “partenos” – “bakirə gız” yazılıb. İsayanın kitabı Septuagintaya – yəhudilər tərəfindən “Tövrat”ın yunan dilinə tərcüməsinə daxil edilməyib. Onu xristianlar öz ehtiyaclarına uyğun tərcümə ediblər.
Yəhudanın “İncil”i
Nəhayət ki, biz oçerkimizin başlıca mövzusina gəlib çıxdıq. Mətn əldə olmasa da, Yəhuda “İncil”inin olması coxdan məlum idi. Roma imperiyasının Qalliya əyalətində yerləşən Lion şəhərinin episkopu İriney (təxminən 130-202-si il.) bizim eranın təxminən 180-ci ilində özünün “Bidətə qarşı” əsərində bu barədə xatırlayırdı. “Sonra, bəziləri deyirlər ki, Qabil yüksək qüvvədən gəlmişdi və İsavı, Korey nəslini, sodomitləri özlərinə tay kimi gəbul eləyirdilər. Yaradan onlarla vutuşmuşdur, lakin onlarin hec biri ziyan cəkməyib, çünki Sofiya özünə məxsus şeylərin hamısını goruya və özünə qaytara bildi. Yəhuda bunları gözəl başa düşürdü və yeganə həvari idi ki, həgigəti anlamış, onların sözü ilə desək, bütün dünyəvi şeyləri səmavi şeylərdən ayıran satgınlıg batinini icra etmişdi. Onlar Yəhudanın “İncil”i adlanan qondarma bir kitab yaratmışdılar. Vəssalam. Yeri gəlmişkən, Yəhudanın “İncil”ində Qabil xatırlanmır. Düşünməyə əsas var ki, İriney özü mətni oxumayıb, onun haqqında sadəcə eşidib. Hər halda kilsə bu kitabı mühakimə edib və aradan götürüb. Onun yandırılması, yaxud hər hansı digər yolla məhv edilməsi faktı məlum deyil, amma üzünün köçürülməsi açlq-aşkar surətdə lazım bilinməyib. Belə bir şəraitdə papirus üzərinə yazılan kodeks yalnız və yaınız hadisələrin nadir təsadüf olunan gedişi nəticəsində qorunub saxlanıla bilərdi. Yəhudanın “İncil”i qnostik müjdədir, ona görə də məsələyə qnostiklərdən başlayaq.
Qnostiklər
Qnostiklər qədim vaxtlardan üzü bəri xristianlar arasında təqibə məruz qalan azlıqlar idi. Çoxluğun ideolog və senzorlarının təzyiqi bu bidətçi küfrün ən kiçik izlərini belə silmək üçün çox uğurlu oldu. Əsrlər boyu gnostiklər haqqında məlumat istisnasız olaraq onlar üzərinə ortodoksal hücumlarla bağlı olub. Vəziyyət yalnız 1945-ci ildə Haq Hamadidə (Misir) böyük miqdarda qnostik papiruslar tapılandan sonra dəyişdi. 70-ci illərin sonunda qibti dilindən tərcümə olundu və apokrif “İncil”lər (Məcdəlli Məryəmdən, Fomadan və s.) oxucu kütləsinin malına çevrildi. Yəhudanın “İncil”i də bu sıradandı. Bu əsərin bizi maraglandıran detallarına kecməzdən əvvəl gnostiklər haqqında bir necə qeyd etmək istərdim. Bu giriş sözü təəssüf ki, diletant səviyyəlidir və bu üzdən üzr istəyirəm, amma bu, hər haldə hazırlığı olmayan oxucu üçün faydalı olı bilər. Qnostisizmin müxtəsər səciyyəsi belədir. “elə bir din ki, bu dünyanın sərt, qəzəbli allahı ilə (“Tövrat”dakı allah kimi) yüksək, uca, daha mücərrəd İsa Məsih arasında fərq qoyur; elə bir din ki, bu dunyaya insan qəlbini natəmiz fiziki bədəndə saxlamağa çalışan şeytani hakimlərin yaradılışı kimi baxır; elə bir din ki, bu dünyada xilas olmaq üçün batini müdriklik, yaxud bilgini ancaq seçilmişlər arasında təbliğ edir”. “Qnostik” termini yunan dilində “gnosis” – bilik sözündən götürülüb. Qnostisizmın kökü xristianlığa qədərki fəlsəfə, xüsusən də platonizmə gedib çıxır. Qnostisizm varlığın əsil həqiqəti haqqında insanın birbaşa, şəxsi və mütləq bilgilərə çata biləcəyini təsdiq edir. Bu həgigətlərə çatmaq insan həyatının ən yüksək nailiyyətidir. Qnozis – təcrübə yolu ilə əldə olunmuş bilikdir, amma bu bilik rasional, məntiqi və yaxud doqma anlamına gəlmir. “Qnostisizm – yaradılmayanın özünü özü vasıtəsilə, yaxud öz içində dərkidir və bu bilgi azadlığa aparır”. Qnostikların dilində “yaradılmayan mən” ilahi nütfə, bilgi qığılcımı, özünüdərk, mühakimə, işıqdır”. Qısa bir sürədə qnostiklər əsasən xristianlıq məcrasında olmuşdular; qnostisizmin ən nüfuzlu təbliğatçılarından biri olan Valentin bizum eranın II əsrinin ortalarında Roma yepiskopluğuna namizəd sayılırdı. Amma ömrünün sonlarında ortodoksal kilsə onu bidətçi elan etdi. Xristianlığın əsas xəttinin təmsilçılıri inanırdılar və inanırlar ki, İsa İlahdır, Allahın oğludur və bu səciyyəsi ilə xilas etməyə gəldiyi insanlardan həmişə seçiləcək. Fomanın qnostik “İncil”ində deyilir ki, Foma İsanı tanıyan kimi, İsa ona dedi ki, onların hər ikisi eyni bir mənbədən qaynaqlanır. Bəzi gnostiklar diril- mənin hərfi mənasını “axmagların imanından” yüksəyə qalxmaqda görürdülər. Onlar üçün İsa Məsih seçilmişlərə gizli bilgi verən müəllimdir. Kilsə üçün isə iman daha vacibdir.
Yəhuda – İsanın sevimli şagirdi idi
Yəhudanın “İncil”inini tam mətni kanonik müjdələrin verdiyi mənzərələrdən kardinal surətdə fərqlənir. Zaman: Pasxa bayramına üç gün qalmış bitən həftə. İsa xəbərdarlıq etmədən vaxtaşırı olaraq şagirdlıri arasında peyda olur və eləcə də qəfil yoxa çıxır. O, şagirdlərinə dünyanın gizli quruluşundan danışır. O onlarla bu dünyanın hüdudlarından o tərəfdəki gizlinlərdən və sonda nə baş verəcəyindən danışmağa baəladı. O, onların arasında öz siması yox, uşaq görkəmi (ya da ö) tez-tez görünürdü. Orijinaldakı qibti sözü brot “uşaq” kimi təcümə olunurr, amma onu “brotef” – xəyal” sözünün bir forması da saymaq olar. Tərcüməcilər ikinci variantı alternativ variant kimi o qədər də inandırıcı saymırlar. Digər tərəfdən, bu söz hekayənin simvolik və mistik səciyyəsi ilə də bağlı ola bilər. Elə ilk görüşlərindıncə İsanın şagirdlərinə münasibəti o qədər də hamar deyil. O gəlib şagirdlərini minnətdarlıq duası etdikləri yerdə tutur və gülməyə başlayır. Özlərini itirmiş şagirdlər nəyi düz etmədiklərini soruşurlar. İsa deyir ki, bu, onların günahı deyil, onlar cəhd göstərirlər ki, öz Allahlarına həmd etsinlər. Sən bizim Allahımızın oğlusan deyə onikilər etiraz edirlər, amma İsa onların ağzından vurur. “Siz necə taniya bilərsiniz? Sizə düzünü deyirəm, sizlərdən olan heç bir insan nəslinə məni dərk etmək verilməyib” Şagirdlər hirslənməyə başlayır və “öz ürəklərində” İsaya qarşı küfr edirlər, buna cavab olaraq İsa onlara deyir: kim mənən özünə əmindirsə, qoy ayağa qalxıb mənimlə mübahisə etsin”. Hamı deyir ki, hazırdır, amma Yəhudadan başqa hec kimin buna cürəti catmır, amma o da İsanın gözunə baxmağa gorxur. “Mən bilirəm sən kimsən və hardan gəlmisən. Sən ölümsüz Barbelo səltənətindənsən. Və mən səni göndərənin adını cəkməyə layig deyiləm “. Yədunanın cavabında biz gnostik kosmologiyaya göstəriş eşidirik. Əgər İsa göylər səltənətindən, yaxud da Barbelodan gəlibsə, deməli o, həgigətən də, Allahın oğludur. Barbelo qnostiklarda – bütün mövcudiyyətin ilahi anasıdır. Bundan sonra İsa İudanı şagirdlərinin arasından seçib ayırır və onunla təklikdə danışır: “O birilərindən ayrıl və mən sənə bu dunyanın sirlərini acım. Sən onları anlamaga gadirsən, amma cox kədərlənəcəksən. Zira ayrısı səni əvəz edəcək ki, o on iki nəfər yenə də öz allahları ilə govuşsunlar”. İsa Yəhudanın digər “İncil”lərdən artıq bizə məlum olan taleyindən xəbər verir. Amma burdakı ton və tembr fərqlidi. Yəhuda təqiblərə məruz galacag, lakin günahlarına görə yox, o biri şagirdlər öz zalım və yalan allahlarına əvvəlki kimi sadiq galdıqları üçün. Bundan sonra İsa gəfildən yox olur. Növbəti görüş zamanı “Hardaydın?” sualına isə İsanın cavabı belə olur: “Mən başqa bir böyük və mügəddəs nəslin yanına getmişdim”. O şagirdlərinin sonrakı sorğularını kəsir və bəyan edir ki, yer üzündə doğulmuşlardan heç kəs o nəsli görə bilməz və yoxa çıxır. Səhərisi gün onlar yenə görüşürlər və şagirdlər İsaya öz görüntü və yuxularını danışırlar. Onlar qurbangahının qabağında on iki kahinin qurban verdiyi böyük bir məbəd görüblər. Və bu zaman belə şeylər verir: “(bəziləri) öz uşaglarını, digərləri arvadlarını gurban verirdi... bəziləri kişilərlə yatağa girirdi; bəziləri qan tökməklə (məşğul idi); bəziləri coxlu günah və ganuna zidd əməllər törədirdi; Və qurbangahın qabağında dayanan kişilər sənin adınla niyaz edirdilər və onların bütün yaramaz əməllərində axıracan qurbanlar verilirdi”. İsa onlara allegorik bir interpretasiya verir: “Qurban qəbul etdiklərini gördüyünüz adamlar sizsiniz. Bu sizin gullug etdiyiniz allahdır. Həmin on iki kişi elə sizsiniz. Qurbanlıq heyvanlar isə – sizin qurbangah qabağında yoldan çıxardığınız insanlardı...”. Yəhuda “İncil”inin xristian kilsəsı tərəfindən qəti surətdə qəbul edilməməsi üçün təkcə elə bu parça kifayətdir. Əgər İsanın on iki şagirdi Onun adı ilə bu cür xoşagəlməz əməllər törədirlərsə, onda əsası qoyulmuş kilsə haqqında yaxşı nə demək olar? Sonra İsa ilə Yəhuda arasında ustadın şagirdə gnostik təlim və kosmologiya haqqında tam bilgi verdiyi söhbət olur. Mən iki epizod üzərində dayanmaq istərdim. Əvvəlcə Yəhuda xahiş edir ki, İsa onun şəxsi görüntülərini zah etsin. Müəllimin ilk reaksiyası belə olur: " “Bunu eşitdikdə, İsa gulümsədü və ona dedi: “Sən – on ücüncü ruh, niyə belə cox calışırsan? Dillən görüm və mən səni dinləyirəm”. “Yəhuda – on ücüncüdi, ona görə ki o, on ikilərin çevrəsindən çıxmış bir şagirddir; o, demondu – çünki onun həqiqi şəxsiyyəti mənəvidir”. Yəhuda məlumat verir: “Mən özümü on iki şagirdin mənə daş atdığı və (amansızcasına) təqib etdiyi zaman gördüm”. Səhnə tanışdır, deyilmi? Sonra hekayə davam edir, lakin itirilmiş sətirlərə görə məna tam aydın olmur. Amma biz görürük ki, İsa Yəhudanı şagirdləri və umumiyətlə, insanlar arasında seçərək deyir ki, onun qisməti o qədər də asan olmayacaq. Yəhuda şikayət etmək istəyəndə İsanın sözü belə olur: “Sən on ücüncü olacagsan və o biri nəsillər tərəfindən nəhlətlənəcəksən – və onlari idarə edəcəksən. Axır gunlərdə onlar sənin mügəddəs nəslə yüksəlməyini lənətləyəcəylər”. Uzun bir kosmoloji ekskursdan sonra İsa yenidən Yəhudanın təyinatına qayıdır: “Amma sən onların hamısını ötüb keçəcəksən. Sən mənim simamdan ibarət insan bədənini qurban verəcəksən”. Söhbət vaxtı bitdi: “Beləliklə, sənə hər şey deyildi. Gözlərini qaldır, buluda və onun icindəki işığa, onu əhatə edən ulduzlara bax. Yolgöstərən ulduz - sənin ulduzundur”. “Yəhuda gözlərini qaldırdı və nur saçan bir bulud gördü və onun içinə girdi. Yerdə dayananlar buluddan gələn səs eşidirdilər, ... böyük nəsil (...) ... surət (...) deyən... (burda mətn pozulub)”. Sonra qısa bir xülasə gəlir. Sərlövhədə satgınlığa işarə olsa da, bu, sonradan tərcüməçilər tərəfindən əlavə olunub. (Bəlkə də bu əsrlər boyu sürən ənənəyə güzəştdir). Mətnin özündə belə şey yoxdu. “Kahinlər öz aralarında pıcıldaşırdılar, çünki o, dua etmək üçün qonaq otağına getmişdi. Bəzi katiblər dua zamanı həbs etsinlər deyə onu gözdən qoymurdular, lakin onlar camaatdan gorxurdular, ona görə ki, hamı onu peyğəmbər sayırdı”. Onlar Yəhudaya yaxınlaşıb dedilər: “Sən burda nə edirsən? Axı sən İsanın şagirdisən”. Yəhuda onlara istədikləri cavabı verdi. Və o bir az pul alıb onu onların əlinə verdı”.
Bəzi nəticələr
Yəhudilərə və yəhudi dininə qarşı qərəz, hətta nifrət xristian dini üçün təlim, ideologiya və iman rəmzlərinin üzvi tərkib hissəsidir. Bu sözlər bəlkə də mübaliğəli və təçviqedici görünə bilər, amma fikir versəniz, görərsiniz ki, biz sadəcə, tarixi faktları qeyd edirik. Xristianlıq yəhudilikdən qaynaqlanıb və onun müqəddəs kitablarını öz kanonlarına daxil edib. O biri tərəfdən, hər hansı bir monoteist din kimi xristianlıq da özünü yeganə həqiqi inanc sayır. Yəhudilərin yeni meydana çıxmış bir təlim kimi xristianlığı kütləvi şəkildə qəbul etməməsi, yəhudiliyin öz mövcudiyyətini sürdürməkdə davam etməsi xristian kilsəsi atalarının gözünə daimi bir təhkükə kimi görünürdü. İki yeganə həqiqi din ola bilməz, iki qoçun başı bir qazanda gaynaya bilməzdi. Xristian kilsəsi öz dindarlarını yəhudilərə qarşı əsrlər boyu ikrah və nifrət ruhunda tərbiyə etmişdi. Hər il Pasxa gabagı Yəhudanın satqınlığı və İsanın əzablarını teatral formada əks etdirən misteriyalar göstərilirdi. Bundan əlavə, yəhudilərə qarşı kilsə atalarının kitabları, inkvizisiya, təbliğat və xaç yürüşlərindən də istifadə olunurdu. Bütün bunların son nəticəsı ondan ibarət oldu ki, yəhudilər xristianların gözündə hər cür şər və qüsurun təcəssümünə çevrildılər. Sekulyar antisemitizm kilsədən qaynaqlandı və XIX ərin axırlarında özəlliklə də Almaniya və Rusiyada irqi nifrətə çevrildi. Kilsənin, əsas da katolik kilsəsinin sonraki üzrxahlığı məcburi hal daşıyırdı və geyri-məntiqi səslənirdi. Elə çıxırdı ki, çağdaş yəhudilər İsanın çarmıxa çəkilməsində məsuliyyət daşımır. Başa düşmək çətin deyil ki, bu, əzabkeşin müəyyən çağdaşlarından günahın götürülməməsi deməkdir. Yəhudi hakimlər və onların tərəfdarları İsanın ölümündə israrlı olsalar da, onun əzabları zamanı baş verənlərin günahını nə onun vaxtında, nə də sonralar yaşayan bütün yəhudilərin üzərinə əsassız olaraq yıxmaq olmaz.
İndi, bu tarixi sənəd tapılandan və İsanın ölümünün onun öz istəyi ilə, könüllü səciyyə daşıdığı faktiki olaraq təsdiq olunandan sonra kilsənin reaksiyasını bilmək maraqlı olardı. Görünür, hələ bunlar təzə-tər yeniliklərdir və necə deyərlər, hər şeyi zaman göstərər. Amma hər halda nələrisə qeyd etmək olar. Yəhudanın “İncil”inin tapılmasından bir həftə sonra Roma papası Benedikt bəyan etdi: “Yəhuda pul ehtirasını İsayla qarşılıqlı münasibətləri və Allaha məhəbbətindən üstün tutan acgöz bir yalancı idi... Yəhuda ücün ancaq hakimiyyət və uğur varıydı, o, sevgini hesaba almırdı”. Qısa və aydın. Kilsənin əsrlər boyu irəli sürdüyü məlum doktrinasından imtina edəcəyini mgözləmək sadəlövhlük olardı. Maraqlıdır ki, məsələyə münasibətdə katolikların hamısı papa ilə razılaşmırlar. Hələ 2005-ci ilin mart ayında Avstriyanın Linse şəhərində kecmiş ursulinkalar kilsəsində “Dostumuz Yəhuda İskaryot ücün rekviem” adlı bədii mərasim kecirilib. Mərasimdə oxunan mətndə deyilir ki, Yəhuda müqəddəslər sırasına daxil edilməlidir. O, özünü öldürməyib, onu həvarilər öldürüblər. Mərasimdə Yəhuda başının ətrafında halə təsvir olunub, o, bütün özünə qəsd edənlər, kilsədən qovulanlar, işgəncəyə məruz galanlar, dindən azanların hamisi adlandırılıb.
Tərcümə edən Natəvan Xəlilova
|
|