Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Karnavalizm

baş redaktordan


İbrahim  İlyaslı


Əsəd Cahangir
Yaxşı gəncliyin nağıl
Çağdaş nəsrdə yenilikçilik və eksperimentçilik meylləri haqqında


Nadir Hüseynzadə
Çağdaş ədəbi reallıqlar və oxucu həqiqətləri


Ramin Allahverdiyev
Müasir poeziyamızda predmet və detallar


Əsəd Cahangir
Banu Çiçək sən deyilmisən?


Əsəd Cahangir
Tale başın üstə səma kimidir...
Kənan Hacının gələcək kitabına ön söz


Əsəd Cahangir
«Gənclik» jurnalı


İqor Şaytanov
Tənqidçi peşəsi


«Hər kimin ağı qara isə, utansın!»
çağdaş tənqidimiz: problemlər, mülahizələr…


Bəsti Əlibəyli
Çağdaş tənqid və ədəbi proses:
2004-2007-ci illər


Bu, Vaqif Yusiflidir...
60 yaşını qeyd etməyə hazırlaşan tənqidçi Vaqif Yusifli “Körpü”nün qonağıdır...


İslam Sadıq
Elmi təfəkkür olmayanda ümid qalır saman çöpünə


Güllü  Yoloğlu
Şirin erməni qızıdırmı?!
Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsinə dair


Sərvaz Hüseynoğlu
"Bir uzaq səfərə gəmim çıxıbdı..."
Aran ədəbi mühiti haqqında düşüncələr


Leslay Vinz
Sevgi və daxili narahatlıq şairi


Camille  Adams Helminiski
(Amerika)
Qadın və Sufizm


Fəridə Hacıyeva


Muxtar Qul Məhəmməd
(Qazaxıstan)
Dünyanı söz idarə edir


Güllü  Yoloğlu
Böyük insanın böyük məhəbbəti


Yuri  Sapojkov (Belorus)

«Ürəyin böyüdülmüş portreti»
2005-ci il belorus poeziyası haqqında qeydlər


Firudin Qurbansoy
Mikayıl Müşfiqin təncim portreti


Əhməd Qəşəmoğlu
İnsanın mahiyyəti və missiyası haqda


Vitali Popov
Yəhuda İskaryot - İsa Peyğəmbərin seçimi


Fayaz Çaqani
Postmodernizm


Sevil Gültən
Misə çevrilmiş qızıl
Paulo Kuelyonun «Kimyagər» romanının dilimizə tərcüməsi haqqında


Vaqif Əliyev
“Leyli və Məcnun” operası – 100
Səhnəmizin ilk Leylisi


Əsəd Cahangir
Mən kiməm...
Rejissor Elşən Zeynallının Xalq Şairi Fikrət Qocaya həsr olunmuş «Mən kiməm» sənədli-bədii filmi haqqında qeydlər


Etimad Başkeçid
Məşhurluq alın yazısıdır...


Fikrət Sadıq
Üçüncü kərə «qarşı» sözünə qarşı» və başqa dərdlər

II Yazı


Kamil Əfsəroğlu
Litva Yazıçılar
İttifaqında




Mahirə  Abdulla
Çəhrayı rəngin nağılı
Sona Vəliyevanın “Çəhrayı rəngli dünyam” şeirlər kitabı haqqında


Əsəd Cahangir
Ana bilgiyə varanlar
Mahirə Abdullanın «Qatmaqarışıq nizam» kitabı haqqında


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Şəfəq Əlibəyli
Leksikoqrafiyamiza yeni töhfə


Aydın Arpaçaylı
«İki damla göz yaşı»


Qəşəm Nəcəfzadə


Şəfəq Sahibli


Həyat Şəmi


Bəhram Fərmanzadə


Əzizə Ağahüseynqızı


Elmar Vüqarlı


Elsevər Məsim


Elmin Əfqan


Dayandur Sevgin


Fəzail İsmayılın


ANONS!


Əsəd Cahangir
Drama + tryuk



 

Mahirə  Abdulla
Çəhrayı rəngin nağılı
Sona Vəliyevanın “Çəhrayı rəngli dünyam” şeirlər kitabı haqqında


 

Çəhrayı rəngin nağılı
Sona Vəliyevanın “Çəhrayı rəngli dünyam” şeirlər kitabı haqqında


Sizə duyğulu, incə bir qəlbin çırpıntıları ilə həzin misralarda ilmələnmiş nağıl danışacağam. Biri vardı, «qayası çəhrayı, daşı xınalı bir nağıllı dünya»da düşmənlərin qara bağrını dağlayan, sinəsinə çalın-çarpaz şırımlar çəkən qalalar qalası Naxçıvanın qartal qanadlı dağ kəndində şıltaq bir qız varıydı. Göz açandan səmanın mavi rənginin, əzəmətli qayaların, qabarlı yamacların bəyaz qarının, duman-çiskin əlbəsəsinin sehrini ürəyinə yığırdı.
Yayda səxavətli günəşin parlaq işığı uşaqları bağa, çəmənə qovurdu. Yaşil daşlardan dırnaqlarına yaxdığı qırmızı xına hələm-hələm getməzdi. Payız gəldımı bağların mer-meyvəsini yığıb-yığışdırmaq olmurdu. Təzə cəviz ləpəsinin qanağı barmaqlarını qapqara edirdi. Bütün şagirdlər müəllimlərin danlaq yeri olurdu. Qişda sərt soyuq hamını evə qovurdu. Atalarının palıd odunundan qaladıqları sobanın yanında oturub əriştənin  bişməsini gözləyirdilər. Şaqhaşaq cəviz qırırdılar. Uzun qış günlərində bu kənd sanki bütün dünyadan qopub ayrılırdı, təklənirdi. Bəlkə də buna görə qohum-qardaş, qonum-qonşu – hamı bir-birinin simsarı olurdu.
Yazın gəlişi ilə insanlar da təbiət kimi canlanırdılar. Alma, ərik ağaclarının çəhrayı çiçəklərinin ətri insanı məst edirdi. Həyat ona çəhrayı rəngdə görünürdü – təmiz idi, pak idi, duyğulu idi. «Dünyanın nəfsindən, məkrindən uzaq, şeytan əməlindən, şərindən uzaq» olduğu üçün qazancına halal bir ocaq düşmüşdü.


Kiçikdim, dəcəldim, ərköyün idim,


Analı, nənəli dünyam var idi.


Mənim oyuncağım böcəklər, daşlar,


Mənim oyuncağım göy qurşağıydı.


 


Bu qız «qapıları kilidsiz, darvazası açıq» evdə yaşayırdı, dünyanı ağ-qara görmək üçün əlifbadan başlamalıydı. O çəhrayı rəng  doğulduğu el-obaydı, isindiyi ocaq, söykəndiyi daş, arxalandığı ata yurdu, ana dizinin yanı idi. Bir gün «dedilər kəndlər boşalır». Artıq böyüyüb Bakıdan Naxçıvana boylanan, özü də sevən, sevilən, ana olan bu şair xanım dilə gəldi, haray saldı. 


Sükut burda büsat qurur, toy qurur,
Qapısını yağış döyür, qar vurur,
Ruzusunu qara  yellər sovurur,
Kimsə yoxdur ağı desin bu kəndə.


Ötən illər onu dəyişməmişdi. Tanrı ruhunu sözə oyatmışdı, «Min bir gecədə-ki Şəhriyar kimi» şübhəcən, «üzüm giləsitək, nar giləsitək» şeirlər oxumaq istəyirdi.


Üzüm çiçəkləyən badam ağacı,
Tanrı möcüzəsi, ruh ehtiyacı,
Dövlətim, sərvətim seir qazancı, 
Gəl bölək səninlə, şeir oxuyum.


Ürəyindəki sözlər səhərəcən bitməzdi. Bir şeir dünyasında yol tutub, iz salıb gedirdi. «Çöllü-biyabana» düşüb, «yol başlayıb gedən karvana» qoşulmuşdu. Bu yolçuluq «mərəz» idi. Narın qumlar batman daşlara dönüb ayaqlarından asılırdı.


Arxadan harayım yetməz,
Getdiyi yol gedər-gəlməz,
Eylər məni dəli-divan,
Yol başlayıb gedən karvan.


Məchulluq mahiyyəti kölgələyib görünməz etmişdi. Alllaha  yalvarırdı karvandan qalmasın. Son məlum olmadığından dönüş müşkülə düşmüşdü. Yan – yörədə bir simsar gözə dəymirdi.
Tale hökmü idi, vaxt ömürdən gedirdi. Gedən karvana ona görə qoşulmuşdu Vətəndə Vətənə yaraq olsun, haqqa üz tutub yalvarsın. Eliylə-obasıyla, yurduyla – yuvasıyla, bütün Türk dünyası  ilə qeyrət döyüşündən qəhrəman çıxsın.
Amma hələ Qarabağ düşmən əlindədir. Xan Araz qılınc kimi sivrilib durub Bakıyla Təbriz arasında. Dərbəndin dəmir qapısı çıxarılıb, əsir aparılıb. Xallı gözəllərimiz İrəvanda bulaqların başında süslənmir. Göz yaşları ernəni əsirliyində namusu tapdalanan məhzun qızlarımızın solğun yanaqlarını sillələyir. Qəfil yağışlar sevənlərin arasına çəpər çəkib. İlahi, nə «yaman uzandı  bu yaz yağışı,


döydü, ele hey, fağır,
göyçək alma çiçəyini,
nar  çiçəyini».


Demə məsum yaz yağışı da insafsız olanda insanın üzünə «gün doğmur». Kövrək çiçəkləri başı dəyənəkli olmağa, əsarətə, ayrılığa dözməyə öyrətmək olmaz.


Bağlı qapıları bağlı bilməsək,
Hər bağlı taleyin öz tilsimi var.
Yüz ildir Arazı bağlı bilmişik,
Yüz ildir dərdimə tapılmır açar.


1985-ci ildə Araz qırağında yazıldı bu  şeir… Bir nurlu, bir aydın səhərdə


bir ağ atlı oğlan qismətə çıxar.
Sınar bəxtimizin tilsimi, sehri,
Açılar qapılar, açılar yollar.

Qapının bu üzündə «Cəngi», «Vağzalı» çalınır, qapıdan o yana qonşudakı gözəl bənövşə kimi boynunu burmuşdu. Nə olsun, «vallah, gözə gəldi bu ilahi eşq».               


Çəpəri əyri bitirməyək, anam,
əyri çəpər üstdən yağı yol salar,
yol salar.


Ümid nə gözəl duyğudur, Allahım! İnsan üzünə üz tutub yaşayır. «Yüz ildir Arazı bağlı bilmişik, yüz ildir dərdimə tapılmır açar». Bu gün Azərbaycanın bölünmüş torpaqlarının ixtiyarı yadların əlindədir. Xan Arazdan əsən sərin meh də incə qız qəlbinin niskilini soyutmur. Ürəyindən keçir  elə o zamanlar ola…


Hələ çox dərdlinin dərmanı gizli,
Hələ çox açarlar ağ div əlində.
Bir xalqın taleyi uduzulan gün
Bağlı qapı oldu Xudafərin də.

Ümidi olmayanın gələcəyi olmaz. Baxdı, baxdı, bir az təsəlli tapdı…


Hər bağlı qapıya bağlı demə də,
Xudadan hər dərdi bir açan olur.

Xatirələrə calanmışdı. Bir dağ kəndində ay-il yaz selləri kimi axıb gedirdi. O şıltaq körpə qız bu axarda boy atıb böyüyürdü. Zaman gəldi, vaxt yetdi, ata evindən qanadlanıb uçdu. Başı ağ çalmalı «dağlarını köksünü sıxıb, büllur bulaqlarını gözünə yığıb şəhərə getdi. Uşaqlığı qızına bənzər pırtlaşıq saçlı qiz idi. İlişib qalmışdı tut budağından. Amma kəndə gələndə qala bilmirdi, arxada öz evi, öz ocağı səsləyirdi onu.
Bir budaq kölgəyə möhtac, bir bulud yağışa ac ömür karvanı dayanmamışdı.  Bu karvandan qopa - ayrıla bilmirdi. Əbədi yolçuluq idi bu - ta dərdə çarə-dərman gətirməyincə davam edəcəkdi.


Ağ dəvənin üstə gözəl,
Gözündən yaş xəzəl-xəzəl.
Ölüm doğulmadan əzəl,
Yol başlayıb gedən karvan.
Qəribliyi, dərdi dastan


Hələ yolunun əvvəliydi. Deyəsən bu yolçuluğun sonu olmayacaqdı. Çünki ömür yolu idi, «bir qara qorxunu içində udub» yolçu onu yaşamalıydı. Hər bir duyğusal insan əvvəl-axır bu sualı özünə verib cavab almağa çalışacaqdı.


Bu nə yolçuluqdur belə, İlahi,
İçimdən gecəyə bir işıq düşər.


Bu yolun «qibləsi Vətəndi, ona görə car çəkib deyirdi.


Dərdin ağlayaq bu dərdin,
Haqdan gələn, haqdı dedim.
Bəxtinə bəxtsiz millətin
Savaş düşübdü, düşübdü.


Bu şeir də  2002-ci ildə yazılmışdı. Araz çayının sahilində Vətən həsrətli qəlbinin odu-atəşiylə məşələ dönmüşdü. Xalqına Allahdan möhlət istəyirdi Qarabağı almağa. Daha anlamışdı «qarı düşmən dost olmaz». Təpər istəyirdi qisas  almağa,  yaramızı sağaltmağa.


Qəm çiçəklik, mən dəryazam,
Bütövlüyə tamarzıyam.
Ey bəxt verən, qismət yazan,
Zülüm oynayım, oynayım.  


Vətən gedəndə namus gedir, bəxt gedir, tale gedir, abır-həya, ismət gedir. Yağmalanmış yurd – başdan düşən papaq. Eli talananın «havası alınar», «yarasının qönçə qaysaqları üzülər». Bir qarış yer istəyər ölə-ölə oynasın.


Köçəri çal, köçən mənəm,
Yurd yerindən pərən-pərən,
Çal, çora  gedən qız mənəm,
Özüm oynayım,oynayım.


Ayrılığın uzun karvan yollarında Babəklər, Səttarxanlar gedərmiş. Türk qızının, Azərbaycan övladının zərif, kövrək qəlbi toza bələnmişdi, qabar olmuşdu. Yaxşı ki səhra qumlarının arasından boylanan sari çiçək sevən gözəlin  «ruhunun rəngi, içindən boylanan söz çələngi, solan sevdasının sarı rəngi» idi. Onu mələklər göydən gətirmişdi təsəlli tapsın, ümidi üzülməsin. Sevgi mələklərinin ərmağanıydı- bu qızın ürəyindən yol alıb gedirdi. Leysan yağışlara bənzədirdi özünü - hönkürüb kirimək üçün.
Bəxtinə sevmək düşmüşdü - dünya başdan-başa gözəllik idi. Qismət qapının ağzını kəsmişdi, amma ortada «zalım» divar olduğundan «yer darıxır, göy darıxırdı. O qıza buta verilmişdi. Ürəyi göy qurşağı kimi cilvələnirdi. Bir ucu qonşuya bənd olmuşdu.


O qızın gözləri yaz gecəsidir,
Tumurcuq sevdası açılıb gedər.
Eh, zərif qəmindən şimşək çaxıbsa,
(Bu divar selağzı  yerdə tikilib),
Qəfil hönkürtüdən yıxılıb gedər.     


Vətən həm də atamız, anamız, bizi sevənlərdir - dost ola, qohum ola, yad ola sevdiklərimiz. Bir sevgi nağlı başlamışdı - sevdiyi tələbə idi, yenə yollardan qopa bilmirdi. Sonra bu yalan gerçəyə çevrildi. Sevən qız qonşuya gəlin köçdü. İndi ömür-gün yoldaşına şeirlər yazırdı. Qarğaşalı həyatda məhəbbəti, incəliyi saxlamaq necə çətin idi. Hərdən insan bezir, sevgilisinə qoşulub qayğılardan qaçmaq istəyirdi – adiləşməmək, qeybətlər, qayğılar arasında itib - batmamaq üçün. Qayğılarını  unutmaq  üçün.
Ağacları selbələyən yağışa, yağan qara, əsən küləyə, köç edən quşlara qoşulub bir ömrün, bir evin qayğı selindən, qohum küsüsündən, dost gileyindən qurtulmaq üçün  bircə an ağaca, çiçəyə dönmək lazımdır. Bircə gün bəsdir bəzən  insan özünə - qəlb evinə qayıda.


Adi qayğılardan bezmişəm daha,
Gəl günün özündən gün oğurlayaq.
Aşaq yaş həddini, ömür həddini,
Bircə gün bir başqa ömür yaşayaq.


Bu qəlbin sevdası ötüb-keçən deyildi. «Mən ağac dilində çiçəkləməsəm, bunun günahını kimə göndərək?»
Günah hər insanın özündə olar «bir alma qisməti» əlindən versə. «Hər şeyin vaxtı var öz axarında», «ömrün nə məqamı, ilin nə vaxtı, bir alma qisməti necə gözləyək» «Payız xəzanından qorxmayıb belə»  insanlara üz tutaq.


İçimə bir ulduz sevda göndərin,
Görüm ağac kimi çiçəklərəmmi?


O gözəlin dilində yanıqlı bir  «Qaragilə» tumurcuqlayırdı. Kədərindən, «hicran danışan qədər»indən ötüb «eşqi dastan» olan «Qaragilə»yə dönmüşdü. Qədim qaynaqlardan süzülüb gələn «Qaragilə» şirirnliyi. Özü də deyirdi, bu şəhər ona özgədir, qərib gəlib, dolanbac yollarda itib gəlib, qismətin qəhətliyini sonda duyub.
Ürəyinə dəli bir sevda girmişdi. Qəm evini yıxmaq, «sözdən çiçək göyərtmək» istəyi ilə sonu görünməyən haqq yolunu əlində dəstələyib gedirdi. Haqqdan gəlməyən ayrılıqların bəxtinə yazılmadığına inanırdı. «Dəli sevda» ömürlük idi. Yenə dünya çəhrayı rəngə boyanmışdı - dinlədiyi laylaların, oynadığı «Köçəri»nin,  körpəliyinin rəngi.
Möcüzə baş vermişdi - kilidsiz qapılar, açıq darvazalar dar günündə qarşısında taybatay açılırdı. İtirdiyi yerə - yurda qayıdış canının ustisini, ağzının dadını  çəhrayı rəngli sevinclə qaytarmışdı ona.
Yüz illərdir insanlar sevib-sevilirlər. Həyatın dadı elə bu məhəbbətdir. Bu qız da Nigar, Sənəm kimi sevirdi, istəklisinin yolunda  hər bir cəfaya hazır idi. «Deyirəm dünyada sevgiylə dözüm, yaxşı ki ikisi əkiz doğulub». Özü də elə sevgi, elə tale ki «vüsalı bəxtindən uzaqdır bir az». Uzaqlara gedən sevgilisinin ürəyi həmişə onunla olacaqdır. O oğlan da sevgidən yarımışdı –«bir sevgi duası, bir qız duası onu qoruyacaq eşqdən, bəladan».
«Nağıllı, noğullu yeni həyata» qədəm qoymuşdu, ana olmuşdu, şirin çiçək qızı bal dadırdı. «Dünyanın sərvəti, varı, dövləti bir ciçək balanın  telinə dəyməz».
Həyat davam edirdi…Hər ağac bir çiçək bitirməzsə, dünya məhvərindən qopar, dağılar. Şirin nağılı, noğulu, oğuz soylu xan oğlu ilə içindəki arzuları, murad-ları pöhrələmişdi. Bir türk qadını düşmən çəpəri, Vətən sərhəddi, Əlincə qalası - Vətən balası Şamxalına adının mənasını boyundan yuxarı tutmağı, əqidəsindən bir misra da enməyən Nəsimi, dilinin, torpağının şahı Xətai  kimi olmağı tövsiyə edirdi.  
Ailəsi - evinin işığı olan qayğıkeş həyat yoldaşı, istəkli balaları ilə  döyünən ürəyi Bakıyla «tüstüsü boyundan uca» ata yurdu arasında qalmışdı. «İçi pardaq-pardaq  dərd zəmisi olan» bu qadın tez-tez  kəndə  gəlib anasını axtarsa da tapmırdı. Yolların min yerdən beli sınaydı, bir ana köçünə çatmamışdı, «fəryadı fələyə çatan» bacısının laylasına layla qatmamışdı.


Yuxuda gördüm ki, qapı bağlıdır,
Gördüm ocaq sönüb, külü dağlıdır,
Qoca tut açaci ən yaxınıydı,
Soruşdum, anamı görməmisiz ki?       


Fələyin karvanını saxlaya bilməmişdi. Küçə-küçə ,ev-ev gəzdi, «qonşular, qohumlar qalsın bir yana», ağacdan, çiçəkdən, qoşa tut ağacından anasını soruşdu. Hər balanın dərdini «duymağa bir ana qəlbi gərəkdir». Ananın ruhu bu hala dözmədi. Yaman yağış başladı, üstünə «göylərdən göz yaşı tökdü».  
Doluxsundu. Gözlərində yaş gilələndi, dostlarına üz tutdu. Mən onu qəlbimi yandıran bu misralarımla ovutmaq istədim. Dünyanın faniliyindən belə gileyləndim.


Bir havasız hava çalın
ağır-ağır, ləngər-ləngər, aram-aram
oynayım.
Bu əngəlli dünyanın əvvəlinə
sonuna lənət
oynayır cinlə, şeytanla.
Mən nə edə bilərəm lənətlənmiş
meydanda…


Bu şeirim onu kövrəltdi, amma ovutmadı. Hayıma-harayıma qoşuldu.


Bir havasız hava calın,
Durub oynayım, oynayım.
Başımdakı havam yetər
Süzüm oynayım,oynayım.


Vətən həsrəti ovunanmı, keçənmi? Qəm çiçəklik», o dəryaz idi, «bütövlüyə tamarzı» qaldığından sualları yarasının «qönçə qaysaq»ları kimi sinəsindən üzülürdü. Nəhayət ürəyini  boşaltdı, gördü cavabsız suallar verib, yumşaldı, dedi  «gəl sənə həzin  bir şeir oxuyum».


Tanrı göndəribdir dərman, dad kimi,
Gəl məni qınama belə yad kimi.
«Min bir gecə»dəki  Şəhrizad kimi
Gəl sənə sübhədək  şeir oxuyum.


Mən də «üzüm giləsitək, nar giləsitək» gözəl şerlər  yazan istedadlı alim, publisist, şair bacım Sona xanım Vəliyevanın «min ildir heç kimə söylənilməyən» şerlərinin əsiri oldum. «Çəhrayı rəngli dünyam» adlı şeir kitabının işığına bələndim, cazibəsinə düşdüm, mürəkkəbi qurumadan mənə də oxuduğu şeirlərinin ürəyimə yazdığı bu həzin, kövrək nağılı sizlərə danışdım. Allahdan diləyim budur ki, çəhrayı nağılların sonu olmasın!