Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

FEYZİYYƏ


 
***

Nədənsə başlamaq lazımdı,
Məsələn,
Küsə biləcək birini tapmaqdan,
Və səni küsdürə biləcək bir şeylər uydurmaqdan.
Sonra kimsə xətrinə dəyibmiş kimi için-için ağlamaqdan,
Və küsəbiləcək birinin gəlib könlünü almağını gözləməkdən,
bir ömür boyu…

Harasa qaçmaq lazımdır,
Arxana baxmadan, birnəfəsə…
Məsələn, səni tanımayan
və yolunu gözləməyən birinin yanına.
Və uzun uzadı danışmaq lazımdı
onu necə sevdindən, onsuz yaşaya bilmədiyindən.
əfv diləmək lazımdı etmədiyin günahlarına görə,
tanımadığın birindən
bir ömür boyu…

İnanmaq lazımdı
hər şeyin heç olduğuna,
işarətlərin heç olmadığına inandığın qədər.
Anlamaq lazımdı sulara danışdığın
qorxunc yuxuların daha tez çin olduğunu.
Və bilmək lazımdı səbəbsizliyin səbəbini,
niyəsizliyin niyəsini.
Burnunu göynədən sirrli qoxunun sənə
nəyi xatırlatdığını düşünmək lazımdı
bir ömür boyu…

Ağlını itirmək lazımdı,
səni daha çox kimin sevdiyini bilmək üçün.
Uçuruma atılmaq lazımdı
nə qədər güclü olduğunu öyrənmək üçün.
Susmaq lazımdı susa bildikcə
sevdiyinə inanmaq,
sevdiyinə inandırmaq üçün.

Və nöqtə qoymaq lazımdı hər şeyə,
sonu görünən və görünməyən hər şeyə
nöqtə qoymaq lazımdı-üç nöqtə…
Və nədənsə başlamaq lazımdı,
yenidən,
və yenidən -
bütün ömür boyu.

***

Bütün əsirlərin azad xatirələrlə dolu keçmişi var -
sənin kimi.
Bütün toz basmış xatirələrin əsir düşmüş bir sahibi var -
mənim kimi.
Ön jəbhə, döyüş, atışma, qan dolu çuxurlar,
gözləri heyrətlə baxan meyidlər,
Və sən, daş parçasını qan ağlayana qədər yalın ovjuna
sıxıb qaldığın uçmuş binanın arxası.

Arxa jəbhə, elçilik, müqavimət, ata-ana öyüdü, qohum-qonşu danlağı,
Gözləri təjjüblə baxan insanlar,
Və mən, gedərkən qapımıza sanjdığın qönçə gülün
ləçəkləri tökülmüş tikanlı gövdəsini
sinəmə sıxıb çökdüyüm bağlı qapının arxası.

Sən döyüşdüyün günlərin, anların sayı qədər mən də döyüşdüm,
inamla, təkidlə.
sən insan qatili oldun, mən ümid qatili.
Mən dözməyi, döyüşməyi, öldürməyi səndən öyrəndim,
elə məğlubiyyəti də.
Öldürdüyün qədər mərd deyilmişsən,
ölməyi bajarmadın
məni də özünə oxşatdın.

Əllərini və ağ bayrağı qaldırdığın gün,
məni də təslim etdin.
Sənin əllərini bağlayan kəndirdən birini
qırmızı boyayıb belimə bağladılar.
Geriyə gedən yolu tanımayaq deyə
sənin gözünü, mənim üzümü örtdülər.
Dodağımda, yanağımdakı boyanın izləri,
Ehtirasını üzündəki tər damlalarında soyutmuş
düşmən siqaretinin izləri kimi göynətdi.
Sənin çıxarılmış dırnaqların qədər əzab verdi, mənə qoyulan süni dırnaqlar…
Yolüstü səni sönən şəhərin, məni yanan çırağın başına hərlədilər,
Bizi əsirliyə itələdilər…

Bunja işgənjədən sonra düşmənin məğlub əsgərin qarşısında
Sarı gəlin havasını zümzümə etməsinə bənzəyirdi mənimçün çalınan vağzalı.
Biz nejə də oxşarıq, qarabağlı əsir, qarabaxtlı əsir.
Daha nə irəli yol yoxdu, nə geriyə…
Sən demə əsirlik- ömürlə ölümün ayrıjında sürünməkmiş,
Diri-diri torpağın üstündə çürüməkmiş…
Bundan sonra daha doğmalar da bizi axtarmayajaq -
Amma mütləq bir gün gizlijə əsirlikdən bəhs edən filmə baxajaqlar…

***

...nəfəsimi son ah kimi içimə çəkib
adını pıçıldadım ovuslarıma sübh namazında.
salavat çəkdim , hər xatırladığımda.
Adını bilmədiyim mərhum atanın ruhu şad olsun deyə
bütün ataların ruhuna rəhmət yalvardım Yaradandan.
Sənə də dua etdim
saçlara oxunan dualar tək,

Mənə "gözlərin yağış kimi safdı" deyirlər,
Parıltısını yaquta bənzədirlər.
Amma bu saf gözlərə görə sənə borslu olduğumu kimsəyə demədim.
Axı səni hər xatırlayanda abdəst alır onlar
Bilirsənmi, mən səni ağlayanda sevinirəm
çünki önsə könlümə ölüm düşür,
sonra "Bəqərə"
155-si ayə.

Son nəfəsdə mənə deyə bilmədiklərini
yuxumda qara səhifəli bir dəftərə yazmışdın,
bir açar topunu da qoymuşdun üzərinə getdiyində.
Indi hər gesə yuxumda oxumaq istədiyim qara dəftərin
səhifələri arasından nəm yaylıqlar,
Açarını sən verdiyin bağlı qapıların arxasından
dərisi soyulmuş quzular çıxır…

Bu gün qəbrini ziyarətə gəlmişdim
Gülümsəyən bir maska da gətirmişdim
hələ baş daşı qoyulmamış məzarına qoymağa.
Axı sən gülməyi çox sevirdin.
Mən də gülüşü sevməyi öyrəndim,
ölümünə güldüyüm gündən sonra.
Çökdüm büründüyün torpağın üzünə,
adını pıçıldadım ovuslarıma ,
sonra Salavat çəkdim ovsun oxunmuş əllərimlə,
gözlərimdə abdəst, dodağımda gülüş.
Birdən kimsə "son nəfəsdə mənə deyə bilmədiklərini
Hər gesə yuxumda qara səhifəli dəftərə yazırsan"-deyə pıçıldadı.
Başımı qaldırdım və anladım ki…