Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


 

VAXTINDA DEYƏK

Kiminsə haqqında nəsə demək, ünvanına bir neçə kəlmə xoş söz söyləmək üçün gözümüzü təqvimə dikib əlamətdar günləri gözləmək və yaxud yubileyi hesablamaq adətimizi pozmaq barədə düşünürdüm ki, həmişə olduğu kimi bu dəfə də Mirzə Cəlil yetişdi dadıma. Sözü vaxtında deməyin özü də bir hünərdir. Düzü, onun özünə də həmişə deyirəm ki, siz mənə Cəlil dövrünün ziyalılarını xatırladırsınız. Sözə, ədəbiyyata marağın azaldığı, bir qədər real ifadə etsək bu anlayışların qiymətdən düşdüyü dövrdə istedadı olan gənc qələm sahiblərinin ədəbiyyata cəlb edilməsində fədakarlıq və rəşadəti ilə seçilən Rəşad Məcid.
Bu imza çoxlarına tanışdır. 1990-cı ildən "Elm və həyat" jurnalının müxbiri,1990-91-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqəlar Mərkəzində sədr müavini, "Ədalət", "Azərbaycan" qəzetlərində baş redaktor müavini. Siyahını uzada da bilərik, hazırda isə "525-ci qəzet"in baş redaktoru kimi. Kimin üçünsə yaxşı yol yoldaşı, ən yaxın dostu Aqil Abbas üçün saflığın, təmizliyin, dostluğun rəmzi, mənim üçünsə qaranlıqda işıq! Mübaliğəsiz -filansız. Rəşad müəllimlə ilk tanışlığım telefonda olub. Zəng edib gənclərin problemi ilə bağlı məqaləmin "525"-də çap edilməsini xahiş etmişdim. Yazımla tanışlıqdan sonra baş redaktorlara xas olmayan "xüsusiyyətlər"dən uzaq şəkildə sabahkı nömrədə çap ediləcəyini demişdi. Məqalədə "Biz bu gəncliklə hara gedirik,milli dəyərlərimiz unudulur, mentalitetdən uzaqlaşırıq" deyib əli qoynunda qalan "ziyalılar"a "bizə yol göstərən olmasa heç hara da getimirik" deyə, dərin hüznlə xitab etmişdik. Amma bir həftə sonra Rəşad müəllim uşaq səmimiyyəti ilə zəng edib "Təbrik edirəm məqaləniz "525" də ən çox oxunan yazılar sırasına daxil edilib" deyəndə mən otaq yoldaşlarıma, deyəsən axtarşlarım nəticəsiz qalmadı axı demişdim. Qloballaşan,transformasiya dönəmində formalaşan gənc nəslə şəxsi paradiqma konteksində nümunə olacaq ziyalının müasiri olmaq, vallah, qəlbə qürur verir. Məsələ ondadır ki, bizə indi mütərəqqi fikirli gənclər lazımdır,onlar gələcəyimizin qarantıdır, "yeni nəslə meydan verin" deyə köksü qubar edən müəllimlərin tələbələrin əla cavabını eşidəndə sarsıntı keçirməyini görə -görə gözü böyüyən, "ayağımızı tapdayırsız a, bacıoğlu", sözlərini eşitməkdən təngə gələrək böyük sözünə etinasız yanaşan gəncliyi təəccübləndirə bilmək üçün söz yox,əməl lazımdır. Rəşad Məcid qabaqcıl, orijinal fikirləri ilə seçilən, bəzilərinin məzəmmət etdiyi yeni nəslin əsərlərinə ön söz yazır, sənət bünövrəsinin təməlini qoyur. Redaktoru olduğu qəzet səhifələrində yer ayırıb meydan verir. M.Qorki deyirdi ki, " belə eləmə az deyilməlidir,göstərmək lazımdır ki, belə elə". Rəşad müəllim də Gənc Ədiblər Məktəbində nəyin necə etmək lazım olduğunu aşılayır. Rəşad Məcid "uşaqlarmız kitab almır" deyə təqaüdü universitet yeməkxanalarnda çay və "Snikers" ə güclə çatan yazıq tələbəni məzəmmət etmir. Əksinə! Əksinin necə olduğunu isə GƏM-nin üzvlərindən soruşmaq kifayətdir. Onun kimi çörəkdən sonra xalq üçün vacib olanı məktəbdir, mütaliədir fikrinin dərkinə varıb gənclərə kitab alan başqa birini tanıyırsnızsa deyin ondan da yazaq (Oxucu axtarışında olan yazıçı və şairlərdən başqa). Bizim təbirimizcə vicdanlı olmaq hər kəsin öz xalqının qarşısında öz borcunu şərəf ilə ödəməsidir. Pafoslu səslənsə də bu belədir. Məqaləmizin qəhrəmanı buna müvəffəq olanlar sırasındadır desək,yəqin bizimlə razılaşarsınız. Sözsüz, imkan daxilində! Rəşad müəllimin "10 sentyabr" hekayəsində deyildiyi kimi: "bu zəmanədə pulu olanın ürəyi olmur, ürəyi olanın pulu". Deyirlər ki, "sənə hər kimsə elm edə təlim, ona vacibdir eyləmək təzim". Yəqin buna görədir ki, daim gənclərlə işləyən, yaşı da çox olmayan, ruhu cavan Rəşad müəllimə gənc ədiblər ağsaqqal hörməti ilə yanaşırlar. Məsələn, onların sırasından Zərdüşt deyir ki, "Aramızda böyük yaş fərqi olsa da, Rəşad müəllim bunu biz cavanlara hiss etdirməyəcək qədər təvazökardır. Həm adi münasibətlərdə, həm də GƏM-də. O, bizim üçün həm ustad, həm dost,həm də gənc ədiblərin ağsaqqalıdır".
Onun haqqında ürək dolusu danışırlar. Əli Əlioğlu kimi: " Bu gün ədəbi aləmdə barəsində ən çox danışa biləcəyim adamlardan biri də Rəşad Məciddir. Bizimlə dost münasibəti Rəşad Məcidin ən çox xoşuma gələn xüsusiyyətidir. Bir şeyi xoşuma gəlmir. Elə bilir ki, kitab -zad oxumuram..."
Məhz onun səmimiyyəti sayəsində hətta gənclər onu cəsarətlə xarakterizə edə bilir. (Amma, ay Rəşad müəllim, deyirəm çox demokratik olmaq da bir şey deyil a.)
Aysel Əlizadə isə bu fikirdədir ki, Rəşad müəllim " Kobud, həssas, zarafatcıl, üstəlik ağıllıdır.Onu təzə -təzə tanıyanda haqqında bu cür düşündüm sonra gördüm ki,yanılmıram. Ramiz Rövşəndən sonra şer yazmadım deyən adam necə ola bilər? Məncə o, bütün yaxşı və pis cəhətləri ilə özüdür. Rəşad bəy də şahmatçılar kimi heç vaxt oynamır,dəqiq gediş edir."
O ,ətrafındakı gənclərdə özünəinamı formalaşdıra biləcək qədər güclüdür də. Elnarə Şəms : "Yazarlarımıza-özünə inamı ,vətən sevməyi və digər bu kimi ruh yüksəldici amilləri aşılayan ardınca böyük insan kütləsini aparmağı bacaran əqidəsi ,iradəsi, təfəkkürü güclü olan bir şəxsiyyət lazımdır. Rəşad Məcid kimi. Buna nümunə rəhbərlik etdiyi Gənc Ədiblər məktəbində fəaliyyətini və nailiyyətlərini göstərmək olar".
Mən isə belə deyərdim.
Kimin ehtiyacı varsa dinməyə,
nə dumana baxsın nə də küləyə,
gəlsin diləyini özü deməyə
bir məşhur ünvandı Rəşad, a gənclər.
Nə yaxş ki, sizdə çağdaş yaşlı nəslin tutulduğu paxıllıq və həsəd hissinə qarşı peyvənd var. Rəşad Məcidi də bizlərə sevdirən məhz bu ali xüsusiyyətidir. Yeni fikir, ideya və təşəbbüsə qarşı mənfi emosiyalardan uzaqlıq sizi qəlbi yazıb-yaratmaq arzusu ilə çırpınan kövrək qələm sahiblərinə yaxınlaşdırır. Mən təcrübəli şair və yazıçıların gənclərin ünvanına dediyi xoş sözlərə onlardan çox sizin sevindiyinizin şahidi olmuşam. Görmək öyrənmək deməkdir. Biz sizdən öyrənirik. Öyrənirik ki, yaxşılara zamanında yaxşı deyək. Çünki bu pislərin,xəbislərin ömrünü qısaltmaqdır. Atalarımız doğru yolla gedən yorulmaz deyiblər.Sizin tutduğunuz yol haqq yoludur. Ədəbiyyatın əbədiyyət zirvəzisinə apardığı yolda büdrəməyəsiniz! Çünki ədəbiyyat tarixdir, tarix isə hər şeydir.