Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

Mirbəhram ƏZİZBƏYLİ


 
PARADOKS
                             (Canım qədər sevdiyim canım Aygün müəlliməyə)

günəşi görəndə göy üzündə
ulduzların arasında yuxulayan ayı görəndə
Küçədə gözəl üzlü, uzun saçlı qızı görəndə
Həyatı sevdikcə sevməyim gəlir.

Ruhumun əynində diri bir bədən,
Kəfənin əynində ölü görəndə,
Küçədə dilənən qarı görəndə,
Qələmdən asılan şair görəndə
Həyatı sevə bilmirəm.

Ürəklərdə sevgimə göz boyda yer görəndə,
Dualardan könlümə bəyaz işıq düşəndə,
Ulduzlar gecə göydən vərəqimə düşəndə,
Həyatı sevdikcə sevməyim gəlir.

Məncə bəyazdı ruhum nənəmin saçı kimi,
Ölüm- ömür lentini doğrayır qayçı kimi,
Alnımdan bircə cümlə oxudum falçı kimi :
" həyatı sevə bilmirəm"

Palçıqlı vərəqlər üstündə yeridim
İzim qaldı.
Nə qədər yazdımsa da şeirdə gözüm qaldı.
Yazdıqca yazmağım, yazmağım gəlir.
Həyatı sevdikcə sevməyim gəlir...

CAVABSIZ SUAL

Görəsən adamlar niyə doğulur?
Görəsən adamlar niyə ölür?
Doğulanda onları Allah çağırır.
Yaşayanda qulaqlarının dibində şeytan çığırır.
Öləndə Əzrailin əlində əllər soyuyur.
Mələkləri sevir, mələklərlə evlənir
Ayrılır mələklərdən bu adamlar.
Deyirəm bəlkə ona görə içimizdə
Bir az mələk, bir az kələk, bir az da adam var.
Bu adamlar bağırırlar ömrü boyu lal olub
İndi dil açan adamlar kimi.
Bu adamların əllərində, gözlərində, qulaqlarında
Müharibəsi gedir, gücün, işığın, səsin
Bu adamların bədəninə cib tikilib
Bu adamların bədənində
Qanunsuz, sənədsiz ruh tikilib.
Bu adamların saçına kin, nifrət ilişib.
Könüllərinə məhəbbət girişib
Elə bir məhəbbət ki, öncə sevdirər, sonra aldadar,
Sevgilini öldürər
Bədbəxt ruhlar cəhənnəminə göndərər
Bu adamların içindəyəm,
Bu adamların arasında deyirəm, gülürəm
Bəzən yetim bir ümidlə doğuluram,
Sonra xəyanətlə boğuluram.
Bir Allah qalıb inandığım, sevdiyim
Öləndə də qorxuram ki,
Günahlarım uçurum olsun aramızda
Savablarım körpü salmasa.

İÇƏRIŞƏHƏR

Ürəyi bulanan anaların qusduğu şəhərdi bura.
İnsanların ürəyini duyğular, dilini sözlər,
Gözlərini ala qaranlıq işıq qazır
Tanrının basdırdığı xəzinəni tapmaq üçün.
O xəzinə bəlkə sevgiləridi, bəlkə nifrətləridi,
Bəlkə də cəsədləridi.
Üzlərdə eyni bir rəsmi çəkiblər,
Boyayıblar uğursuz məhəbbət ilə duyğuları.
Ayrılıq bu talesiz şəhərin taleyidir.
Bu şəhər özü ayrılır ikiyə, sonra dördə, sonra...
Bu şəhər özü ayrılır qadına, kişiyə, cavana, qocaya
Bu şəhərin içi içindəkiləri yandırır, çölü çölündəkiləri.
Sevgililərinin qucaqlaşan baxışları həsrət ilə gözləyir qatarı,
Gözləyirlər əl-ələ, göz-gözə, diz-dizə.
O qatarda gəlir arzuları, ümidləri, sevincləri
Əl-ələ, göz-gözə, diz-dizə.
O qatarda gəlir Tanrının onlara verdiyi xoşbəxtlik.
Saniyələrin əli bir-birinin qanına batarkən
Bədənlərdən qaçaq düşən ruhlar
Qəhraman olurlar zamanı öldürüb
İnsanlara gələcəyi nəsib edərək.
Falçılar gəzişir bu şəhərdə əllərində oğrulanmış gələcək
Biri soruşur atam, o biri anam,
Digəri deyir bəs sevgilim nə zaman gələcək
Yazıq falçı haradan bilsin oğruluq gələcək kimindir?
Bəlkə o qızındır, bəlkə o oğlanındır, bəlkə də özünündür?
Amma ümid verir hər kəsə, deyir ki, ayrılıq bitəcək.
Bəlkə də gələcək olan elə ayrılığın özüdür İçərişəhərə.
Bir uğultulu səs gəlir
Cənnətdə qan dənizində boğulan mələyin fəryadı kimi
Hamı qaçışır ki qatar gəlir, qatarın içində o gəlir.
Dayanır qatar, açılır qapılar,
Qatarın içindən düşür ölülər, qapılar bağlanır.
Heç kim minə bilmir
İçərşəhərə İçərişəhər qaçqın gəlir.

GÜNAH

Dua etmək istərəm, əl açmağa gücüm yox.
Yalvarmağa sözüm, göyə baxmağa üzüm yox.
Qopardım qaranlıqda salxımı, işıqda baxdım üstündə üzüm yox.
Neyləyim ki, mən günaha girməyim, günah mənim cibimdədir
Mən cibimdə yaşayıram, günahımın qucağında
Dəyişibdir artıq dövran
Sevməyə mələk qalmadı, söyməyə şeytan
Mələyi də, şeytanı da udubdu insan.
Günah edirəm, bəlkə savab bacarmıram
Bəlkə yüküm ağır olmasın deyə o dünyaya savab aparmıram.