Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

Leyla ŞƏRİFOVA


 
SEVƏN BİR ÜRƏK

Qaranlıq gecədə yanır könüllər,
Bağırır ürəklər, lal olub dillər…
Yaman həsrət çəkir əllərə əllər,
Səbrlə yaşarmı sevən bir ürək?

Hər gün "ölərəm"lər, hər gün "ölmələr",
Hər gün ağlamalar, hər gün gülmələr…
Yalana batıbmış bütün kəlmələr,
Görən bağışlarmı sevən bir ürək?

Ömür keçir.. sənsiz keçir gecələr,
Özgə adamlarla dolur küçələr…
Bircə həmdəmimdir bu xatirələr…
Döyünür səninlə sevən bir ürək!


SƏNSİZ DƏQİQƏLƏR

Yazdım sənə …
Yazdım səndən ….
Zindan oldu yazmadığım dəqiqələr!

Səhər ümidlə açıldı...
Gecə ümidlə keçdi...
Darıxdım bu təkrardan -
sənə yazdım,
səndən yazdım,
bizə yazdım,
bizdən yazdım…
Darıxdım.
Ağladım.
Keçdi...