Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

Vəlixan ABDULLAYEV


 
***

Ağlamaq çarə deyildir, qəmə qəm qatma, yağış,
Özünü ağlamaq ilə belə aldatma, yağış.

Tökmə göz yaşını, kövrəltmə bu könlüm quşunu,
Məni də salma öz əhvalıva, ağlatma yağış.

Yadıma ilk görüşüm düşdü o gül üzlüm ilə,
Gəl aparma məni o günlərə, islatma yağış.

Mənim öz dərdi-qəmim bəsdi mənə, sən də gəlib
Birbəbir qəm dənəciklərini mənə atma yağış.

Məni məndən ala bildin sənə əhsən, amma,
Əvəzində mənə gəl dərd-kədər satma yağış.

Yağ, qoşulsun selə ruhum bu gecə getsin qoy,
Açılınca gözü ta ki səhərin yatma yağış.

Bu buludlar məni islatdısa sən agah ol,
Vəlinin batdığı həsrət selinə batma yağış.

***

Dost olub tülkülər ilə calaşan çaqqallar,
Qurdular qurda oyun ustalaşan çaqqallar.

Qurda meydan oxuyurlar, bu nə gündür, ya rəb,
Bir-birilə tikə üstə dalaşan çaqqallar.

Mərdə namərdcəsinə cırmaq atır hər dəfə,
Kölgəsində qul olub qurdalaşan çaqqallar.

Unudub keçmişini, kimliyini bir vaxtlar
Bakıda gölməçələrdə bulaşan çaqqallar.

Şuşada, Ağdərədə keyf eləyirlər indi,
Bir zaman evsiz-eşiksiz dolaşan çaqqallar.

Şirə, aslana dönüb nərə çəkir Topxanada,
Sübhəcən kol-kos içində ulaşan çaqqallar.

Nə bilərdik, Vəli, bir gün bizə xain çıxacaq
Evimizdə bizə çox doğmalaşan çaqqallar.