Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!


Poeziya
 

Aytən TƏHMASIB


 
TƏBİƏT DİNCƏLİR

Payızın son etüdləri oxunur.
Yarpaqlar ayrılıq havasına oynayır
bu musiqi altında.
Ağaclar yola salır yarpaqları.
Yarpaqlar qorumağa gedir torpağı.

Bir qədər də
dərinləşir, dolğunlaşır
təbiətin ahəngi.
Gərgin notlara köklənir
bəmdən zilə doğru.

Buludların akkordları altında
yağış ələyir göylər
təbiəti sakitləşdirmək üçün
və piano.
Yavaşıyıb dincəlir təbiət.

NƏYƏ GÜLDÜYÜNÜ BİLMƏDİ

Havaya açıb ciyərlərimi,
ağlayaraq gəldim dünyaya.
Ağlaya-ağlaya öyrəndim dünyanı.

Yıxıla-yıxıla yerimək,
yeriyə-yeriyə yüyürmək öyrəndim.
Öyrənə-öyrənə böyüdüm.

Böyüyüb, məktəbə getdim
varlı qonşunun qızı ilə…
Üzərinə gözlər zillənmişdi
varlı qızının gətirdiyi gül çələnginin.

Fikri çaşmışdı müəllimin.
"5"-lə "4"-ün cəmi
"12" eləyir, deyə,
çaşdırmışdı özünü və bizi.

Qara qızın qırmızı ayaqqabıları,
ağ insanların qara fikirləri,
qısası haqsızlıq, uyuşmazlıq...
həyatdakı təzad ağlatdı məni.

Təkcə gülməyi öyrənə bilmədim
həyatda.
Əslində
nəyə güldüyünü
bilmədi insanlar.

DİZLƏRİNİ QUCAQLAYAN QADIN

Otaq küncündə
dizlərini qucaqlayıb
ağlayan qadın!
Nələr düşündürür səni
dərin-dərin, için-için?!
Aldanışlarınmı?!

Vaxtında sevdiyi oğlanın
kölgəsimi düşür üzünə?!
Özünü unutduran
dərin və sevdalı baxışlarmı
dəlir ürəyini?!

Yoxsa yer tapmırsan
sevmədiyin ərinin
qolları arasından çıxıb getməyə?!
Ağla dərin-dərin, için- için,
dizlərini qucaqlayan qadın!

QANSIZA QAN İSTƏYİ

Öz qanı özünü yudu ürəyimin.
Təmizliyə çıxmadı ürəyim.
Çünki sən vardın orda.

Uyuşmaz sevginlə birgə
kirlətdin ürəyimi.
Kirlətdin, aydınlaşıb getdin.
Getdin, bir daha dönmədin.

Parçalandı ürəyim.
Arxanca qanını səpdim ürəyimin
qansıza qan istəyilə.

YUXULARIM BÖLÜNÜR

Yuxularım bölünür gecələr.
Qaçıb, ərşə çıxır
qaranlığın səssizliyindən.
Göz qapaqlarım qıcıqlanıb,
yatmağa qoymur məni.

Ürəyimi qorxular,
fikrimi cavabı tapılmayan suallar
didib tökür.

Görəsən, bizi yuxuya verib,
nə etmək istəyir dünya?!
Görəsən,
gecənin qanunlarını pozan,
qısa ömrü
yuxularda keçirmək istəməyən
nə qədər insan var
yatanların içərisində?!

MƏNƏ SARI

Çıxıb gedirəm həyatından.
Dəyişməyə çalışıram qismətimi.
Qaçıram qismətimdən bəlkə.
Bəlkə də gedirəm qismətimə sarı,
ümidlərə sarılaraq.
Başımda saralır düşüncələr.
Çıx, get həyatımdan sən də,
bacarırsansa, qaç qismətindən!
Bacarmırsansa, qismətinə qaç!
Gəl mənə sarı!