Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


 
DƏMIR QAPI

Öz ailəsini yığıb bu il yay istirahətini hansı ölkədə keçirməyi aydınlaşdırırdı. Bir-birindən gözəl o qədər şəhər və ölkə var idi ki, onların arasında çaşıb qalmışdılar. Hər dəqiqə böyük oğlu:
- Ata, bəlkə, Italiyaya və ya Ingiltərəyə gedək? - Atasından səs çıxmayanda isə zarafatla, - Yaxşı, onda Alyaskaya gedək, - deyir və hamı birlikdə onun bu sözünə qəhqəhə ilə gülürdü.
Söz-söhbətlərdən sonra T sevincək şəkildə dilləndi:
- Deməli belə! Tapmışam! Biz bu yayı öz ölkəmizdə, Azərbaycanda keçirəcəyik. - Bu sözdən sonra hamı onun üzünə təəccüblü şəkildə baxdı. T özünü itirməyərək sözünə davam etdi: - başa düşmədim, burda təəccüblü nə var ki? Öz ölkəmizin başqa ölkələrdən nəyi əksikdir. Biz beləyik də, özümüzə qiymət vermirik, ancaq özgələrinə elə hörmət, elə dəyər qoyuruq ki… Bax oğlum, biz neçə dəfə xarici ölkələrdə olmuşuq? - T böyük oğlundan soruşdu. Oğlu qaşlarının çataraq fikirləşməyə başladı:
- Ata, deməli 2 dəfə Ingiltərədə, 1 dəfə Fransada və 4 dəfə Italiyada olmuşuq, - böyük hünər etmiş kimi oğlan atasının gözlərinin içinə baxdı.
- Bəs Azərbaycanı necə, heç gəzmişikmi? - T sualına heç kim cavab vermədi.
Hamı onun doğru dediyini başa düşdü və onunla razılaşdı. Bir neçə gün səfərə hazırlıq işləri getdi. Ailədə hər kəs özünə lazım olan əşyaları götürür, otaqdan çıxanda böyük nəzərlərlə otağa baxır və nəyin yaddan çıxıb-çıxmadığına bir də nəzərdən keçirirdilər. Hazırlıq işləri qurtardıqdan sonra hamı maşına minib istirahət zonasına yola düşdü
Yolboyu T özünü quş kimi azad hiss edir və yaşadığı bu dünyanın ona verdiyi azadlıqdan zövq alırdı. Uşaqlar isə maşının içində müxtəlif oyunlar oynayır və anaları da iki dəqiqədən bir onlara: - sakit olun - deyirdi. Ailədə yaşanan bu xoşbəxtlik, mehribanlıq onun ürəyincə idi. O, öz ailəsinə görə fəxr edib sevinirdi. Niyə də sevinməsin?
- Deyirəm, yaxşı ki, bura gəldik, - T meşənin sıx ağacları altında süfrə qura-qura sözə başladı: - Həm havası bizim, torpağı bizim, həm də ağacı bizim.
- Ata, biz bu qədər şeyi haçan aldıq, axı hələ təzə bura gəlmişik. - Balaca oğlu gülümsəyərək atasının sözünə əlavə etdi və hamı onun sözünə bir ağızdan güldü.
Yeyib-içib rahatlandıqdan sonra T ehmalca ayağa qalxıb meşəni gəzməyə başladı. Nəzərini bütün ağacların, otların üzərində gəzdirir və sanki onların azadlığına ürəyində qısqanclıq yaradırdı. Hərdənbir dərindən ah çəkir, təbiətin belə azadlığında, gözəliyində özünü unudurdu.
Hərdən daxilindən uşaqları dərindən qoxlamaq, həyat yoldaşını isə bağrına basıb onu dünyalar qədər sevdiyini söyləmək istəyirdi. Sanki onun qəlbində bir hiss, bir həyacan, qorxu var idi. Hərdən də ona elə gəlirdi ki, bütün yaşadıqlarını xəyal kim görür. Sonda belə qorxunc fikirlərdən ayılaraq füsünkar təbiətin sonsuz azadlığında özünü xoşbəxt göstərdi.
- T … - Həyat yoldaşı ona sakitcə toxunaraq dilləndi: - Görürəm buranın təbiəti sənin xoşuna gəldi, bəlkə burda gözəl bir ev alaq? Həmişə bura gələndə elə o evdə istirahət edərik.
T onun bu təklifinə gülümsədi və: - fikirləşərəm, - dedi. Sonra isə yenə öz azadlığı, arzuları ilə baş-başa qaldı.
Həyat yoldaşının fikrini beynində götür-qoy edib öz-özüylə razılaşdı. Daha doğrusu, gəldiyi bu razılığa ürəkdən sevindi. Maşınını minib istirahət etdikləri yerin şəhərinə getdi və bankda hesabından özünə lazım olacaq miqdarda pulu çəkdi. Geriyə qayıtdıqdan sonra yaxınlıqda satılan evə baxmağa getdi. "Allah qoysa, burada oğlumun toyunu edərəm, elə bu evi də ona bağışlayaram" fikriylə evin dəmir qapısını açıb içəri daxil oldu.
Dəmir qapının səsi, qaranlıq otağa yayıldı. Kimsə otağın qapısını aramsız olaraq bərkdən döyürdü. T öz fikirlərindən diksinərək ayıldı. Dəmir qapıya yaxınlaşıb mis qabda gətirilən yeməyi götürdü və polis paltarı geyinmiş cənaba nəzər salıb istehzalı şəkildə:
- Bilirsən, axmaq, elə indicə özümə gözəl bir ev alırdım və sən buna imkan vermədin.
Sözünü qurtardıqdan sonra öz yerinə qayıtdı və dərindən ah çəkərək türmədə qurduğu azadlıq xəyallarının sayını divarda qeyd etdi.

BU HEKAYƏNI OXUMAQA QORXDULAR

O, özü də bunu yaxşı bilidi ki, ölmək hələ onun üçün çox tezdi, ancaq bildiyi üçün də burda idi. Çox düşünmək istəmədi, bilirdi ki, düşündükcə ürəksizləşəcək. Sanki hər şeyi bir anda bitirmək istəyirdi.
Yavaş-yavaş körpünün kənarına yaxınlaşdı. Addımların o qədər xırda atırdı ki, bəlkə də arxasınca gələn olsaydı bu fikrindən daşınacaqdı, amma geri baxmaq bele istəmədi. Bilirdi ki, heç kim gəlməyəcək...
Yuxarıdan aşağı, ölümün gözlərinə baxaraq qollarını havaya qaldırdı - O, da, uçmağa hazırlaşanda belə etmişdi. Qaranquş balasını deyirəm.
Gözlərini aramla ölümün gözlərindən çəkərərək göylərə dikdi. Zəif bir səslə ən çox sevdiyi mahnıdan bir parça oxudu; - Susadıkca yüzün düşer aklıma...
Ayaqları üzüldü yerdən - O, da ümüdlərini belə üzmüşdü həyatdan, onun yerə düşməsini gözləyən pişiyi görəndə. Ilk uçuşu uğursuz olan qaranquş balasını deyirəm.
Hələ ölümün gözünə düşməyə bir neçə an qalmışdı, vaxtı var idi. Külək saçını yolduqca gözlərini yumdu bir anlıq.
Onda da, gözlərini yummuşdu. Ilk dəfə sevgilisini öpmək istədiyi anı deyirəm. Həyəcanından dodaqları qurumuşdu. Oxudu yenə; - Susadıkca yüzün düşer aklıma...
Ağlasa da, gözlərini küləyin yaşartdığına inandı.
O zaman ağlasa da, gözünə çöpün düşdüyünə inanmışdı. Sevgilisinin maşın qəzasında düşərək, yaşamaq şansının az olduğunu eşitdiyi anı deyirəm. O gün də susmuşdu, indiki kimi ancaq oxuyurdu; - Susadıkca yüzün düşer aklıma...
Sanki, qəfildən, bir neçə andan sonra öləcəyini dərk etdi. Havada geri çönüb sürətlə uzaqlaşan körpüyə baxdı. Həyatında ilk dəfə idi ki, sehirbaz olmaq istədi. O zaman əllərini uzadaraq körpüdən tuta bilərdi.
Geri qayıtmaq üçün həyəcanla döyünməyə başladı ürəyi. Nə idisə, içində bir inam var idi - O gün də sevgilisinin ölməyəcəyinə itanmışdı, ancaq...
Ölmək istəmirdi, pişiyin ağzındakı qaranquş balası kimi, havada çırpınmağa başladı. Sevdiyi qız üçün ölümü gözə alsa da, yaşamağın nə demək olduğunu öləcəyi an bildi. Sevgilər çox olacaq, yaşamaqsa... - kimi düşünsə də Allahdan gizlətmək üçün düşüncəsini dandı. Özünü geri çəkmək istədi, ancaq bir şey alınmadı. Hər şeyin çarəsiz olduğunu bilib, gülümsədi. Nə də olmasa ölümün gözündə, sevgilisi ilə görüşəcəyini yadına saldı və oxudu; - Susadıkca yüzün düşer A...
Beləcə ölümün gözünə girdi, ancaq ölümün gözləri yaşarmadı.
Ovmaqdan az qala gözünü yuvasından çıxaracaqdı. Qəfil gözünə düşən tozun yaratdığı bu narahatlıq onun sevgilisi ölərsə özünü körpüdən atacağı anların təsvirindən ayıltdı. Bununla belə yaş tutmuş gözü ilə çətinliklə də olsa həkimin əməliyyat otağından çıxarkən gülən üzünü gördü.

ULDUZA DÖNƏN ADAM

nə sən doğma anamsan
nə də sən doğma atam
nə mən doğru vətəndə
doğuldum ki, yaşayam

- ... Bilirsən istəklərimiz imkanlarımızdan çox olur bəzən. Bu qaça-qaçlar, çırpıntılar, arzular əslində rahat yaşamaq üçündü. Sadəcə yaşamaq.
O, soyumaqda olan çayın getdikcə azalan buxarına baxır, sanki vəsiyyət edirmiş kimi aramla danışırdı.
- Bəzən kitablar oxuyuram, hekayə, roman və s. Kasıbların, çarəsizlərin, yetimlərin, fahişələrin, dilənçilərin həyatı, yaşadığı çətinliklər... Hər şeydə dərinlik axtarmaq... Ömrü boyu ehtiyac içində yaşayan kasıbın ehtiyaclarından asanlıqla sözlər bəzəyirlər. Ehtiyacla yanaşı kasıbın hansısa xoşbəxt anı da unudulur, yaddan çıxır. Bilirsən əziz dost bu ölkənin varlıları çoxdan unudulub. Onların hisləri, yaşamı... Biz xoş dəqiqələri unuduruq artıq. Bu ölkədə xoşbəxt olmaq qorxusu var.
- Çayın soyuyur. Sənə deyirdim axı az kitab oxu. Oxuyanda da... Eh! - dostu peşmançılıqla çənəsini əlinə söykəyib onun gözlərinin içinə baxıdı - Bu ölkə də, o ölkə də fərqi yoxdu hara olursa olsun natamalıqlar həmişə var. Işsizlər, aclar, varlılar... bəzən həyatı düşünmədən yaşamaq gərəkdir.
- Düşünmədən... bir ildi işsizsən, evə pul apara bilədiyin üçün evdəkilərin gözünə az görünməyə çalışırsan. Qərarların çətinləşir, xərcin çox çıxmasın deyə az yeyirsən. Bir saat nə iləsə məşqul olanda bütün günü işlədiyinə inanırsan. Evin yoxdu deyə sevdiyin qızı başqası alacaq deyib o günü qorxa-qorxa gözləyirsən. Düşünmədən nəyi yaşayaq... deyə bilərsən?
- Çayın soyuyub. Deyim təzəsini gətirsinlər. Ofisant! - o, özünü heç vaxt belə hiss etməmişdi. Həqiqətlər sillə kimi onun üzünə çırpılırdı.
- Çağırma, içən deyiləm.
Araya sükut çökdü.
- Bizim kimilər - o, dostunun pis olduğunu görcək - bax bu cür həqiqətləri ürək ağrısı ilə demək, qismətində ola biləcək sevinci gözləməklə kifayətlənir. Biz bunu üçün mövcuduq. Bu ölkədə fəhlələrin yaratdığı tıxaclar, maşınların yaratığı tıxaclardan daha çoxdu. Adamları adamlarımızdan böyük olan bu ölkədə adam kimi yaşamaq olmur artıq. Biz öz arzularımıza uduzanlarıq. Bilirsən yeganə üstünlüyümüz nədədi?
- Yox.
- Sevgidə. Bizim kimilərin saf sevgini tapmaq şansı çoxdu. Çünki varlığımız sadəcə arzularımız, ümidlərimizdi. Varlı olmadan sevmək lazımdı əziz dost, varlı olmadan. Varlı sevgilərdə insanın dəyəri puldan aşağıda olur. Bəlkə elə buna görə varlıların sevincləri unudulur, yazılmır.
- Nə demək istədiyini anladım.
"Hörmətli sərnişinlər Norveç reisi ilə yola düşəcək təyyarə iyirmi dəqiqədən sonra havalanacaqdır. Xahiş olunur öz yerlərinizi tutasınız". Bina boyu səslənən bu səs digərləri kimi onu da yerindən qaldırdı.
- Hə - o, çayın pulunu masanın üzərinə qoyaraq ayağa qalxdı - Artıq vaxtdır.
- Getmək demək istəyirəm, amma içimdən bir səsə əngəl olma deyir.
- Həmişə doğru səslərə qulaq as. Nə yazıq ki, bəzi insanlar doğru ölkədə, doğru ünvanda doğulmurlar. Yetərincə özümü aldatdığım bəsdi, buralar... Nəysə... Mən də öz ünvanımı axtarmağa gedirəm.
- Yadındadı uşaq vaxtı gecələr göyə boylanıb hərəkət edən ulduzlara baxardıq. Təbii o zamanlar təyyarələrin yanıb-sönən işığını hərəkət edən ulduz bilərdik. Şansılısan...
- Niyə?
- Bu gecə ulduz sən olacaqsan.... uşaq isə mən...
Onun gözləri yaşardı...Özündən ixtiyarsız yanağından bir damla yaş süzülüb yerə düşdü. Bu onunçün anasının, yolunu aydınlıq etməsi üçün arxasınca tökdüyü bir qab suya bərabər idi...