Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!


POEZİYA
 

GÜNAY


 
GƏLMƏ BAHAR!..

Gəlmə, bahar!..
Soyuq fəsillərdə
yaşamaq istəyirəm.
İçimdəki soyuqluğu
duymayım deyə
üşümək istəyirəm...
Gəlmə, bahar!..
Gəlişinlə güclənir
darıxma hissim,
daha çox yarpaqlanır
onun yoxluğu.

Üç aylıq ömrün üçün
dəyməz bir ömrü
məhv etməyə.,
Gəlmə, bahar,
bu dəfə gəlmə!..
Saxla bu gəlişini
mənsiz zamana...

***

Elə qırmısan ki, qanadlarımı,
Ömürlük uçmağa həsrət qalmışam.
Göylərdən üzülüb qara torpağa
Deyəsən əbədi məhkum olmuşam.
Bəlkə bu ağrıdan keyləşib ruhum,
Kilidli qalıbdır içimdə duyğum.
Bəlkə bəhanədir Tükənib sevgim -
Daha o istəklə Sevmirəm Səni!
Səni yalan yerə doğma bilmişəm…
Bəlkə də unudub dönərkən evə
Sevgimi şəhərdə qoyub gəlmişəm.
Bir də qayıtmaram Mən o şəhərə …

"BİZ"siz şəhər, şəhərsiz "BİZ"...

Bu şəhər incidir,
incidir məni...
Heç bir küçəsində
görmürəm "bizi"…
Özümü aldatmaq
gəlmir əlimdən,
mən elə boş yerə
gəzirəm "biz"i...
De, hansı küçədə
tutdun əlimdən,
Yayınıb hər kəsdən
öpdün gözümdən?!
hansı dayanacaqda
gözlədin məni,
Hansı gecəsində
ötürdün evə?!
De, bu şəhərin
hansı parkının,
hansı ağacına
birgə ad yazdıq?!
Saçımı elə hey
külək oxşadı,
Sənin əllərinə
Möhtacdı yazıq.

Nə şəhər "biz"ə tanış,
Nə "biz" şəhərə...
Bəs, niyə umuram
"biz"i şəhərdən?