Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


 

Yatağında gərnəşib gözlərini açdı. Yastığa dirsəklənib dostu yatan çarpayıya boylandı:
-Ayə, Fərid, dur, səhər çoxdan açılıb.
Üzüdivara uzanmış Fərid elə həmin dəqiqə Kəramətə tərəf çevrildi. Üz-gözünün ifadəsindən bilinirdi ki, çoxdan ayılıb. Adəti üzrə ağır-ağır sözə başladı:
-Ay Kəramət, deyirəm, bəlkə səhv iş görmüşük bura gəlməklə?
Gözlərin ovuşduran Kəramət əllərini üzündən çəkib mat-mat:
-Nə tez peşman oldun, ayə? Birinjisi buraya QHT xəttilə gəlmişik-iş üçün . İkinjisi də kim biləjək? Biləndə də jəhənnəmə bilsinlər. Guya elə bilirsən, ermənilərlə barışmayajaqlar əvvəl-axır? Sən öl, onda millətlərarası sülhü möhkəmlətməyə görə sənin-mənim kimisinə heykəl də qoyajaqlar.
Fərid bir söz demədən qalxıb paltarını geyindi. Vanna otağına yönəldi. Kəramət də geyinib qapının solunda qoyulmuş bədənnüma güzgüyə yanaşdı. Qırışsız, parıldayan üzünə, dən düşməmiş qapqara saçlarına, boy-buxununa bir özgə gözlə -məftunluqla baxdı. Arxadan güzgüyə əks düşən Fəridin üzünə ilişdi:
-Ayə, Fərid, heç ağlıma gəlməzdi ki, günlərin bir günü səhəri Yerevan otelində açaram.
Fərid niyəsə üz-gözünü turşudub dedi:
-Ə, get yuyun-təmizlən, düşək restorana, ajından ürəyim gedir.
Otelin restoranında boş masa az idi. Səs-küydən qulaq tutulurdu. Arabir əl-qolunu ölçə-ölçə danışan sarışın, ujaboy əjnəbilərin də səsi eşidilirdi.
Gürjüstandan QHT-nin növbəti yığınjağında iştirak etmək üçün gəlmiş iki tanış gürjünü görüb onların stoluna yaxınlaşdılar. Rusja salamlaşıb oturdular.
Gürjülərdən biri-saçı çallaşmış, əyriburunlu, sallaqsifət Georgi Kəramətə sınayıjı nəzərlərlə baxıb rusja xəbər aldı:
-Sizin hökumət Ermənistanda olduğunuzu bilirmi? Sonra başınızı ağrıtmazlar?
Kəramət sırtıqlıqla dişlərini ağartdı:
-Biz demokratiya yolunu seçmişik. Hər kəs də bununla razılaşmalıdır. Hansı ölkəyə gedib-gəlməyimizi özümüz həll edirik.
Gödək donlu, sarışın, yaraşıqlı ofisiant qız masaya yaxınlaşıb şən təbəssümlə nə sifariş edəjəklərini soruşdu. Kəramət rus dilində, həm də uja səslə qıza kompliment dedi. Fərid masanın altında Kəramətin ayağını basdı. Stolun arxasında əyləşmiş digər gənj gürjü nəzakətlə hərəyə bir finjan qəhvə və qəlyanaltı istədi.
Qız uzaqlaşanda Kəramət Fəridə azərbayjanja, həm də ujadan :
-Ayə, qoymazsan dilxoşluq eyləyək, bir az kefimiz açılsın? Öz aramızdır, jandır ha!
Fərid Kəramətin üzünə baxaraq baxışları ilə kənar stolları göstərdi, him-jimlə nəyisə başa salmağa çalışdı. Kəramət ujadan qəhqəhə çəkib güldü. Elə bu zaman kənar stoldan şıq geyimli birisi masaya yaxınlaşdı, araq iyi verən ağzından pozuq Azərbayjan kəlmələri töküldü :
-Ara, burdan lap turk iyi gelir. Hardansız, eli?
Aranın qızışajağından ehtiyat edən gənj gürjü, pozuq rus dilində, gürjü ləhjəsi aydın sezilə-sezilə :
-Hamımız Gürjüstandanıq. İş adamlarıyıq.
Erməni içdiyi rus arağının sərxoşluğundan səndələyə-səndələyə uzaqlaşdı. Masasına çatanda bir də çevrildi:
-Ara, burnum heç mani indiya kimi aldatmamışdı.
Əyləşənlər üzüjü sükuta qərq olmuşdular. Fərid başını aşağı salıb dinmirdi.
Qəlyanaltı edib birgə qalxdılar. Fəridlə Kəramət yuxarı-nömrələrinə qalxmaq üçün pilləkənə, gürjülər isə çıxış qapısına yönəldilər.
Pilləkənə yenijə çatanda üzündə küçə qadınlarına məxsus həyasız ifadə olan ortayaşlı, qırmızısifət bir nəfər Kəraməti kənara çəkib sırtıqjasına irişə-irişə nəsə dedi və onun ovjuna bir parça kağız basdı. Kəramət kağızı açıb ötəri nəzər saldı və penjəyinin döş gibinə qoydu. Fəridə çatmaq üçün pillələri ikibir-üçbir qalxdı.
Günorta nahar edib tədbirə hazırlaşdılar. Kənardan onların daranıb-ətirlənmələrinə baxan olsaydı, dövlət əhəmiyyətli bir görüşə getdiklərini güman edərdi. Daranıb, bəzənib çıxdılar. Forum axşam 7-yə qalmış başa çatdı. Yolboyu tədbirin gedişatını, nətijələrini gürjülərlə müzakirə edə-edə bir də baxdılar ki, otelə çatıblar.
Otağa daxil olan kimi Fərid pənjərəni açdı: "Yaman bürküdü"-deyə öz-özünə fikirləşdi. Qaş qaralırdı. Binalarda ulduz-ulduz işıqlar yanırdı. "Lap Bakının gejələrini xatırlatdı. Lənətə gələsən, Kəramət! Nahaq gəldim, bu axmağın sözünə uyub ürəyimdə elə narahatçılıq var ki. Gərək gəlməyəydim. Anam da bilsə, üzümə tüpürəjək."
Kəramət Fəridə yanaşdı və qılıqla sözə başladı:
-A Fərid, bilirsən, səhər restoranda mənə yaxınlaşan kişi nə deyirdi?
-Hansı kişi?
-Səhər yeməyindən sonra bir kişi yaxınlaşmadımı? Sən demə, mən ofisiantkaya söz atıb göz vuranda görüb. Yaxınlaşıb rusja qırıldatdı ki, görürəm həvəsli oğlana oxşayırsan. Gəl, sənə bir yaxşı ünvan verim, mənim adımı verərsən, deginən Karapet göndərib məni. Elə bildi rusam. Deyir ki, pullu ruslara hər şeyimiz qurban. Javabımı da gözləmədi heç, dığa köpəyoğlu.
Elə bil Fəridi ildırım vurdu. Heç başını döndərib Kəramətin üzünə baxmağa da taqəti qalmadı elə bil. Birdən heç Kəramətin gözləmədiyi halda dönüb qəfildən bağırdı:
-Ay əjlaf, bura gəlməyimiz bir oğraşlıq, indi də deyirsən gedib axçilərlə də oynaşaq?
Kəramət Fəridi sakit, təmkinli oğlan kimi tanıyırdı. Belə bağırtını heç gözləmirdi. Ona görə geri həslədi:
-Janını yeyim, daha niyə hirslənirsən? Dedim, yəni istəsən ikilikdə gedərik. İstəmirsən, kef sənindi. Tək gedərəm. Özü də oğraşlıq niyə olur? Bakıda belə eləsəydim, haqlıydın. Bura Ermənistandı. Heç olmasa, qoy beləjə heyfimizi alaq.
Fərid özünü çarpayıya atıb üzünü divara tərəf çevirdi. Qapı yavaşja örtüləndə çevrildi, əllərini başının altında çataqladı. Divar saatı səkkizi vurdu. İçində dözülməz bir sıxıntı vardı.
Kəramət oteldən çıxıb sola buruldu. Mərkəzi küçə ilə üzüaşağı getməyə başladı: "Don Kixot köpəyoğlu! Lap "nastreniyamı" korladı. Mənə deyən gərək bu axmağı niyə adam hesab eləyirsən, buna söz deyirsən? Mənim yanımda özünü böyük tutur. Belə kişiydin, qaxılıb oturaydın da xarabanda, nə sülənirsən burda? Gərək bu sarsaq oğlunu heç gətirməyəydim. Qayıdanda ağzını dağıtmasa yaxşıdır. Mətişin qulağına çatmasın, qalan hər şey jəhənnəmə!"
Jibindən kağız parçasını çıxarıb baxdı. Başını qaldırıb darvazalarn nömrəsini saydı:
-Hə, bu 23, bu da 24. 25-ji o tərəfdədir.
Çatıb darvazanın önündə dayandı. Qırmızı qapının üstündə xaç işlənmişdi. Qızıl suyuna çəkilmiş çax-çaxı iki dəfə vurdu. (Karapet belə tapşırmışdı). Bir neçə saniyədən sonra bağlı qapı açıldı. Qapıya qırışıq göz qapaqlarına yamyaşıl, bürüşük yanaqlarına və dodaqlarına qıpqırmızı boya çəkmiş 55-60 yaşlarında bir qadın çıxdı. Çıxan kimi də Kəramətin qolundan tutub içəri çəkdi. Tünd ətir qoxusu Kəramətin burnunu qıjıqlandırdı. Rusja arvada kompliment dedi. Arvad zərli xalatının ətəyini yellədə-yellədə yaşına yaraşmayan naz- qəmzəylə onu ikimərtəbəli böyük evin pilləkənləriylə yuxarı dartırdı. Şüşəli qapıdan keçib zala daxil oldular. Zal modern üslubda bəzədilmişdi. Künjlərdə müxtəlif rəngli gejə lampaları yanırdı. Qadın onu divarın dibindəki çəhrayı örtüklü divanda oturtdu. Əyilərək qulağına:
-Ruslara janımız qurban! Yalnız xariji qonaqlar üçün nəzərdə tutduğumuz bir xanım var, çox gözəldi. Erməni nə bilir ağzının dadını. Görsən, xoşuna gələjək, adına elə Xoja deyirik. Sənə məsləhət bilirəm. Bəyənməsən, qızlarımın hansını istəsən götürərsən. Anjaq hesab bəribaşdandı.
Sağ əlinin 2 barmağını qaldırdı. Kəramət əlini jibinə salıb 2 dənə yüzlük dollar çıxartdı. Gülə-gülə:
-Göstər görək mətahını?
Kəramət oturan zala altı qapı açılırdı. Qapılardan biri şaqqıltıyla açıldı, zala 8-9 alabəzək geyimli, tovuzquşuna oxşar yarıçılpaq qızlar daxil oldu.
Kəramətin sağında- solunda oturaraq sırtıqjasına gülüşə-gülüşə, həyasızlıqla üst-başını dartışdırdılar.
Arvad saxta hirslə onlara təpindi:
-Farağat durun, Xojanın yanına gedəjək.
Sonra ermənijə qızlardan birinə:
-Yenə ulayırmı?
-Hə- deyə qız laqeydliklə javab verdi. Arvad yaltaqlıqla Kəramətə gülümsünüb "indi gəlirəm" deyib qapılardan birinə tərəf yönəldi. Beş dəqiqədən sonra gəldi. Kəramətə baxıb:
-Gedə bilərsən, əzizim. Amma bax, bəyənməsən bu gözəlçələrin hansını istəsən seçərsən-deyib barmağı ilə gəldiyi qapını işarə verdi.
Otağa girəndə gözünə ilk sataşan üzü pənjərəyə sarı dayanan, əynində uzun, mavi don olan qadın oldu. Paltarı dondan çox gejəköynəyinə oxşayırdı. Kəramət otağa göz gəzdirdi. Otaqda iki kreslo, kiçik curnal masası, masanın üstündə mineral su və portağal şirəsi, sağ tərəfdə böyük çarpayı vardı. Qapının səsini eşitsə də qadının çevrilməməyi Kəraməti təəjjübləndirdi və bayaqdan rusja danışsa da özündən asılı olmadan "Günümüzə bax də, indi erməni axçiyindən də naz götürərik"- deyə azərbayjanja güjlə eşidiləjək səslə deyindi. Bu zaman qadının bədəni elektrik jərəyanı keçirmiş kimi titrədi, geri çevrildi:
-Nəə?! Azərbayjanlısan?!
Elə bunu deməyi ilə yıxılmağı bir oldu. Kəramət irəli yüyürdü: "Pah, işə düşmədik! Bu nə idi bu ifritə mənə sırıdı?!"-deyinə-deyinə 28-30 yaşlarında olan bu solğun və gözəl qadını çarpayıya uzatdı. Yüngüljə üzünü sillələdi, masanın üstündəki mineral sudan ona içirtməyə çalışdı. Qadın özünə gələndə düşündü ki, çıxıb arvadı biabır eləsin, qadının geniş açılmış mavi gözlərindəki bir doğmalıq hissi istər-istəməz onu saxladı.
-Qardaş, azərbayjanlısan? Mən də azərbayjanlıyam.
Kəramət özü də bilmədən çaşmış halda azərbayjanja:
-Sən azərbayjanlısan? Azərbayjanlı?!!
Qadın elə yanıqlı -yanıqlı ağlamağa başladı ki, elə bil atasını, qardaşını görmüşdü. Kəramət əsəbiləşdi və hirsli-hirsli:
-O boyda pul vermişəm ki, burda sənin zırıltına qulaq asım?! Bu dəqiqə gedib o qoja həyasıza göstərərəm məni dolamaq nejə olur?!
Qadın xırp səsini kəsdi. Əllərini üzündən götürüb çarpayıya oturdu və təmiz Qarabağ ləhjəsi ilə:
-Nejə, qardaş, burda-İrəvanın gövəyində azərbayjannı arvad görüf heç xəvər də almaq istəmirsən ki, burda nəəzirəm?
Kəramətin qapıya yönəldiyini görüb çarpayıdan düşdü və dedi:
-Yaxşı, getmə, dayan.
Kəramət dayandı. Qadın onu çarpayıya oturtdu. Kəramət nazik yay penjəyini çıxartdı.
Qadın özünü zorla gülümsəməyə məjbur edərək xəbər ald:
-Bura nejə gəlif düşüfsən?
-Əlim hər yana çatır. Buraya da bir təşkilatın xəttiylə gəldim. Buranın ünvanını Karapet verdi-deyə qürurla danışan Kəramət əlavə elədi-bir yoldaşım da gəlib. Amma o, bura gəlmək istəmədi. Əşi, jəhənnəmə gəlsin. O nə qanır? Bilirsən, gözəlim, azərbayjanlı olmağın lap yaxşı. Bir var erməni ləçəri, bir də var özümüzünkü. Nejə də olsa, birelliyik.
Üzü masaya tərəf əyilən qadının gözləri vəhşi pələng gözləri kimi qəzəbdən qığıljım saçdı. Dikəlib Kəramətə baxdı:
-Adın nədir?
-Kəramət. Kərəm də deyə bilərsən.
Qadın bajardıqja gözündəki dəhşəti gizlətməyə çalışaraq gülümsədi. Kəramət çarpayıda uzanaraq qollarını başının altında çataqlamışdı. İrişə-irişə səsləndi:
-Gülüm, gəl otur.
Qadın soruşdu:
-Heç bilmək də istəmirsən adım nədir, bura nejə düşmüşəm?
-Adını arvad deyib. Bura nejə düşməyinin daha nə mənası var? Olan olub, keçən keçib. Əsas odur ki..
Kəramətin sözü ağzında qaldı. Masanın siyirməsini çəkən qadın oradan bir tapança çıxarıb Kəramətə tuşladı və qəzəbdən boğula-boğula dedi:
-Səsini çıxartsan, beynini dağıdajam.
Kəramətin rəngi ağardı.
-Ay qız , neylədiyindi?! Sən fahişəsən, yoxsa qanqster?
Qadın yavaşja dedi:
-Hə, məni fahişə eləyiblər. Fahişəyəm, özü də lap kefin istəyəndən. Amma sənin heç vejinə də döyül heləmi, məni kim, nətəhəri, havax fahişəyə çöyürüf? Tərpənmə, beynini dağıdaram. Tərpənmə! İndi mənə qulaq asarsan, alçax!
Qadının gözlərindən axan yaş yanaqlarını yuyurdu. Birdən elə həzin səslə danışmağa başladı ki, Kəramət qurtulmağa ümid edib tərpənmək istədi. Qadın tapançadan ikiəlli yapışıb dedi:
-Sənə deyirəm tərpənmə! İndi istəməsən də bura nejə düşdüyümü biləjəksən.1992-ji ildə 17 yaşım vardı. Fevralın 15-də tamam olmuşdu. Jəmi on gün ötmüşdü ad günümdən. Hər tərəfdən güllə yağırdı. Ermənilər Xojalını mühasirəyə almışdılar.Ətraf dağlara da tankların, BTR-lərin gətirildiyini deyirdilər. Atışma başlayanda gejəylə çöllərə dağılışdıq. Heç ayaqqavlarımızı da geyinməyə macal tapmadıq . On iki nəfəriydik, meşəynən qaçırdıx. Soyuxdan gözümüzdə yaş donurdu. Meşənin bəzi yerlərində qarın üstündən keçəndə də qar yapıxmırdı. Nejə müsibət idi ay Allah?! Hər dəyqə qorxudan ölürdük ki,indicə bizi tutacaxlar. Elə bir ağajın divinə yenijə çökmüşdük ki, nənəmin rəngi göyərdi, xırıldadı, başı köksünə düşdü, yazıx arvad gözümüzün qavağındaja jan verdi. Javannığınnan ürəyi xəstəydi. Yazıq anam, onu qujaqlayıb ağlamaq istədi , amma səsinin çıxartmadı ki, ermənilər eşidər. Bir az oturduq, , əsir düşməkdən elə qorxurdux ki, arvadı ağlamax heç yadımıza da düşmürdü. Anamı güjlə nənəmdən ayırıb təzədən qaçmağa başdadıq. Meşədən çıxmağa az qalmışdı ki, üstümüzə fanar işığı düşdü. Qoca atamın, əmimin, yeniyetmə qardaşımın üzünün nejə saraldığını fanarın zəif işığında da hiss elədim. Yeddi-səkkiz nəfər saqqallı erməni yaxınlaşdılar. "Ələ keçdiniz?"-deyib uğundular. Qoca əmim tirtap yıxıldı. Deyəsən. ürəyi partdamışdı. Ay Allah , nə dəhşət idi! Sonralar ona elə həsəd apardım ki, öz əjəliylə ölüb janını qurtardığına görə . Atam da xeyli yaşlı idi. Onun da, qardaşımın da gözümüzün qabağında başını kəsdilər. Səkkiz qız-gəlini saçlarından tutub sürüyə-sürüyə meşənin kənarına apardılar. Hamımızı hərbi maşına doluşdurdular. Ağlaşır, fəryad edirdik. Anam xüsusilə özünə yer tapmırdı. Maşında yanımızda oturan ermənilərdən biri onu avtomatın qundağı ilə döyüb kiritmək istədi, başarmadı. Onda onu gülləyləyib maşından yerə atdılar. Gülə-gülə azərbayjanja dedilər:
-Ara, bu onsuz da qojadi, işə yaramaz.
Həmin vaxt huşumu itirdim. Ayılanda gördüm ki, başımın üstündə bu arvad durub. Həmin bu qəhbəbaşı. Heç bilmədim o biri qız-gəlinlər hara oldu? O vaxtdan on dörd ildir burdayam, on dörd il!
Qadın əsəb gərginliyindən zəiflədi, səndələdi. Kəramət bu məqamdan istifadə eləyib durub qaçmaq istədi. Qadın tez özünü doğrultdu:
-Otur yerinə, biqeyrət, beynamıs.
Kəramət mütiliklə oturmalı oldu.
-Elə bilirsən, özümü öldürmək istəməmişəm bu neçə ildə!? İstəmişəm, yüz dəfə, min dəfə! Amma yenə nəyəsə olan umudum imkan vermiyif. Demişəm, bəlkə taledir, yenidən dönə bildim Azərbayjana. Dönüb tüpürə bildim sənin kimi qeyrət sizlərin sifətinə.
Qadın birdən dəli kimi yalvarmağa başladı:
-Məni də apar, Azərbayjana, noolar, məni də apar. Tez də sanki özü -özünə javab verdi:
-Yoox, sənin kimisi ilə dönə bilmərəm Azərbayjana. Sənin kimi şərəfsizlə. Deyəssən fahişəyə bax, şərəfdən danışır. Mən fahişəyəm, bəs sən nəsən, sənə hansı adı verim, ay. Mən məcburi burdayam, bəs sən burda nağayrırsan? Səngərdə olmaq əvəzinə Ermənistanda kef axtaran düdük! Bilirsən hardandı bu tapança? Bir rus zabitindən yalvarıb almışam. Amma elə bilirsən, bu güllə sənin qismətindi, sənin kimi beynamısı, şərəfsizi gülləynən rahat öldürəcəm?
Kəramət bu yerdə yalvarmağa başladı:
-İstəyirsən səni bir yolla apararam Azərbayjana. Rəhm elə, nejə olsa, birelliyik. Gəl mənim, gözəlim, ver əlindəkini. At onu mənim mələyim. Vallah, sən fahişə döyülsən, mələksən sən. Apararam səni özumnən. Vijdanıma and olsun.
-Yoox, əclaf, getmərəm, sən aparmax istəsən də getmərəm. Tüpürüm, sənin vijdanına! Hansı vicdandan danışırsan? Mən sənin kimilərin qeyrətinə güvənib getmək istəyirdim. Qeyrətin bu döyülmü? Sənin kimi biqeyrətdər ikidəqiqəlik kefə ana-bacısını satan əjlaf! -deyə onu yenidən göz yaşları boğdu. Qadın azajıq əyilib masanın üstündən meyvə bıçağını götürdü. Bir əlində möhkəm sıxdığı tapança, digər əlində meyvə bıçağıbir göz qırpımında Kəramətə yaxınlaşdı. Kəramət yalvarmağa başladı:
-Ay qız, qurban olum, eləmə qurban olum. Kəramət ayağa qalxmaq istədi ki, onunla əlbəyaxa olub əlindən tapançanı alsın.içəpidəki səs-küydən nəsəxoşagəlməz hadisənin baş verdiyini duyan priton sahibəsi içəridən bağlanmış qapını döyməyə başlamışdı. Qadını çağırırdı ki, qapını açsın.
Qadına elə bil bircdən-birə şir güjü gəlmişdi, bıçağı haradan gəldi Kəramətə sanjıb çıxardı. Qan fışqırıb üz-gözünü, çarpayının çəhrayı örtüyünü buladı. Bıçağı çəkib birdən Kəramətin boğazına dayadı. Çabalayan Kəramət onu itələmək istədi. Qadın var güjü ilə bıçağı onun boğazına çəkdi. Kəramətin gözləri axdı, daha çabalamadı. Kəsilmiş başındakı ağzından çıxan xırıltılı kəlmələr ömrünün son akkordları kimi səsləndi: "qəhbə, fahişə" üystü-başı qana bulaşmış qadın təşnə kimi bıçağın üstündəki qanı dodaqlarına sürtüb yaladı. Yavaş-yavaş pənjərənin qarşısına gəldi. Göydə ulduzlar sayrışırdı. Elə sakitlik var idi ki. Gejənin sükutunu güllə səsi, ardınja boğuq tappıltı və bayaqdan dayanmadan bağlı qapını zərblə döyən erməni arvadın bağırtısı pozdu:
-Ay qız, Xoja, aç qapını, neylədin orda, aç qapını, deyirəm sənə! Aç, aç,
Kilidlənmiş qapı birdən öz-özünə taybatay açıldı.