Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

Günel EMİNLİ


 
ADAMLAR

Hara baxırsan adamlar
Metroda adamlar, küçədə adamlar
Çöldə adamlar, içəridə adamlar
Yad baxışlar, yad münasibət
qəti addımlar
Yıxılana baxmayanlar
Gülənlə gülməyən,
kövrəlibən ağlamayanlar
Bir anda pullananlar
Vəzifəyə minib quduranlar
Adama oxşar adamlar
Doğrudan qaçıban, yalana tapınanlar
Allahı unudub, şeytana uyanlar
Sayılan, sayılmayanlar
Adama oxşar adamlar,
Mələyə oxşar adamlar,
Torpağa, küləyə
Havaya, suya
Oxşar adamlar
Sənə oxşar, mənə oxşar adamlar
Bəs hanı insanlar?
Adamlıq körpüsündən keçibən
İnsan olmağı bacaranlar
Göstərin onları,
Tapım onları
Sığınım onlara-insanlara

MƏHƏBBƏT DİLƏNÇİSİ

Utanmıram, məhəbbət dilənirəm
Bir parça məhəbbət,
Bir az sevgi, səadət
Sevgi dolu baxış, narın yağış
Altında etiraf dilənirəm
Hər şey olan yerdə məhəbbət yoxa çıxıb.
Leylilər - olub "kroşka",
Məcnunlar "maska"
Kim baxır, məhəbbətə
Hamı baxır cibə, maşına,
Yaxşı maaşa, şəraitə.
Bax belə zamanda mən
Dilənirəm məhəbbət.
İstəmirəm belə cəmiyyət!
Dilənirəm bir parça məhəbbət.