Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

FƏRID


 
ÜÇ SÖZ

Sol qoluna
Ata-ana,
Sağ qoluna -sevdiyi qızın adınını yazmışdı
əsgər olanda.
Qəribliyin çox şeyi müqəddəsləşdirdiyini
anlamırdı onda.
Bilmirdi- ata-anası
Onu həyatın zirzəmisinə - həbsxanaya.
Bilmirdi daha sevdiyi qız çoxdan...
İndi hər gün həbsxanada
Əl-üzünü yuyanda,
Təsbeh çevirəndə,
Sol qolunda Ata-ana,
Sağ əlində sevdiyi qızın adını hər gördüyündə,
Lənət yağdırırdı bütün həriflərə, əlifbalara
Ona yazı yazmağı öyrədən müəlliməsinə.
Gizlətmək istəyirdi qollarını,
Köynəyinin qollarında,
Yorğanının altında.
Qurtula bilmirdi qollarından.
Oxuduğu kitablardakı bütün a və ə hərifləri,
Gözünə batırdı onun .
Bütün a və ə hərifləri ilə olan sözlər qulağlarını dəlirdi,
Əvvəldən axıra, axırdan əvvələ oxuyurdu
Hər üç sözü,
Daha yaxşı anlayırdı qürbətdə unutmaqda çətin olur.
Qürbət çox şeyləri müqədəsləşdirir.
Üç söz yaşayırdı qollarında, - Əzizə, ata və ana
Daha hər şeyi yaxşı anlayırdı,
çünki, hər şeyi həyat anlatmışdı ona.

BÜTÖV SEVIRƏM AXI

Ayaqların nə gözəldi?
Elə əllərində,
Kipriklərin nə gözəldi?
Gözəldi gözlərində.
Sən gedəndə əvvəl kipriklərin qapanır,
Gözlərin çəkilir gözlərimdən,
Sonra əllərin uçur əllərimdən.
Sonda ayaqların uzaqlaşır yanımdan.
Mən səni bütöv sevirəm axı.
Niyə hissə-hissə qopursan məndən?!