Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

İLKIN NADİROV


 
Bizim küçə, bizim şəhər

Yeni səhər,
Çıxdım bir az dolaşmağa,
Həmin küçə, həmin şəhər.
Sifətlərdə zəhmlilik,
Jamaatı birtəhər.
Həmin küçə, həmin şəhər.
Yarı sərxoş, yari meyxoş,
Bəzən sevinj, bəzən qəhər.
Biri qalib, mini məğlub,
Gətirmədi bu dəfə zər.
Biri satır, biri alır,
Satır amma haram qatır,
Görənlər var durur baxır,
Sus! Danışma! səni əzər,
Həmin küçə, həmin şəhər...
Bayram günü..
Qeyd eyləyir bütün dünya,
Baş çəkirlər həm ataya, həm anaya,
Dillər şirin,
Xoş kəlmələr buxarlanır ab-havaya.
Tamam fərqli bizimkilər,
Sakinlərin hər kəlməsi ajı zəhər.
Həmin küçə, həmin şəhər..
Hər bir tində dörd-beş qaqaş,
Tüstülədir yavaş-yavaş,
Kiminə söz, kiminə daş,
Çox yaradır dava-dalaş,
Partlayır baş, açılır qaş,
Hey göstərir bunda hünər,
Ay vətəndaş, qeyrətə gəl, insafa gəl!
Bir vətənin övladıyıq, bizlərə yox,
Bizim mənfur düşmənlərə sən sinə gər!
Otur düşün Xojalını, Laçınını,
Otur düşün qara qanlı Yanvarını!
NATO susur, ATƏT susur,
BMT həp ağız pusur.
Ver əlini, gəl birləşək,
Həmrəy olaq köməkləşək,
Jəm halında nərə çəkək,
Səsimizin şiddətindən,
Dağ-dərələr titrəyəjək.
Bizim ölkə, bizim şəhər,
Qalx ayağa ulu xalqım,
AZƏRBAYJAN çalsın zəfər!
AZƏRBAYJAN çalsın zəfər!

Dostlarım

Dost bədəndə iki jandır deyirlər,
Ürəyimdə yuva qurub dostlarım.
Dostluq güvən, ehtiramdır deyirlər,
Sadiqliyə möhür vurub dostlarım.

Dost kəlməsi çox müqəddəs kəlmədir,
Bu söz bizə babalardan gəlmədir,
Dost çox olsa düşmən qəlbin göynədir,
Sarsılmazdı, yenilməzdi dostlarım.

Dostluq ağaj,dostlar onun budağı,
Dostlar dostun hər günündə sorağı,
Onlar mənim dost yuvamın qonağı,
Bu yuvamda əbədidir dostlarım.

Dostluq bir məsuliyyət nidası,
Pis dostların tez yayılır sədası…
Bir iş edir aşır-daşır ədası,
Tamam fərqlidirlər mənim dostlarım.

Dostlarıma bajı, qardaş deyirəm,
Onların hər addımını bilirəm,
Saf ürəklə onlarla fəxr edirəm,
Dost bağçamın çiçəyidir dostlarım.

Sevmək sevilməkdir

Sil artıq qəlbindən mənim adımı,
Bu sevgim sönübsə odlanan deyil.
Düşünmə içdiyim sevgi andını,
Ürək dağa dönüb, yumşalan deyil.

Mən sənə şans verib güzəştə getdim,
Joşğun çaya dönüb joşub daşmadım.
Etdiyim hər şeyi sevgimçün etdim,
Məhəbbət güj gəldi həddi aşmadım.

Yenə də aldandım yalan sözünə,
Qəlbimi durultdun göz yaşlarınla.
Sənin o mülayim, məhsun üzünə,
Bir daha vuruldum baxışlarınla.

Günlər bir-birini əvəz etdikjə,
Daxilən iç üzün üzə çıxırdı.
Dözürdüm, dözürdüm lakin getdikjə,
Yalanın böyüyür məni yıxırdı.

Səbr tükəndikjə sinə dolurdu,
Ayrılıq qəlbimə jırmaq atırdı.
Sevgi çiçəyimiz artıq solurdu,
Qəhər qılınj olub mənə batırdı.

Ürəkdən damlayan hər qan damjısı,
Damaraq sinəmdə bir göl yaratdı.
Məhəbbət şahının odlu qamçısı,
Yandırdı sevgimi bu gölə atdı.

Uzaq dur sən məndən, uzaq dur artıq,
Sevgi sənin üçün yad olan hissdi.
Yetər bir-birmizi daha aldatdıq,
Sevgimiz ojaq yox tüstüdür, hisdir.

Artıq şeirimi tamamlayıram,
Daha çox qəlbimin bəhrəsidir bu.
"Sevmək sevilməkdir" mən anlayıram,
Şeirimin son sözü, nöqtəsidir bu.