Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!


PROZA
 

QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


 

DAMDAN AŞAĞI

O, uca binanın damından aşağı baxırdı. Sevgilisi Əli dünən avtomobil qəzasında ölmüşdü. Əli 10 ilin idmançısı, yeni yaranmış rock qrupun başçısı idi. Bir neçə universiteti bitirmiş və öz biznesini qurmuşdu. Əgər Ayselə desəydilər ki, sabah Eifel qülləsini Tokyoya aparacaqlar, o inanardı. Amma desəydilər ki, sabah Əli öləcək, Aysel gülümsəyib deyərdi "Deyəsən siz mənim sevgilimi yaxşı tanımırsınız - ölüm özü ondan qorxur".
Lakin Əli ölmüşdü. Aysel də onun yanına hazırlaşırdı. O uzundaban ayaqqabılarını çıxarıb damın qırağına yaxınlaşdı. Son məktubunu anasının yastığının üstünə qoymuşdu. Yazmışdı ki, Əlinin yanına gedir. Hər zaman çıxdıqları damdan. Əli ilə bu dama tez-tez çıxardılar. Birlikdə şəhərin gözəl mənzərəsinə saatlarla tamaşa edib danışardılar. İndi Əli yoxdu. Əlisiz Ayselin də həyatı ola bilməzdi.
Çantasını qırağa qoyub damın kənarına çıxdı. Diqqətlə aşağı baxdı , insanlar nöqtə kimi görünürdü. Onu sevgilisindən cəmi bircə addım ayırırdı. Elə o addımı atmaq istəyəndə sol tərəfdə nə isə bir qaraltı gördü.
Bu başqa bir qız idi. Saçları səliqə ilə yığılmış mavi köynəkli bir qız. O ağlayırdı. Deyəsən o da özünü atmaq istəyirdi. Qız Ayseli görüb bir addım da kənara yaxınlaşdı. Aysel də özünü atmaq istəyirdi. Amma bu qız.. Bu qız.. Onun burda olması yersiz idi..Əgər polis gəlib desəydi ki, "özünü atma" Aysel o dəqiqə tullanardı. Əgər Valideynləri desəydi, fikirləşmədən atılardı. Bu qız da nə isə desəydi Aysel özünü öldürəcəkdi. Amma o heç nə demirdi. O Ayseli elə bil ki, heç görmürdü. Başı özünü atmağa qarışmışdı. Aysel gücünü toplayıb tullanmağa hazırlaşdı. Amma yox..Alınmır..Heç cürə fikrini toplaya bilmirdi. O qız ..O qız..!!
Növbəti dəfə Aysel cəhd edəndə qız qışqırdı:
- Axı niyə ? Ay Allah niyə ? Rahat ölmək də olmaz?! Burada da insanlar mənə mane olur ?!!!
Aysel diksinib geri çəkildi. Görəsən o qız niyə özünü öldürmək istəyir? Niyə ? Bu Ayseli maraqlandıran sonuncu şey idi. Ona görə soruşdu:
- Sən niyə özünü öldürmək istəyirsən ?
Qız Ayselə tərs-tərs baxıb dedi :
- Sənə qalmayıb. Sən kimsən ki, mənə sual verirsən. Özü də mənə mane olursan. Sən burada olanda özümü ata bilmirəm. Mənim sevgilim dünən avtomobil qəzasında ölüb. Mən də onun yanına gedirəm.
Aysel çaşdı. Bu xəbər onu doğrudan da təəccübləndirdi. Ola bilməzdi! Belə təsadüf ola bilməz. Aysel dedi :
- Mənim də sevgilim dünən avtomobil qəzasında ölüb.
Qız ona diqqətlə baxıb ağzı açılı qaldı:
- Ola bilməz. Dünən avtomobil qəzasında bir nəfər ölüb o da mənim Əlim.
Aysel bir addım geri çəkildi. Bütün bədəni əsməyə başladı.
- Necə yəni ? Sən niyə bu dama çıxmısan? Niyə məhz bu dama?
Qız əlini üzünə tutub ağlamağa başladı.
- Biz Əli ilə həmişə bu dama çıxardıq. O mənə yenicə yazdığı mahnıları oxuyardı. Bəsdir məni saxlatdın - bu sözləri deyib qız bir addım da kənara yaxınlaşdı.
Onda Aysel qızın əlindən tutub onu geri çəkdi:
- Dayan bir dəqiqə. Nə mahnıları? Sən kimdən danışırsan?
Qız dizləri üstə yıxıldı, saçları üzünə töküldü. Sakitcə dedi:
- Mən Əlidən danışıram. Mənim sevgilim Əlidən. Onun rok qrupu var idi- Fırtına. Mənə də mahnı yazmışdı, "Leyla"…mənim adım Leyladır. O həmişə mənə bu mahnını oxuyardı.
Ayselin gözləri doldu:
- Ola bilməz! Əli mənim sevgilimdir. Onun Fırtına qrupu var. Amma Leyla mahnısını heç kimə yazmayıb.
Leyla dedi:
- Bağışla, bilirəm sən kimsən, amma görürəm ki, sənin özünü öldürməyə səbəbin daha çoxdu. Sən dəlisən!!! Əli mənim sevgilimdir. Bu üzüyü də o mənə verib. Bir ay əvvəl nişanlanmışdıq.
Aysel dözməyib ağlamağa başlayır. Hadisələrin bu qədər qarışıq bir vəziyyətə gəlməsini o təsəvvür edə bilməzdi.
- Necə yəni ? Bir ay əvvəl o İstanbula getmişdi. Mən özüm onu yola salışdım.
Leyla kinayə ilə gülümsədi :
- Biz İstanbulda nişanlanmışıq. Amma görürəm ki, o Bakıda da boş durmayıb. Mənim sevgilimi əlimdən almaq istəyirdin? Bilə- bilə ki, onun nişanlısı var yenə də onunla gəzirdin ?
Aysel dedi :
- Əli, mənim sevgilim idi. Amma hər şey çox qarışdı. Nə isə bir səhv baş verib. Neçə il onu tanıyırsan ?
Leyla:
- Üç il tamam olacaq. Biz həftənin cüt günləri bu dama çıxardıq. Tək günləri işə gedəri.
Aysel :
- Mən də onunla bir ildir tanışam. Onunla tək günlər görüşürdüm. Cüt günlər güya işi var idi. Amma əslində səninlə görüşürdü! O bizim ikimizi də aldadırdı.
Leyla :
- Əclaf !!! Keçən həftə demişdi ki, yeni mahnı yazmaq istəyir adı "Aysel" . Sənin adın nədi ?
Aysel başı ilə təsdiqlədi. Leyla dedi :
- Deməli ikimizlə də oynayırdı. Əclaf! Mən də ona görə özümü atmaq istəyirdim. Alçaq!! Yalançı ! Fırıldaq! Deyirdi ki, evlənəcəyik .Özü də sənin kimi qızlarla fırlanırdı.
Leyla damın ortasında oturub dizlərini qucaqlayıb ağlamağa başladı:
- Hhh..hhh … Həmişə belə olur. Gözəl oğlanlar sadəlöv qızları aldadır. Necə ona inanırdım? Elə bilirdim ki, ən yaxşı oğlan odur. Elə bilirdim ki, sevir məni. Amma əslində yalançının biri idi. O mənə layiq deyildi. Zibil ..Yaxşı oldu, öldün. Yaxşı oldu sənə..Məni oyuncaq kimi oynadırdın.
Aysel də hönkürüb ağlamağa başladı. Bir anın içində bir illik sevgisi nifrətə çevrilmişdi. O Əliyə nifrət edirdi. Əli ona layiq deyildi. Onu aldatmışdı. Zibil yerinə qoymuşdu. Aysel göz yaşlarını silib ayağa qalxdı. Sonra Leylaya baxıb dedi:
- Axmaqlıq eləmə ! Özünü atma ! O buna layiq deyil !
Sonra çantasını götürüb yavaş -yavaş pilləkənləri enməyə başladı. Addım səsləri getdikcə uzaqlaşıb blokun sükuta qarışdı. Bir az da gözləyəndən sonra Leyla gözlərini silib gülməyə başladı. Bu an telefonuna zəng gəldi.
- Alo
- Alo Nərgiz , haradasan, qızım ?
- Damdayam, ata . Binamızın damında.
- Nə edirsən orada ? Düş gəl evə .
- Heç , quşlara baxırdım. İndi gəlirəm.
Nərgiz telefonu bağladı. Əslində Nərgiz bu binanın sonuncu mərtəbəsində qalırdı. Hər dəfə damlarına kimsə çıxanda evlərindəki çilçıraq əsirdi. Nərgiz bir ildən çox idi ki, eyvanlarında oturub, həmişə damlarına çıxan iki gəncin söhbətini dinləyirdi. Onlar Nərgizi tanımasalar da Nərgiz onlara çox bağlanmışdı. Dünən televizorda Əlinin öldüyünü eşidəndə bildi ki, Aysel yenə bu dama qalxacaq. Qalxacaq ki, özünü atsın. Ona görə Nərgiz belə bir nağıl fikirləşdi. Düzdü, Əli yaxşı oğlan idi. Damlarında oxuduğu mahnılar da, Ayselə dediyi sözlər də, danışdığı əhvalatlar da çox maraqlı idi. Amma Ayselin yaşaya bilməsi üçün o Əliyə nifrət etməli idi. Ayseli güclə də damdan qırağa çəkmək olardı. Amma o bu yenidən dənəyərdi. Alınana qədər. Bu nağıldan sonra isə o bir də özünü öldürmək istəməz. O daha Əliyə görə ağlamayacaq. Onun yanına getmək istəməyəcək. Həyatını yenidən başlayıb Əlini kiçik bir səhv kimi unudacaq. Bəlkə belə daha yaxşıdır ? Bəlkə itirməkdənsə nifrət etmək daha yaxşıdır?
Bilmirəm. Bircə onu bilirəm ki, bəzən tanımadığımız insanlar bizə bizdən də yaxın olur.

ŞEYTANIN DUASI

Gecənin ən qaranlıq vaxtı idi. Bütün insanlar və qarışqalar öz yuvalarında yatırdılar. İnsansızlıqdan qapısını toz basmış məscid kimsəsiz küçələrin dərin qaranlığında, əbədi sükutunda tənhalıq yuxusunda idi. Qəribə bir bürkü var idi. Bu şəhərin yuxusunda qəribə bir hürkü var idi. Bu şəhər gündüzləri bərbəzəklə bəzənən, süslənən, daranan, gecələri isə bütün süni bəzəklərini çıxarıb yataqlarında uyuyan əsl simalarında eybəcər olan gözəlçələrə bənzəyirdi. Bu şəhər çirkin yağışdan sonra qalan gölməçələrə bənzəyirdi. Heç bir canlı bu dərin sükutu pozmağa cəsarət etməzdi. Amma cəsarətli bir kəs addım səsləri ilə bu sükutu pozdu. Qara libasına bürünmüş bu yad qaranlığa qarışaraq addımlayırdı. Qara uzun paltarı yer ilə sürünür, sanki bütün zülməti özü ilə dartıb aparırdı. Yavaşca məscidin qapısını açdı. Qapı tük ürpədici bir səs çıxardı. Bu məscidin çəkdiyi "ah" idi. Axır ki onu yada salan olmuşdu. Amma bu sevinc "ah"ı bir an içində qəm fəryadına çevrildi. Məscidin qonağı var idi. Amma bu qonağı məscid heç gözləmirdi. Qara uzun libasına bürünmüş qaranlıqdan seçilməyən bu simada qan rəngli iki göz parlayırdı. Bu şeytan idi.
Şeytan məscidin çirkli xalçasına,rəflərdəki toz basmış Qur'anlara, köhnə minbərə baxdı. Bu mənzərə onu dəhşətə gətirdi. Sonuncu dəfə məscidə girəndə yüzlərlə minlərlə müsəlman ona o qədər lənət yağdırmışdı ki, çıxış yolu tapmayıb özünü minarədən atmış və üç gün özünə gələ bilməmişdi. İndi isə boş məscidə baxır və yazığı gəlirdi. Düşmənlərinə yazığı gəlirdi. Bir az irəlilədi, üzünü Qibləyə tutdu və diz çökdü.O özü də bilmirdi nə edirdi. Amma əlacı yox idi. Əllərini açdı və duasına başladı.
"Bismilləhirrahmənirrahim"
"Ey uca və qüdrətli Allah, sənə dua etmədiyim 100000 il oldu. Özün bilirsən sənin rızan üçün necə darıxmışam. Keçmiş vaxtlar yadıma düşür. Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl yadıma düşür.
Sənə etdiyim ibadətlər yadıma düşür. Mən sənə hər kəsdən yaxın olmuşdum. Mən xoşbəxt idim. Sonra sən insanı yaratdın. Və mən günaha batdım. Böyük günaha. Məni oradan qovdun. Mənə Cəhənnəmi qismət etdin. Yox,mən tövbə etməyə gəlməmişəm. Sözümüz sözdür. Qiyamət gününə kimi insanları sənin yolundan çıxaracağıma söz vermişdim. Sən də mənə vaxt verdiyini söz vermişdin. Amma indi hər şey başqa cürdür. Əvvəllər mən insanları sənin yolundan çıxara bilirdim. İndi isə heç kəsi yoldan çıxara bilmirəm. Heç kəsi pis yola sala bilmirəm. Çünki insanlar özləri pis yola gedir. Mənə heç ehtiyacları yoxdur. Məni də üzən,kədərləndirən elə budur. Özümü çox lazımsız hiss edirəm. Heç bir işə yaramayan bir məxluq oldum. Həyatımın mənası insanları pis yola çəkmək idi. İndi isə həyatımın mənası itib. Yalvarıram uca Allah mənim bir duamı qəbul et. Yalvarıram dünyaya yaxşı insanlar gətir. Mən də onları yoldan çıxarmağa çalışım. Boş durmayım. Boş durmaqdan ürəyim partlayır. Yalvarıram dünyaya yaxşı insan gətir."
Qara libaslı bu yad duasını bitirib, göz yaşlarını silib yavaş-yavaş addımlayıb məsciddən çıxdı.
Qara libası yer ilə sürünərək qaranlığa qarışdı və qara libaslı yad zülmətdə yox oldu.
Soyuducudan məktub
Bilirsiniz mən indi haradayam? Mən soyuducunun içindəyəm. Mən bu axmaq soyuducunun içindəyəm. Soyuducunun içindən məktub yazan adama nə deyərsiniz? - Dəli.
Mən də deyərdim. Iki ay əvvəl bu restoranda işə düzəldim. Hər şey yağ kimi gedirdi. Bu günə kimi.
Amma o sarsaq italiyanın meymunu masanın üzərinə çıxıb şamları süfrəyə yıxmasaydı mən indi soyuducuda son sözlərimi yazmazdım. İndi həmişəki kimi oturduğum menecer otağında çayımı içərdim. Bilmirəm necə oldu amma süfrə birdən-birə alışdı.Bəlkə içkilərdəki spirtə görə alov belə güclü oldu. Bilmirəm.. Tərslikdən döşəməni də səhər spirtli məhlulla silmişdilər. Par- par parıldayırdı. Süfrədən bir parça od yerə düşən kimi bütün restoran alışdı. Mən yanğın söndürəni götürmək istədim amma gec idi. Bütün restoran yanırdı.
Divardakı rəsmlər , pərdələr, xalçalar, masalar. Alov bara çatanda partlayış baş verdi. Camaat qaçmaq istəyirdi amma qapı tərəfdə alov lap güclü idi. Adamlar pəncərədən tullanırdı. Mən isə çatdırmadım. Hər şey bir dəqiqənin içində baş verdi. Od məni qova-qova mətbəxə saldı. Beş saniyənin içində mətbəx də alışdı. Mən də məcbur olub bu soyuducuya girdim. Soyuducu otaq kimi böyükdür- evdəkilərdən deyil. Içəridə də mənfi 48 dərəcə şaxta var. Indi mən nazik köynəkdə bu soyuducunun içində donuram. Soyuducunun qapısını da içəridən açmaq olmur. Lap açsam da alov məni yandıracaq. Mən donuram!!! Həyatın ədalətsiz və mənasız olduğunu bilirdim. Amma bu qədər mənasız yox daa. Mən belə ölmək istəmirəm. Istəmirəm desinlər ki " Restoranda YANĞIN baş verdi və o DONDU " . istəmirəm ölümüm bu qədər düşük olsun. 15 dəqiqədir buradayam. Artıq dodaqlarım çatlayıb. Bütün bədənib göyərib. Yanğının içində donuram. Bütün həyatımı karyera qurmağa sərf etmişdim. Hər şeyin yaxşı getdiyi bir vaxtda bütün planlar puç oldu. Mənim bioqrafiyamda 4 cümlə yazılacaq. Doğuldu , oxudu , işlədi , öldü. Dördü də boş və dəyərsiz. 5 ildən sonra məni hamı unudacaq. Amma bir gün yanğın söndürənlərdən biri öz nəvələrinə danışacaq ki , yanğın zamanı donan birisi də olmuşdu. Nəvələrin ağzı açılı qalacaq. Baba isə sevinib bu hekayəni ətraflı danışacaq.uşaqlar qulaq asıb üzüləndə onlardan ən kiçiyi qaqqıldayacaq. Sonra digər uşaqlar da güləcək. Ehhh…
Artıq yaza bilmirəm , barmaqlarım donur. Son söz olaraq demək istəyirəm:
RESTORANINIZA MEYMUNLU İTALİYANLARI BURAXMAYIN!
ƏN ƏSASI: YANĞIN ZAMANI SOYUDUCUYA GİRMƏYİN!