Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

Orxan MUXTARLI
HƏYATIN QANUNU!


 
Qaranlıq, tozlu bir yerdə bir ğzğ ğstə nə qədər uzanmaq olar?! Onlar da ğstğmdən o yan-bu yana şığıyırlar. Bir anlıq özümü insan saydım, amma qəbiristanlıqda, ölü kimi. Nə yaxşı ki, insan deyiləm. Ən azı bu iyrənclər məni yeyərək məhv edə bilmirlər. Eh... həyata bax.

Səs.

Gğlğє səsləri.
Darvazalar açıldı.
Yenə gəldi vəhşilər. Gülümsündüm. O vəhşilər olmasaydı sən hələ də torpağın içində ölüm yuxusunda idin və heç vaxt da işığı görməyəcəkdin. Səni düzəldənə belə demə! Qapılar bağlananda "baxarsan" qışqırdılar.Məni eşitmişdilər. Nə yaxşı. Nə qədər qışqırıram burada mənə səs verən yoxdur. İnsan olsaydım dəli olardım.
Maşın evin qarşısına çatdı.Deyinirdi:
-Səni mən istidə belə qaçırsam xoşuna gələr?!
Dinmədim. Tanımadığımdır. Nə isə deyərəm söyər məni. Hamı əlində bir bağlama ilə maşından endi.Bu dəfə adam çox idi. Baqajdan qoyunu çıxartdılar. Ola bilməz yenə də. Axı niyə? O nə edib axı?
-Qızım, şişləri get qumla təmizlə, sonra da suya çəkib mənə gətir.
-Oldu ata.
Tappıltı səsi eşidilirdi.Getdikcə addım səsləri möhkəmlənirdi.
-Yox yenə də?!
Dolabın ağzı açıldı.Gözəl, qəhvəyi saçlı, ala gözlü qız yumşaq,xırda əlləri ilə bizi götürdü.Sevinirdim.Axır kirimi siləcəklər.Hamı nə isə işlə məşğul idi. O...cəlladı gördüm.Əlində böyük bıçağı götürüb daşa çəkirdi.Bıçaq xırt-xırt qışqırırdı.Hiss olunurdu ki, əziyyət çəkir amma bu əziyyət ona həzz verirdi.
-Yenə?
-Hə uzumu yenə qanla yuyacam.
-Axı o öləcək.
-Nə olsun ki, ya üləcəksən, ya da üldğrəcəksən.Nə etməli.
Onu qınamıram.O öldürmək üçün yaradılıb.Biz onu qınayırıq.Axı o nə edə bilər, onu yaradan ayrıdır.Axı ondan istifadə edən də ayrıdır. Axı o öz başına deyil (insanların özü kimi). Balaca mələk incə əlləri ilə məni o birilərindən ayırdı. Şişin biz ucunu torpağa sancdı. Tanış səs gəldi.
-Ayə sən burada nə edirsən?
-Tanımadım səni. Sən kimsən?
-Eh...Mən tanınmaz haldayam. Yadındadır keçən il qoyun gətirmiєdilər ee.
-Hə?!
-Qabırğanı sənin üstündə çəkdilər. Orada bir ət vardi eee. O səninlə danışırdı. O mənəm.
-Ola bilməz! Necə olub ki, sən bu hala dğєmğsən?
-Eee... Uzun sühbətdir. O qədər şeylər başıma gəlib ki, danışsam ürəyin ağrıyar
-Gürğrəm,nə gğndəsən. Həyat belədir. Nə etməli.
Su quyusunun yanına gedib məni suya çəkdilər. Elə balaca qum dənəsi suya qarışıb. Yenə də yola dğєdğ. Heç sağollaşmağa macal tapmadan. O ki, var yuyundum. Bu yağ, kir bir ildir ki, ğzərimdədir. Bir il üzğmə nifrət edərək uzanmışdım bir qıraqda, amma sağ olsun indi özümü gümrah və təmiz hiss edirəm. Bizi o yumşaq əllərinə götürüb, yuxarıya aparanda qoyunu gördüm. O, ağlayırdı. Necə deyərlər mən bu hala adətkaram. Hər il bu hadisələr təkrarlanır.

QOYUN:

- Yox istəmirəm axı. Mən nə gürdğm ki?!
Kişinin əlində gün işığı dəydikcə parlayan bıçağı görüb daha da həyacanı artırdı. Bıçaq isə ona gülərək, göz vururdu.Onun günahı nədir ki, o qoyundur.Axı hamımız onun yerində ola bilərik.
-Yox ola bilmərik!
Yoldaє єiє dilləndi:
-Biz özümüz nə olacağını seçmirik, amma artıq seçim olub və yer kürəsinə göndərilib. Qız o yumşaq, mələk əlləri ilə bizi masanın üzərinə qoydu. Sıra bıçaqda idi.
-Hə vaxtdır oğlum, gəl ayaqlarını tut!
-Gəldim ata.
Qoyuna züvqverici bir obyekt kimi baxırdı. Bıçaq da indi bu halda idi.
-Hə indi iєin bitəcək.
-Yox etmə. Axı məni öldürməklə nə qazanacaqsan ki?
-Mən onun üçün yaradılmışam. İndi səni kəsməsəm lazımsız olaram və tullanaram zibilliyə...
-Narahat olma hər єey bir anda olacaq!
Qoyunun güzlərində qəribə parıltı var idi. Ağlamaq istəyən kimi idi. Çox gözəl anlayırdı ki, onsuz da nəticə dəyişməyəcək. O, bu gün ölməlidir və artıq bununla barışmışdı. Balaca oğlan gəlib qoyunun ayaqlarını bağladı.Əlləri ilə də bərk-bərk tutdu ki, çırpınmasın. Qoyunun yadına atası düşdü. Qara qoz idi. Hamı ona şəkil kimi baxıb, pərəstiş edirdi. Amma bir nəfər ona çoxlu pul verərək onu qurban edilməsini tələb etdi və onun əl-ayağını beləcə bağlayıb boğazını iti bıçaqla üzmüşdülər.Amma hələ də atasının baxışlarını unutmamışdı. Boynu vurulanda da onun gözü övladında idi. Onun fikrini dağıdan buynuzunu arxaya dartan əllər oldu. Bu kişinin əlləri idi. Balaca insan övladı diqqətlə atasının hərəkətlərinə fikir verirdi. Atası oğluna göz vuraraq:
-Bərk-bərk tut haaa!
Uşaq əlləri ilə daha da ayaqlarını sıxdı.

QOYUN:

-Bıçağın soyuq nəfəsini hiss edirdim. Bu nəfəs soyuq və iti idi. Qorxurdum. Bu nəfəsdən bilirdim ki, nə vaxtsa öz üzərimdə hiss edəcəm, amma yenə də ürəyim yerindən çıxırdı.
Artıq gec idi. Bıçaq onun boğazında idi. Bir hərəkətlə qan fontan kimi fışqırdı və qoyun çırpınmağa başladı. Uşaq artıq ayaqları tuta bilmirdi .
-Burax çırpınsın. Qoy qan çıxsın bədənindən.
Uşaq əllərini həyacanlı şəkildə buraxaraq,kənara atıldı və bir canlının necə məhv olunduğuna seyr edirdi. Mən isə masanın üzərində uzanıb bu görüntüyə bir daha şahid olmağa məcbur idim. Kişi qoyunu diri-diri götürüb ağacdan asılan ucu biz dəmirə ayağını keçirdi. Qoyun isə çırpınırdı və qan daha da sürətlə axırdı. Bıçaq üzü qanlı və özündən razı halda yenə göz vurdu.Kişi bıçağın üzərindən qanı silib qoyunun dərisini soymağa başladı. Bir anda qıraqda duran oğlancığaza fikir verdim. O qorxu içində idi. Dəhşətlə atasının necə canlını məhv etməyinə baxırdı.
-Oğul, kənarda dayanma. Gəl bunları əlimdən al. Kişi əlini qoyunun vücuduna salıb içalatını oğluna çevirdi. Oğlancığaz birinci dəfə idi ki, canlının ürəyini əlində tuturdu.Bir qədər fikrə gedib,çiynini çəkib, tez anasının yanına qaçdı. O, cəllad, sadist bıçaqla qısa müddət öncə canlı olanı param-parça etdi. İşini bitirmiş kişi özündən razı şəkildə süfrənin başına keçdi.
-Az mənə zay ver. Gğn məni üldğrdğ. Canım yanır susuzluqdan. Bir də get o əti basdırma elə. Üzğnğ tutsun. Kabab edərəm sizin ğzğn. İndi isə uşaqlar, gedin hazırlaşın, gedirik dənizə. Gələnə qədər ət üzğnə gələr.
Əti basdırma etdilər. Sonra hamı çimərlik paltarlarını geyinib maşına doluşdu və yollandı dənizə. Mən isə böyrü üstə uzanmış şəkildə bu zülmün haçan bitəcəyini fikirləşirdim. Hələ əsas işlər qarşıda idi: "Kababın bişirilməsi". Mən buna bir daha düzə bilməyəcəyəm. Bir saat keçmişdir ki, maşın səsi eşidildi. Gəlirlər. Ürəyim olsaydı, həyəcandan bərk-bərk döyünərdi, amma həyəcanlı olmağıma, həyacanlıydım. Nəhayət ki, maşından düşüb evə girdilər. Əyinlərini dəyiєib zay sğfrəsinə oturdular.
-Ürəyim yanır, bir stəkan çay içim, durub sizə bir kabab bişirəcəm ki, ömrünüzdə belə kabab yeməmisiniz. Ət üzğnə gələr. Gətir baєlayaq!
İri qazanı içəridən gətirdilər, kişi qapağı açıb ətləri dərindən iylədi.
-Oxqay... Ətin ətrinə baxeee. Ləzzət... Ziy-ziy yeyərdim. Manqalı hazırla, oğlum.
Oğlan doğranmış taxtaları gətirib manqalın üzərinə yığdı.
-Ata, hazırdı yandırım?
Ağacların səsini eşidirdim. Onlar deyinir,qorxurdular. Həyəcanları hiss olunurdu.Kişi bir şüşə nöyütü gətirib, tökdü ağacların üzərinə. Kibriti çəkib, atdı taxtaların üzərinə.Görüntü dəhşətli idi. Ağacların ahu-zarı ətrafı bürümüşdü. Kişi bu səsdən həzz alırdı.
-Bax bu romantikadır. Dinlə, bu yanan ağaclar bir məhəbbət dilinə bənzəyir.
Dil olmasına dil idi, amma bu dil məhəbbət yox nifrət dili idi (təsəvvür edin, sizi bir yerə yığıb yandırırlar və siz də qışqırırsınız.Bu səsi kim isə məhəbbət dili adlandırır.Bilirəm nə deyəcəksiniz. Bunu deyən adam manyakdır. Aha...Sizə elə gəlmir ki, biz manyak deyilik?!). Ağaclar yardım diləyirdi. Ağacların kənarlarından göz yaşları axırdı. Dəhşətli səhnəydi, amma heç kim bunun qarşısını ala bilmirdi. Ağaclar yanıb qurtardı, səs səngidi, ancaq arada eşidilirdi səslər. O da yaralı insan səsinə bənzər səs idi. Yanmaqda olan kümğrlərin səsi. Kişi əlinə ətləri götürüb baxırdı:
-Əla ətdir.Deyirəm də quzu ətindən başqası yalandır
Təsəvvür edin ki, sizin övladınızın ətini belə əlinə kim isə götürüb, bu sözləri deyir.Necə hiss olar o şəxsə qarşı?!
Şişə bir-bir çəkib odun manqalın üzərinə qoyurdu. Sıra mənə çatdı. Məni əlinə gütğrğb ğz tikə əti mənə kezirdi. Daha da ağırlaşdım və odun üzərinə qoydu. Düzğlməz hiss idi. İsti məni yandırırdı, amma fikrim üzərimdəki ətlərdə idi. Axı onlar nə vaxtsa diri idi. Məndən fərqli olaraq od ğzərində olan pomidorlar, ətlər ağlayır və qışqırırdı.Öz dərdim yadımdan çıxmışdı, ancaq onların qışqırığını dinləyirdim. Bir az təskinlik vermək istədim.
-Az qalıb, bir az da dözün.
-Hə yaxşı, bundan sonra bizi nə gözləyir.
Pomidor ağlayaraq deyinməyə başladı:
-Mənim nə günahım vardı axı? Əvvəl məni anamdan, ailəmdən məcburi surətdə ayırdılar, sonra da burada od üzərində bişirirlər. Axı mən heç kimə heç nə etmirəm.
Əlimdən ancaq dinləmək gəlirdi.Öz dərdim yadımdan çıxmışdı və ya yadımdan çıxartmağa çalışırdım.
Kiєi єiєləri bir-bir gütğrğb oyan-buyan zevirib , bəh- bəh edərək təzədən manqala qoyurdu.
-Hə....Az qalıb gətirin buludu.Hazırdılar.
Balaca qızcığaz tez evə qaçdı və balaca əlləri ilə böyük buludu gətirdi.Kişi bir-bir şişləri götürüb əli ilə ətləri,badımcanları və pomidorları ayrı-ayrı buludlara boşaldırdı. Elə olurdu ki, tikə ətin bir hissəsi şişdə ilişib qalırdı. Kişi bir çəngəl götürüb dartışdırıb əti güclə parçalayıb buluda atırdı.İş bitdikdə isə bizi elə masanın üzərinə atıb keçdilər əsas məsələyə.Mən bilən gördüklərimdən ən dəhşətlisi elə indi başlayırdı.Hansısa canlının bir əzasını ağzında marçıldadaraq, o yan bu yana çeynəyib udacaqdılar. Hamı yığışdı süfrənin başına və hərə bir ət götürüb ağzına salıb gəmirməyə başladı. Mənim ğzün bu hal çox ağrılı idi. Hər marçıltı səsində qoyunun mələşməsini eşidirdim. Qəribəsi bu idi ki, məndə qəlb və digər hisslər yoxdur. Amma bunları düşünürəm, onlar isə yox.Ancaq ağızlarında olan ətin dadı barəsində düşünürlər.Axır yeyib bitirdilər, keçdilər samavar çayını içmək mərasiminə. Kefləri kök idi, hamı deyib gülürdü, heç kim bayaqkı canlının tələf olunmasını düşünmürdü belə, amma gözüm balaca qızcığaza sataşdı. O, diqqətlə qoyunun kəlləsinə baxıb düşünürdü. Anası qızının belə halda olduğunu görüb onu arxadan qucaqladı.
-Mənim quzum nə olub belə? Niyə kənarda dayanmısan?
-Heç... bayaqkı qoyun haqda düşünürəm. Axı o da canlı idi, indi isə yox. Deyirəm həyat niyə belə qəribədir?
Yerdən bir dozanqurdu götürüb anasına göstərdi:
-Bax, istəsəm onu yaєada da bilərəm, istəsəm üldğrə də bilərəm.
Həşəratı əzərək öldürdü. Çaşmış halda qızına baxdı. Qızının belə edəcəyini heç ağlına belə gətirmirdi. Tez özünü toparladı:
-Qızım, sən niyə belə düşünürsən? Allah baba onu göndərib ki, biz onu qurban edək.Qoyun sevinir ki, onu biz qurban edirik.
Qız iri gözləri ilə anasına baxdı:
-Doğurdan ana?
-Hə qızım, əlbəttə. Allah baba hər şeyi bizim üçün yaradıb. Onlar olmasa biz qidalana,geyinə bilmərik.
-Hmmm... İndi anladım. Onda o bilirdi və biz onun ğzğn böyük yaxşılıq etmişik.Hə ana?
-Hə qızım.
- Onda indi mən də bir-bir cücüləri öldürərək onlara yaxşılıq edəcəm.
-Yox qızım, əgər bir şey sənə lazım deyilsə, onu elə -belə öldürmək olmaz.
-Onda niyə sən evdə ağcaqanadları və milçəkləri öldürürsən?
- Hmmm...(ana gğlğmsədi).Yox... Onlar ziyanvericidir ona gürə.
-Bəs bunlar? Bunlar da ziyanverici kimidir də. Evə girəndə üldğrğrsən.
-Ay sağ ol, evə girəndə həəə... Elə-belə üldğrmək olmaz.
Qız anası ilə razılaşdı. Əslində razılaşmalı idi də. İnsanların nə günahı? Həyat belə qurulub, əgər yaєamaq istəyirsənsə kimisə məhv etməlisən. Bu süz bğtğn mənalarda kezərlidir.
İşlərini bitirəndən sonra yır-yığış başladı. Sümükləri itə atdılar, zibilləri iri qutuya qoydular, qalın əzəları qonşuya verdilər.İndi evə getmək vaxtı idi. Sıra mənə gəldi. Məni yenə də yağlı-yağlı qoydular bayırdakı dolaba və qapısını bağladılar. Dərd orasında idi ki, mən kirdən iyrənmirdim. Demək olar ki, bu hala öyrəşmişdim. Sadəcə o qoyunun əti mənim üzərimdə bişib və onun yağı mənim üzərimə tükğlğb. Gələn dəfəyə qədər bu kir, bu xatirələr mənim ğzərimdə olacaq. Qapı açıldı, darvazalar dilləndi:
-Gördün bunları? Yenə kim isə məhv edib gedirlər.
Mən hez nə demədim. Sadəcə susdum, heç kimi gunahlandıra bilmirdim. Bu həyatın qanunudur, ancaq bir fakt var idi. Bu gün burada bir canlı öz canından məhrum edilmişdir.
Bu dünyada heç nə əbədi deyil. Dünyanın özü belə!