Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

Günel RÜSTƏMOVA


 
HƏYATIN ÇIXMAYAN TƏBII BOYALARI…

Buxarlanan pəncərəyə toxunan əlim
Orda hisslərimin şəklini çəkdi…
Gözlərim boyadı o şəkilləri,
Sonra da əlimi şüşədən çəkdim.
Kənardan baxdım alıcı gözüylə
buxarlı pəncərənin hisslər əsərinə -
mənzərə gözəldi ,amma deyəsən
artıq işlənmiş boya süzüldü yerə.
Mən də dizlərimi yerə qoyaraq,
süzülmüş boyanı əlimə siyirdim.
Daha sonra boyanı yerinə qaytarıb
bəlkə yenə də lazım olar dedim.
Gözlərim isə mənim dediklərimi
təkzib edib, özünə haqq qazandırdı:
"Hisslərə qapalıb boyanı zay etməkdənsə
səbirlə işləyərdin qalanı qalardı" - dedi.
-amma haqlı da idi.
Gözlərimin dediyini düşünənədək
pəncərəyə toxunan əllər onu sildi
Amma o qədər də heyfislənmədim.
Çünki şüşədən təmiz boyalarla,
səbirlə işlənmiş həyat görünürdü…

İNCƏ QƏLBLƏR

İnsan sevilməyə məhkum bir quldur -
çiçək sevilməsə, çox vaxtsız solur…
Ömür pəncərədən görünən yoldur -
amma pəncərə də pərdəsiz olmur…
Yolun ucundakı yaşıl işıqlar
üstünə yağış çilənmiş çəmənə bənzər.
O bir çəməndir ki orda gəzilər,
amma ehmalca, yoxsa əzilər…
İnsan qəlbi də belədir zərif, incədir
şirin sözlər zərif qəlbin ürəyincədir
sevilməyə məhkum bu incə qəlblər
sevənin həm hüzur, həm əmrindədir.

ÖZÜNSƏN

Qələmin vərəqə toxunduğu an
Hələ yazmaq sayılmaz.
Kibrit samanlığa düşübsə əgər
Qorxmağa tələsmə
Bəlkə də yaşdı yanmaz…
Insan var bir damcı suda boğulur düşüncə inanılmaz
Insan da var istərək dənizə qərq olur cana heç nə olmaz
Görəsən nədir bu sandığın içində sirrlərini bilmirik
Açarını əlimizdə tutmuş gözlərkən qıfılın itiririk
Dünya bir sandıqdır içinə girmək üçün
qıfıl tapılmalı açarı salmaq üçün
bir insan beyni onu tapmağa qadir
lakin onu tapmağı bizə ALLAH əmr edir
məhz bunu üçün də ağıllı beyin
kortəbi şəkildə yaşlanmaq istəməz.
Elm dəryasının yanından keçib,
Artıq bilirəm deyib müşriklik etməz.
Odur ki ,ey insan ayaqlarınla addımladığın yolu ömr xəritən bil
əgər ki bunları bilirəm desən , nə açara, nə qıfıla olar ehtiyac,
çünki sirrlərin açarı insan beynindədir.

SÖZÜM SAHIBIMƏDIR

duz oldum aydınla gözündən süzülüb
yanağına, dodağına iz alıb keçdim
ağrını,acını canından çıxardım
onları çiynimə yük alıb getdim
rahat sandım əvvəl getdiyim yolu
ta ki çənənə çatmışdı bu rahatlığım
dedim addım saxlayım, bir az dincəlim,
əllərin qoymadı çənəndə qalım.
əvvəl əlinin üstü kəsdi yolumu
əlində, ovcunda quruyub getdim
hələ bu hərəkət yetməmiş kimi,
barmaqların da izimi sildi mən bittim
bircə kirpiklər qalmışdı vəfalı mənə
əllərin gedərkən onun üstünə
tikan tək batırdı o əllərinə
yenə qəddarlıq elədin hissiyatsızsan
tikan əllərinə batır sən anlamırsan
mənsə çox sadiqəm etdiklərinə
gözə dedim yumub keçdi, etmədi inad
səndən ancaq sevinərkən çıxmaq istərəm
bu acı soğandan ötrü etmə narahat.


GƏLƏCƏYİN KEÇMİŞİ

Vaxtı keçmişə buraxdım,
yanında uşaqla gəldi dönüb gələcəyə baxdım
qoca bağban ,
gözlərini əkdiklərinə baxaraq gözləyirdi
mənə bənzəyirdi bir az
amma saçları ağ idi
üzündə həyat yolları
alnındakı cığır idi
hey dikirdi gözlərini əkdikləri ağaclara
barlarını gözləyirdi nübar edə sevinc dada
günlər aylar belə keçir
ağacları bar verirdi, hey dadırdı o barları
sevindikcə sevinirdi
şirin idi həyat ona xəmrindəki şirinlik tək
sevinirdi qoca gözlər mən yuxudan duranadək
isti ocaq kənarında kitabımı oxuyarkən
qəflət yuxusuna gedib ömrümü səhifələmişəm
amma bir az təəccüblüyəm ki, o qədər sevincləri ,
xoş günləri görmək üçün görən çoxmu işləmişəm,
çoxmu əziyyət çəkmişəm
düşünürəm düşündükcə
işləyirəm işlədikcə
gecə -gündüz hey çalışıb
gördüklərimi gözlərim açıqda da görmək üçün
tər tökürəm ümüdlərə sabah barın görüm deyə
o sevinci dadım deyə
ömrümü həsr edəcəyəm
gələcəyin keçmişinə.