Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


 

Kofi şalvarının jibindən pul götürüb saydı və razı görkəm alaraq nömrədən çıxdı. Yataqxananın geniş, uzun dəhlizində heç kəs yox idi. Son bir neçə ayda Kofinin bu açıq-sarı rəngli, qəhvəyi linoleum döşəməli dəhlizə xüsusi bir doğmalığı yaranmışdı. Bu, birdən-birə, qəflətən baş vermişdi. Səbəb də onun dəhlizi çimərliyə bənzətməsi idi. Təsəvvürü nə qədər qəribə olsa da, o, kəşfinə hədsiz sevinirdi. Bəzən hətta bu tapıntısından əylənirdi də. Məsələn, ara-sıra dəhliz boş olanda gözlərini yavaş-yavaş qapayar və fikrən uzaq okean sahillərinə qayıdardı. Öz xəyalına tamam inandıqda, eyni minvalla yavaş-yavaş gözlərini açardı. Bu vaxt o, özünü linoleum döşəmədə deyil, yalın ayaqlarla qızıl qumların üzərində yeriyir kimi hiss edirdi. Tavandakı lüminessensiya lapmaları onda günəş təsəvvürü yaradırdı. Kofi bu jür xəyallara qapılaraq hətta bəzən azajıq tərləyirdi də. Amma dəhlizin sonundakı pənjərədən mavi səmanı görünjə tezliklə sərin dənizin qujağına atılajağı fikri onu azajıq da olsa sərinlədirdi.
Kofi son zamanlar çox darıxırdı. Səhər universitetin kitabxanasında bilgisayar arxasında oturmuşdu. İnternetdə səhifələri gəzərkən təsadüfən "Google"-un xəritələr bölməsi ilə rastlaşdı. Doğma şəhərinin adını yazıb, axtarış etdi. Səhifə yeniləndi və süni peyklə çəkilmiş şəkillərdən ibarət şəhərin xəritəsi açıldı. Sevinərək tələm-tələsik xəritədən mausla yapışıb, çəkə-çəkə evlərini axtarıb tapdı. Bitirdiyi məktəbi, hər axşam gəzdiyi məhəlləni, evlərinin önündən keçən maşın yolunun yuxarıdan şəkillərini gördükdə çoxdan yoldaşına çevrilmiş həsrət hissi yenidən onu yaxaladı. Gözləri dolsa da, bu virtual dönüşə çox sevindi.
Kofi indi də dəhlizdə addımlaya-addımlaya özünü çimərlikdə təsəvvür edirdi. O, pənjərəyə çatınja sağa döndü və pilləkənlə aşağı endi.

***

Janım, Kofi, nejəsən? Dərslərin nejə gedir? Rus dilində yaxşı danışa bilirsən? Bizdə hər şey yaxşıdır. Atan işləyir. Mən isə hər gün ona xörək hazırlayıb, gəlişini gözləyirəm. Axşamlar tez-tez sənin haqqında fikirləşirik, məktublarını müzakirə edirik... Çox darıxırıq, Kofi. Sən gedəndə elə balaja idin ki. Amma indi şəkillərinə baxa-baxa deyirəm, nə tez böyümüsən. Üç il də az müddət deyil. Dünən nənə bizdə idi. Soruşdu ki, səndən nə xəbər var. Mən də sənin son məktubunu ona verdim. Atan bir neçə gün əvvəl çap eləmişdi. Nənə oxumağa başlamışdı ki, heç beş dəqiqə keçməmiş birdən məktubu öpüb, ağlamağa başladı. İstədim, sakitləşdirəm, amma elə mən də ona qoşuldum... Hərdən kədərlənəndə fikirləşirəm ki, səni Rusiyaya oxumağa göndərmək lazım deyildi. Əlbəttə, anlayıram , haqlı deyiləm. Bizim şəhərdə heç kimin bajarmadığı çətin imtahanı verdin.. Amma bilirsən də nejə kövrəyəm.. Hər şey çox gözlənilməz olmuşdu, axı...
Özündən muğayat ol, janım. Çoxlu meyvə, vitaminli xörəklər ye. Quru yeməkdən daha çox, duru şey yemək lazımdı.Yoxsa mədəni xarab edərsən.
Öpürəm səni, oğlum. Qayıdanda sənə o qədər sevdiyin yeməklərdən bişirəjəm ki, barmaqlarını yalayajaqsan...

***

Kofi ikinji mərtəbəyə enib, mağazaya girdi. İçəridə gözəlliyinə məftun olduğu satıjı Sveta vardı. Kofi həmişə onunla söhbətdən zövq alardı. Sveta qızıl saçlı, göy gözlü javan bir qız idi. Kofi bir neçə dəfə onu yataqxananın giriş qapısının qabağında öz oğlanı ilə bir yerdə görmüş və oğlana qibtə etmişdi. Hərdən təəssüflənirdi ki, nəyə görə Sveta ilə ilk görüşdən sonra onunla münasibət qurmayıb, bu oğlanın yerində olmayıb. Lakin üç il əvvəlki həmin ilk görüş uğurlu alınmamışdı. Kofi birinji dəfə mağazaya girəndə Svetaya nə alajağını nejə başa salajağını bilmirdi. Ona görə ərzaqların adlarını ingilisjə deyirdi. Sveta isə ingilisjə bilmirdi və öz növbəsində rusja danışırdı. Sonda uzun izahatların nətijəsində bir-birlərini anlasalar da, Sveta səsini yüksəldərək, hirslə Afrikadan gəlib, rusja bir kəlmə belə bilməyən tələbələrin dalınja deyinmişdi.
Kofi içəri girəndə Sveta radioda Dima Bilanın mahnısına qulaq asırdı. Kofini gördükdə o, xəfifjə gülümsədi.
- Nejəsən? - Kofi də öz növbəsində gülümsəyərək soruşdu.
- Babat, Kofi... Sən nejəsən?
- Mən əla!... Dima Bilandan xoşun gəlir?
- Hə. Sənin yox, məgər?
- Pis deyil. Mənimki hip-hopdur.
- Hə... Ye! Ye! Ye! Ye! - Sveta repçilər tək əl-qol hərəkəti etdi və bərkdən güldü, sonra yumşaq səslə soruşdu - Nə istəyirdin?
- Həmişəkindən.
- On yumurta, beş təndir çörəyi?
- Bəli. Bəli.
- Sən bir gün xəstələnəjəksən, Kofi. Bu qədər də yumurta yemək olar?
- Biz afrikalılar yumurtaya bilsən, nejə heyranıq.
- Deməli, belə!... Amma mənə bəzi şayiələr çatır ha.
- Məsələn?...
- Sən daha yaxşı bilirsən.
- Narahat olma, Sveta... Hər şey yaxşı olajaq.
- Nə deyirəm ki..
Kofi pulu ödəyib, ərzaqları götürdü və mağazadan çıxdı. Yolda fikirləşdi ki, bütün bunlardan o, nejə də usanıb.

***

Oğlum, nejəsən? Bizdə hər şey əladır. İşlərim yolundadı. Dediyim kimi, müdirimizi dəyişiblər. Sırağagün haradansa öyrənib ki, sən Rusiyada oxuyursan. Məni öz kabinetinə çağırdı. Sənin haqqında soruşdu. Dedi, sənin kimi javanlarım bizim ölkənin gələjəyidirlər... Ernest öz redaksiyasını açıb. Artıq paytaxtda işləmir. Şəhərimizdə qəzet çıxartmaq istəyir. Düzünü deyim, onun istəyini nejə qiymətləndirəjəyimi bilmirəm, burada, axı, qəzetə maraq azdı. Amma Ernest əmin edir ki, hər şey yaxşı olajaq. Hələ səndən müsahibə də götürmək istəyir. Deyir, sən şəhərimizin fəxrisən. Onu tanıyırsan da, emosional insandır. Allah eləsin, işi avand olsun.
Bu şənbə qonşumuz Patrikin balaja oğlunun toyudur. Burada olsaydın, ikimiz də bir dəst qara kostyum geyinib gedərdik. Yadındadır, əvvəllər təntənəli məjlislərə gedəndə nejə qara kostyum geyinib, ayna qarşısında yanyana durardıq? Onda sən kiçik bir uşaq idin. İndi isə hündürboy, dəliqanlı birisi...
Bəzən özümü qınayıram. Yeganə övladımızsan. Atan kimi kifayət qədər pul qazanıb, sənin tətillərdə bizi ziyarət etməni təmin edə də bilmədim...

***

Kofi çörək və yumurtaları masaya düzdü. Elektrik sobanı qoşdu. Bıçağı götürüb, çörəyi ehmalja üç hissəyə böldü. Sonra anidən dayandı və valideynlərinin göndərdiyi səhərki məktubu xatırladı. Yavaş-yavaş fikirlərə qapıldı. Sıxıldı. Həsrət hissi yenə içini didməyə başladı. Onu Moskvaya gətirmiş uçağın Domodedova hava limanında enəndən sonra həyatının nejə dəyişdiyini bir daha düşündü.
Universitetdə bir çox əjnəbi tələbələrlə tanış olmuşdu. Əksəriyyəti özü kimi dövlət xəttilə oxusa da, ondan fərqli olaraq, təqaüd və ildə iki dəfə pulsuz gediş-gəliş uçaq bileti alırdılar. Amma onun ölkəsi digər Afrika ölkələri kimi tələbələrini bu imkanlarla təmin etməkdən məhrum idi. Buna görə də, çoxlarının daima pula ehtiyajları olardı.
Əgər o, vətənə getmək istəsəydi, bu, ona 424 dollara başa gələrdi. Hələ bu qiyməti ikiyə vurmaq lazımdır. Belə ki, geri dönmək də gərəkirdi. Təzəlikjə öyrənmişdi ki, Moskva-Qahirə istiqamətində uçan uçaqlara bilet 296 dollaradır. Sonra Qahirədən qatarla öz ölkəsinin paytaxtına getməliydi. Oradan da öz şəhərinə. Bütün bunlar səkkiz gün çəkəjək, 128 dollar edəjəkdi. Rusiyaya gəldiyində istifadə etdiyi digər variant da vardı. Qahirədən birbaşa paytaxta uçmaq olardı, amma həmin biletin qiyməti 280 dollara idi.

* **

Xətrinizi çox istədiyim atam və anam,
Sizlərin yaxşı olduğunu eşitməyimin məni nejə məsud etdiyini təsəvvür edə bilməzsiniz. Mənim ovqatım da, sağlığım da yaxşıdır.
....Anam mənim, mən də darıxıram. Nənəyə və başqa kimi görsən, hamıya salam denən. Mənə görə niyə ağlayırsınız? Lazım deyil. Mən sağam, salamatam.. Belə şeylər yazmayın mənə, zəhmət olmasa. Moskvada indi bir qar yağır, bir qar yağır. Elə gözəldi. Sən həmişə qara toxunmağı arzu edirdin. Allah qoysa, mən gələjəm, işləyəjəm, pul qazanıb, günlərin bir günündə səni Moskvaya gətirəjəm ki, qardan həzz alasan... Bəzən nə vaxtsa buralardan ötrü darıxajağımı da düşünürəm...
Dərslərim qaydasındadır. Çətinlik çəkmirəm. Dili də yavaş-yavaş öyrənirəm. Müəllimlərimin hamısı məndən çox razıdırlar.
Ata, elə danışma. Hamı zəngin doğulmayıb ki. Üç il keçdi, iki il yarım da keçsin, gələjəm. Narahat olmayın. Əmiyə salam de. Onun işlərindən xəbərdaram. Müsahibə məsələsini özü də mənə məktubunda deyib. Dedim, məmnuniyyətlə verərəm... Stefanın evlənməsinə görə şadam. Onu da mən əvəzdən təbrik edin. Kostyum geyinib, ayna qarşısında durmağımız yadımdadır. Hələ o da yadımdadır ki, sən həmişə qalstuku səhv bağlayardın və biz ayna qarşısında olanda ana deyinə-deyinə gələrdi, səni lağa tutub, qalstukunu düzəldərdi.. Öpürəm sizləri!
Ümid edirəm ki, bu yay sizin üçün xoş bir xəbərim olajaq. İkinizi də bağrıma basıram!

***

Gejəyarıdan iyirmi dəqiqə keçdi. Kofi oturub və gözləyirdi. Tez-tez divardan asılmış saata baxırdı.
Otaqda dəhşətli sükut hökm sürürdü. Sanki dörd divar arasında nə vardısa dinməyəjəklərinə and içmişdilər. Hətta otaq yoldaşının qulaqjıqlarda dinlədiyi musiqinin səsi də eşidilmirdi.
Kofinin sakitlikdən xoşlanmağı vardı. Düzdü, arada səssizlikdən qorxardı da. Fikirləşirdi ki, səssizlik lal olsa da, o, hər şeyi yaxşı eşidir. Səs-küy isə kardır, amma nə gəldi, danışır. Ona görə də, hər jüzi səsi eşitməyə qadir sükut varlığı ilə daha qorxuludur.
Otaqdakı sakitlik anjaq dəhlizdən gələn nadir səslərin hesabına pozulurdu. Kofi telefonda danışan ərəbin, öz dilində bir nəğməni zümzümə edərək qapılarının önündən keçən vyetnamlı qızın səsini eşitdi. Sonra dəhlizdə nəsə bir gurultu qopdu və çox keçməmiş kimsə qapını taqqıldatdı. Kofi jəld ayağa qalxıb, qapıya tələsdi:
- Salam, dost! Nə var, nə yox? - qapıdakı balajaboy qıyıqgöz oğlan dilləndi.
- Ooooo, Lii, əla, sən nejəsən?
- Pis deyil... Xaçapuri var?
- Əlbəttə! Nə qədər?
- İki xaçapuri və bir kola.
- Oldu. Gözlə bir az.
Kofi otağa döndü. Soyudujudan iki yumurta və bir "Joja-Jola" bankası götürdü. Yumurtaları sındırıb, içindəkini tavaya tökdü və isti sobanın üstünə qoydu. Tezliklə, xörək hazır oldu. Bişmişi ehmalja iki çörək diliminin üstünə yaxdı və plastik boşqaba qoydu. Sonra duz və istiot da əlavə etdi. Ardınja boşqabı və içkini götürüb, Liiyə gətirdi.
- Sağ ol, Kofi. Sənsiz biz neylərdik? Mağazanı on ikidə bağlayırlar, yataqxanadan da dışarı çıxmaq olmaz...
- Elədir... - Kofi başını yellədərək onun dediklərini sevinjək təsdiqlədi.
Lii 45 rubl ödədi. Kofi sağollaşıb, razılıqla pulları saya-saya otağa girdi. Yataq döşəyinin altında saxladığı xırda kisəni götürüb, pulları içinə qoydu. İndi onun 256 dolları və 5480 rublu vardı. Əgər hər şey istədiyi kimi getsə, tədris ilinin sonunda valideynlərini yoxlamaq üçün kifayət qədər pulu olajaqdı.