Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

Anar AMIN


 
BU GÖZÜM O BIRI GÖZÜMÜ GÖRMÜR

Bəlkə də eybimdi səni sevməyim
Özgənin eybini görən gözlərim
Kor olub, kor deyil özümü görmür.
Iksi də görünən hər şeyi görür
Burnumsa arada hasar kimidi
Bu gözüm o biri gözümü görmür.

Hayana gedirəm, göynən gedirəm
Belə yaşayıram elə gəzirəm
Düşmür yer üstünə ləpirim indi.
Acı kəəlmələrin günahlarımdı
Etiraf eyləyim günahlarımı
Özüm öz üzümə tüpürüm indi.

Bezmişəm özündən, sözündən sənin
Deyirsən qulaq as, asa bilmirəm
Xanım, qulağımı kəsib gedirəm.
Mən oldum,olmadım nə fərqi vardı
Qulağım, eh, qulaq asacaq sənə-
Evindən qulağımı asıb gedirəm.

AYIN TAMAM OLUB ÇIX ÜRƏYIMDƏN

Qalmağa kirayə axtaran xanım
Sənə, həm, mənə sərf edən qiymətə
Mən sənə könlümü kirayə verdim.
Düşündüm, daşındım qərara gəldim
Dedim görüm necə yaşayacaqsan
Çox deyil, cəmisi bir ayə verdim.

Niyə belə etdin, eh, köçər-köçməz
Qapısın sındırdın, bacasın qırdın
Sən mənim qəlbimi nə günə qoydun.
Mən ki,təzə təmir etdirmişdim e
De, nəyi xoşuna gəlmədi sənin
Suvağın qaşıdın, divarın oydun.

Gələndə özünlə nə gətirmisən
Bir göz qırpımınca möhlət verirəm
Yığışdır sən Allah, yığ ürəyimdən.
Sən ki, ürəyimin qədrin bilmədin
Yalvarma saxlayan deyiləm səni
Ayın tamam olub çıx ürəyimdən.

ÖMRÜMÜ MAŞIN TƏK SÜRÜRƏM GEDƏK...

Demə mənə ipə-sapa yatmırsan
Yorğan-döşək ipdən-sapdan ibarət
Yuxum ipə-sapa yatırır məni.
Yatdım bədənimi tərk edib, gedən
Hər gün min hoqqadan çıxan bu ruhum
Bəlkə də günaha batırır məni.

Gözlərinin başının pəncərələri
Kipriyin gözünün pərdəsidi aç,
Göstərim gör insan hissin sən indi.
Üşüyə-üşüyə şikayət etmə
Sobasız evində soba yerinə
Yandım sənin üçün isin sən indi.

Yapışıb qalmışam özün özünə
Qopmaq istəyirsən qopa bilmirsən
Lap tutum özündən qoparım səni.
Xanım, imkanım yox maşın almağa
Ömrümü maşın tək sürürəm gedək,
Hayana deyirsən aparım səni.

DIŞLƏRIM AĞZIMDA TIXAC YARADIB

Zamanmı dəyişdi, bu necə işdi ?
O da insan kimi qorxur əzizim
Söz var ki, dil onu deyəsi olmur.
Hamı deyir sözün yiyəsiyəm mən
Ağzından çıxarıb verəndən sonra
Heç kəs öz sözünün yiyəsi olmur.

Insanın dünyaya gəlişi məncə,
Artıq şablonlaşıb bunu qəbul et.
Yaradan səni də çox ac yaradıb,
Yaradan məni də çox ac yaradıb
Mənim dodaqlarım qırmızı işıq,-
Dişlərim ağzımda tıxac yaradıb.

Ilişib qalarsan damaqlarımda
Dilim maneçilik eləyər sənə
O yana- bu yana çönə bilməzsən.
əzəldən bu ağzım yaırm dairə
xəbərdar edirəm peşman olarsan
girərsən ağzıma donə bilməzsən.

BAŞIMIN GÖZ YAŞI TÖKÜLƏN TÜKDÜ

Bu gün, doğum günün, bu bilərziyi
Hədiyyə edirəm qolunda qalsın.
Mən çıxıb gedirəm doymadı ancaq
Sol gözüm, səninlə solunda qalsın.
Belə edirəm sən gələnə qədər
Sağ gözüm dikilib yolunda qalsın.

Başını qoyduğun sinəmin üstə,
Yatdığım, uyduğum sinəmin üstə,
Çəkdiyim dağ deyil, çəkdiyi yükdü.
Ayağım kövrəlib bu necə dərddi?
Gözümün yerinə başım ağlayır
Başımın göz yaşı tökülən tükdü.

Ağzımdan çıxarıb sənə verəndə,
Sən də ki, qaytarıb mənə verəndə,
O yerə saldığın sözümü gətir.
Özüm öz üstümə aşıb qalmışam.
Sağ gözüm kor olub sənsiz,-
Səndə qalan o sol gözümü gətir.

GÖZLƏRIMIN YADDAŞINA GIRIB SƏNI AXTARIRAM

Başıma dönmədin mənim,
Özüm öz başıma dönüb
Öz əlimlə özgəsinə
Verib, səni axtarıram.

Su gözdən axdığı üçün
Göz hər şeyi aydın görür
Görmədiyim yuxularda
Görüb, səni axtarıram.

Sinən meydan kimiydi e
Könlümdən at çapmaq keçir
Gözlərimin yaddaşına
Girib, səni axtarıram.