Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

BAHADUR


 
GEDIRƏM DEYİRSƏN

Gedirsən, bir addım uzaqlaşdıqca,
Köksümü yerindən qoparırsan sən,
Təmənna ummadın məndən sadəcə,
Vuran ürəyimi aparırsan sən.

Baxışın qəlbimdə dönüb dənizə,
Ürək bu dənizdə qəm adlı ada,
Istərəm qovuşaq bir-birimizə,
Sən atlı olmusan, mənsə piyada.

Bəlkə alnımıza belə yazılıb,
Bəlkə qismətimiz bu imiş bizim,
Düşüb dərinlikdə yolunu azıb,
Sevgimiz quruyan su imiş bizim.

Gedirəm deyirsən dilində ancaq,
Gözlərin başqa cür söz deyir mənə,
Yanır orda ümüd adlı bir çıraq,
Hələ gözlə deyir, döz deyir mənə.

Mənimçün nə qədər olmasa asan,
Hələ bu sevgidən alıram qida,
Indi iki yolun ayrıcındasan,
Gəlsən xoş gəlmisən, getsən əlvida.


TƏKI SƏNI INANDIRIM...

Istəyirsən bulud olum göy üzündə,
Istəyirsən günəş olum, işıq saçım.
Yelkən olum sənə vüsal dənizində,
Ya da simuq quşu kimi qanad açım,
Bu dünyanı qarış-qarış dolandırım,
Təki səni bu sevgiyə inandırım.

Getmə məndən uzağa heç, yaxına gəl,
Əsib getmə qəfil səba yeli kimi.
Gəl ey mənim ürəyimi alan gözəl,
Elə sevim, elə sevim dəli kimi,
Bütün sevən aşiqləri utandırım,
Təki səni bu sevgiyə inandırım.

Çox adamlar əsir olub gözlərinə,
Gözümə bax, qoy əsirin mən də olum.
Qalsın bütün çırpıntılar özlərinə,
Əsirlikdə ən qəribə bəndə olum,
Baxışımla daş əridim, buz yandırım,
Təki səni bu sevgiyə inandırım.

Gözlərimlə qəlb evinə cığır salım,
Heç olmayım tikan kimi batıb qalan,
Sevdim deyə elə çığır-bağır salım,
Nə müddətdir ürəyində yatıb qalan,
Ən müqqəddəs duyğuları oyandırım,
Təki səni bu sevgiyə inandırım.

Söz istəsən kitab olum qalaq-qalaq,
Səs ol desən nəğmə olum, səda salım,
Köz istəsən olum alov, olum ocaq,
Lal ol desən birdəfəlik susum, qalım,
Lap istəsən nəfəsimi dayandırım,
Təki səni bu sevgiyə inandırım.