Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

SAHAD GÖYCƏLI


 
HƏSRƏTLƏRİN GÖRÜŞÜ

                 Bakı Sumqayıt yolunda işğal
                 olunmuş rayonlarımızın adına 
                 restoran açıb al-ver edillər


Dayanır yol üstə naşı yolçular,
Reklama çevrilmiş adlar önündə.
Bu gün reklam olmuş bu doğma yurdlar
Özləri tapdanır yadlar önündə.

"Qəriblər" nə gəzir bu dar şəhərdə?
Bunu dünya bizdən soruşur axı.
Bu qədər " həsrətli" görüşən yerdə,
Torpaq tonqal olar alışar axı.

Uzaqda oturub torpaq deyənlər,
Torpağın alveri ən böyük günah.
"Laçın" da oturub kabab yeyənlər,
Altmış min tikəni görmürlər, Allah!

Əl çək kef - damaqdan, ay qonaq, əl çək!
Burada dərdlərimin qoşadır adı.
Ilahi, körpələr elə biləcək,
Qubadlı, Cəbrayıl, Şuşa buradır.

Ay qardaş, hər yandan şəkıl asırsan,
Qaçqının damağı çağ nəyə lazım?!
Ürəkdən asılmış dağımız varsa,
Gözdən asılmağa dağ nəyə lazım?!

Belə kiçildəndə uca dağları,
Fırçası sinmazmı rəssam əlinin,
Bir dənə göl şəkli çəkin ki, barı,
Bağrı yarılmasın Göyçə gölünün.

"Elə xoşbəxtlikdən yazırıq ancaq,
Elə kəlməlrdə alışırıq biz".
Bir milyon soydaşım qaçqın olubsa,
Hansı xoşbəxtlikdən danışırıq biz?!

Dayanır yol üstə naşı yolçular,
Reklama çevrilmiş adlar önündə.
Bu gün reklkam olmuş bu doğma yurdlar,
Özləri tapdanır yadlar önündə.

QAYIDA BİLMƏRƏM

Deyirsən qayıt gəl ocaq başına,
Qayıda bilmirəm məni bağışla.
Cəsarət toplayıb uşaq başıma,
Qayıda bilmirəm məni bağışla.

Ürəyim açılmır sevgiyə birdə,
Əllərim uzanmır kimsəyə birdə,
Zirvədən düşmüşəm zirvəyə birdə,
Qayıda bilmirəm məni bağışla,

O qədər tədbirli ayıq deyiləm,
Sularda batmayan qayıq deyiləm,
Çayyuxarı üzən balıq deyiləm,
Qayıda bilmirəm məni bağışla.

Yoxsul olanların qiyməti yox ki...
Ötəri sevginin hörməti yox ki...
Məndə bir qaranquş qüdrəti yox ki...
Qayıda bilmərəm məni bağışla.

Üzündə yol açan damlayan indi,
Qaralan ocağam, mən nəyəm indi?!
Hədəfə dəyməyən gülləyəm mən indi,
Qayıda bilmərəm məni bağışla.