Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

Vüsal NURU


 
Aclığın fəlsəfəsi

Pələng kimi baxar qarnı tox pişik,
Bilməz pələngliyi haçanacandı?
Hasarı şiş qaya bilən pişiyin
Pələngliyi elə acanacandı.

Kiminsə yolları bitir əlində,
Başlayır kiminsə yolu saçından.
Toxların yadına düşməz tanrısı,
Aclar ümüd yeyib, ölər açından.

Başın nə günahı, qarın başdısa?!
Asılan qarnından asılsın gərək.
Bir qarnın üstündə fırlanır dünya,
Acların tanrısı tapılsın gərək.

***

Biz hələ görmürük pis olan nədir,
Nədi yaxşı olan bu yer üzündə?
Bir qırıq güzgüyə dönə bilmirik,
Bizləri göstərir hər şeyi özündə.

Bizik bir iylənmiş insan meyidi,
Bir ev xarabası, bir ocaq külü.
Bizik bir uşaqdan gələn süd iyi,
Bir evin kölgəsi bir dibçək gülü.

Dərənin dibində dərə görünməz .
Adamlar günahda günah axtarır.
Özünü itirən bu yer üzündə,
Baxıb göy üzünə allah axtarır.

***

Bülvarda portretə dönür bu günün
Sahildə adamlar üzür,
Gəzir dənizdə balıqlar.
Sahildə uçur
Özünü qağayılara bənzədən yarpaqlar.
Qağayılar
dənizə tökülür.
Ağaclar sahildə lövər salıb.
Bitib dənizdə gəmilər.
Dənizdə
günəş var bu gün,
Sahildə
günəşi batmış bir adam.

***

Geçədən keçib.
Yatıram...
Səhər oyanam,
görəm ki, yaz gəlib.
Çiçək açıb ağaçlar.
Yenə qaranquş yuva qurub
Eyvanımızda.
Sərçələr
isti qumda çimirlər yenə.
Bir geşəcin yuxusuyla
üstündən keçəm
bu qışın.
Barı bircə qış görməyəm
Zibil yeşiyinin altına girən
pişik balasının
əsdiyini.
Ayaqqabısının çırığından
Ayağı islanmış balaca Baharın
məktəbdən evə
tələsdiyini.
Evi daman Xanım nənənin
əlində vedrə, ləyən
gəzdiyini.
Barı bircə qış...
Səhər oyanam,
görəm ki, yaz gəlib.

***

Pəncərə-pəncərə böyüyən şəhərin
Küçələri addım-addım kiçilən adamlarla dolu.
Qartopu baxışları atır bir-birinə,
rastlaşan gözlər.
Qızışır
yaxın dodaqlarla qulaqlar arasındakı söz tenisi.
Çalınır
Çoxunun içindəki dərdinin "do" notu.
Ölmüş ümüdlərini daşıyan adamların
Çiynindən asılıb yellənir qolları.
Qısalır
Bir daşın altında bitəçək bu insan yolları.
Uzanır
Bu yolları gedən adamların yaşamaq həvəsi.
Və yayın istisi.
Bəlkə də
şəhəri akvariumda görən
Dükan vitrinlərindəki manikenlərin
Yazığı gəlir bizə...

***

Belimə çırpılan ay işığından qorxub
Qarşımda üzü üstə yerə yıxılıb kölgəm.
Yıxılanda dizi yaralanmış uşaq kimi
Kölgəmi qucağıma alıb
Qaçmaq istiyirəm
Bu küçədən,
Bu şəhərdən.
Qaçıb gizlənmək istiyirəm səhərin arxasında.
Atası açıqlananda
Qaçıb anasının arxasında gizlənən uşaq kimi.