Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

ƏLİ


 
N GÖZƏL ŞEY

Boş skameykalarda
əxlaqsız qadınların ayaq, əl, siqaret və
əxlaq izləri...

Soyuq sobalarda qadın ətirləri -
Nə qədər yazıqdır,
Nə qədər təkdir...

Ən gülməli sözlər
ən dəyərsizidir, ən axmağıdır,
Amma misal üçün bu,

Görün bu nə gözəldir:
Fahişə qadın -
Anadır və
Oğluna oyunjaq düzəldir...

ŞABALID AĞAJININ ALTINDA
YAZILMIŞ ŞEIR


Bilirəm, kimsə olmalıdır
Qaranlıqlarda,
Kimsə önümüzə
Çıxajaq mütləq...
Ya sonumuza...

Kimsə dünənləri geri gətirəjək,
Ya da sabahlara
Aparajaq bizi...

Bilirəm, kimsə gizlənib
Küçələrdə,
Adamların arasında...
Bilirəm, onun bizə yazığı gəlir...

Biləyimiz poladdan deyil,
Ürəyimiz daşdan...
Ümumiyyətlə metal qarışığımız yoxdur.

Hər gün azalır
Qəhrəmanlıq türküsü oxuyan
Qarovulların sayı...

Kimlərə qoşulub ağlamalıyıq,
Kimlərə qoşulub
Gülümsəməli...

Kəsməliyik
Kəllə vuran gədələrin boş başını,
Kəsməli...

Kimlərə qoşulub ağlamalıyıq,
Kimlərə qoşulub gülümsəməli...

Kim xatırlayajaq
Divarlara qısılan ajları,
Kim bağrına basajaq
təklikdə
Ağlayan balajaları...

Bilirəm, kimsə olmalıdır
Qaranlıqlarda,
Kimsə önümüzə
Çıxajaq mütləq...
Ya sonumuza

GƏNJLIYIN ÜSYANI

Dayandırın yağışı,
Günəşi susdurun,
Biz, köpəkləri təpiklə döyüb öldürən
Amansız adamların arasında doğulmuşuq…
Qoruyun özünüzü…

Atanızı şah,
Övladınızı kölə olmağa qoymayın…

Torpağın üstündə yaşayın, amma
Heç vaxt torpağın dadına baxmayın…

Dilinizdə əzbər olsun bu qayda:
Nə çox kiçik, nə də çox böyük…
İnsan boydaja olaq,
İnsan boyda…