Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

Aysel ƏLİZADƏ


 
NƏNƏMDƏN SONRA YAZILDI...

Bütün ömrün ölüm qabağıydı,
hər gün dünyayçün darıxardın
qorxardın tez ölməkdən
ya da heç ölməməkdən qorxardın.
Dindarların içində kafir,
kafirlərin içində dindar olardın.
Dünyanı qoyub getmək istəməzdin heç.
Və bir gün göy üzündə quş kimi
qanad açıb uçacağına inanardın.
Doymazdın üfüqə baxmaqdan.
Yerlə göyün birləşdiyi yerçün
burnunun ucu göynərdi.
Hər dəfə şələni yığıb gedərdin
...yenə qayıdardın...
Heç yerin ağrımazdı
və birdən sol yanın sızlardı...
Heç kəsdən inciməzdin,
birdən hamıya acığın tutardı.
Heç dua etməzdin allaha,
söhbətiniz tutmazdı onunla,
axırda dalaşardız.
Amma hər görüşdə qucaqlaşıb,
ağlaşardız.
Sən əlini onun çiyninə qoyub deyərdin:
-Daha allah olma.
O da rahatlanardı...
Yan-yana oturub birgə izlərdiz üfüqü,
hərə öz tanrısını düşünərdi...
İkiniz də günəşə tərəf baxardız.
Şələnizi yığıb gedərdiz göylə yer qovşağına
hər dəfə sən tək qayıdardın...
Göyə qaldırardı saçlarını Bakı küləyi.
Saçların küləyə öyrəncəliydi.
Göyə dikələn saçlarını
yerə daramağı sevməzdin.
Daraqlayardın barmaqlarını
və təbiəti pusardın.
Göyü , havanı, üfüqü, günəşi pusardın.
Ay çıxanda ürəyin sıxılardı,
durub çarpayına sığınardın.
Pəncərədən təsadüfən
uçub gələn sərçə kimi
gecələr otaqda çırpınardın.
Havanı içinə çəkib
.. azadlıq... deyərdin...
Beləcə hava içinə dolub özgürləşərdi...
Insanları qucağına doldurardın,
Bir adamı iki dəfə sevməzdin
birdəfəlik sevərdin.
Heç vaxt heç kimi tərk etməzdin,
Tərk edilənləri özünə götürərdin.

***
Əllərini unutmuş sevgilin
Bir gün yenə oxşar hər yerini,
hər yeriylə qucaqlar səni.
Bədənin sığarkən ovuclarına
Əllərin yenə yetim qalar.
Duyğuların yalnızca xumarlanar,
ovunmaz.
Barmaqları çizdikcə bədənində
qəribə həndəsi fiqurlar,
əllərin yenə yetim qalar.
Unudulduğunu gizləməkçün
əllərini gizlərsən...
Onları sevgilin unutduqca,
sən daha bərk xatırlarsan.
Çıxıb gedərkən
heç nə ifadə etməz bu görüş
Heç nə hopmaz əl yaddaşına.
Yol boyu tənha əllərinə baxıb,
Yenə tək olduğunu anlarsan.

ŞAIRLƏR ÜÇÜN YAZILAN ŞEIR

Əlləri önə uzanmış, gözübağlı yürüyən
bir toplum görürkən
yuxularında
dəli kimi oyanmasan,
üstünə qışqırmasan hamının
şair deyilsən.
Yuxudan hamıyla birgə və hamı kimi oyanırsansa
yatsan yaxşıdır.
İlacsız yaşamaq nə ağırdır...
Yumruğunu sıxıb gözünü yumursan qəfildən
Və başlayır yumulu gözlərin yuxusuz gecələri...
Vətəndaş duruşlu adamlar var, amaclar yox bir ölkədə
söylənib hər yerdə
Özünə düşmən adı verdirərsən,
səndən öncə nə düşmənlər olub
bu yerlərdə...
Artan, azalan ümidlər avaralanar yan-yörəndə
sən kəpənək ovlar kimi düşərsən peşlərinə.
Əlini atarsan, boş qaytararlar.
Sən atılıb-düşüb ümid tutmaqla məşqulkən
onlar sənə gülər.
hop burdayıq, hop ordayıq deyə
gözbağlıca oyunçusu tək
koşdurarlar səni ortalıqda.
Sən yorulduqda,
onlar uçub gedər.
Rastına gənc romantik çıxar.
"heç vaxt gözbağlıca oynama" demək istərsən,
deyəməzsən...o da gözübağlı
ümidin arxasınca gedər,
yürüş edən topluma yetişər,
qoşular əli önə uzanmış korlara.
Çığırarsan: qoşulma, qoşulma - deyə
amma boş yerə
səndən öncə nə düşmənlər olub
bu yerlərdə...