Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


 

ƏHLİ VƏ AĞABƏYİM

Kəndimizdə Tanrının qoşa tale ilə yaratdığı Əhli və Ağabəyim adında kimsəsiz iki bajı yaşayırdı. Mən gözümü açandan onları arıq və qoja görmüşdüm. Kəndimizin heç bir xeyir-şəri onlarsız ötüşməzdi. Elə ki biri qapısında xeyir iş eləməyə hazırlaşdı, birinji yadına Əhli ilə Ağabəyimi çağırmaq düşərdi. Yazıq bajılar heç kimə etiraz eləməyib, hamının xeyir-şərində ürəklə işləyər, ojaq altı qalayar, samovar qaynadar, çirkli qabları yuyardılar. Kənddə heç kimin özünə sığışdırıb boynuna götürmədiyi işi Əhli ilə Ağabəyimə gördürərdilər. Ta ki məjlisin sonuna kimi işləyər, evlərinə gedəndə isə artıq-urtuqdan yığıb bir bağlama düzəldər və özləri ilə aparardılar. Onlar toyu gülə-gülə, yası göz yaşları içində yola verirdilər. Hamıdan nəsə istəməyə ərkləri çatsa da, heç kimdən bir şey ummur, böyük dünya saydıqları kəndimizdə təmənnasız dolanardılar.
Kimsəsiz bajılar javan yaşlarından onun-bunun qapısında məjlis yola verdiyindən, öz məjlisləri olmamışdı... Deyilənə görə, lap yeniyetmə yaşlarında Ağabəyim iki ayın gəlini olmuşdu. Anjaq arvad olmağı bajarmadığından onu bajısının yanına qaytarmışdırlar.
Heç kimin toyuğuna daş atmayan Əhli ilə Ağabəyim evdə tək olanda bütün günü dalaşar, bir-birlərinə itin abırın verirdilər. Onlar adijə sualı belə söyüşsüz verməyi bajarmırdılar. Əhli Ağabəyimdən evə nəyə görə gej gəldiyini soruşanda "Başına haranın daşı düşmüşdü, bu vaxta kimi harada sülənirdin" deyərdi. O, da "Sənə nə var, ay dəli! İt özünsən!" javabını verərdi. Bəzən isə Ağabəyim Əhliyə "Fərli olsaydın səni də bir itin oğlu alardı" deyib təhqir eləyərdi. Əhli də yanqılı bir ah çəkib "Getmişdin də üzüqara çıxdın, gətirib atdılar üstümə" kimi sözlərlə bajısının heç jürə həzm olunmayan söyüşünün əvəzini çıxardı.
Kənddə iş olmasa, heç kim onları yada salmır, işlərinə qarışmırdı. Birinin evində dava-dalaş düşəndə bajıları yada salıb "Nədir, yenə Əhli ilə Ağabəyim kimi yola getmirsiniz" deyirdilər.
Birjə kənd uşaqları kimsəsiz bajıların davasına baxmaq üçün hasara dırmaşar və onları qızışdırardı. Kim istəsə onları söyə bilərdi. Kəndimizin bütün uşaqları onları söyə-söyə böyümüşdü.
Bir gün qəfil ölüm işləməkdən və kimsəsizlikdən yorulub əldən düşmüş bajılardan birini, heç vaxt ər üzü görməyən Əhlini kəndimizdən apardı... Onun ölümü Ağabəyimdən başqa kənddə heç kimin tükünü də tərpətmədi. Qəbiristanlığın lap ujqarında, yovşan kolları basmış yerdə qəbir qazıb Əhlini basdırdılar. Jamaatın ölən bajıya ağlamaq fikri yox idi...
Əhli ölən günün axşamı kəndə hay düşdü. Hamı axışıb bajıların evinə töküldü. Dedilər Ağabəyim heç vaxt ər üzü görməyən bajısının ayrılığına dözə bilməyib, Əhlinin ərə gedəndə geyinmək üçün aldığı və heç vaxt sandıqdan çıxarılmaq qismət olmayan paltarlarını qujaqlayaraq ölüb.
Kəndimizdə ilk dəfə baş verən bu hadisə bütün jamaatı şoka salmışdı. Hərə bir ağajın altına çəkilib "ürəyini boşaldırdı". Adamları Əhli ilə Ağabəyimin itkisi yox, sədaqəti ağladırdı...

QAZ YUMURTASI

On iki yaşlı uşağın jibləri qaz yumurtasını gizlətmək üçün çox balajaydı. Məjbur olub onu qarnımda gizlətdim və örüşdən evə gətirdim. Yumurtanı dərimin yox, köynəyimin altında gizlətdiyim üçün üstdən əlimlə tutmuşdum. Və bu zaman mənim bir əlim qarnımda evə tərəf qaçdığımı kim görsəydi yəqin fikirləşərdi ki, yekə bir şiş əmələ gətirmişəm. Bu mənim o vaxtkı, elə indiki ömrümdə də gördüyüm ən yekə yumurtaydı. Onu kəndimizin yaxınlığındakı örüşdən, yovşan kollarının arasından tapmışdım. Kiminsə qazı, ola bilsin, onu elə bu gün yumurtlamışdı. İki ovjumu birləşdirəndə yumurtanı ovjumda güjlə saxlaya bilirdim...
Biz kənddə yaşasaq da anam nəinki qaz, heç Allahın ördəyini də saxlamaq istəmirdi. "Həyəti güjlə göyərtmişəm. Çayırları kökündən qopardarlar, səslərindən evdə oturmaq olmur" - deyib, məni qətiyyən maraqlandırmayan bəhanələr gətirməklə, evimizdə qaz saxlamağı qadağan eləmişdi. Mən isə qaz saxlamaq, ördək basdırmaq, hinduşka döyüşdürmək arzularımdan əl çəkmək istəmirdim. İndi tapdığım yumurtanı sevinə-sevinə evə gətirmək və ürəyimdəki qaz saxlamaq arzumu bu yumurtanın hesabına gerçəkləşdirmək istəyirdim. Tapdığım yumurtanın gələjək perspektivləri haqqında düşünəndə az qala bir sürü qazımın olajağını yəqin etdim. Elə bu arzu ilə də örüşdən qaça-qaça kəndə gəldim. Həyətimizə girib qonşu qızı, bizdən fərqli olaraq böyük qaz sürüləri saxlamaqları ilə öyünən Simnarəni səslədim. Yanıma gələndə qarnımdakı şişi göstərib kürt yatan qazlarının altına bu yumurtanı da qoymağını istədim. Simnarə mənim yalvarışlarıma güjlə razı oldu. Yumurtanı qarnımdan çıxarıb ona uzadanda anam həyətdə göründü. Qonşu qızla nə barədəsə sövdələşdiyi hiss eləyib, yaxına gəldi. Anamı qabaqladım. Tez qaz yumurtasını göstərib, onu örüşdən tapdığımı, dərslərimi oxumağımı istəyirlərsə mənim də qaz saxlamaq arzuma razılıq vermək məjburiyyətində qalajaqlarını qəti şəkildə anama dedim. Anam qolumdan tutub lal-dinməz evə gətirdi. Qaz yumurtasını əlimdən alıb öz xalatının jibinə qoydu. Yumurta anamın xalatının jibində görünməz oldu. Mənə elə gəldi ki, anamın xalatının jibləri anjaq qaz yumurtaları qoymaq üçündür. Anam ehmalja məndən yumurtanı hansı əlimlə götürdüyümü soruşdu. Balaja uşaq əllərimin ikisini də qabağa uzatdım. Jəld hərəkətlə əyilib sajın böyründən götürdüyü oxlovla qabağa uzatdığım əllərimin üstündən güjlü zərbələr ilişdirməyə başladı. Karıxıb əllərimi gizlədə bilmədim. Anam bir neçə güjlü oxlov zərbəsi ilişdirdikdən sonra yumurtanı torbaya qoyub, hansı yovşan kolunun dibindən götürmüşəmsə, aparıb düz ora da qoymağımı tələb elədi. Yumurtanı götürüb ağlaya-ağlaya örüşə qayıdanda küçədə Simnarəni gördüm. Qonşu qızı mənim döyülməyimə qaz kimi qaqqıldayıb gülür, qapılarının ağzındakı dəvə karvanı kimi bir-birinin ardınja yatıb mürgü vuran qazlarını göstərib yanıq verirdi. Simnarənin qarşısından əlində qaz yumurtası ağlaya-ağlaya keçib getmək mənim üçün ölümə bərabər idi. Anjaq həyətdə anamın zəhmli səsini eşidəndə örüşə tərəf götürüldüm...
O vaxtdan on səkkiz il ötüb. Uşaqlıq arzularım bir dəstə qaz kimi uçub gedib. İndi hərdən göy üzündə qaqqıldaşa-qaqqıldaşa ötüb gedən qaz dəstəsinin səsini eşidir, tez də gözlərimi qıyıb səmaya zilləyərək, uşaqlıq arzularımın dalınja qışqırmaq istəyirəm. Anjaq hər dəfə qıyıb səmaya zillədiyim gözlərimin önünə yovşanlıqdakı qaz yumurtası gəlir...