Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

Aysel ƏLİYEVA


 
SƏNIN OTAĞIN

Sənin otağını axtarır gözüm,
Baxışım dikilib pəncərənizə.
O evin içində yoxamsa özüm,
Ürəyim hər axşam qonaqdır sizə.

Dodağım ismini pıçıldayarkən,
Küləklər yetirsin səsimi sənə.
Sənin mənzilində olmasam da mən,
Qəlbində ki varam; bu, yetər mənə

***

"Yox" söyləsən, "get" söyləsən, bilirəm
Ürəyimdə hələ də boş yerin var.
Mən ki səni dünya qədər sevirəm,
Ovuc içi qədər sevsən nə olar?

Ulduzları ayağına sərərəm,
Bu məhəbbət kəhkəşanı silkələr.
Istə,sənə dünyaları verərəm,
Əvəzində sən ümid ver bir qədər.

Nəvazişlə bir gün baxsan üzümə,
Həyatımdan qəm, kədəri ataram.
Damla boyda məhəbbəti qıy mənə,
Dəniz boyda səadəti taparam.

***

Qarşımda ağ vərəq, əlimdə qələm,
Ürəyim doludur sözlə, kəlməylə.
Sıxır ürəyimi mənim qüssə, qəm,
Boşalda bilmirəm qəlbimi hələ.

Beynimdə narahat fikir, xəyallar,
Titrəyir qələmim, yaza bilməyir.
Nə qədər sözüm var, arzularım var,
Vərəqə yazmağa əlim gəlməyir.

Boşalda bilsəydim dərdi, niskili,
Qəlbim bu dərdlərdən qurtulacaqmı?
Min dərddən, möhnətdən keçən sevgimi,
Soyuq, ağ vərəqlər yaşadacaqmı?

Sıxır ürəyimi bu düşüncələr,
Mən yaza bilsəydim ağ vərəqlərə....
Mən yaza bilsəydim sənsiz gecələr
Bərabər min ilə, min əsrlərə...

Ah, bircə cürətim çatsaydı mənim,
Yazardım ən gözəl kəlmələri mən.
Bəlkə qazanardım sevgini sənin,
Duyardın sevgimi kəlmələrimdən.

Əfsus! Ürəyinin başqa hakimi,
Başqa sahibi var, sən özgəninsən.
Görən bircə dəfə sənə dedimi
Ana Təbiətin şah əsərisən?!

Unutdum sevinci, mən şadlığımı,
Bədbin bir həyata qapıldım, nədən?
Sən ona bəxş etdin öz varlığını,
Mənim varlığımı aldın əlimdən.