Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

ÇİÇƏK


 
GEDİRƏM

Xəyallarım karvan yolu,
Gecə-gündüz yol gedirəm.
Ürəyimə əsir olub
Gözübağlı qul gedirəm.

Köç yolunda yüküm qəmdi,
Sarvan ürək qəm çəkəndi.
Allah, kimə qəm tükəndi,
Mən götürüb bol gedirəm.

Duya bilmək məni naşı,
Çox qınayıb addımbaşı.
Aman vermir gözüm yaşı,
Çaşıb sağı sol gedirəm.

Bəxt paylayır ətək-ətək
Desələr inanma, Çiçək.
İlim-ilim bil itəcək,
Kor baxtımla dul gedirəm.

MƏMMƏD DƏMİRÇİOĞLUNA

Ağacda naxışdı, daşda sığaldı,
Yolu urfan yolu, Dərvişmisaldı.
Hər işdə sərrafdı, xandı, sultandı
Könül qulu, sevda qulu, söz qulu,
Sehrdi, oysundu Dəmirçioğlu.

Sazla alovlanır, sözlə soyuyur,
Sözə heyran olur, nazına uyur.
Nə gözəldən doyur, nə gözdən qoyur,
Tanrının quludu, eşqinin yolu,
Eşqdən necə doysun Dəmirçioğlu.

Üzü düz Adəmdən, Nuhdan bu yana,
Söz gəzir, söz düzür sözün boyuna.
İndi də özünü salıb oyuna,
Sözdən söz yonur ki, müqəddəs, ulu,
Sözə heykəl qoysun Dəmirçioğlu.

SAZ HA DEYİL, ÜRƏYİMDİ ÇALDIĞIN

Aşıq qardaş, asta tərpət telləri,
Ahəstə vur o xalları, gülləri.
İnsafdımı qana bata əllərin,
Günahsız yazıqdı qana saldığın,
Saz ha deyil, ürəyimdi çaldığın.

Yananın tüstüsü, külü görünər,
Ağlayanın yaşı, seli görünər.
Mən ölmüş bəlkə də dəli görünər -
Tüstüsüz yanırmı oda saldığın,
Sa zha deyil, ürəyimdi çaldığın.

Bu nə sirrdi, nə hikmətdi, bilərsən,
Bu könül mülkümü yıxıb sökürsən.
Tanrının xəbəri varmı görəsən,
Hökmsüz, fərmansız candı aldığın,
Saz ha deyil, ürəyimdi çaldığın.

Min illərdi sinəm üstü dağ çəkir,
Qaya dərdim daş əridir, dağ çəkir.
Saz dinəndə ürəyimdən yağ çəkir,
Sarı simdi bu könlümdən aldığın,
Saz ha deyil, ürəyimdi çaldığın.

O, cansız varlıqsa, belə danışmaz,
Nə belə ağlamaz, belə alışmaz.
Çiçək bu gərdişlə yoxdan barışmaz,
Bircə şeydi vallah, ölüb-qaldığım,
Saz ha deyil, ürəyimdi çaldığın.