Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


 

Ya­zar dos­tum - in­tel­lekt­da­şım Bəs­ti Əli­bəy­li­nin giz­lin-giz­lin han­sı­sa ədə­bi fəa­liy­yət­lə məş­ğul ol­du­ğu­nu bil­səm də, Or­xan Ara­sın "Son cən­nət" ad­lı ro­ma­nı­nın türk­cə­dən di­li­mi­zə bə­dii çe­vir­mə­sin­dən iba­rət "Vek­tor" nəşr­lər evi tə­rə­fin­dən bu gün­lər­də çap edil­miş ki­ta­bı­nı - bə­li, bə­li, məhz öz əmə­yi­nin məh­su­lu­nu - mə­nə ba­ğış­la­yan­da, bu Tom­ris vü­qar­lı xa­nı­mın ba­xış­la­rın­da qə­ri­bə bir mə­na­nın əks olun­du­ğu­nu gör­düm - fəxr olu­na­sı sə­nət zöv­qü­nə bü­rün­müş duy­ğu­lar­la zən­gin kə­dər­li hiss­lər...
Bəs­ti Əli­bəy­li özü­nün məh­sul­dar, həm də də­yər­li el­mi-ədə­bi ya­ra­dı­cı­lı­ğıy­la mə­də­ni gün­dəm­də qal­ma­ğı ba­ca­ran tək-tük xa­nım­lar­dan - im­za sa­hib­lə­rin­dən­dir. Qıs­qa­nıb elə­mə­dən, onun ic­ti­mai-kul­tu­ro­lo­ji və­zi­fə­lə­ri­ni ya­da sal­sam, - Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin tən­qid və ədə­bi pub­li­sis­ti­ka sek­si­ya­sı­nın rəh­bə­ri, məm­lə­kə­ti­mi­zin iki nü­fuz­lu nəş­ri­nin, "A­zər­bay­can" dər­gi­si ilə "525-ci qə­zet­"in ma­raq­la oxu­nan ədə­bi-tən­qi­di, el­mi-mə­də­ni ya­zı­la­rın müəl­li­fi, xa­ri­ci öl­kə­lə­rin, həm­çi­nin res­pub­li­ka­mı­zın bir sı­ra ya­zı­lı KİV-in ya­za­rı, yer­li nü­ma­yən­də­si... si­ya­hı­nı uza­dıb oxu­cu­la­rı yor­maq fik­rin­dən uza­ğam. Son il­lər is­tər müx­tə­lif qə­zet-jur­nal sə­hi­fə­lə­rin­də pe­şə­kar ədə­biy­yat­çı­lar­dan tut­muş, ta sı­ra­vi bə­dii söz se­vər­lə­ri­nə ün­van­lan­mış çox­say­lı fi­lo­lo­ji-tən­qi­di ma­te­rial­la­rı­nı, is­tər şeir­lə­ri­ni (sə­mi­miy­yət xa­ti­ri­nə vur­ğu­la­yım, onun ya­ra­dı­cı­lı­ğı­nın bu qo­lu­na qə­ti eti­ra­zım var: Bəs­ti xa­nım, bu şair­lər di­ya­rın­da bir tən­qid­çi qa­dın ol­ma­lı­dır, ya yox?! ), es­se­lə­ri­ni, is­tər­sə də "Bi­zim ki­mi ol­ma­yan adam", "Dur­na çı­ra­ğı", "O­nun­cu port­ret" ki­mi də­yər­li mo­noq­ra­fi­ya­la­rı­nı - araş­dır­ma­la­rı­nı xa­tır­lat­sam, zən­nim­cə, qəl­bin­də bir az­ca vic­dan hiss­lə­ri­ni qo­ru­yub sax­la­yan is­tə­ni­lən dü­şün­cə ada­mı mə­nim gi­le­yim­lə ra­zı­la­şar: gö­rə­sən, ha­çan biz can­lı şəxs­lə­ri­mi­zə vax­tın­da qiy­mət ver­mə­yi ba­ca­ra­ca­ğıq - söh­bət ic­ti­maiy­yə­ti­mi­zin ge­niş tə­bə­qə­lə­rin­dən ge­dir.
İn­di isə qa­yı­dı­ram Bəs­ti xa­nı­mın ye­ni ədə­bi məh­su­lu­na - doğ­ru­dan da sö­zün hər mə­na­sın­da, bu ki­tab məhz onun ti­ta­nik zeh­ni-in­tel­lek­tual zəh­mə­ti­nin bəh­rə­si­dir. Tə­səv­vür edin, qar­daş dil­dən bə­dii çe­vir­mə­nin ağır­lı­ğı bir tə­rəf­dən, müəl­li­fin üs­lu­bu­nu sax­la­ma­ğa na­il ol­maq ki­mi əziy­yət­li iş di­gər yan­dan, mü­rək­kəb struk­tu­ra ma­lik iri­həcm­li nəsr nü­mu­nə­si­nin poe­tik ru­hu­nu sax­la­maq, söz­lə­rin sı­ra­lan­ma­sın­dan tut­muş, dia­loq və da­xi­li mo­no­loq­la­rı - Tür­ki­yə­də ya­şa­yan han­sı­sa adi şəx­sin de­yil, məhz mü­ha­ci­rət­də can sax­la­yan in­sa­nın hiss və hə­yə­can­la­rı­nı, kə­də­ri­ni, dü­şün­cə­si­ni - ol­du­ğu­na, ori­ji­na­la ya­xın ver­mək heç də asan ba­şa gə­lən sə­nət işi de­yil. Bu cə­hət­lə­ri­nə gö­rə mən tam mə­su­liy­yət­lə de­yi­rəm: əsə­rin müəl­li­fi əgər ta­nın­mış ya­zar Or­xan Aras­dır­sa, onun azər­bay­can­ca va­rian­tı­nın bir o qə­dər də "sa­hib­"i ya­zar-mü­tər­cim xa­nım Bəs­ti Əli­bəy­li­dir.
Nə­dən­sə, ki­ta­bı və­rəq­lə­yən­də Bəs­ti xa­nı­mın "Cən­nət gö­rün­tü­lü il­ğım" ad­lı ön sö­zü­nü diq­qət və ma­raq­la oxu­yan­da, qəl­bim­də-yad­da­şım­da qo­şa po­le­mik dü­şün­cə qay­na­dı.
Bi­rin­ci­si: XX əs­rin əv­vəl­lə­rin­də ya­zar­la­rı­mı­zın nə üçün çox­şa­xə­li ya­ra­dı­cı­lıq fəa­liy­yə­ti­lə məş­ğul ol­du­ğu­nun, ey­ni­lik­lə, həm də si­ya­si-mə­də­ni, iç­ti­mai-so­sial mis­si­ya­lar ye­ri­nə ye­tir­dik­lə­ri­nin sir­lə­ri­ni özüm üçün ay­dın­laş­dır­ma­ğa baş­la­dım. Bir ne­çə in­tel­lek­tual şəx­siy­yə­tin hə­yat və ya­ra­dı­cı­lı­ğı­nı ya­da sal­maq is­tə­yi­rəm: na­sir-dramaturq-şair-felyetonçu-naşir-publisist-qəzetçi-baş re­dak­tor-dü­şün­cə ada­mı-ic­ti­mai xa­dim... Mir­zə Cə­lil Məm­məd­qu­lu­za­də, şa­ir-publisist-deputat-təd­qi­qat­şı alim-dü­şün­cə ada­mı-si­ya­si xa­dim-döv­lət baş­çı­sı... Məm­məd Əmin Rə­sul­za­də, ya­zı­çı-publisist-bəstəkar-musiqişünas-ic­ti­mai xa­dim-qəzetçi-pe­da­qoq... Üze­yir Ha­cı­bəy­li, na­sir-dramaturq-publisist-həkim-alim-dü­şün­cə ada­mı-si­ya­si xa­dim-döv­lət baş­çı­sı... Nə­ri­man Nə­ri­ma­nov. Si­ya­hı­nı ar­tır­sam, de­mək olar, ək­sər mil­li in­tel­lek­tual­la­rı­mı­zın tim­sa­lın­da bu uni­ver­sal­lı­ğı mü­şa­hi­də et­mək müm­kün­dür. An­caq, mə­sə­lən XIX əsrdə biz bu cür ten­de­si­ya­nı mü­şa­hi­də et­mi­rik.
Bəs bu­nun sə­bə­bi nə­dir? Sua­lın hər­tə­rəf­li də ol­ma­sa, mən­tiq­li ca­va­bı bun­lar­dır: Qu­zey və Qər­bi - in­di­ki Er­mə­nis­tan, Gür­cüs­tan və Da­ğıs­tan­da­kı qə­dim tor­paq­la­rı­mız - Azər­bay­ca­nı­mı­zın çar Ru­si­ya­sı tə­rə­fin­dən iş­ğal olun­ma­sın­dan son­ra bü­tün sa­hə­lər­də im­pe­ri­ya­laş­ma - rus­laş­ma - av­ro­pa­laş­ma si­ya­sə­ti­nin ye­ri­dil­mə­si, mil­li (Şərq-Azər­bay­can) təh­sil, elm, ədə­bi-mə­də­ni, ic­ti­mai-kul­tu­ro­lo­ji tex­no­lo­gi­ya­la­rın fərq­li­lə­riy­lə (Qərb-so­vet) əvəz­lən­mə­si, bu qlo­bal pro­ses­lər nə­ti­cə­sin­də ye­ni dü­şün­cə stan­dart­la­rı­na ca­vab ve­rə bi­lə­cək in­tel­lek­tual­la­rın hə­lə for­ma­laş­ma­ma­sı, bö­yük də­yi­şik­lik­lə­rə, oya­nı­şa apa­ra bi­lə­cək be­yin qüv­və­si­nə çev­ril­mə­mə­si... Odur, zi­ya­lı­lar-intelligentlər-in­tel­lek­tual­lar bir sa­hə­də de­yil, müx­tə­lif is­ti­qa­mət­lər­də­ki boş­luq­la­rı dol­dur­ma­ğa məc­bur idi­lər. İn­di də və­ziy­yət ox­şar­dır: Ru­si­ya im­pe­ri­ya si­ya­sə­ti­ni qlo­bal­laş­ma "su­na­mi"­lə­ri, xalq­la­rın in­teq­ra­si­ya­sı "həm­lə"­lə­ri əvəz­lə­yib. Biz­də in­di və­ziy­yət da­ha da kəs­kin­dir, sər­həd­lər açı­lıb, in­san­la­rı­mız ba­zar iq­ti­sa­diy­ya­tı­nın li­be­ral­lıq­la­rı­nı tət­biq edib, ve­ri­lən azad­lıq­dan so­na qə­dər ya­rar­la­na­raq, bü­tün tex­no­lo­gi­ya­la­rı Azər­bay­ca­na gə­ti­rir, bu­nun­la da bi­lə­rək­dən, ya da qey­ri-şüur­lu mil­li də­yər­lər sis­te­mi­mi­zi da­ğı­dır­lar...
Bir qə­dər ya­ra­dı­cı po­ten­sia­lı olan fərd­lər da­ha tez ta­nın­maq­dan öt­rü asan va­si­tə­lər­dən ya­rar­lan­ma­ğa üs­tün­lük ve­rir­lər. Ma­nıs­laş­ma, te­leul­duz xəs­tə­li­yi­nin vi­rus ki­mi ha­mı­nı yo­lux­dur­du­ğu bir vaxt­da in­tel­lek­tual-kul­tu­ro­lo­ji ənə­nə­lə­rə sa­diq qa­lan az­say­lı is­te­dad sa­hib­lə­rin­dən bi­ri ki­mi Bəs­ti Əli­bəy­li də yu­xa­rı­da ad­la­rı­nı çək­di­yi­miz şəxs­lər ki­mi, Azər­bay­can ədə­bi-mə­də­ni dü­çün­cə­si­nin boş­luq­la­ra mə­ruz qal­mış is­ti­qa­mət­lə­rin­də (ba­yaq da vur­ğu­la­dım, ədə­bi-tən­qi­di ma­te­rial­la­rıy­la, el­mi-pub­li­sis­tik ya­zı­la­rıy­la, mü­sa­hi­bə­lə­riy­lə, araş­dır­ma əsər­lə­ri ilə mün­tə­zəm ola­raq ədə­bi-mə­də­ni ic­ti­maiy­yə­ti­mi­zi po­le­mi­ka­la­ra, in­tel­lek­tual mü­ba­hi­sə­lə­rə ça­ğı­rır) Fər­had ki­mi "kü­lüng" ça­lır. Bu mə­na­da, Or­xan Ara­sın "Son cən­nət" ro­ma­nı­nın çe­vir­mə­si məhz onun aç­dı­ğı fərq­li çı­ğır sa­yı­la bi­lər.
Sa­də for­ma­da ay­dın­laş­dır­maq is­tə­yi­rəm: Na­zim Hik­mə­tin şeir­lə­ri ilə, Rə­şad Nu­ri Gün­tə­ki­nin me­lod­ra­ma­tik ro­man­la­rıy­la, Əziz Ne­si­nin sa­ti­rik no­vel­la­la­rıy­la Tür­ki­yə ədə­biy­ya­tı­nı ta­nı­yan yaş­lı və or­ta nə­sil oxu­cu­la­rı­mı­za, Or­xan Pa­mu­kun "qlo­bal­laş­ma" pro­ses­lə­ri­nin əks-sə­da­sı­nın ob­raz­lı ifa­də­si sa­yı­lan iri­həcm­li nəsr nü­mu­nə­lə­ri­ni, Ki­çik İs­kən­dər ki­mi post­mo­dern şai­rin poe­tik ax­ta­rış­la­rı­nı şövq­lə də­yər­lən­di­rən ye­ni nə­sil mü­ta­liə­çi­lə­rə sür­p­riz ola bi­lə­cək tə­zə bir əsə­ri uğur­la di­li­mi­zə çe­vir­mək­lə, doğ­ru­dan da Bəs­ti Əli­bəy­li növ­bə­ti ye­ni­li­yə im­za at­mış ol­du...
Dü­şün­cə­lə­ri­min ikin­ci qa­na­dı, əs­lin­də, yu­xa­rı­da­kı mü­la­hi­zə­lə­ri­min mən­ti­qi, ar­dı­cıl da­va­mı da sa­yı­la bi­lər. Tür­kün iki qə­dim məm­lə­kə­ti - çağ­daş Tür­ki­yə Cüm­hu­riy­yə­ti ilə Azər­bay­can Res­pub­li­ka­sı: ta­ri­xən və xü­su­sən də XX əsr­də, elə­cə də in­di ya­şa­dı­ğı­mız İyir­mi bi­rin­ci yü­zil­li­yin əv­vəl­lə­rin­də çox mü­rək­kəb, ağır pro­ses­lər için­də ça­ba­la­yan, fə­qət, il­kin­li­yi­ni, bö­yük­lü­yü­nü unut­ma­yan, ru­hu­nu öl­mə­yə qoy­ma­yan bu mil­lə­tin iki döv­lə­tin­də­ki prob­lem­lər, də­rin­dən nə­zər sa­lan­da, ox­şar­dır, ağ­rı­lı­dır. Tür­ki­yə­nin də, bi­zim də mə­na­sız, bö­yük ba­şağ­rı ve­rən prob­le­mi­miz, de­mək olar ki, ey­ni­dir: "er­mə­ni" bə­la­sı. Qar­daş öl­kə­də bu, PKK ter­ror "o­yun­la­rı", "er­mə­ni soy­qı­rı­mı" for­ma­sın­da­dır, Azər­bay­can­da isə Dağ­lıq Qa­ra­bağ, "Sum­qa­yıt-Ba­kı ha­di­sə­lə­ri" şək­lin­də - müx­tə­lif cür ad­lan­sa da, hər iki bə­la­nı ya­yan "vi­rus­"un mən­bə­yi ey­ni yer­dən qay­naq­la­nır...
Bü­tün bu mə­sə­lə­lə­rə əs­lən Azər­bay­can­dan olan, Tür­ki­yə­nin İq­dır vi­la­yə­tin­də do­ğul­muş, 1990-cı il­də Av­ro­pa­ya - Al­ma­ni­ya­ya mü­ha­ci­rət et­miş, ədə­biy­ya­ta da elə o il­lər­də gəl­miş, in­di­yə qə­dər dün­ya­nın müx­tə­lif yer­lə­rin­də, həm­çi­nin qar­daş məm­lə­kət­də, biz­də və Qərb­də işıq üzü gör­müş "Qa­ra­ba­ğın göz yaş­la­rı", "A­zər­bay­can da­va­mız", "Eşq­lər da­ha öl­mə­di", "Ay­rı­lı­ğın rən­gi hüzn", "Al­ma­ni­ya, mə­nə bir az sev­gi ver", "Xoş gör­dük, gö­zəl yur­dum" ki­tab­la­rın­dan son­ra "Son cən­nət" əsə­ri ilə ya­ra­dı­cı­lı­ğı­nın növ­bə­ti mər­hə­lə­si­nə qə­dəm qo­yan Or­xan Aras ada­şı, Bey­nəl­xalq No­bel mü­ka­fa­tı­nın sa­hi­bi Or­xan Pa­mu­ka rəğ­mən, da­ha ağ­rı­lı, kəs­kin ədə­bi reak­si­ya ve­rir. Özü­nün də mü­ha­cir hə­ya­tı ya­şa­dı­ğın­dan­dır ki, ya­zar çağ­daş dün­ya­nı da­ha çox dü­şün­dü­rən bu qlo­bal prob­le­min müx­tə­lif tə­rəf­lə­ri­nə işıq sal­ma­ğa mü­vəf­fəq olub.
Tür­ki­yə cə­miy­yə­tin­də sol­lar­la sağ­lar, bir qə­dər də tür­kə­sil­li­lər­lə kürd­kö­kən­li­lər (Azər­bay­can­da "iq­ti­dar"-"mü­xa­li­fət" tə­rəf­dar­la­rı) ara­sın­da­kı ço­xil­lik mü­na­qi­şə­nin, Qərb dün­ya­sı­na rəğ­mən, dü­şün­cə­də, ic­ti­mai-si­ya­si mü­za­ki­rə­lər­də, par­la­ment çə­kiş­mə­lə­rin­də, seç­ki pro­ses­lə­rin­də, tex­no­lo­ji ha­di­sə­ləd­rə de­yil, məhz kü­çə­lər­də, sa­vaş mey­dan­la­rın­da çöz­mə­yə ça­lı­şan­la­rın aqi­bə­ti­ni, fər­di dər­din ic­ti­mai-so­sial, bə­zən də mil­li-bə­şə­ri prob­lem­lə­rə çev­ri­lən in­san­la­rın acı ta­le­yi­ni ədə­biy­ya­ta gə­tir­mək asan ba­şa gə­lən sə­nət işi de­yil. Hə­lə üs­tə­lik bun­la­rı da əla­və et­mək la­zım gə­lir ki, tə­rəf­lə­rin bir his­sə­si doğ­ma və­tən­lə­ri­ni tərk edib mü­ha­cir öm­rü çü­rüt­mə­yə məc­bur olur­sa, bu mə­sə­lə­lə­ri bir ro­man­da ver­mə­yin ağır­lı­ğı­nı du­ya­raq, da­ha son­ra baş­qa di­lə çe­vir­mə­də on­la­rı ol­du­ğu ki­mi sax­la­ma­ğın çə­tin­li­yi­ni an­la­ya­raq Bəs­ti xa­nı­ma bir oxu­cu ki­mi tə­şək­kür­lə­ri­mi ün­van­la­yı­ram...
"Ya­yın­dan çı­xan ox ki­mi ge­ri­dön­məz və in­ten­siv şə­kil alan mü­ha­ci­rət (miq­ra­si­ya, - A.X.) pro­se­si­nin nə­ti­cə­si ola­raq bu gün Av­ro­pa öl­kə­lə­rin­də (Ru­si­ya­da, Tür­ki­yə­də, Av­ro­pa və ABŞ-da - A.X.) üç mil­yo­na qə­dər türk (bir o qə­dər­dən də çox azər­bay­can­lı, - A.X.) ya­şa­yır.
Sö­zü­ge­dən dövr­də Tür­ki­yə­də­ki (elə bi­zim özü­müz­də də, - A.X.) iş­siz­lik prob­lem­lə­ri­ni müəy­yən qə­dər sən­gi­dən küt­lə­vi köç (in­sa­fən, vur­ğu­la­yım ki, in­di Azər­bay­can­da bu prob­le­min həl­li ilə bağ­lı cid­di iş­lər apa­rı­lır, - A.X.) az son­ra bə­dii ədə­biy­ya­tın prob­lem­lə­rin­dən bi­ri ki­mi qa­bar­dı. Qı­sa­ca de­mək olar ki, KÖÇ Fa­zil Hüs­nü Dağ­lar­ca, Fa­kir Bay­kurt, Bə­kir Yıl­dız ki­mi ta­nın­mış ya­zar­lar ön­də ol­maq­la (bi­zim bə­dii söz sə­nə­tin­də isə, Üm­bül­ba­ni­nin "Qaf­qaz gün­lə­ri", Qur­ban Sə­id - Mə­həm­məd Əsəd bə­yin bə­zi əsər­lə­ri, elə­cə də xalq ya­zı­şı­sı Ana­rın "O­tel ota­ğı" po­ves­ti­ni ya­da sa­la bi­lə­rik, - A.X.), son qırx il­lik Tür­ki­yə ədə­biy­ya­tı­nın mü­tə­ma­di iz­lə­di­yi prob­lem­lər sı­ra­sın­da­dır..." - "Cən­nət gö­rün­tü­lü il­ğım" ad­lı ön söz əvə­zi mə­qa­lə­sin­də Bəs­ti xa­nım bi­zim fi­lo­loq­la­rı­mı­zın o qə­dər də əhə­miy­yət ver­mə­di­yi ağ­rı­lı mə­sə­lə­lə­rə - baş­qa mə­kan­da ya­şa­ma­ğın əziy­yət­lə­ri prob­le­mi­nə to­xu­nur.
Bü­tün dün­ya­da ol­du­ğu ki­mi, ob­yek­tiv və sub­yek­tiv sə­bəb­lər­dən biz­də bir qə­dər də mə­sə­lə qə­liz və mü­rək­kəb­dir - oxu­ma­ğı ya­dır­ğa­mış sı­ra­vi Azər­bay­can oxu­cu­su­nu in­di ye­ni ədə­biy­yat nü­mu­nə­lə­riy­lə təəc­cüb­lən­dir­mək çox çə­tin­dir.
"Xe­yir ola, xa­ric­də çox­say­lı də­yər­li ya­zı­çı­la­rın, bə­dii söz sə­nə­ti sa­hə­sin­də Bey­nəl­xalq ödül­lər, o cüm­lə­dən No­bel, Bu­ker, Qon­kur ki­mi mü­ka­fat­lar alan ta­nın­mış sə­nət­kar­la­rın, dəb­dən düş­mə­yən Um­ber­to Eko, Den Braun, Poe­lo Koe­lu tək müx­tə­lif ədə­biy­yat "brend"lə­rin oxun­ma­sı va­cib ma­raq­lı əsər­lə­ri, əl­bəəl gə­zən ro­man­la­rı qa­lan yer­də, mən nə üçün nəin­ki Av­ro­pa­da, heç öz doğ­ma məm­lə­kə­ti sa­yı­lan Tür­ki­yə­də o qə­dər də şöh­rət tap­ma­yan ca­van bir müəl­li­fin əsə­ri­ni alıb oxu­ma­lı­yam: ye­nə Or­xan Pa­muk ol­say­dı..." - de­yə bə­ha­nə­lər ta­pan ədə­biy­yat hə­vəs­ka­rı­nı ba­şa düş­mək elə də çə­tin de­yil. Əs­lin­də, bu cə­hə­ti çox gö­zəl an­la­yan tər­cü­mə­çi - Bəs­ti xa­nım Əli­bəy­li də məhz bu cür ic­ti­mai fik­rə qar­şı eti­raz əla­mə­ti ola­raq doğ­ru­dan da çox prob­le­ma­tik, uğur­lu, qlo­bal dün­ya­nın, si­vi­li­za­si­ya­la­ra­ra­sı mü­na­qi­şə­lə­rin için­də ba­şı­nı itir­miş XXI əsr in­sa­nı­nı dü­şün­dü­rə, qay­ğı­lan­dı­ra bi­lə­cək "Son cən­nət" ro­ma­nı­nı şi­rin di­li­mi­zə uy­ğun­laş­dır­mış, sö­zün hə­qi­qi mə­na­sın­da, çağ­daş Azər­bay­can ədə­biy­ya­tı məh­su­lu­na çe­vir­miş­dir.
Ro­ma­nın Azər­bay­can­ca­mız­da­kı nəş­ri ba­rə­də döv­ri mət­buat­da ma­raq­lı mə­qa­lə­lər­lə çı­xış edən ta­nın­mış şa­ir-pub­li­sit To­fiq Ab­din, ya­zı­çı-dra­ma­turq El­çin Hü­seyn­bəy­li və baş­qa­la­rı­nın, elə­cə də Bəs­ti Əli­bəy­li­nin fi­kir­lə­ri­ni ümu­mi­ləş­dir­sək, bu əsər son il­lər­də mü­ha­cir, dias­por, ya da ne­cə is­tə­yir­siz on­la­rı ad­lan­dı­rın, bir söz­lə, doğ­ma Və­tə­nin­dən ay­rı düş­müş in­san­la­rın ta­le­yi ba­rə­də kə­dər­li bal­la­da­nı xa­tır­la­dır. Mən isə öz növ­bəm­də əla­və edər­dim ki, bu əsər "yad­lar için­də doğ­ma ola bil­mə­yən" in­san­la­rın iç alə­mi ilə çöl dün­ya­sı ara­sın­da­kı qıl kör­pü­sü ki­mi ağ­rı­lı mü­na­si­bət­lər­dən - köv­rək bağ­lan­tı­lar­dan, fərq­li mə­də­niy­yət­lə­rin, ay­rı-ay­rı dün­ya­gö­rüş­lə­rin, müx­tə­lif si­vi­li­za­si­ya­la­rın, iki bö­yük di­nin, hət­ta əks kul­tur-psi­xo­lo­gi­ya­la­rın toq­quş­ma­sı­nı açıq-aş­kar təs­vir edən ma­raq­lı ədə­bi nü­mu­nə­lər­dən­dir.
Diq­qət­li oxu­cu əsər­lə ta­nış olan za­man ro­ma­nın bir ne­çə qa­tı­na enə bi­lər. "Son cən­nət" ro­ma­nın­da­kı ha­di­sə­lə­rin əsas axa­rı be­lə­dir: Tür­ki­yə­nin ya­xın keç­mi­şin­də­ki sol­çu və sağ­çı­lar ara­sın­da­kı - in­di isə Ata­türk­çü və din­çi, ya­xud da kürd-türk, mil­liy­yət­çi­lər­lə qərb­pə­rəst­lə­rin mü­ba­ri­zə­si - kəs­kin si­ya­si-so­sial, ic­ti­mai-mə­də­ni mü­na­qi­şə zəmi­nin­də baş ver­miş çox mü­rək­kəb si­ya­si olay­lar nə­ti­cə­sin­də öz mək­təb dos­tu­nu öl­dü­rən ye­ni­yet­mə gənc İran­dan keç­mək­lə Av­ro­pa­nın mər­kə­zi­nə, yer­də­ki cən­nət say­dı­ğı Al­ma­ni­ya­ya üz tu­tur. Şərq siay­si re­jim­lə­ri­nin ir­ti­ca­sı­nı Qərb cə­miy­yə­ti­nin bia­bır­çı ir­qi ay­rı-seç­ki­lik, mü­ha­cir­lə­rin aşa­ğı­lan­ma­sı, on­la­ra yad nə­zər­lə ba­xıl­ma­sı ki­mi xo­şa­gəl­məz ba­xış­lar əvəz­lə­yir və ro­ma­nın qəh­rə­ma­nı Ca­nın ax­tar­dı­ğı cən­nət əvə­zi­nə əsl cə­hən­nə­mə düş­mə­si us­ta­lıq­la təs­vir olu­nur. Əsə­rin müəl­lif tə­rə­fin­dən oxu­naq­lı, rən­ga­rəng bir üs­lub­da ya­ra­dıl­ma­sı ilə ya­na­şı, tər­cü­mə­çi ki­mi Bəs­ti xa­nı­mın mə­ha­rə­ti bu ro­ma­nın bir­nə­fə­sə, qəlb ağ­rı­sıy­la oxun­ma­sı­nı sti­mul­laş­dı­ran əsas cə­hət­lər­dən sa­yı­la bi­lər. Ca­nın ta­le­yi­ni İran­dan baş gö­tü­rüb qa­çan gü­ney­li, sa­biq SSRİ da­ğı­lan­dan son­ra ağır so­sial ba­taq­lı­ğa düş­müş Azər­bay­can­dan xa­ri­cə üz tut­muş qu­zey­li soy­daş­la­rı­mı­zın aqi­bə­ti­nin ob­raz­lı ifa­də­si ki­mi də qə­bul et­mək müm­kün­dür...
Son­da tər­cü­mə­nin sə­viy­yə­si və bə­dii xü­su­siy­yət­lə­ri ba­rə­də fik­ri­mi bö­lüş­mək is­tə­yi­rəm: çe­vir­mən xa­nım Bəs­ti Əli­bəy­li Or­xan Ara­sın bir ya­zı­çı ki­mi es­te­tik-üs­lu­bi, sə­nət­kar­lıq-lek­sik tə­rəf­lə­rin­dən tut­muş, ta əsə­rin müx­tə­lif qat­la­rı­na qə­dər­ki ümu­mi ru­hu­nu bü­tün in­cə­lik­lə­ri­nə ki­mi tu­ta bil­miş, əsl ya­ra­dı­cı hə­vəs­lə "Son cən­nət" ro­ma­nı­nı di­li­miz­də ye­ni­dən can­lan­dı­ra bil­miş­dir. İlk ba­xış­dan da qı­sa vaxt ər­zin­də bu tər­cü­mə əsə­ri ara­ya-ər­sə­yə gə­ti­ril­di­yi se­zil­sə be­lə, hət­ta bə­zi nüans­la­rı da­ha da key­fiy­yət­lə iş­lə­mək im­ka­nı qal­sa da, bu ro­man nəin­ki doğ­ma-qar­daş türk­cə­dən, hət­ta di­gər dil­lər­dən Azər­bay­can­ca­mı­za olun­muş bə­dii çe­vir­mə­lə­rin ara­sın­da xü­su­si çə­ki­si, ədə­bi sə­li­qə­siy­lə fərq­lən­di­yi­ni vur­ğu­la­maq la­zım gə­lir. Bu mə­na­da Bəs­ti xa­nım Əli­bəy­li­nin ədə­bi zəh­mə­ti­ni xü­su­si qeyd et­mək is­tə­yir, ədə­biy­yat­se­vər oxu­cu­la­rın ək­sə­riy­yə­ti ki­mi mən də qə­ləm­da­şım­dan ye­ni-ye­ni tər­cü­mə əsər­lə­ri göz­lə­yi­rəm.
Bu ya­zı­mı­zı ye­kun­laş­dı­rar­kən, ümu­mi­ləş­di­ri­ci fi­kir­lə­ri­mi də bil­dir­mə­yi la­zım gör­düm. Həm əsə­rin müəl­li­fi olan Or­xan Aras, həm də onun azə­ri türk­cə­sin­də iş­lə­yə­ni - Bəs­ti xa­nım Əli­bəy­li sö­zün ila­hi, elə­cə də bö­yük və fəl­sə­fi mə­na­sın­da "Son cən­nət" ro­ma­nıy­la bir da­ha sü­but et­di­lər ki, in­san cən­nət de­yi­lən mə­ka­nı yer­də, öz qəl­bin­də ax­tar­ma­lı, ya­xud ya­rat­ma­lı, son nə­fə­si­nə qə­dər ya­şat­ma­lı, ta­le­yi ilə bir­gə gəz­dir­mə­li, ru­hu­nu ona ke­şik­çi ha­zır­la­ma­lı, la­zım gə­lən­də, baş­qa­la­rı­na da gös­tər­mə­li, ha­mı­ya sü­but et­mə­li, Göy­lə­rə uçan­dan son­ra isə Uca Tan­rı­ya təh­vil ver­mə­li­dir: ya­zı­çı­nın əsas və­zi­fə­si isə ay­rı-ay­rı şəxs­lə­rin için­də­ki "cən­nət"­lə­ri, bəl­kə də "cə­hən­nəm"­lə­ri ümu­mi­ləş­di­rib, bə­dii söz, mü­qəd­dəs ədə­biy­yat ad­lı za­man ar­xi­vi­nə çö­kür­mək­lə gə­lə­cək nə­sil­lə­rə çat­dır­maq­dır...