Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

İslam SADIQ
TƏCNİSLƏR


 
NƏ DƏDƏM İNDİ

Yəhərli, yüyənli bir kəhər gördüm,
Nə oğul atlandı, nə ata mindi.
Min qaraltı düşsə çayın üstünə,
Daha nə babamın, nə dədəmindi.

Ağ işıq verməz ki, hər ağ şam, anam,
Mən şaman oluram hər axşam, anam.
Nə üzəngi tutur hər axşam anam,
Axşam işdən gəlir nə dədəm indi.

İslam Sadıq, açır gah günorta dan,
Bir ömrü tən bölür gah gün ortadan.
Gah səhərdən qalır, gah günortadan,
Nə çay təzələnir, nə də dəm indi.

NƏ SAYA MİNDİ

Fələk qoydumu ki, sayım say olsun,
Əzəldən nə saydım, nə sayam indi.
Kiminsə boynunda nə minnətim var,
Kiminsə üstündə nə sayam indi.

Qapıdan girənin bacandan getdi,
Səhəri açmadı, bu can dan getdi.
Hayıf bu ömürdən, bu candan, getdi,
Nə hesaba düşdü, nə saya mindi.

İslam, az göylərdən uğur um daha,
Kəsildi yağış tək uğurum da ha.
Daşa dirənibdi uğurum daha,
Bəd iləm, pis günəm, nəs ayam indi.

BİR DƏNƏM

Gözəl şuma gözəl düşüb gözəl dən,
Gözəl barı gözəl tutub gözəl dən. Sən
Sən gözəlsən gördüm neçə gözəldən,
Gözəlləşdi bu yaddaşım, bu yadım.

Düymə tilsim,düymə ruzu, düymə dən,
Barmaqlarım yanır-yansın düymədən.
Köynəyinin yaxasına dəymədən
Gördün səni necə nura boyadım.

İslamam, mən arıtlanmış bir dənəm,
Bir az isti, bir az işıq, bir də nəm.
Bir də sənin gül qucağın, bir dənəm,
Bəsimdi ki, üfüqlərə boy atım.

MƏNİ MƏNCƏ SEVƏN OLSA…

Bir üzüm ağ, biri qara,
Yarı gecə, yarı danam.
Yaşım keçib yarı yolu,
Yolum, izim yarıdanam.

Qalıb bir künc-bucağımda,
Paslanıbdı bıçağım da.
Çətin daha bu çağımda
Yada uyub yarı danam.

İslam, dilim mənim incə,
Mincə bilsə, məni mincə.
Sevən olsa məni məncə,
Bu sevgini yarıdanam.

QURD ALA

Görmürsənmi arım necə qaynaşır,
Nə yaxın dur, nə pətəyi qurdala.
Yuvalara arım təzə qurd qoyub,
Qurd yaşıldı, qurd sarıdı, qurd ala.

Kin əskilməz qına girib yatannan,
Çörək yesən ya pudunan, ya tonnan.
Tələsəndə çək qabağa, yat onnan,
Gecikəndə saatını qur dala.

İslam yatar yalmanına bir atın,
Nə vaxt desən barıtı var bir atım.
Bir itimdi, bir çomağım, bir atım,
Qoyarammı bir quzumu qurd ala.

BURAXANAM

Bir gedəsi yerim yoxdu,
Bura yuvam, bura xanam.
Gəl qol açmış bu dərd-sərin
Qollarını burax, anam.

Qat da versən buna mərddən,
Bir şey çıxmaz bu namərddən.
Cücərmədi bu namərd dən.
Gəl başını burax, anam.

İslam gördü bu damağı,
Bir günüydü bu da mağıl.
Budaqları budamağı
Elə o vaxt buraxanam.

YAD AYAĞI

Bu budaqda bar qalmayıb,
Yıxılıbdı ya dayağı.
Çıxıb onu acığından
Silkələyib ya da yağı.
Özü bilir bir inciyəm,
Qoymur küsəm, bir inciyəm.
Siyahıda birinciyəm,
Salmaz məni yada yağı.

Demə İslam ya dəlidi,
Məni boğan yad əl idi.
Əlimdəki yad əlidi,
Sinəmdəki yad ayağı.

QARABAĞDADI

Daşıyır almanı nə vaxtdı divlər,
Ağ div keşik çəkir, Qara bağdadı.
Barmağını çərtib duz basıb yenə,
Axşamdan bəridi Qara bağdadı.

Qazmaqmı axtarır yad aş altından,
Ya qaya çıxardır, ya daş altından.
Ya Turşsudan gəlləm, ya Daşaltıdan,
Qələmim qəm içib, Qarabağ dadır.

Ay İslam, bu nədi, yolu, izi nə,
Düşmüşəm düşmənin qanlı izinə.
Daha icazə nə, söz nə, izn nə,
Divin mağarası Qarabağdadı.

MƏNDƏKİNDƏN

Ha axtarın, ha arayın,
Kin məndən döy, mən də kindən.
Bir nişana tapammazsan
Kində məndən, məndə kindən.

Bir eləyib bir deyəni.
Qurduq o gün bir dəyəni.
Tapılarmı bir də yəni
Sən təkin şum, mən təkin dən.

Gülüm, bir az nəm indi var.
Nə sən daşsan, nə mən divar.
Səndəkindən nə məndə var,
Nə səndə var məndəkindən.

QAR DA YANA

Saçlarıma baxma belə.
Başımdakı qardı, ay ana.
Qış girməmiş qar başladı,
Daha çətin qar dayana.

Bir ata ki, yüz gün döyə,
Oğul gəlməz yüz gün döyə.
Yüz gün vura, yüz gün döyə,
Qaralmaz ki, qar day ana.

İslam Sadıq, qar ataram,
Qar üstündə qara taram.
Ürəyimi qarataram,
Qorxuram ki, qar da yana.

QIŞ DA YAZDI

Qələm alıb Tanrı mənim
Taleyimi qışda yazdı.
Bəlkə onçun məndən ötrü
Yaz da qışdı, qış da yazdı.

Bir ox kimi yaydan çıxsam,
Görən olmaz yay dan çıxsam.
Qış batırmaz yaydan çıxsam,
Yay dərindi, qış dayazdı.

İslam, yağdı qar, qarışdı,
Günün boyu bir qarışdı.
Toran düşdü, şər qarışdı,
Nə ömrü var, qışda yazdı.


HAÇA QAYADA

Ürəyim atlanır, qanad gəzirəm,
Çanaqçı düşəndə haçaq a yada.
Orda da Çanaqçı gəzərəm bəlkə,
Bir gün yolum düşsə haçaq Aya da.

Tanrı yaxşı baxtı yada yazdımı,
Mənə qış olanda yada yazdımı?!
Bu dərə ya dərin, ya dayazdımı,
Dumanda görünmür Haça qaya da.

Yaz oldumu, İslam dağda aranı,
Qış gələr, qar yağar, kəsər aranı.
Gün vurub yandırar yayda aranı,
Mən yorğan gəzərəm Haçaqayada.

BACAR, ANA

Göy bir dondu, yeləni nə,
Ulduz düzüb yeləninə.
Südü dəyər yelininə,
Südlü qoyma bacar, ana.

Ya bir işi bacarma, yan,
Ya batmasın bacar mayan.
Daşı qucar bacarmayan.
Baş qurbandı bacarana.

İslam baxmaz ay ağına,
Yaxar günə, aya xına.
Aran düşər ayağına,
Dağlar verməz bac arana.