Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

Şövkət ZƏRİN ( Horovlu )


 
ZAMAN GÖZLƏMİR

Gözlərim yollara dikilib
Fikrim çiliklənib, tökülüb.
Ruhum göylərdə
Cismim yerdə
Onlar qovuşarmı
bir də?
Yolumun sərhədi var
Araz boyda,
Ruhum sərhədsizdir
azad uçur gah o tayda
gah bu tayda.
Kərkükdə, İrəvanda
Savalanda, Səhənddə, Xayda.
Viran qalan yurd yerlərini
gəzir bir-bir,
Ruhumu gözləyirəm
Zaman gözləmir,
Zaman gözləmir

QƏRİB BİR NƏĞMƏNİ ÇALIRDI GECƏ

Bu gecə nə yaman uzandı, Allah?
Ümid qanadlanıb heç yana çatmır.
Dərdimi gecəyə mən varaq-varaq -
Açdıqca gözlərim yuxuya yatmır.

Bir doğma pıçıltı, bir tanış səda,
Çəkib pəncərəmə gətirə külək.
Səfindən qırılan qərib durna da,
Bu qədər tənhalıq çəkməz mənim tək.

Üstümə yeriyən lal sükutilə,
Dərin xəyallara dalırdı gecə.
Qoynuna uzanan həsrət əlilə
Qərib bir nəğməni çalırdı gecə.

Bu gecə nəğməydi bilmirəm, nədən,
Sıyırıb qılıncın üstümə çəkdi.
Bir gecə mələyi yenib göylərdən,
Ulduz yağışını üstümə tökdü.

Gecə mələyinin çiyinlərindən,
Dolandım kədərdən uzaq göyləri.
Ulduz karvanının əli-əlimdə,
Birgə qarşıladıq gələn səhəri.

Üstümə yeriyən lal sükutilə,
Dərin xəyallara dalırdı gecə.
Qoynuna uzanan həsrət əlilə,
Qərib bir nəğməni çalırdı gecə.

DÜNYANIN DAŞ OYUNU

Lap məəttəl qalmışam
daşların dözümünə,
Hey çırpırıq daşların
astarına üzünə.
Daşı-daş üstə qoyub
biz daşı ucaldırıq,
Gah sərib ayaq altda
tapdalayıb alçaldırıq.
Bir də görürsən nadan
bostanına daş atır,
Hərdən hamar yolunun
üstündə gəlib yatır.
Başımız daşa dəyir
özümüzə gəlirik,
Başımıza döydükcə
ta ona öyrəşirik.
Azıxdakı tarixim
min ildir daşa dönüb,
Şuşa dağlarında daş
gözümdə yaşa dönüb.
Unutmuşam hər nə var
daşa dönmüşəm, qardaş,
Dözə-dözə axırda
daş olub mənə yaddaş.
Bu yollarda hey döyüb
O məni, mən də onu,
nə yaxşı ki, qurtarmır
dünyanın daş oyunu.

FƏLƏK DƏ DİL AÇDI

Dolan bulud nə durmusan
başım üstə çətir-çətir?
Evimizin üstündən keç
Nənəmdən bir nağıl gətir.

Doğan günəş, bir az əyil,
içimdə bir sazaq gəzir,
Arxam dağlar, məni eşit
Sizsiz qürbət məni əzir.

Sevinc, mənə baxma belə
Çıx get, izin də qalmasın,
Tanrı dərdimi çox eylə
Elə çəkim qurtarmasın.

Vüsal, mənə gəlmə yaxın,
Şam idim ta qaralıram
Ruhum səhrada sürünür
Xəyalıyla dolanıram.

Gedən karvan, bir az əylən,
Sanma səfər başa yetdi.
Zaman məni elə döydü,
Mən haqq idim haqqım itdi.

Öz halıma özüm güldüm
Sevindim bəxtim gül açdı,
Dərd məni elə yandırdı
Zalım fələk də dil açdı.