Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


 

Firuz Mustafa geniş oxucu, tamaşaçı audito-riyasına nasir, dramaturq, filosof, tərcüməçi (və teleaparıcı) kimi tanışdır. İnsanın daxili, mə-nəvi aləminin təsviri onun yaradıcılıq ten-densiyasının əsas xəttini təşkil edir. Bir çox nasirlər kimi Firuz Mustafa da qələmini "poetik nümunələr"də də sınayıb. XXI əsrdə oxuculara təqdim etdiyi "Onluqlar" adlı kitaba üz tutaq:

Yamanca gecikdi builki bahar,
Gülüm, sən bahardan vəfalı çıxdın.
Elə soyuq keçir yenə havalar,
Sənsə şəfəq kimi könlümə axdın.

Günəşin yerinə ana təbiət
Dumanı göndərib, çəni döndərib.
Görünür, əzizim, beləymiş qismət
Baharın yerinə səni göndərib.

Firuz Mustafa ən kövrək hisslərində də ge-niş dünyaya üz tutur:

Əzəldən dünyanı belə görmüşəm,
Bir üzü işıqdı, bir üzü zülmət.
Dünyada nə qədər ömür sürmüşəm,
Məni dara çəkib vüsalla həsrət.

Dünya öz-özümlə bir görüş yeri,
Üşüyən ruhuma çətirdi dünya.
Mənim dərdlərimə qol-qanad verir,
Mənim sevincimə qəbirdi dünya.

Dünyanın tərkində öz-özüylə görüşmək ifa-dəsi nə qədər lirik səslənsə də, bir o qədər icti-mai məzmun kəsb edir.

İçimiz sovrulur xırman yeritək,
Köhlən fikirlərə kəmənd atırıq.
İçimiz qovrulur… bizsə təkbətək
Ölümlə üz-üzə durub… yatırıq…

Bu misralarda ömrün mənası, insanın nədən ötrü yaşaması, bir sözlə inam-həyat-ölüm problemi qoyulur. Yazıçı-dramaturq "Cənnət anaların ayaqları altındadır" kəlamını bu mis-ralarla daha da qüvvətləndirir:

Sevinci bahardır, kədəri qışdır,
Qadın haqqı təndir Tanrı haqqına.
Qadınlar ilahi heykəltəraşdır.
Ruh verir, can verir yaratdığına.

Analar zirvədir, zirvəyə baxın,
Hər ana ömrünün öz mənası var.
Analar Allaha hamıdan yaxın,
Yəqin Allahın da öz anası var.

"Bir neçə cildlik yazılarım var. Hə, əlbəttə, poetik nümunələri deyirəm. Amma çox güman ki, mən bir daha bu janrda yazdıqlarımın çapı-na çalışmayacağam. Doğrusu, heç bu yazıları da üzə çıxarmaq niyyətində deyildim, dostlar üz vurdular; elə nəşr xərcini də dostlar ödədi. Dostluqdan geri qalmasınlar…
… Mən heç vaxt şair olmaq iddiasında bulunmadım. Bəs nə üçün yazdım bu nümu-nələri? Cavabı “Onluqlar”ın özündə axtarıb tapa bilərsiz və bəlkə də artıq tapmısız. Tap-madınızsa, yenə axtarın.
… Elə səni də lirik qəhrəmanların sırasında görürəm, qəhrəman oxucum…
Buradakı Mən elə Sənsən. Hər, bir də ki, Mən+mən…"
Bu fikirlər Firuz Mustafanın "Onluqlar" adlı şeirlər kitabındandır. O, hansı janrda qələmini sınayırsa-sınasın, uğurlu alınır. Bu topludan görünür ki, yazıçı-dramaturqun poetik imkan-ları genişdir. Bu imkandan hər vəchlə istifadə etmək əsl sənətkar məsuliyyətidir. "Yolu həmi-şə açıq olsun!" - deyirəm.