Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


 
***
Ey fələk, bir bəxti kəm mən kimi, xilqətdə hanı?
Taledən bir zərrəcən varsa pay qismətdə, hanı?

Çərxi-dövran sitəmi qəsd ilə yandırdı canı,
Bəndəyə gəlmiş cəza bir belə şiddətdə hanı?

Hər tərəfdən qəm yağır, san gəlibdir Nuh tufanı,
Bir quru ümmid yerim Qaf-cəbəl nisbətdə hanı ?!

Dedilər: möhkəm yapış, vermə sən əldən imanı,
Böylə də məhvəm əgər, məna ol hikmətdə hanı?

Çox yerə saldım soraq, haqq deyib gəzdim cahanı,
-Yoxsa öz yurdunda bu, -güldülər, -qürbətdə hanı?!

Xainin ,təqsirlinin xoş keçir hər yerdə anı,
Hökmü-qəm bəs onlara sahibi-qüdrətdə hanı?!

Ya Əli, təhlil edən varmıdır haqsız olanı ?
Varsa gər yatmışmıdır, böylə bir müddətdə hanı?!

***

Ey salıb könlüm oda, qəlbimdə qəm, hicran olan,
Ey özü gendən baxıb, ləzzət çəkib xəndan olan!

Varlığım qarət edib, ey can evim qoymuş talan,
Varmııdr zülmün yenə, qəlbin kimi pünhan olan ?!

Yoxmu insaf səndə heç, ey naz ilə canlar alan ?!
Ey susub ol büt Sənəm, dillənibən insan olan !

Əğyarın fitvasıdır yəqin məni gözdən salan,
İndi çoxdur nanəcib, hər kəlməsi böhtan olan.

Ərzi-hal bildirmişəm şahmarə kim çalsın ilan,
Kim ki, var niyyəti pis, nisbətdə həm şeytan olan.

Nisbi-halım zülmü-Firon söhbətin etmiş yalan,
Varmı mən tək bəxti puç, dünyası həm zindan olan?!

Ey Əli, əfsanədir olsun ki, ol Məcnun-filan,
Günbəgün əldən gedib bir tək mənəm candan olan.

***

Könül möhnət çəkir hər dəm məhəbbət var olan gündən!
Əsər yoxdur vücudumdan canı ol yar alan gündən!

Bİlən yoxdur su hardandır çiçəklərdə durub dən-dən ,
Tutubdur şeh bütün aləm gözüm yaşla dolan gündən!

Deyirlər kim, gözəl çoxdur, nə durmuşsan kənar, gendən?
Yaxın gəlməz, ürək qorxur tora dilbər salan gündən!

Nədən Sənan atıb hər şey, neçin bildim, keçib dindən,
Götürməkçün nə qalmış kim könül bərbad, talan gündən!

Dəyanətdir sevənlərçün əsas dərman bilirdim mən,
Paralanmış ürək dözmür fələk xəncər çalan gündən!

Yetib vəslə murad almış ümid yoxdur ola məndən,
Bu məlumdur, bilir hər kəs gülüstanım solan gündən.

Keçən günlər keçib getmiş, hesab kimdir soran səndən,
Hesabın sor, özün artıq, Əli, beş-on qalan gündən.

***

Nədir atəş, könül, sən kül olandan sor!
Nədir leysan, gözü yaşla dolandan sor!

Zimistanı nə gəl axtar, nə canın yor,
Soyuq qəlbin sazağından solandan sor!

Deyirlər kim, gözü eşqin olubdur kor,
Verib nurun özü bimar qalandan sor!

Ölüm xoşdur,demə aşiq olub dilxor,
İnanmırsan, gedib canın alandan sor.

Nədəndir kim, bu yollarda qurulmuş tor,
Tapıb səyyad, tora ceyran salandan sor.

O səhradan nicat tapmaq düşübdür zor,
Gəzib gəldim, nə Məcnundan-filandan sor.

Əli, dersən, nədən fövrən lüzumdur gor,
Açıb sinəm, bunu xəncər çalandan sor!

***

Naəlac qaldım, açıb dərdim o dildarə dedim,
Qan olub ağzım mənim, bir busədir çarə, - dedim!

Qaş düzəldən mən kimi həm göz tökər-sözdü qədim,
Çün, özüm zülmün yolun çaşdım sitəmkarə dedim!

Eşqimin möhnətinə pünhani mübtəla idim,
Oldu faş aləmdə bu, mən öylə kim, yarə dedim.

Ucbatından mən sənin ,-söylədi:- eldənmi gedim?
Üz tutaq biz əl-ələ, gəl seyri gülzarə, dedim.

Hər qədər tutdum əziz, yardan yenə tənə yedim,
Yandırıb, bağrım bölüb, onçün ciyərparə dedim.

Ya Əli, oldur sənəm, bu rəsmə qoy səcdə edim,
Çoxları təsdiq edib, mən hanki dindarə dedim.

***

Gərdişi-əflakədən meydan ki əğyarə qalıb,
Bizlərin son ümmidi yardakı ilqarə qalıb.

Bəxti kəm aşiqlərin çöhrəsi qəmdən sozalıb,
Üzlərindən bəllidir, qəlbində min yarə qalıb!

Eşqimin möhnətləri canımla bahəm qocalıb,
Nə bəyaz gün görmüşəm, nə başda bir qarə qalıb!

Ol mələk kim, sinəmə çeşmiylə xəncəri çalıb,
Tən yarı yoxdur ürək, ondan daha parə qalıb!

Təlimi-vəhdəti-can Məcnunu səhraya salıb,
Ol səbəb tapmır nicat, illərdi biçarə qalıb!

Yazmışam hər dərdimi, yar cümlə izharı alıb,
Söz daha yoxdur yazaq, iş indi təkrarə qalıb.

Yorma baş sən, ey Əli, dərman üçün fikrə dalıb,
Hicranın tək çarəsi bir eşqi inkarə qalıb!

***

Varmı, yarəb, bəndə kim, dünyada heç qəm görməsin?!
Varmıdır tək bir nəfər, bəxtində ol , kəm görməsin?!

Dərdi- hicran çəkməyə həmdərdi var hər bir kəsin,
Bəxti bəd insan odur, yanında həmdəm görməsin!

Varmı aşiq eşq ilə hicran əkib qəm dərməsin ?!
Binəsib bağbandı ol, bağdan nübar həm görməsin!

Hansı Leyla Leylidir, saf eşq ilə can verməsin,
Eşqdən məhv olduğun həm külli aləm görməsin?!

Boşboğaz biganəyə aşiq desən kəsməz səsin,
Öylə qalsın ol gərək, zildən düşüb bəm görməsin?!

Qalmamış bir tor daha əğyar mənimçün hörməsin,
Bunca dərd tapsın onu, dərdincə məlhəm görməsin!

Eşqimin hər cövrünün mən çəkmişəm qəm cərməsin,
Ya Əli, eşqin gözü, kaş nola kim, nəm görməsin!..