Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


 

                                                      Bu yazıda hamı özünü görəcək,
                                    amma qətiyyətlə "yox, bu, mən deyiləm!" deyəcək


Öz hüc­rə­si­nə çə­kil­miş­di. Bur­dan seyr edir­di dün­ya­nı. Və dün­ya yum­ru, yu­var­laq de­yil­di onun nə­zə­rin­də. İşıq­lı, di­ri göz­lə­ri, saf ba­xış­la­rı var­dı. Ba­xış­la­rı­nı çə­kib özüy­lə apa­ra­caq dün­ya isə... yox, oyun­caq de­yil­di bu dün­ya. Axı ne­cə ola bi­lər­di?
İl­lər­di can yan­ğı­sı­nı çox adi bir üsul­la - iç­kiy­lə sön­dü­rür­dü. sön­dü­rür­dü­mü am­ma? "Tu­tuş­du qəm odu­na…"
Kön­lü­nü bir­tə­hər şad­lan­dı­rır­dı, do­lub-bo­şa­lan qə­dəh­lər hə­lə ki, yar­dım­çıy­dı ona, hə­lə ki…
Bir də bir şa­kə­ri var­dı, har­da iç­səy­di, bo­şal­mış bu­tul­ka­la­rı evə da­şı­yır­dı. Elə bi­lir­di­lər, sat­ma­ğa apa­rır bu­tul­ka­la­rı. Ka­sıb­dı gö­rü­nü­şü, ka­sı­ba da ki nə de­sən ya­ra­şar.
Bu, kol­lek­si­ya da de­yil­di yox, heç xob­bi də de­yil­di. Bu, hə­yat tər­ziy­di yox­sa?
… Ar­tıq üst-üs­tə yı­ğı­lan bu­tul­ka­lar­dan di­var hö­rül­müş­dü ev­də. Son­ra xo­şu gəl­di bu " kom­po­zi­si­ya"dan, ya nəy­di, ikin­ci, üçün­cü, dör­dün­cü di­va­rı da hör­dü. Əv­vəl­cə daş di­var­lar, son­ra pən­cə­rə ör­tül­dü. Qa­ral­dı ba­la­ca hüc­rə­si, bir az da da­ral­dı. Hər gün ar­dı-ara­sı kə­sil­mə­dən evə da­şı­nan bu­tul­ka­lar əl-ələ ve­rib şü­şə di­va­rı bir az da qal­dı­rır­dı.
Qə­za və­ziy­yə­ti ya­ra­nır­dı ara­bir. Də­cəl­lik edən şü­şə dost­lar üst-üs­tə dur­maq is­tə­mir, öz­lə­ri­ni dö­şə­mə­yə çır­pıb cin­gil­ti­li səs­lə hay-küy sa­lır­dı­lar.
Ö­zü də sı­nır­dı tez-tez, am­ma səs­siz­cə sı­nır­dı, şü­şə sa­kin­lər­dən fərq­li. Əl-aya­ğı, bə­zən üzü be­lə qa­na­yır­dı. Səbr­lə ye­rin­dən qal­xır, sa­la­mat qal­mış bu­tul­ka­lar­dan ye­ni di­var hö­rür­dü. Qa­na­yan yer­lə­ri­ni, sıy­rın­tı­la­rı da şü­şə­lə­rin di­bin­də qal­mış "dər­man" la de­zin­fek­si­ya edir­di.
Bu­tul­ka­la­rın üs­tün­də ya­zı­lar var­dı və bu ya­zı­lar ilk ba­xış­da ya­zı de­yil, nə­sə bir na­xış, çeş­ni tə­si­ri ba­ğış­la­yır­dı. Mo­ru­ğu rəng­li qə­ləm­lə ya­zıl­mış­dı ya­zı­lar. Elə bu­tul­ka var­dı ki, üs­tün­də­ki ya­zı bir söz­dən, ifa­də­dən, bə­zən də bir he­ca­dan iba­rət­di. Ta­rix qoy­mur­du ya­zı­la­rın al­tın­da, za­man məf­hu­mun­dan da uzaq­dı.
­Am­ma öz işin­dəy­di za­man, onun gir­də­li­yi­ni qə­bul et­mə­di­yi dün­ya da fır­la­nır­dı öl­çü­lü za­man çev­rə­sin­də. Son il­lər, de­yə­sən, art­mış­dı gir­də dün­ya­nın da sü­rə­ti. Həf­tə­lər ay­la­rı, ay­lar il­lə­ri qo­vur­du. Hüc­rə­si… hə­lə ki, dün­ya­day­dı, bu gir­də, oyun­caq dün­ya­da. Bu­tul­ka­lar da əv­vəl­ki­nə ba­xan­da da­ha tez-tez uçub da­ğı­lır­dı sü­rət, za­man tə­kan­la­rın­dan.
Bir də baş­qa da­ha çə­tin prob­lem ya­ran­mış­dı. Şü­şə di­var­lar üst-üs­tə hö­rül­dük­cə mən­zi­li da­ha çox da­ra­lır­dı. Qa­ran­lıq hüc­rə­si in­di həm də ha­va­sız, dö­zül­məz ol­muş­du. Tər­pən­mə­yə be­lə yer yox­du.
­Öm­rü­nün mə­na­lı-mə­na­sız ke­çən il­lə­ri­nin şək­li olan bu şü­şə di­var­la­rı sök­mə­yə, sa­də­cə sö­küb ba­yı­ra at­ma­ğa da ürək la­zım­dı, val­lah. Bu, onun öm­rüy­dü axı, hə­ya­tıy­dı onun. Qoy heç qə­bul et­mə­sin­lər, qoy heç bə­yən­mə­sin­lər, onun da öz hə­qi­qət­lə­ri var. Ha­mı­nın ba­rış­dı­ğı bu hə­qi­qət­lə ba­rı­şa bil­mir o, yox, bu qə­dər gir­də, bu qə­dər oyun­caq ola bil­məz dün­ya , yox!!!
…Cə­sa­rət is­tə­yir­di özün­dən, ət­ra­fın­dan, du­yub-inan­dı­ğı hər şey­dən, elə bir cə­sa­rət ki, ən altda qoy­du­ğu köh­nə bu­tul­ka­lar­dan bi­ri­ni çə­kib, kə­na­ra çə­ki­lə bil­sin. Da­ğıt­sın bu hö­rüm­çək yu­va­sı­nı. Bəs son­ra?
Son­ra…
Yox, son­ra­sı­nı de­mək la­zım de­yil, son­ra­sı­nı ya­şa­maq la­zım­dır!