Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


 
DURMUŞUQ

Gör nə qədər xoşbəxtliyə növbə var
Qatarlanıb sıralarda durmuşuq
Bədbəxtliyin hər insanda gözü var
Hədəfdəyik, haralarda durmuşuq?

Dərd yüklənmiş karvanlara qoşulub
Qolu zorlu insanlara qoşulub
Xoşbəxtliyi umanlara qoşulub
Yazıq-yazıq aralarda durmuşuq

Ruzi verən ələyimiz qurudu
Su istədik, dərya, dəniz qurudu
Bar gətirən bağlar təmiz qurudu
Ümid yeyən səhralarda durmuşuq

Ərşi-fərşi qarışdırıb görən var
Tanrının da qılığına girən var
Guya bizə xoşbəxtliyi verən var...
Ayaq üstə buralarda durmuşuq.

DANIŞMA

İki namərd yol gedir
Bir-birilə yanaşı
O da naşı, bu da naşı
Biri çevik, biri ləng
Tapışıblar çox qəşəng
Əkdikləri yalandır
Tökdükləri yalandır
Becərirlər, biçirlər
O yana da keçirlər
Nə günahdan qorxu yox
Nə Allahdan qorxu yox
Saf duyğusu, ruhu yox
Hər ikisi qovurlar
Qovduqları mərdə bax
Çəkdiyimiz dərdə bax
Anlamırıq fələyi
Şeytan qovur mələyi
Qovan şərdir, qaçan kim
Bu yollarda yorulub
Dayanacaq haçan kim?
Ağıllanmaz şər, qardaş,
Daha şərdən danışma
Qaçıb gedək göylərə
Sən kafirdən danışma
Kəm-kəsirdən danışma,
Daha yerdən danışma.

SƏN BIR CÜRƏ, MƏN BIR CÜRƏ

Biz kimik ki, qismət pozaq
Ya da ondan düşək uzaq
Gəl oturaq şeir yazaq
Sən bir cürə, mən bir cürə

Yeri tanı, göyü tanı
Sevək bizi Yaradanı
Dərk eləyək bu dünyanı
Sən bir cürə, mən bir cürə

Qəhqəhəyik, göz yaşıyıq
Bəlkə həsrət yağışıyıq
Bu dünyanın naxışıyıq
Sən bir cürə, mən bir cürə

Beşikdən yol başlayırıq
İnsan adı daşıyırıq
Niyə belə yaşayırıq?
Sən bir cürə, mən bir cürə

Haramına, halalına
Heyran olma cəlalına
Baxırıq dünya malına
Sən bir cürə, mən bir cürə

Atəş, şeytana uyuruq
Gec anlayıb, gec duyuruq
Bir gün ölüb ad qoyuruq
Sən bir cürə, mən bir cürə