Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

Fərqanə MEHDİYEVA


 
BİR ŞAİR YIĞNAĞI İSTƏYİRƏM MƏN

Yağışa həsrət bir quraq torpağam,
Sinə cadar-cadar, qəlb şırım-şırım.
Mənə bir ixtiyar verilsin, Allah,
Bütün kainatı şeirə tapşırım.
Qalmasın nə qəhər, nə qəm canımda
Kaş, şair dostlarım ola yanımda,-
Bir şair yığnağı istəyirəm mən.

Boşala ürəyim, boşala dərdim,
Küsdürüb nadanlar özündən məni.
Şeirlə ovunsun darıxan ruhum
Duysunlar qəlbimi gözümdən mənim.
Süzüm gözəlliklər asimanında
Kaş, şair dostlarım ola yanımda,-
Bir şair yığnağı istəyirəm mən.

Gözümün gördüyü gözümə sığmır -
Yük yenə bu yazıq ürəyə düşür…
Mən dərdi yeyirəm, dərdsə qəlbimi,
Özümlə davada ömür ötüşür.
Durub düşünəndə donur qanım da
Kaş, şair dostlarım ola yanımda,-
Bir şair yığnağı istəyirəm mən.

Necə gen düşmüşük bir-birimizdən,
Yağır çiynimizi qayğı əyibdir.
Vallah, arzularam hər saat, hər an
Ürəyim yamanca qəribsəyibdir.

Bir şair yığnağı istəyirəm mən,
Keçir ürəiymdən hər bir anımda.
Kaş, şair dostlarım ola yanımda,-
Bir şair yığnağı istəyirəm mən.

BİLMİRƏM SƏN MƏNİM NƏYİMSƏN İNDİ

Bilmirəm sən mənim nəiymsən indi,
Bir karvan həsrətim, bir köç qəmimsən.
Doğmadan doğmasan, ögeydən ögey,
Sən candan əzizim, sən heç kimimsən.

Yol alıb talehim üzü tərsinə,
Yeriyir üstümə dərd axın-axın.
Bilmirəm sən mənim nəiymsən indi,
Uzaqdan uzaqsan, yaxından yaxın.

Nə yadıq yad kimi, nə də doğmayıq,
Bu eşqin astarı üzə düşübdür.
Doğma ola-ola yad olmaq zülüm -
Elə bu zülüm də bizə düşübdür.

Daha indən belə yadlaşaq gərək,
Kəsib yolumuzu ayrılıq əymiş.
Yollayıb sevgimə ayrılıqları,
Bu taleh neçə yol qəlbimə dəymiş.

… Sən mənim ümiddən sonrakı ağrım,
Bir dünya kədərim, qəmimsən indi.
Nə yadsan yad kimi, nə də doğmasan,
Bilmirəm sən mənim nəyimsən indi…

QAYIDIŞ

                          Şair Ramiz Qusarçaylıya

Sən bir solan çəmənə
Bahar gətirdin, nədir?!
Özüm duyurdum bu yol
Sonda zülmətə gedir.

Bu zülmətdə, bu yolda
Qəfil doğan aya bax?!
Təsadüfmü?-
Hər nəsə,
Tanrı verən paya bax?!

Gözünü açdın bu gün
Bir quruyan çeşmənin.
Haqqını kim qaytarar
Bu seçimin, seçmənin?

Alnımda "Ay işığı" -
Tanrı yazısı kimi.
Qəlbimə şeir ələnir
Qəlbin ruzisi kimi.

Öləziyən ocağa
Çırpıdır bu çağırış.
Yaradanın əfvidir
Bu özümə qayıdış…