Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

Gülbala MEHDİ


 
SƏS

Bu dünyanın içindən
Səs olub keçir adam.
Köçəndə
Dünyadan yox,-
Səsindən köçür adam.

Son səslə, nəfəslə də
Göylərə son ah çəkir…
Ayaqlarından torpaq,
Səsindən Allah çəkir.

Jandan ayrılan hər səs
Ruh kimi azad gəzir.
Ruhu rahat gəzənin
Səsi də rahat gəzir.

Səs
Əl kəsir, əl tutur,
Çiyinlərə əl qoyur.
Çiyinə əl qoyan səsə
Adamlar heykəl qoyur.

Dünya çox heykəl görüb,
Görüb buz heykəlləri.
Uçub bütün heykəllər,
Qalıb səs heykəlləri…

Bu dünyanın içindən
Səs olub keçir adam.
Köçəndə
Dünyadan yox,
Səsindən köçür adam.

"AYAQLARIM QALAN YERDƏ"

Məni deyib ağladılar,
Tanrım Göydə, balam Yerdə.
Bir balaja qəbir qaldı,
Ayaqlarım qalan yerdə.

Sonra yağı at oynatdı,
Ayaqlarım yatan yerdə.
İtdi o torpaq da, itdi,
Ayaqlarım itən yerdə.

Torpaq üstə düşən itmir,
Torpaqda nə itsə bitir,
Torpağın özü itəndə,
Altı da, üstü də itir.

Vətən! Sən də parçalandın,
Yerim hansı parçandadır?!
Yarım taxta arabada,
Yarım hansı parçandadır?!

Harda yatır ayaqlarım?
Sorağını verin mənə.
Sizdən ayaq istəmirəm,
Torpağımı verin mənə!

Bu yurdda bir oğul varmı,
Ovuda, susdura məni?-
Aparıb, ayaqlarımın
Yanında basdıra məni.

QƏLƏMİM ZÜMRÜD QUŞUMU

Yox, daha yaza bilmirəm,
Deyəsən bitdim, qurtardım.
Bu aj qələmin ağzında
Bir parça ətdim qurtardım.

Gah "qa" dedi, gah "qu" dedi,
Söz yazmadı öz xoşuna.
Dedi bu dünya zülmətdir,
Mən sənin Zümrüd Quşunam.

Zümrüd Quşum!
Bitdim daha.
Amma bəxtim açıq gəlir-
En-
Bu zülmət qəbirlərin
Hansındansa işıq gəlir...


QARA GÖZLƏR, QARA GÖZLƏR…

Baxma janım, baxmaq olmur,
Bu damı çökən gözlərə!
Adam nəyə qıyarmış gör,
Adamı çəkən gözlərə!

Qara gözlər, qara gözlər,
Fələklə üzbəüz gəlib.
Ötüb yanından ağ gülün,
Qara "gülləyə" düz gəlib.

"Quşu gözündən vuranlar",
Qovublar, yorublar onu.
Gözünə vurulmayıblar,
Gözündən vurublar onu.

Qapanıb qara gözləri,
Qara kölgələrə düşüb.
Yolunda yollar dolaşıb,
Qərib ölkələrə düşüb.

Otaq-otaq gəzdiriblər,
Bu anası yanmış qızı.
Budaq-budaq gəzdiriblər,
Bir ağaja qonmuş qızı.

Yurdunun doğma qızıydı,
Yurduna qərib qayıdıb.
Görməyən gözləri ilə,
Dünyanı görüb qayıdıb.

ÇOX ŞÜKÜR HƏLƏ SEVGİ VAR

Gözlərinə sevgi doldu,
Heç nəyə yer saxlamadı.
Dilləri susdu, lal oldu,
Gözləri sirr saxlamadı…

Sevən kəslər qana getdi,
Quzu tək qurbana getdi.
Kəbəyə dərmana getdi,
Tövbə, nə pir saxlamadı.

Gələn dərdlər dəf olundu,
Dəyən oxlar əfv olundu.
Çox sevdalar dəfn olundu,-
Qalxdı… - Qəbir saxlamadı.

Yeri, göyü ah dağladı,
Qul ağladı, şah ağladı.
Sevgini Allah saxladı,
Nə göy, nə yer saxlamadı.

Hələ ki, fırlanır bu val,
Çox şükür, hələ sevgi var.
Sevənləri aldı yollar,
Sevgini yol saxlamadı.

GÖY GÖZLƏRİN GÖY DƏNİZDİR

Göy gözlərin göy dənizdir,
Sahili harda qurtarır?
Gözlərindən qurtaran can,
Görən, nə halda qurtarır?!

Gəzdin bu çat ürəyimi,
Çatmadın çatlayan yerə.
Əlindən çıxıb gedirəm,
Əllərin çatmayan yerə.

Baxma gözlərimə, baxma,
Gözündə ajı qalmasın.
Əlindən çıxıb gedirəm,
Əlində saçın qalmasın.

Göy gözlərin göy dənizdir,
Aparır bu dəniz məni.
Dəniz gözlərində batsam,
Sahillərində gəz məni.

Bir gün görərsən güzgüdən,-
Gözündə qovğa tufan var.
Görərsən havalar dönüb,
Dönüb… - "Dənizdə batan var".


ƏLİMƏ ƏLLƏRİN GƏLMİR

Əlimə əllərin gəlmir,
Hicranın yaxası gəlir.
Sənsiz ölüm nə şirinmiş,-
Adamın yuxusu gəlir.

Dünyadır,- gözündə su yox
Səhradır - düzündə su yox,
Dünyanın üzündə su yox,
Sənin üzünlə su gəlir.

İsladır su yaylığını,
Neyləyim bu yaylığını?!
Dur canım, yu yaylığını,
Qəbrimin qoxusu gəlir.

BU EVİ KİM TİKİB?

Sənin pənjərən, bir hava,
Qapın başqa hava çalır.
Qapın bağlanır üzümə,
Pənjərən tay-tay açılır.

Sizin bu evi kim tikib?
Könlümə bir işıq salıb.
Heyif, qapı-pənjərənin
Yerini dəyişik salıb.

Pənjərən ağlayır mənə,
Qapın halıma dəf çalır.
Bilmirəm, ya qapın
Ya da
Pənjərən məni səhv salır…

Nə "hə" deyirsən, nə də "yox",
Neylim bu lal javabınla?
Nə mən səninlə dil tapdım,
Nə də pənjərən qapınla.

ÇIXMIŞAM

Əli mənə əl verməyib,
Yolu mənə yol verməyib.
Dünya mənə yer verməyib,
Gəlmişəm sizə çıxmışam.

Eşqin dəryası dərindi,
Üzdüm, suları sərindi.
Batdım görmədin, gör indi,
Ölmüşəm üzə çıxmışam!

Daha bu dünyada yoxam,
Sevgiyəm, yanğıyam, aham.
Tut qolumdan, körpə ruham.
Janımdan təzə çıxmışam.